|Ы>
QpMjbJ.
•
2013/IV
29
işləyən və günəşin şüalarından üzləri yanmış kəndli qadınlardan fərqlən-
dirilir. Cəngavərlərin həmişə “ala gözlü” və ya “kara gözlü” olduqları
bildirilir. Analara və qızlara aid hörmət ifadə edən formulalar da var, “ağ
birçəkli” . Dastanda atalara və ağıllı kişilərə “ak sakal” deyə müraciət olu-
nur. Ağ rəng həqiqətən də saflıq, hörmət və əlbəttə ki, yaş rəmzidir. Bunun-
la belə, onlar ozanın öz şeirlərində işlətdiyi ifadələrdir. Məsələn, Qazan
hələ gənc olmasına baxmayaraq, özü haqqında “ak sakal baban” deyə
danışır. “B eovulf’da Beovulf gənc olmasına baxmayaraq, saqqal saxlayır!
Digər tərəfdən Çarlemaqnenin saqqalı səlahiyyət və hörmət rəmzi ifa-
də edir. Qadınların gözləri kimi, saqqallar da kişilərin ağlaşma motivinin
bir hissəsidir. Emossional hallarda onlar dartılıb yolunur: “O, ağ rəngli
saqqalını dartıb yoldu” (bənd 2930). Çox gənc olmasına baxmayaraq, Sid
də saqqal saxlayır. Bu, eyni vəzifəni daşıyır. O, Sidin özünü şəxsləndirir:
“ Sidin gözəl saqqal saxlaması necə də xoşdur” (bənd 51), “ Saqqalı əzə-
mətli Sid” (bənd 65). Böyük hörmət rəmzi olaraq Dirsə Xan özü haqqın-
da danışarkən “ağ saqqallı” ifadəsini işlədir. Oğuzlar ağıllı adamlara “ak
sakallı ihtiyarlar” deyə müraciət edirlər. Hətta, quşlar da saqqallıdır: “sa-
kallı boz çalan çayır kuşu öttügünde”
“Dədə Qorqud kitabı”nda kafirlər də daxil olmaqla, bütün cəngavərlər
“qara başlıdır” (kara baş). “Roland haqqında nəğmə” eposunda olduğu
kimi, bu formula da digər formulalar kimi, ozanın əzbərləmə vasitəsi
hesab edilə bilər: “I’erbe verte” (yaşıl ot) ifadəsi Frank və Sarasen doğru-
dan da “yaşıl ot” üstündə oturduğundan ola bilsin ki, heç bir etnik dəyər
daşımır! Eləcə də, xain Qanelon kimi, Rolandın “yaşıl ot” üstündə
ölməsi! Burada semantik-mədəni bağlılıq yoxdur! Digər tərəfdən “Dədə
Qorqud kitabı”nda işlənən “yaşıl çemen” və ya “gözel çemen” onların
mədəni xüsusiyyətləri ilə bağlıdır, çünki xanlar və onların orduları öz
“otaklarını” bu yaşıl otların üzərində qaldırırlar. Yaşıl rəng (baxmayaraq
ki, dastanda ot göy rənglə təsvir olunur) dini meyli də təcəssüm etdirə
bilər. İslamda ucalıq rəngi yaşıldır, şaman inancına görə isə mavi Göy
Tanrının rəngidir.
Türk və Şimali Alman xalqlarına məxsus eposlarda üç motiv - yuxu,
ziyafət və mələk motivləri tez-tez işlənir. Yuxu motivləri dastanlar üçün
xarakterikdir. Onlar nə olacağını qabaqcadan görürlər, lakin bu yuxular
metaforik məhiyyət kəsb edir. Qazanın, qardaşı Qara Günə tərəfindən yo-
zulan yuxusu ona öz yurdunun dağılacağından xəbər verir (9). Çar-
lemaqne 185-ci beytdə qorxunc əlamətlərlə dolu bir yuxu görür. Bu yu
xular tamaşaçıları xəbərdar olduqları (bütünlükdə bilmədikləri), uzun za-
man hazırlanan bir fəaliyyətin və ya planın nəticəsinin intizarında qoyur.
Yuxu yuxu olaraq qalır və tamaşaçı ozanla birlikdə “fəaliyyət” göstərmə-
lidir, ya onların simvolizmini ciddi qəbul edir, ya da onları gərgin bir
|Ы>
QpMjbJ.
•
2013/IV
30
təxəyyül məhsulu kimi bir tərəfə atır. “Nibelunq nəğmələri”ndə Krimbil-
din (Ziqfridin sevgilisi) yuxusu eposun bütün dramasını və faciəsini qa-
baqcadan göstərir:
“Bu həyatın ortasında gözəl Krimbild nəcib bir yuxu gördü ki,
O, gözəl, güclü və vəhşi bir şahini (10) necə öyrədib,
Bu şahin iki qartal tərəfindən öldürülür: bu necə də qəddar bir səhnə idi.
Onun qəlbi dünya boyda kədərlə doldu.
O, bu yuxusunu anası Kraliça Uteyə söylədi,”
Lakin o, yuxusunu bundan daha aydın yoza bilmədi.
“ Sənin böyütdüyün tərlan bir alicənab ərin rəmzidir” (11).
Bu bəndlər 2379 bənddən ibarət poemanın on üçüncü və on dördüncü
stanzalarında verilir! Bu yuxu hələ tamaşaçıların tanış olmadıqları Ziqfri
din faciəsi haqqında məlumat vermək üçün ozanın işlətdiyi texniki bir
vasitədir. Bu da aydındır ki, dinləyicilər kimin haqqında söhbət getdiyini
bilir, çünki onun qəhrəmanlıqla dolu şəxsiyyəti haqqında Skandinaviya
dastanlarında bilgilər var.
Ziyafətlər də motivlərdir və bütün başqa motivlər kimi, onlar da yu-
xarıda adları çəkilən icmaların səciyyəvi şəkil dəyişikliyinə məruz qalmış
orta əsr dixotomiyalarındakı etnik dəyərlərini göstərir. Ziyafətlər şənliyin
və ya faciənin teatrlaşdırılmış forması ola bilər! Səadət və faciə arasında
bir körpü olan, bir epik əsərdən digərinə keçən ziyafətlər tematik bədii
tarazlığı müəyyənləşdirməklə bizə köməklik edir.
Biz "Dədə Qorqud kitabı"ndakı ziyafətlərin vəzifəsini qısaca da olsa
nəzərdən keçirdik. Bu səkkiz ziyafətdən yalnız sonuncu İç Oğuzla Dış
Oğuzun parçalanmasına gətirib çıxardı. Şəxsi və ailə zəminində qovğaya
səbəb olsa da, digər ziyafətlər adətən şənlik mərasimləri olurlar. Məsələn,
dördüncü boyda Qazan öz oğluna acıqlanır, onuncu boyda isə sərxoş Seg-
rek öz qardaşının çətin vəziyyətindən xəbər tutur.
“Beovulf” eposunda da ziyafətlər sevinc və kədər ifadə etməklə bədii
paralelizmi qoruyub saxlayır. Beovulf Qrendalla mübarizə aparan ingilis-
lərə gömək etməyə gələndə böyük şənlik təşkil olunur; musiqi çalınır,
nəğmə oxunur. Bununla belə, bu bayram Qrendalın əsgərləri öldürməsi ilə
yasa çevrilir. Bu paralelizm alliterasiya fiqurundan istifadə olunmaqla
stlistik formada belə ifadə olunur:
“Qonaqlıqdan sonra bərk yatdıqları üçün, onlar kədərdən xəbər tut-
madılar” (bənd 119)
İlk yarımbənddəki “symble” (ziyafət) sözündəki alliterasiya yaradan
“s” səsi və ikinci yarımbənddəki “sorge” (kədər) sözü, bədii vasitələrdən
istifadə etməklə, orta əsr dixotomiyasının ziddiyyətini göstərir. Lakin
“B eovulf’da elə ziyafətlər var ki, oradakı şən əhval pozulmur və çoxlu
şərab və bal şərabı içilir.