Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

46 

 

Əli qurbanov bir dəfə qızının onu bu yoldan çəkindirmək üçün suala belə 



cavab  vermişdi:  “Qızım,  Vətən  təhlükədə  olanda  kişinin  öz  əcəli  ilə  ölməsi 

qəbahətdir”. 

Artilleriya komandiri Elburus deyərdi: “Görəsən Qarabağda Əli kimi igid 

varmı?” 


Azərbaycanın  Milli  Qəhrəmanı  rəhmətlik  Şirin  Mirzəyev  onun  haqqında 

dəfələrlə söyləmişdi: “Əli kimi 10 əsgərim olsa mən bütün Qarabağı azad edərəm”. 

Onun  hər  anı  qorxulu,  hər  dəqiqəsi  ölümlə  üzbəüz,  səksəkəli  kəşfiyyatçı 

həyatı Manikli, Xatınbəyli, Orta güney, Baş Güney, Canyataq, Gülyataq, Çıldıran, 

Sırxavənd, Drmbon, Mehmana və s. yaşayış məntəqələrində düşmən mövqelərinin 

öyrənilməsi üçün dəfələrlə ölümlə üzləşmişdi. Hər dəfə həm özünü, həm də döyüş 

yoldaşlarını xilas etmişdi. 

Əli  döyüş  dostlarının  sevimlisi  idi.  Komandiri  İ.Həsənov  deyirdi:  “Əli 

anadan  döyüşçü  doğulmuşdu.  O,  əsl  kəşfiyyatçı  idi.  Minanın  da,  düşmənin  də 

yerini sanki hiss eləyirdi”. 

Növbəti  kəşfiyyat  reydindən  qardaşı  Məhərrəmlə  geri  dönəndə  düşmən 

minasına toxunur. Minaaxtaranların bir sözü var: “Sapyor bir dəfə səhv eləyir”. Bu 

sanki Əlinin də bircə səhvi idi. Əli kimi əfsanəvi döyüşçünun ölümü bütün cəbhə 

üçün ağır itgi idi. Yadımdadır ki, çoxları bu xəbərə inanmırdı. İnanmırdılar ki, Əli 

kimi bir qəhrəman həlak ola bilər. 

Kəşfiyyata  yola  düşəndə  döyüş  dostlarına  son  sözünü  demiş,  yadigar  da 

bağışlamışdı. Sanki bu gedişinin sonuncu olduğunu bilə-bilə getmişdi. Getmişdi ki, 

təki Vətən yaşasın. 

Vətən  tarixi  şəhid  Əli  Qurbanovun  əbədiyyət  əfsanəsini  özüylə  birgə 

yaşatmağa borcludur. 

Ağdamın Şəhidlər xiyabanında dəfn edilib. 

 

QAZANÇI UĞRUNDA BĠR PAYIZ DÖYÜġÜ 



 

Zülfüqar  Baxşalı  oğlu  Qafarov  1959-cu  ildə  anadan  olub.  Ağdam 

rayonunun  Qalayşılar  kəndinə  köçmüşdü.  Doğma  Xatınbəyli  kəndinin  işğalından 

sonra Orduya yazılmışdı. 

N nömrəli hissədə taqım komandirinin müavini idi. Döyüş xəttində döyüş 

minalarının  təmizlənməsində  mahir  minaaxtaran  kimi  tanınmışdı.  O  dəfələrlə 

döyüş ərəfəsində müxtəlif xətləri minalardan təmişləyərək ordumuza yol açmış və 

əməliyyatın baş tutması üçün həyatını təhlükəyə atmışdı. 

1992-ci  ilin  31  sentyabrında  Qazançı  kəndi  uğrunda  gedən  döyüşlərdə 

düşmən gülləsi Qafarov Zülfüqarı əbədi susdurdu. Üç körpəsi qaldı. Onun əvəzsiz 

xidmətləri və şücaəti isə döyüş yoldaşları üçün əbədi bir xatirəyə çevrildi. 

 

 




47 

 

ORTA GÜNEY KƏNDĠ 



 

Tarixən  Orta  Güney  də  dörd  dəfə  yandırılıb.  Qədimdən  bu  kənddə 

kolanılar  yaşayırlar.  Orta  Güney  Ağdərə  rayonundan  22  km  qərbdə  Ağdərə-

Xankənd  yolunun  üstündə  yerləşən  ikinci  azərbaycanlı  kəndidir.  Bu  yolun 

bağlanmasında  kənd  əgalisinin  xüsusi  əməyim  olub.  Erməni  separatçılarına  qarşı 

İsacan Aslanovun başçılığı ilə aparılan mübarizəyə görə kənd dəfələrlə rus ordusu 

tərəfindən mühasirəyə alınıb və nəzarətdə saxlanılıb. 

165 nəfər əhalidən və 33 evdən ibarət idi. Altı nəfər şəhid olmuş, altı nəfər 

müxtəlif  dərəcədə  yaralanmışlar.  Bir  nəfər  ən  yüksək  ada  Azərbaycanın  Milli 

Qəhrəmanı adına təqdim edilib, lakin bu vaxtadək təqdimat nəzərə alınmayıb. 

Martin qapısını odlayammadım, 

Patronlarım töküldü, toplayammadım. 

O yara məktub yazdım yollayammadım, 

Vurmayın, arkadaşlar, mən yaralıyam... 



(türk folkloru) 

 

Hamını xəbərdar edən adam 

 

    Aslanov Məstəli Rəşid oğlu 1932-ci ildə anadan olub. 

Hadisələrin  kəskinləşdiyi  dövrdə  Orta  Güney  özünü  müdafiə 

alayının silahlandırılmasında xüsusi xidmətləri var. 

   12  mart  1992-ci  il  erməni  hərbi  qüvvələrinin  kolanı 

kəndlərinə hücumunu  qonşu  Baş  Güneyə,  Xatınbəyli  kəndlərinə 

xəbər  verir.  Sırxavənd  kəndinə  doğru  irəliləyən  NİVA  maşını 

düşmənlərin  diqqətindən  yayınmamışdı.  Maşın  yolu  quldurlar 

tərəfindən  mühasirəyə  alınır  və  yaxınlaşan  maşın  müxtəlif  istiqamətlərdən  atəşə 

tutulur. 

   Aldığı  güllə  yarasından  elə  oradaca  Aslanov  Məstəli  Rəşid  oğlu  həlak 

olur.  Onun  xəbərdarlığı  ilə  kəndlərin  müdafiə  dəstələri  öz  yerlərini  tutur  və 

düşmənə layiqli cavab verirlər. 

   Ağdam Şəhidlər xiyabanında dəfn edilib. 

 

Günahsız Ģəhid 

 

   Köçəriyeva  Ofelya  Məstəli  qızı  29  iyun  1962-ci  ildə 

anadan olub. Xatınbəyli kənd orta məktəbini bitirmişdi. Orta Güney 

kəndində  gündəlik  tələbat  malları  mağazasında  satıcı  işləyirdi.  12 

mart  1992-ci  il  düşmənin  irimiqyaslı  hücumu  zamanı  atasının 

maşınında  gülləbaran  edilərək  həlak  olub.  Dörd  uşaq  anası  idi. 

Ağdam rayonu Uzundərə şəhidlər xiyabanında dəfn edilib. 



48 

 

Taleyi bilinməyən körpə 



 

   Köçəriyev Cahid Zahid oölu 1991-ci ildə anadan olub. 12 mart 1992-ci 

il  ermənilərin  Orta  Güney  üzərinə  irimiqyaslı  hücumu  zamanı  həlak  olmuş 

körpənin ana və babasının meyitləri alınsa da ondan bir xəbər belə alınmamışdır. 

 

Özünü tank altına atan ilk əsgər 

 

   Ziyadxan  İslam  oğlu  Aslanov  1971-ci ildə anadan  oub. 

Doğma  Orta  Güney  kəndinin  müdafiəsində ən  fəal  iştirakçılardan 

biri idi.  1991-92-ci illərdə  Qazançı,  Canyataq  əməliyyatlarında  və 

bir  sıra  təxribat  xarakterli  əməliyyatlarda  iştirak  etmişdi.  Yaşının 

az  olmasıyla  bağlı  onu  qabağa  buraxmayanda  küsərdi.  Orta 

Güneyin  işğalından  sonra  bir  gün  də  silahını  yerə  qoymayan  Ziyadxan  II  Gəncə 

batalyonlarından  birinin  tərkibinə  daxil  olur.  Dayılarının,  əmisinin  qanını almağa 

və doğma kəndi azad etməyə and içir. 

   Marquşevandan  başlanan  döyüş  yolu  Talış,  Marağa,  Madagiz, 

Həsənağa,  Levanarx  və  sair  yaşayış  məntəqələrinin  azad  edilməsindən  keçir.  Bu 

döyüşlər  Milli  Ordunun  qələbə  çaldığı  ən  qanlı  döyüşlər  olmuşdur.  Ağdərə 

istiqamətində  ağır  döyüşlər  aparan  ordunun  ön  sıralarında  Z.Aslanovun  öz  yeri 

vardı. 3 iyul 1992-ci il bu istiqamətdə irəliləyən piyada qoşun hissələrimizə qarşı 

qəfil peyda  olmuş  tank  aman  vermirdi.  Artıq  tank  postdakı canlı  qüvvəni tırtılları 

altına almış onlarla  əsgəri məhv etmiş, bir təcili yardım maşınını yaralılarla birgə 

tadpamış və başqa bir maşını vurub sıradan çıxarmışdı. 

   Ön dəstədə vahimə yarandığı vaxtda Ziyadxan tanka F-1 qumbarası atır, 

lakin partlayış tanka zərər yetirmir. Elə o an Ziyadxan minanı götürüb tanka doğru 

gedir və özünü tırtıllar altına atır. 

   Döyüş  yoldaşı  Akif:  “  Ziyadxan  heç  nədən  qorxmurdu.  Həmişə  öndə 

olardı.  Tank  üstümüzə  gələndə  də,  öndə  idi.  Amma  qaça  bilərdi.  Əvvəl  tanka 

qumbara  tulladı,  sonra  özü  tankın  altına  atıldı.  Bu  hamının  gözü  qarşısında  baş 

verdi.  Heyrətdən  hamımız  donmuşduq.  Belə  oğula  mütləq  qəhrəman  adı 

verilməliydi. Öz həyatı ilə bütün bir ordunun həyatını xilas etmişdi”. 

   Rota  komandiriAydın  Məmmədov:  “Ziyadxan  çox  qorxmaz  idi.  İkikm-

lik məsafədən 4 yaralı və 2 meyid çıxarıb gətirmişdi. Sonrakı gün isə özünü tankın 

altına tulladı. Hamı bu hadisədən sarsıldı. Hər şey bircə anın içində oldu”. 

   Z.Aslanovun bu qəhrəmanalığı Azərbaycan hərb tarixində özünü tankın 

tırtılları altına atmış ilk əsgər qəhrəmanlığı idi. Həmin tank indi də yanmış şəkildə 

Ağdərə-Tərtər  yolunun  sol  kənarında  qalmaqdadır.  Əfsuslar  olsun  ki,  dəfələrlə 

müraciətlərə, “Ağdərədən gələn var” kitabında, “Azərbaycan”, “Bərdə”, “R.S” və 

s. qəzetlərdə gedən yazılara baxmayaraq bu fakt kimsəni maraqlandırmayıb. Onun 

sənədləri  MN-də  iki  dəfə  itirilib,  həmin  tank  özgələrinin  adına  çıxarılıb.  Halbuki 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə