Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 
43 
elektrik  keçiricilik  600

C-də  aşqarlarla,  600-1100

C  hüdudunda 
yarımkeçiricilərdəki kimi ionlara uyğundur, 1100

C-dən yuxarı tem-
peratur  da  ionlarla  uyğundur.  Göstərilən  materiallardan  aydın  görü-
nür  ki,  temperatur  bütün  tip  süxurların  hamısının  elektrik 
keçiriciliyinə təsir edir. 
Müqavimətin  otaq  temperaturundan  1000

C-yə 
qədər 
dəiyşməsi  zamanı  müqavimətin  dəyişməsi  bir  neçə  tərtiblə 
hesablanır.  Təxminən  süxurlarda  aktivləşmə  enerjisinin  nisbətən 
kiçik  və  eyni  olması  göstərir  ki,  əsas  cərəyan  daşıyıcıları  otaq 
temperaturundan  600-700

C-yə  qədər  aşqarlardır,  bundan  böyük 
temperaturlarda  elektrik  keçiriciliyi  yarımkeçirici  xüsusiyyətə  malik 
olur,  yaxud  əsasən  ionlarla  həyata  keçir,  belə  olan  halda  Na  və  K 
ionların əhəmiyyətli fəaliyyətini nəzərə almaq olar. 
 Təzyiqin süxurların elektrik keçiriciliyinə təsiri. Yerin təbii 
elektromaqnit sahəsinin dəyişməsinin müşahidəsindən və təhlilindən 
görürük ki, elektrik müqaviməti dərinlik artdıqca dəyişməyə başlayır. 
Bu halda bir neçə 10 km dərinlikdə elektrik müqavimətinin azalması 
baş  verir,  nəticədə  bu  ən  kiçik  qiyməti  400-500  km  dərinlikdə  olan 
müqavimətin  mütləq  qiyməti  bir  neçə  Om  sm-ə  qədər  düşür. 
Aydınlaşdırmaq  vacibdir  ki,  elektrik  müqavimətinin  azalması  nə  ilə 
əlaqədardır.  Bu  azalma  Yerin  üst  mantiyasının  maddi  tərkibinin 
dəyişməsi  ilə  yoxsa  təzyiq  və  temperaturun  təsiri  ilə  baş  verir.  Ona 
görə  də  Yerin  daxilində  gedən  proseslər  haqda  təsəvvürümüzü 
artırmaq üçün süxurların fiziki xassələri öyrənildikdə hansı dərinliyi 
modelləşdiririksə tədqiqatlar həmin termodinamik şəraitə yaxın olan 
qurğularda  aparılmalıdır.  Bu  şəraitin  öyrənilməsi  təkcə  böyük 
geofizikanın  həll  etdiyi  problemlər  üçün  deyil,  bu  eyni  zamanda 
kəşfiyyat  geofizikası  və  mədən  geofizikası  üçün  böyük  maraq  kəsb 
edir.  Hal-hazırda  dərin  quyuların  qazılması  ilə  əlaqədar  olaraq 
karotac  diaqramlarının  kəmiyyətcə  təhlili  üçün  çökmə  süxurların 
elektrik  müqavimətinin  laboratoriya  şəraitində  təzyiq  və 
temperaturdan asılılığının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Süxurların müqavimətinə təzyiqin təsirinin öyrənilməsi iki isti-
qamətdə inkişaf etdirilmişdir. Birinci istiqamət mədən geofizikasının 


 
44 
həll  etdiyi  məsələlərə,  ələlxüsus  çökmə  və  kollektor  süxurların 
müqaviməti ilə təzyiqi arasında asılılığı müəyyən etməkdən ibarətdir. 
Bu  halda  təcrübə  zamanı  p=1000  kq/sm
2
  təzyiqin  təsirilə 
kifayətlənmək 
lazımdır. 
İkinci 
istiqamət 
üçün 
süxurun 
müqavimətinin  böyük  təzyiq  altında  bir  neçə  və  yüz  atmosfer 
təzyiqdə öyrənilməsi tələb olunur. 
Xüsusi müqavimətin və məsaməlilik kəmiyyətinin ölçmələrinin 
nəticələri  göstərir  ki,  xarici  təzyiq  artdıqca  müqavimət  və 
məsaməlilik kəmiyyəti P
n
 artır 
m
md
n
ρ
ρ
P

 

md
-məhlulla  doymuş  süxurun  xüsusi  müqavimətidir; 

m
-
məhlulun xüsusi müqavimətidir. 
Təcrübələrin 
nəticəsi 
olaraq 
şəkildə 
nisbi 
elektrik 
müqavimətinin təzyiqdən asılılığı verilmişdir. 


verilmiş təzyiqdə 
müqavimətin  qiymətinin  başlanğıc  müqavimətə  nisbətini  göstərir 
(Şəkil 11). 
     
 
Şəkil 11. 
50 atm təzyiq altında doydurulmuş qumdaşlı  nümunələrin 
nisbi  xüsusi  müqavimətinin  təzyiqdə  asılılığı.1-gilli-karbonatlı  sement;  2-
karbonatlı sement.
 


 
45 

o
  dəyişməsinin  intensivliyi  təkcə  sementin  tipindən  yox, 
həm də onun miqdarından asılıdır  Sementin faizlə miqdarı artdıqca 
təzyiqin artması ilə müqavimətin nisbi artması daha aydın müşahidə 
olunur.  Müqavimətin  nisbi  artımı  təzyiqin  1-200  atm  hüduduna 
təsadüf  edir.  Müxtəlif  süxurda  müxtəlif  miqdarda  sementin  olması  
ilə əlaqədar olaraq 

o
  nisbətinin  artması  qumdaşları  üçün  təzyiqin 
600 atm qiymətində 9-650% hüdudunda artdığı müşahidə olunur. Bu 
halda  təzyiqin  artması  ilə  müqavimətin  nisbi  qiymətinin  və 
məsaməlilik  əmsalının  artması  gil  sisteminin  müəyyən  qiymətində 
müşahidə olunur. Belə güman olunur ki,  təzyiqin artması  sementin 
tipindən  asılı  olaraq  bir  halda  müqavimətin  artması  və  məsaməlilik 
əmsalının  məsamələrin  strukturunun  dəyişməsi  ilə,  halda  (gilli 
sementli) isə məsaməliliyin azalması ilə əlaqədardır. 
Çökmə  komplekslərin  böyük  miqdarda  nəmliklə  doymuş 
süxurlarında  müqavimətin  artması  təzyiqin  artması  ilə  səciyyələnir. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  süxurun  təbii  şəraitdə  təyin  olunan 
məsaməlilik  kəmiyyəti  ilə  laboratoriya  şəraitində  təyin  olunan 
məsaməlilik  kəmiyyəti  arasında  alınan  qiymətlər  üçün  təzyiqə 
düzəliş edilməlidir. 
Qeyd etmək çox Yerinə düşərdi ki, göstərilən işlərdə ən vacib 
parametr  olan  temperatur  nəzərə  alınmalıdır.  Temperatur  süxurun 
müqavimətinin tam qiymətini əhəmiyyətli dərəcədə dəyişdirəcək, ola 
bilsin  ki,  müqavimətin  təzyiqdən  asılılığını  gücləndirsin.  Çökmə 
süxurların  müqavimətinin,  təzyiq  və  temperaturun  eyni  zamanda 
təsiri  zamanı  dəyişmə  asılılığının  öyrənilməsi  praktiki  olaraq  çox 
vacibdir.  İkinci  istiqamət  dərində  əmələ  gələn  maqmatik  süxurların 
böyük  təzyiq  altında  öyrənilməsi  keçmiş  Sovetlər  ölkəsində 
aparılmağa başlamışdır və indi də həmin məkanda aparılması davam 
edir. 
İkinci  istiqamət  maqmatik  süxurların  yüksək  təzyiq  və 
temperaturda  elektrik  müqavimətinin  öyrənilməsidir.  Bir  tərəfli 
sıxılma  şəraitində 

=f(p)  asılılığının  öyrənilməsi  nümunənin 
dağılmasına  lazım  olan  gərginliyin  50%    qədər  olan  təzyiqdə 
aparılmalıdır.  Belə  təcrübələrdə  nümunələrin  üzləri  bir-birinə  dəqiq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə