Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

“Hara gedirsən? Niyə məni özünlə aparmırsan? Bu son 
anlarında necə də anana oxşayırsan...” 
Həmin rövzəni bir az dəyişib Həmid üçün oxudum:  
“Həmid!  Hara  gedirsən?  Həmid,  olar  getməyəsən? 
Həmid,  məni  də  özünlə  apar!  Həmid,  necə  də  anana 
oxşayırsan”. 


 
227 
Saat 11-də dostları ilə birgə peyvənd vurdurmağa getdi. 
Qayıdanda  hər  şeyi  hesabladıq.  Təhsil  aldığı  universitetin 
hesabına  ayda  16  min  tümən  yatırmalı  idim.  Universiteti 
bitirməyə  üç  semestr  qalmışdı.  Onu  da  ezamiyyətlərin 
çoxluğuna 
görə 
bitirə 
bilməmişdi. 
Universitetdən 
demişdilər  ki,  ezamiyyətdə  olduğun  üçün  imtahanda  səni 
nəzərə  alacağıq,  o  isə  qəbul  etməmişdi.  Diplom  alacağı 
təqdirdə maaşının artdığını bildiyindən, istəyirdi ki, bütün 
dərsləri  oxuyub  imtahan  versin,  aldığı  pul  da  halal  olsun. 
Qərara gəldik ki, hər ay təhsil haqqını ödəyim, qayıdanda 
imtahanlarını verib diplomunu alsın. 
Korpusdan  aldığı  maaşdan  yetmiş  tümən  qalmışdı. 
Dedi  ki,  o  pulları  atama  verim,  korpusa  qaytarsın.  Bizə 
veriləcək ev barədə dedim: 
-Əgər sən gəlməmiş evi versələr, nə edək? 
-O  vaxta  qədər  verəcəklərinə  inanmıram.  Versələr  də, 
əşyaları  apararsız,  özüm  qayıdanda  rəngləyib  əşyaları 
düzərik. 
Yeni evin həvəsilə bütün təmizləyici maddələri bir neçə 
həftə öncədən alıb evə qoymuşdum. Axı haradan biləydim 
ki, hazırkı ev Həmidlə yaşadığım ilk və son ev olacaq?! 
Gecə saat on ikidə  yatdı. Səhər saat beşdə durub  hərbi 
hissəyə gedəcəkdi. Zəngli saatı beşə iyirmi dəqiqə işləmişə 
qurdum. O, rahat  yatsa da, mənim gözümə yuxu getmədi. 
Pəncərədən  saçan  ay  işığı  onun  üzünü  işıqlandırırdı. 
Gözlərimi  üzünə  dikib  səssiz-səmirsiz  göz  yaşlarına  qərq 
oldum. Yastıq islandı. Yerimdə qərar tuta bilmirdim. Otağı 
obaş-bubaşa  gəzib  zikr  deyir,  sonra  gəlib  yanında 
otururdum.  Getməsinə  mane  olacaq  səbəblər  axtarırdım. 
Sanki  məntiqimlə  hisslərim  müharibəyə  başlamışdı.  Öz-
özümə deyirdim ki, bəlkə duranda qarınağrısı tutdu, bəlkə 
ayağı burxuldu. Ancaq ürəyimin dərinliyində başından bir 


 
228 
tük  əskik  olmasına  belə  razı  deyildim.  Öz-özümə  təlqin 
edirdim ki, öncələr olduğu kimi, inşallah, bu dəfə də sağ-
salamat qayıdacaq. 
Azana  bir  saat  qalmış  yuxudan  oyatdım.  Həyatımızın 
hər  günündə  olduğu  kimi,  bu  dəfə  də  ona  səhər  yeməyi 
hazırladım.  Çox  sevdiyi  tomatlı  yumurtanı  bal,  darçın  və 
iydə  tozundan  hazırladığım  məcunla  birlikdə  süfrəyə 
qoyub dedim: 
-Həmid,  gec  olmamış  ye.  Mən  bir  yerdə  qərar  tuta 
bilmirəm.  Qorxuram  ki,  göz-gözə  gələk,  yenə  ağlamağa 
başlayım. 
Süfrədə oturanda dedi: 
-Son səhər yeməyini mənimlə yemək istəmirsən? 
Sanki  ürəyimə  xəncər  sancıldı.  Qulağım  dediyi  sözü 
eşitsə  də,  beynim  inkar  edirdi.  Mətbəx  başıma  fırlanırdı. 
Qəhər içində dedim: 
-Niyə  belə  deyirsən?  Məgər  ilk  dəfədir  ezamiyyətə 
gedirsən?! 
-Kaş  səsini  yazıb,  özümlə  apara  bilsəydim!  Hər  qulaq 
asanda rahatlaşardım. 
Axı  qərara  gəlmişdik  ki,  harda  imkan  olsa,  zəng 
edəcəksən! Bax, mən sənin zənglərini gözləyəcəm. 
Yanında  oturdum.  Özü  yemək  tikələrini  götürüb  mənə 
verirdi. Baxışlarında xüsusi enerji var idi. Dedim: 
-Həmid,  həzrət  Zeynəbin  (ə)  hərəminə  çatanda  mənim 
üçün xüsusi dua edərsən. 
-Gözüm  üstə,  əzizim!  Ora  çatanda  deyəcəm  ki,  bibi 
can,  xanımım  həmişə  yanımda  oldu,  Fərzanə  həyatda  dik 
dura bildiyi üçün mən indi İslam və etiqadım uğrunda dik 
durmağı  bacardım.  Deyəcəm  ki,  Fərzanənin  gözləri 
yaşaranda,  mən  ondan  niyə  ağladığını  soruşanda  heç  nə 


 
229 
demirdi, gözdən uzaq bir yerə çəkilib ağlayırdı ki, iradəm 
zərrə qədər də olsa, zəifləməsin. 
İş  yoldaşı  zəng  vurub  küçənin  başında  gözlədiyini 
bildirdi.  Tez  hazırlaşdı.  Mavi  xətli  ağ  köynək,  qara 
gödəkcə və boz şalvar geyinmişdi. Bu dəfə onun daha gec 
hazırlaşmasını  istəyirdim,  ancaq  o,  getməyə  çox  həvəsli 
idi. 
İçimdə  böyük  bir  təlatümlə  Quranı  qapının  ağzında 
tutdum. Çıxarkən dedim: 
-Kaş  özünlə  telefon  apara  biləydin,  Həmid!  Səni  and 
verirəm  həzrət  Zeynəbə  (ə),  məni  xəbərsiz  qoyma,  imkan 
olan kimi zəng vur”. 
-Narahat  olma!  İmkan  yaranan  kimi  zəng  edəcəm. 
Ancaq  bir  məsələ  var.  Suriyadan  zəng  edəndə  səni 
sevdiyimi  necə  deyərəm?  Yanımda  başqaları  da  olacaq. 
Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. 
Birdən  oxuduğum  şəhid  xatirələri  yadıma  düşdü. 
Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər 
seçmişdilər. Həmidə dedim: 
-Telefonda  “səni  sevirəm”  yerinə,  “yadında  qalsın” 
deyərsən. Mən anlayacam. 
Təklifimdən  xoşu  gəldi.  Pillələri  düşə-düşə  əl  yelləyib 
ucadan deyirdi: 
-Yadında qalsın! Yadında qalsın! 
Təbəssüm edib dedim: 
-Yadımdadır! Yadımdadır! 
Küçəyə  qədər  yola  salmağa  qoymadı.  Birinci 
mərtəbənin  pilləkənindən  bayıra  açılan  pəncərədən 
arxasınca  su  tökdüm.  Küçənin  başına  çatana  kimi  iki-üç 
dəfə döndü, əl yelləyərək sağollaşdı. Uşaqlıqdan küçələrlə 
bağlı  yaxşı  xatirələrim  yox  idi.  Atam  bizi  göz  yaşları 
içində  anamıza  tapşırıb  Kürdüstana  gedirdi.  Əli  ilə  mən 


 
230 
ağlayaraq 
korpusun 
maşınının 
arxasınca 
qaçırdıq. 
Atamızdan ayrılmaq hər dəfə daha da çətinləşirdi. 
İndi  yenə  saoğllaşmaq,  yenə  küçə...  Ancaq  bu  dəfə 
gedən Həmid idi. 
Əliylə  işarə  verdi  ki,  içəri  girim.  Ancaq  girmək 
istəmirdim.  Beynimdə  bir  səs  fəryad  qoparırdı:  “Həmid! 
Bir  az  yavaş!  Axı  niyə  bu  qədər  tələsirsən?!  Qoy  sənə 
doyunca  baxım!”  Ancaq  bütün  bunlar  sadəcə,  beynimin 
fəryadları  idi.  Həmidin  gördüyü  yeganə  şey  hər  addımını 
izləyən baxışlarım idi. Vüqarlı və iradəli addımlar atırdı. O 
gündən sonra bir daha yol getməyini izləmək mənə qismət 
olmadı. 
Pillələri bir-bir çıxıb evə girdim. Evdə hər şey Həmidi 
səsləyirdi.  Evin  divarları  həmişəkindən  də  çox  darıxırdı. 
Evimiz  balaca  olmasına  rəğmən,  Həmidin  sayəsində  bir 
dünya  məhəbbət  və  mehribanlıqla  dolu  idi.  Ancaq  indi 
dözümsüz  bir  qəfəsə  dönmüşdü.  Nəfəsim  daralırdı.  O 
qədər məhəbbət dolu ev birdən-birə qaralmış, daralmışdı. 
Azandan  sonra  səccadədə  oturub  doyunca  ağladım. 
Ürəyim  sakitləşsin  deyə  namazdan  sonra  Quranı  açdım, 
niyyət tutub, istixarə etdim. Qarşıma bu ayə çıxdı: 
“Biz sizi canınızla və malınızla imtahan edərik. Elə isə 
səbrli olun...” 
Bu  ayəni  oxuduqdan  sonra  sakitləşdim.  Bütün 
vücudumla  Allahdan  istədim  ki,  həyatımın  ən  böyük 
imtahanında mənə yardım etsin. 
Səccadəni  yığışdıranda  gözüm  Həmidin  öz  əliylə 
qoyduğu  möhürə  sataşdı.  Ona  əl  vurmadım,  öz-özümə 
dedim:  “Həmid  nə  zaman  qayıtsa,  möhürləri  də  özü 
götürər”. Qoyduğu və ya asdığı heç bir şeyə əl vurmadım, 
hamısı olduğu kimi qaldı. 


 
231 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə