Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   73   74   75   76   77   78   79   80   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
132 
qətnamədə  Xocalı  faciəsinə  "erməni  silahlı  qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı"  və  "insanlığa 
qarĢı cinayət" kimi qiymət verilmiĢdir. 
Misli  görünməmiĢ  qəddarlıqla,  vəhĢiliklə  törədilmiĢ  Xocalı  soyqırımı  və  ümumiyyətlə,  Azərbaycan 
xalqının  ədalətsizcəsinə  cəlb  olunduğu  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  bütün 
məĢəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün 
ciddi və məqsədyönlü iĢ aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baĢ 
verə biləcəyi qənaətini yaradır. 
Bu  illər  ərzində  Azərbaycan  təkcə  müharibə,  torpaqlarımızın  iĢğalı,  qaçqınlarımızın  ağır  Ģəraitdə 
yaĢaması  kimi  çətinliklərlə  üzləĢməmiĢdir.  Bundan  daha  ağır  olanı  Xocalı  soyqırımını  törədən  cəlladların, 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  iĢğalçı  ölkənin  siyasi  rəhbərliyində  yüksək  vəzifələr  tutmaqla  özlərini  müdafiə 
etməsi, dünyanın isə buna göz yummasıdır. 
Ötən 18 ildə Xocalının səsini dünyaya çatdırmaq üçün bir çox iĢlər görülüb. Xocalı haqqında gerçəkləri 
bilən, ona daxilən qiymət verən insanların sayı, bəlkə də, milyonlarla artıb. Lakin dünyadakı 6 milyarddan çox 
əhalinin Xocalı haqqında mövqeyinin ədalətli olacağına qədər gözləmək mümkün deyil. Bir daha bildiririk ki, 
soyqırım  siyasəti,  "Böyük  Ermənistan"  və  monoetnik  dövlət  yaratmaq  kimi  Ģovinist  siyasət  müəllifləri  olan 
ermənilərin  ölkəmizə  hərbi-siyasi  təcavüzü  dünya  ictimaiyyəti  tərəfindən  ittiham  edilməlidir.  Beynəlxalq 
təĢkilatlar,  dünya  dövlətlərinin  parlamentləri  Ermənistan  Respublikasının  Azərbaycan  torpaqlarında  törətdiyi 
hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi siyasi qiymət verməlidirlər. Məhz bu cür halların 
indiyədək  dünya  ictimaiyyəti  və  beynəlxalq  təĢkilatlar  tərəfindən  dərk  olunub  pislənilməməsi  və  qarĢısının 
alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən baĢlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam 
etdirən  erməni  qəsbkarları  XX  əsrin  sonunda,  sivilizasiyalı  dünyanın  gözünün  qarĢısında  bütün  insanlığa 
silinməz ləkə olan dəhĢətli cinayət və vəhĢilik törətmiĢlər. 
Bəli,  Azərbaycan  xalqı  18  ildir  ki,  ümumbəĢəri  dəyərlər,  ideallar  və  normalar  anlayıĢına  Ģübhə  ilə 
yanaĢır. Çünki ikili standartlarla üz-üzədir. 
Xocalı  qətliamı  Azərbaycan  xalqı  üçün  paradoksal  məzmunlu  bir  çox  nəticələrlə  üzləĢməyi 
ĢərtləndirmiĢdir.  Ona  dünyanın  münasibəti  bir  tərəfdən  ədalətli  siyasətin  meyarına,  digər  tərəfdən  beynəlxalq 
münasibətlərdə  ikili  standartların  mövcudluğunun  təsdiqinə,  üçüncü  tərəfdən  isə  insan  taleyinə  qəddarlığın  və 
cəzasızlığın rəmzinə çevrilmiĢdir. Xocalı Ģəhərində dinc əhaliyə vəhĢicəsinə divan tutmuĢ erməni hərbçilərini və 
onların  havadarlarını  təmizə  çıxarmaq  üçün  aparılan  təbliğat  kampaniyası  bu  gün  də  ara  vermir.  Erməni 
millətçiləri qonĢu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarĢı ərazi iddialarına haqq qazandırmaq, 
bunun vasitəsi kimi seçdikləri iĢğalçılıq, soyqırım və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən 
istifadə  edərək,  guya  1915-ci  ildə  ermənilərin  soy-qırıma  məruz  qaldıqları  barədə  uydurmaların  beynəlxalq 
səviyyədə  qəbul  olunmasına  cəhdlər  göstərirlər.  Xocalı  faciəsi  kimi  real  soyqırım  aktına  göz  yuman  ayrı-ayrı 
dövlətlərin  parlamentlərinin  erməni  lobbisinin  təsiri  altına  düĢərək  "erməni  soyqırımı"  əfsanəsini  müzakirə 
mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz qərarlar qəbul etməsi yalnız təəssüf və təəccüb deyil, 
beynəlxalq  münasibətlərin  real  durumu  və  perspektivləri  barədə  çox  ciddi  narahatlıq  hissini  -  beynəlxalq 
hüququn iflası və süqutu hissini doğurur. 
Azərbaycan  xalqı  bu  18  ildə  soyqırımda  cəllad  və  qurbanların  kim  olduğunu  ayırd  etməkdə  "çətinlik 
çəkən"  beynəlxalq  siyasətin  biganəliyini  dəyərləndirmək  təcrübəsini  keçmiĢdir.  Bununla  belə,  bu  illər  ərzində 
soyqırım həqiqətlərini dünya birliyinə çatdırmaq üçün səbirlə çalıĢmıĢdır. 
Eyni zamanda, 18 il  ərzində  Azərbaycanın  gəldiyi ən  mühüm tarixi  nəticələrdən biri  də bu  olmuĢdur: 
əgər  soyqırım  cəlladlarının  cəzalandırılmasında,  iĢğal  siyasətinə  qiymət  verilməsində  və  Azərbaycanın  ərazi 
bütövlüyünün bərpa olunmasında beynəlxalq birlik tərəddüdlü mövqeyini davam etdirərsə, o zaman Azərbaycan 
xalqı bu dəfə cinayətkarın kim olduğunu tarixin sübut etməsini gözləməyəcəkdir! Beynəlxalq hüquq və siyasət 
meydanında təmin  edilməyən haqqımızı  döyüĢ  meydanında tələb  və təmin  etməli  olacağıq. Bu,  Azərbaycanın 
dəfələrlə  bəyan  etdiyi  prinsipial  mövqedir.  Azərbaycan  mövcud  imkanların  hamısından  istifadə  edərək  ərazi 
bütövlüyünün  bərpasını  təmin  edəcək,  Xocalı  faciəsinin  ədalətli  beynəlxalq  hüquqi-siyasi  qiymət  almasına, 
onun ideoloqlarının, təĢkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır. Müharibə yolu ilə ərazi 
bütövlüyümüzün  bərpa  olunması  Xocalıya  həm  siyasi,  həm  hüquqi,  həm  də  psixoloji  qiymət  verilməsi,  onun 
nəticələrinin aradan qaldırılması demək olacaqdır. Azərbaycan bunu etməyə qadirdir. Azərbaycan xalqının əzmi 
çox böyükdür, çünki haqq iĢi uğrunda mübarizə aparır. Bu gün iĢğal altındakı bütün ərazilərimiz kimi Xocalının 
da,  bu  torpaqlardan  didərgin  düĢmüĢ  bir  milyondan  çox  azərbaycanlının,  o  cümlədən  ölkənin  48  qaçqın 
düĢərgəsində öz dədə-baba yurdlarına qayıtmaq həsrəti ilə yaĢayan Xocalı qaçqınlarının da gözü yoldadır. 
Xocalı  soyqırımı  ilə  bağlı  düĢüncələrimi  Ġmantas  Melyanasın  "Azərbaycan  xalqının  genosidi" 
məqaləsindən sitat gətirməklə bitirmək istəyirəm. Hazırkı durumu qiymətləndirmək üçün çox səciyyəvi olan bu 
sitatda deyilir: "Tarixi ərazilərində yaĢayan əhalinin qətli və ya kütləvi Ģəkildə qovulması ilə müəyyən ərazilərin 
etnodemoqrafik  Ģəraitinin  dəyiĢdirilməsi  etnik  təmizləmə  siyasəti  və  ya  genosid  adlandırılır.  Buna  görə  də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə