Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
122
17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq sükut dəqiqəsi elan edildi. Erməni silahlı qüvvələri Dağlıq Qarabağı bütövlükdə və 7 rayonu qan tökə-
tökə iĢğal etdi. Bu iĢğal nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilmiĢ, 50 min nəfərdən çox insan əlil
olmuĢ, 4 mindən çox insan əsir və itkin düĢmüĢ, girov götürülmüĢdür. Bır milyondan çox Azərbaycan vətəndaĢı
öz ata-baba yurdlarından qovularaq məcburi köçkünə çevrilmiĢdir. Bütün dünyanın gözü qarĢısında bu
vəhĢilikləri törədən ermənilər heç bir beynəlxalq qanuna, hüquqi normalara məhəl qoymur və dünya susur.
Dünya susduqca onlar daha da azğınlaĢır və Azərbaycanın maddi və mənəvi sərvətlərini qəddarcasına talan edir,
od vurub yandırırlar. Bu alovun dilləri göylərə bülənd olduqca Azərbaycanın dərdini dünyaya hayqırır, təəssüf,
çox təəssüf ki, dünya bu hayqırtını ya eĢitmir, ya da eĢitmək istəmir. Ümummilli liderimiz Heydər Əliyev
Xocalı soyqırımı haqqında demiĢdir: "Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhĢətli kütləvi
terror aktlarından biri kimi daxil oldu"(6).
Bu hərbi-siyasi cinayət zamanı 8 ailə tamamilə məhv edildi, 25 uĢaq hər iki valideynini, 130 uĢaq isə
valideynlərindən birini itirdi, 56 nəfər Ģəhid oldu, xüsusi amansızlıq və qəddarlıqla diri-diri yandırıldı.
Ümumiyyətlə, iĢğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının ortaya atdığı saxta ərazi iddiaları zaman-
zaman xalqımıza böyük bəlalar gətirdi. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilmədi, bu dəhĢətli cinayət cəzasız qaldı. Beynəlxalq Cenevrə Konvensiyasına əsasən, Ermənistan
Respublikasına qarĢı sanksiyalar tətbiq edilməli olduğu halda, bu cinayətin iĢtirakçılarının heç biri
cəzalandırılmadı.
Ġkrah hissi yaradan məsələlərdən biri də Xocalı faciəsini törədən erməni mənfurlarının bu faciə üzərində
siyasi oyunbazlıqlarıdır. Belə ki, onlar xarici ölkə mətbuatında yalanlar uydurur, Xocalı faciəsinin faktlarını
qəsdən əksinə izah edir, heç bir əndazəyə sığmayan iftiralar yayırlar: bu vəhĢiliyi, guya, azərbaycanlılar
ermənilərə qarĢı edib. Xocalı faciəsi, guya, azərbaycanlıların özləri tərəfindən törədilib.
Dünya birliyi və beynəlxalq təĢkilatlar Ermənistanın bu təcavüzünün qarĢısını almaq üçün vaxtında
təsirli tədbirlər görmədiyi üçün "həvəslənən" ermənilər Azərbaycan Respublikasının 14 min kv. km (20 %-ni)
ərazisini iĢğal etdilər (1).
Ümumiyyətlə, ermənilərin Azərbaycana qarĢı təcavüzü zamanı 20 mindən çox adam öldürüldü. 50
minədək adam yaralandı və ya Ģikəst oldu. 4 min nəfər əsir düĢdü, yaxud girov götürüldü. 1 milyonadək
azərbaycanlı ev-eĢiyini itirdi. 100 mindən çox yaĢayıĢ evi, 1 milyondan çox iqtisadi obyekt, 600-dən çox
məktəb və tibb müəssisəsi yandırıldı, talan edildi və 100 milyonlarla dollar dəyərində Ģəxsi əmlak, dövlət
əmlakı, maddi sərvətlər iĢğal olunmuĢ ərazilərdən Ermənistana daĢındı. Erməni vandalizmi nəticəsində
azərbaycanlılara məxsus minlərlə tarix və mədəniyyət abidəsi dağıdıldı, muzey eksponatları və kitabxanalar
məhv edildi.
Hələ o zaman Azərbaycan Prezidenti, ulu öndərimiz Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlı
Qarabağ münaqiĢəsinin nizamlanmasında beynəlxalq təĢkilatların və dünya dövlətlərinin laqeydliyini önə
çəkərək "ATƏT-in sərhəd və ərazilərin toxunulmazlığı prinsiplərinə Azərbaycan həmiĢə tərəfdar olmuĢdur"
deməklə beynəlxalq təĢkilatların. dünya səviyyəsində böyük nüfuza malik dövlətlərin Ermənistanın iĢğalçılıq
siyasətinin qarĢısını almaq üçün təsirli tədbirlər görmədiyini təəssüflə ifadə edirdi (2, s. 10). Ermənistan isə bir
qayda olaraq beynəlxalq təĢkilatların və dünya dövlətlərinin bəyanat və xəbərdarlıqlarına məhəl qoymayaraq
Dağlıq Qarabağ probleminin həll edilməsinə "kompromislər" bəhanəsi ilə mane olmaqda davam etmiĢdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Ġlham Əliyevin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin həllində qətiyyətli və sərt mövqe tutması və hücum
diplomatiyasına üstünlük verməsi bu məsələyə barmaqarası baxan beynəlxalq təĢkilatların, xüsusilə ATƏT-in
Minsk Qrupunun fəaliyyətinin canlanmasına səbəb oldu. Bu istiqamətdə məntiqi ardıcıllıqla atılan qətiyyətli
diplomatik addımlar qarĢı tərəfi reallıqla, ədalətlə barıĢmağa məcbur etməyə baĢladı. Hələ Azərbaycan
Respublikasının baĢ naziri olarkən Ġlham Əliyev sentyabrın 24-də BMT BaĢ Məclisinin 58-ci sessiyasında çıxıĢı
zamanı demiĢdir: "Azərbaycan Dağlıq Qarabağ münaqiĢəsinin "mövcud reallıq" əsasında həll variantı ilə heç
zaman razılaĢmayacaq və torpağının bir qarıĢını belə heç kimə verməyəcəkdir" (3, s. 62). Azərbaycan dövlətinin
beynəlxalq təĢkilatlarda apardığı diplomatik səylər nəticəsində respublikamızın ərazi bütövlüyünün bərpa
edilməsində onu dəstəkləyən dövlətlərin sayı artsa da, ermənilərin iĢğalçı siyasəti günbəgün ifĢa edilsə də,
Azərbaycan hökumətinin haqq iĢini dəstəkləyən dövlətlərin Ermənistana təzyiqi güclənsə də, təəssüf ki,
Ermənistan-azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi hələ də öz həllini tapmamıĢdır. Belə ki, Azərbaycan
dövlətinin ATƏT-in Minsk qrupu üzvləri ilə, ATƏT üzvü olan dövlətlərlə apardığı fəal və məqsədyönlü iĢin
Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli və sülh yolu ilə həllinə yaxınlaĢdırsa da münaqiĢə hələ də
həll edilməmiĢdir.
1992-ci ildə birbaĢa Xocalı faciəsinə baĢçılıq edən Serj Sarkisyan Ermənistan prezidenti seçildikdən
sonra, elə bu yaxınlarda verdiyi müsahibələrində bir daha bu vəhĢiliyi, bu qəddarlığı törədən "qəhrəman" kimi
utanmadan, çəkinmədən danıĢır.
Dostları ilə paylaş: |