Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

 
66 
 
Azərbaycanda yaşayan müxtəlif xristian və yəhudi  icmaları islam 
dünyası içində öz dünyalarını yaratmışdılar. Kilsələr və sinaqoq-
lar  həmişə  özlərinin  müxtariyyətliklərini  qoruyub  saxlayırdılar. 
Onlar  müxtəlif  bağlaşmalarla  özlərinə  güvənclər  qazanırdılar. 
İslam  qanunu  başqa  dinlər  arasında  tarazlığa  da  göz  qoyurdu, 
yəhudilərin  xristianlığa  və  xristianların  iudaizmə  keçməsini 
yasaqlayırdı. Onlara yalnız islama keçməyə icazə verilirdi.    
İslam  dünyasında  başqa  dindən  olanlara  peşə  yasaqları  yox 
idi.  Ona  görə  də  xristianlar  və  yəhudilər  çox  qazancıl  peşələrlə 
məşğul olurdular. Xilafətin paytaxtı olan Bağdadda (IX əsr) xris-
tian icmasının başında saray həkimi xristian dururdu. Yəhudi ic-
masının başında isə saray bankiri  yəhudi dururdu (6, 43 ). Adam 
Mets təəccüblənərək yazırdı: “Müsəlman imperiyasında adamı ən 
çox mat qoyan başqa dindən olan məmurların çoxluğudur. Müsəl-
manlar bu məmurlara tabe olurdular. Paradoks: bir tərəfdən yəhu-
diləri  və  xristianları  məcbur  edirdilər  ki,  onları  bildirən  nişanları 
gəzdirsinlər.  Onlara  icazə  verilmirdi  ki,  müsəlman  evindən  hün-
dür ev tikdirsinlər (hərçənd bu yasaqlara çox az əməl olunurdu). 
O  biri  tərəfdən  isə  həmin  dindən  olan  məmurlar  müsəlmanlara 
əmr və cəza verirdilər (6, 52-53).  
XII-XIII  yüzilliklər  xristianlığın  Azərbaycanda  yenidən  çi-
çəkləndiyi bir dövrdür. Belə ki, bu dövrdə Qarabağda xristian Al-
banlar qısa müddətə olsa da Həsən Calalyanın rəhbərliyində Xa-
çın çarlığı kimi siyasi təsisat yarada bilmişdilər. Gəncədə Mxitar 
Qoş  (1130-1213),  onun  yetirməsi  Vanakan,  Gəncəli  Kirakos 
(1200-1271), Vardan (öl. 1271) və s. kimi xristian Alban intellek-
tualları yaşayıb yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu III 
Stepannosun  (1155-1195)  təkidli  xahişi  ilə  yazılmış  məşhur 
“Sudebnik” (“Qanunnamə”) əsərinin müəllifidir. “Qanunnamə”yə 
heç  bir  sistem  gözlənilmədən  Şərqi  Roma  imperiyasının  qa-
nunları ilə yanaşı, Alban kilsəsinin qanunları, “Musa qanunları”, 
kilsə (Aquen, bardis) qanunları daxil edilmişdir (7, 227). Bundan 
başqa  Mxitar  Qoş  “Alban  salnaməsi”  əsərinin  də  müəllifidir.  F. 
Məmmədova “Azərbaycan siyasi tarixi və tarixi coğrafiyası” əsə-
rində Alban kilsəsi haqqında yazır: “Erməni kilsəsinin zəiflədiyi 


 
67 
 
dövrdə, erməni patriarxlığında vahid mərkəz olmadıqda (XI, XIII, 
XV  əsrlər)  alban  patriarxları  Eçmiədzin  katolikosunun  razılığı 
nəzərə alınmadan alban yepiskopları tərəfindən təyin olunurdular. 
1240-cı  ildən  başlayaraq  Qanzasar  məbədinin  nüfuzu  artmağa 
başladı.  Məbədə  Həsən  Cəlal  nəslinin  nümayəndələri  başçılıq 
edirdilər.  Bu  vaxtdan  Qanzasar  alban  kilsəsinin  mərkəzi  alban 
katolikoslarının  iqamətgahı  oldu,  alban  katolikosluğu  Qanzasar 
katolikosu  adlanmağa  başladı.  Qanzasar  katolikoslarının  iqamət-
gahı  həm  də  Artsax  knyazlığının  dini  və  siyasi  mərkəzi  idi”  (8, 
227).  Həmdulla Qəzvini “Hüzhət əl-Qülub” əsərində Ucan şəhə-
rindən danışarkən şəhər əhalisi arasında xristianların da olduğunu 
qeyd  edir  (9,  8).  Şərqi  Suriya  kilsəsi  saborlarının  sənədlərində 
Partavda V əsrdən, Urmiyada IV əsrdən, Paytakaranda VI əsrdən, 
Muğanda  VIII  əsrdən,  Marağa,  Təbriz,  Uşnuda  XIII  əsrdən 
yepiskopluqların mövcudluğu təsdiq edilir (10, 40). Xristianlığın 
əsas  cərəyanlarından  biri  olan  nəsraniliyin  Azərbaycanda  yayıl-
ması ilə bağlı da faktlar vardır. Akademik V.Bartolld “Xəzəryanı 
ərazilərin  islam  tarixində  yeri”  adlı  əsərində  Ərəblərin  gəlişi 
dövründə  nəsranilərə  işarə  edərək  yazır:  “Ərəblər  Sasanilərin 
sərhəd  ərazilərini  tutanda  bu  bölgələrin  dini  kimi  xristianlıqdan 
danışırlar, zərdüştlüyün ardıclıları isə heç xatırlanmır. Sasanilərin 
qərb  ərazilərində  nəsranilik  xristianlığın  xüsusi  təlimi  şəklində 
təşəkkül  tapdı.  Onlar  Bizansda  təqib  olunurdular.  Burada  isə 
təqiblər  olmadığı  üçün  nəsranilik  hakim  vəziyyətdə  idi”  (11, 
672).  Monqol  və  Səlcuq-türk  istilaları  dövründə  xristianlıq  təzə 
nəfəs  tapıb  yeni  bir  dalğa  ilə  Şərqə  yayılmağa  başlamışdı.  Bu 
səbəbdən  də  XI-XIII  əsrlərdə  Azərbaycanda  nəsrani  məzhəbli 
xristianlıq  daha  fəal  yayılmış,  bir  sıra  türk  tayfaları  xristianlığı 
qəbul etmiş, kilsə və monastırlar tikilmişdir. İçəri şəhərdəki - Qız 
qalasının  yanındakı  məscidin  yaxınlığındakı  xristian  kilsəsinin 
nəsranilərə  məxsus  olduğu,  eyni  zamanda  Abşeronun  bir  sıra 
qədim  qəbiristanlarında  nəsrani  müqəddəslərinin  sərdabələri 
olduğu məlumdur (12, 39-41). 
Orta  əsrlərdə  Azərbaycanda  iudaist  dininin  daşıyıcıları  olan 
yəhudi  icmaları  da  mövcud  idi.  Azərbaycanın  Şimal-şərqinə 


 
68 
 
iudaist  yəhudilərin  köçüb  gəldiyi  hələ  lap  qədim  dövrlərdən 
məlumdur.  Onların  Azərbaycanda  məskunlaşması  ilə  bağlı  araş-
dırıcılar  arasında  fərqli  fikirlər  mövcuddur.  Tarixçi  alim  Tarix 
Dostəliyev  “Şimali-şərqi  Azərbaycan  IX-XV  əsrlərdə”  adlı  əsə-
rində  yəhudilərin  Azərbaycanda  mənşəyi  ilə  bağlı,  bəzi  tədqi-
qatçılar  tərəfindən  irəli  sürülən  Sasanilərin  köçürtdükləri  İran 
mənşəli əhalinin sonradan iudaizmi qəbul etmələri və bunun əsa-
sında Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı ver-
siyanı rədd edərək qeyd edir ki, yəhudilər dünyanın bir çıx məm-
ləkətlərinə səpələndikdən  sonra da müxtəlif xalqlar arasında ya-
şayaraq  onların  dillərini  qəbul  etsələr  də,  dini  mənsubiyyətlərini 
qoruyub saxlaya bildikləri kimi Azərbaycanda da öz icmalılığını 
və  dini  mənsubiyyətini  qoruyub  saxlamışlar  (13,  235).  Orta  əsr-
lərdə  Azərbaycanın  Şimal-şərqində  yəhudi  icmalarının  yaşaması 
haqqında orta əsr yazılı mənbələri də xəbər verir. XIII əsrin orta-
larında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keç-
diyi ərazilər və onların xalqları haqqında qeydlər aparmış fransalı 
rahib  Vilhelm  de Rubruk Dərbənddən  cənubda iki  günlük  məsa-
fədə  yerləşən Şabran (Samaron) şəhərində  çoxlu  yəhudilərin  ya-
şadığını  söyləyir  (10,  25).  Araşdırdığımız  dövrdə  orta  əsr  Azər-
baycan  mütəfəkkir  və  şairlərinin  əsərlərində  də  xristianlığa  və 
iudaizmə  dair  kifayət  qədər  məlumatlara  rast  gəlmək  müm-
kündür. 
DİNİ - MİSTİK  TƏLİMLƏR 
XII-XV  əsrlərdə  Azərbaycanda  dini  münasibətlərin  etnoqra-
fik cəhətdən araşdırılmasında orta yüzilliklərdə islam aləmində, o 
cümlədən  Azərbaycanda  geniş  yayılmış  dini  cərəyanlardan  biri 
ideya-nəzəri  baxımdan  zəngin,  eləcə  də  ritual  və  ayinlərlin  çox-
luğu və rəngarənkliyi ilə diqqəti çəkən sufizm mühüm əhəmiyyət 
kəsb  edirdi.  Bu  araşdırmanı  aktual  edən  məsələlərdən  biri  də 
sufiliklə  bağlı  məsələlərin  etnoqrafik  cəhətdən  zəif  araşdırıl-
masıdır.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə