Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
54 
"...Girovluqda  olmuĢ  Abbasov  Elbrus  Ələmdar  oğlu  ifadəsində  bildirib  ki,  əsirlik  müddətində  Artur  və 
Slavik  adlı  serjantlar  və  Feliks  adlı  leytenant  onları  dayanmadan  döyüblər.  Onlar  Xocalı  sakinləri  Novruzov 
Ələsgər Xanlar oğlunu və ġəliyev Elçin Vəkil oğlunu döyüb iĢgəncə verməklə öldürmüĢdülər". 
 
"...Hümbətov Əmir Səlim oğlu ifadəsində bildirir ki, gecə saat 00.04 radələrində onu Xocalıda "Armo" adlı 
dəstə əsir götürüb. Yaraqlılardan Sergey adlı erməni onun diĢlərini sındıraraq qızılını götürmüĢdü". 
 
"...Kərimova Elmira ġahmalı qızı bildirir ki, milis Ģöbəsinin rəisi Ağacanyan girov götürülmüĢ xocalılıları 
dindirməyə  aparmaq  adı  ilə  kiĢiləri  döyüb  qətlə  yetirir,  cavan  qızları  zorlayırdılar.  Ermənilər  onları  girov 
götürərkən üstlərində olan qızıl və zinət əĢyalarım götürüb ruslara verirdilər". 
 
"...Xocalı  Ģəhər  sakini  göstərmiĢdi  ki,  Xocalıda  onlara  atəĢ  açıb  girov  tutan  Lola  adlı  erməni  onun  qızıl 
diĢlərini çıxardıb." 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 85-87. 
 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
55 
 
Soyqırım faktları 
 
Xocalıda  soyqırıma  məruz  qalan  insanların  müstəqil  həkimlər  tərəfindən  tibbi  ekspertizası  keçirilib. 
Tibbi araĢdırmanın nəticəsində bir  daha aydın  olur ki, bu, tək bəĢəriyyətə  qarĢı deyil, insanlığa  yönələn  vəhĢi 
vandalizm  aktıdır.  Tibbi  komissiyanın  müayinə  apardığı  cəsədlərin  çoxu  üzərində  ermənilər  eksperiment 
aparmıĢ,  cəsədlərin  dərisi  soyulmuĢ,  hamilə  qadınların  qarnı  deĢilmiĢ,  kiĢilərin  cinsiyyət  üzvləri  kəsilmiĢdir. 
Sıraladığımız bu insanların cəsədləri üzərində aparılan eksperimentləri emosiyasız izləmək mümkünsüzdür. Siz 
də izləyin... 
 
Orucov  Telman  Ənvər  oğlu  -  1956-cı  ildə  doğulub.  Qaçqınlıq  taleyi  yaĢayaraq,  1988-ci  ildə 
Xankəndinə gəlib. Soyqırım günü Naxçıvanik yolunda qətlə yetirilib. BaĢının dərisi soyulub. 
 
Əbdülov Yelmar Ənvər oğlu - 1949-cu il təvəllüdlü, yerli xocalılıdır. Naxçıvanik yolunda güllələnib. 
BaĢının dərisi soyulmuĢdur. 
 
Ələkbərov Təvəkkül Ġskəndər oğlu - 1956-cı ildə doğulub. Əslən xocalılı olan Təvəkkül Naxçıvanikdə 
güllə yarası alıb, qətlə yetirilib. Cəsədi üzərində on bıçaq yarası aĢkarlanıb. 
 
Həsənova Fitat Əhəd qızı - Böyük Vətən Müharibəsindən bir il əvvəl 1940-cı ildə Xocalıda doğulub. 
Cəsədi üzərində zorakılıq əlamətləri var. Gözləri çıxarılıb. 
 
Həsənova  Gülçöhrə  Yaqub  qızı  -  1968-ci  il  təvəllüdlüdür.  Yerli  xocalılıdır.  DöĢ  qəfəsindən  və 
qarnından güllə yarası alıb. Sol əli pəncədən kəsilib. 
 
Həsənov  ġöhlət  Usub  oğlu  -  1944-cü  ildən  olan  bu  insan  da  yerli  xocalılıdır.  DöĢ  qəfəsindən  güllə 
yarası, yuxarı ətraflarının kəsilməsi müĢahidə olunub. 
 
AbıĢov  Əli  Əbdül  oğlu  -  1918-ci  ildə  doğulub.  Bədənin  küt  travması,  skelet  sümüklərinin  çoxlu 
sınıqları aĢkarlanıb. 
 
Səlimov Bahadur Mikayıl oğlu  - 1928-ci il təvəllüdlüdür. Naxçıvanik  yolunda yandırılmıĢ, cinsiyyət 
üzvü kəsilmiĢ, gözləri çıxarılmıĢdır. 
 
Aslanov Ġqbal Qulu oğlu - 1970-ci ildə doğulub. Naxçıvanik yolunda qətlə yetirildikdən sonra cinsiyyət 
üzvü kəsilib, yandırılıb. 
 
Sahib. Soyadı, atasının adı  və  doğum tarixi bəlli  deyil. Soyqırım  günü  qətlə  yetirildikdən sonra cəsədi 
üzərindən BTR keçib. 
 
Nuralıyeva  Dilarə  Oruc  qızı  -  doğum  tarixi  bəlli  deyil.  Xocalıya  hücum  zamanı  qətlə  yetirilib.  DöĢ 
qəfəsindən güllə yaraları alıb. Gözləri və döĢləri kəsilərək götürülüb. 
 
Abbasov Taleh Ümidvar oğlu  - 1961-ci ildə  dünyaya göz açıb. Yerli xocalılıdır. Taleh öldürüləndən 
sonra qulaqları kəsilib. 
 
AbıĢova  Məruzə  Məhəmməd  qızı  -  1932-ci  il  təvəllüdlüdür.  Naxçıvanik  yolunda  qətlə  yetirilib. 
Məruzənin gözləri çıxarılıb, döĢ vəzlərini və burnunu kəsib götürüblər. 
 
Kərimov  Samran  Soltan  oğlu  -  1924-cü  il  təvəllüdlüdür.  1988-ci  ildə  Ermənistanın  Əzizbəyov 
rayonundan ermənilər tərəfindən qovulan, öz yurdundan didərgin düĢən soydaĢımızdır. Qətlə yetirildikdən sonra 
gözləri çıxarılıb, arxa keçəcək dəliyindən butulka yeridilib. 
 
Kərimova  Firəngül  Məhəmməd  qızı  -  1935-ci  il  təvəllüdlüdür.  Firəngül  Samran  kimi  1988-ci  ildə 
Ermənistandan  qovulan  soydaĢlarımızdandır.  Bədəni  tam  doğranılıb,  gözləri  çıxarılıb,  qulaqları  və  döĢləri 
kəsilib. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
56 
Kərimov  Frunz  Samran  oğlu  -  1960-cı  ildə  doğulub.  1988-ci  ildə  Ermənistandan  didərgin  salınan 
Frunz diri-diri yandırılıb. 
 
Səlimov  Araz  Bahadur  oğlu  -  1960-cı  ildə  Xocalıda  doğulub.  Yaralı  tutularaq,  körpə  uĢağının  gözü 
qarĢısında armaturla döyülüb öldürülmüĢdür. 
 
Behbudova Sürəyya Ġbrahim qızı - 1932-ci ildə Xocalıda doğulub. Zirehli tankla əzilərək, ayağından 
güllə yarası alıb. 
 
Behbudova  Sürəyya  Yusif  qızı  -  doğum  tarixi  müəyyənləĢdirilməyib.  Qətlə  yetirildikdən  sonra, 
cinsiyyət üzvü kəsilərək götürülüb. 
 
Hüseynov Allahverdi Qulu oğlu - bu ahıl qoca 88 yaĢında erməni qəddarlığının, vəhĢiliyinin qurbanı 
olub. Yandırılaraq qətlə yetirilib. 
 
Ġmani  Ağayar  Salman  oğlu  -  1989-cu  ildə  Xocalıda  doğulub.  Bu  üç  yaĢlı  məsum  körpə  erməni 
qəddarlığının qurbanı olub, yandırılmıĢdır. 
 
Məmmədov Saday - doğum ili və atasının adı müəyyən edilməyib. Cəsədi yandırılıb. 
 
Bədəlov  Tofiq  -  doğum  və  atasının  adı  müəyyənləĢdirilməyib.  Tofiqin  cəsədi  üzərində  vəhĢi 
eksperiment aparan ermənilər onun gözlərini çıxarıb, qulaqlarını kəsmiĢlər. 
 
Rəcəbov  Cəbrayıl  Mehdi  oğlu  -  1961-ci  ildə  doğulub.  Tankla  əzilmiĢ,  gözləri  çıxarılıb,  qulaqları 
kəsilmiĢdir. Cəsədi üzərində yanıq əlamətləri aĢkarlanıb. 
 
Fərzəliyev  Canan  Binnət  oğlu  -  1962-ci  ildə  doğulub.  Yerli  xocalılıdır.  Erməni  vəhĢiliyindən  canını 
qurtarmaq istəyən zaman Naxçıvanik yolunda diri-diri yandırılıb. 
 
Məmmədova  Tamara  Səlim  qızı  -  təvəllüdü  bəlli  deyil.  Gözləri  çıxarılıb,  döĢləri  kəsilərək  qətlə 
yetirilib. 
 
DadaĢova  Əsli  Bəbir  qızı  -  təvəllüdü  bəlli  deyil.  Gözləri  çıxarılıb,  döĢləri  kəsilib.  Cəsədi  üzərində 
yanıq izləri aĢkarlanıb. 
 
Əmrahova  Mahı  Bəbir  qızı  -  təvəllüdü  bilinmir.  Gözləri  çıxarılıb,  döĢləri  kəsilib.  Cəsədi  üzərində 
çoxsaylı güllə yaraları aĢkarlanıb. 
 
Hümmətova Ənahət Eldar qızı - 1976-cı ildə doğulub. Bədənində çoxsaylı güllə yaraları aĢkarlanıb. 
Gözləri çıxarılaraq, döĢləri kəsilmiĢdir. 
 
Nuriyev Hafiz Yusif oğlu - 1962-ci il təvəllüdlüdür. Əlləri məftillə bağlanaraq, baĢı kəsilmiĢdir. 
 
Naməlum kiĢi - 25-30 yaĢlarında. BaĢı və üst dodağı kəsilib. Boynunun ön səthindən güllə yaraları alıb. 
 
Naməlum kiĢi - 20-25 yaĢlarında. DöĢ səthinin arxa hissəsində qəlpə yarası aĢkarlanıb. Sifətinin dərisi 
soyulub. 
Naməlum kiĢi - 22-24 yaĢlarında. Sağ gözü kəsilərək götürülüb. Qarın divarlarında onlarca güllə yarası 
aĢkarlanıb. 
 
Naməlum kiĢi - 25-35 yaĢlarında. Ürəyindən güllələnib. Qulaqları kəsilib. 
 
Naməlum kiĢi - 20-30 yaĢlarında. BaĢı kəsilib. Göz almacıqları çıxarılıb. 
 
Naməlum kiĢi - 20-30 yaĢlarında. BaĢı kəsilib. Bud nahiyəsindən güllə yaraları alıb. 
 
Naməlum kiĢi - əl-ayağı məftillə bağlanılıb, yandırılmıĢdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə