Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə12/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

də  ilə  bağlı  olmayan,  yalnız sahibkarlıq  fəaliyyətində  istifadə  üçün 

nəzərdə tutulan əmlak olmalıdır. Sahibkarlıq məqsədilə əldə olunan 

əmlak  sonradan  satılmaq,  istehsal  və  ya  emal  olunmaq  üçün  əldə 

olunur ki, bu zaman əmtəə ya dəyərini qoruyur (təkrar satış zamanı), 

ya  da  ki  öz  dəyərini  digər  növbəli  əmtəəyə  verir  (təkrar  emal  və 

istehsal zamanı). Sahibkarlıq deyil, şəxsi məqsədlər üçün əldə olunan 

əmlak  isə  istehlak  olunur  və  dəyərini  itirməklə  bir  əmtəə  kimi  öz 

mövcudluğuna son qoyur, bunun tez və ya gec olması isə əhəmiyyət 

kəsb etmir. 

Mal  göndərmə  müqaviləsinin  digər  fərqləndirici  əlaməti  kimi  - 

müqavilənin bağlanması ilə icrası anlarının üst-üstə düşməmə- sini; 

müqavilənin  malların  göndərilməsi  qaydası  ilə  bağlanmasını; 

predmeti  qismində  əsasən  cinsən  müəyyən  olunan  əşyaların  çıxış 

etməsini;  malların  ayrı-ayrı  partiyalarla  müəyyən  müddət  ərzində 

göndərilməsini;  istehsalçı  və satıcının eyni  şəxs ola bilməsini və s. 

göstərmək  olar.  Bununla  bərabər,  qeyd  etmək  lazımdır  ki,  mal 

göndərmə müqaviləsinin digər alqı-satqı müqavilələrindən əsas fərqi 

onun subyekt tərkibində və predmetində əks olunur. 

Mal  göndərmə  müqaviləsi  konsensual,  əvəzli  və  qarşılıqlı 

xarakterlidir,  amma  ümumi  xarakter  daşımır  və  bu  da  onu  digər 

müqavilə formalarından fərqləndirir. 



Göndərmə 

müqaviləsinin  elementləri.  Mal  göndərmə 

müqaviləsinin  tərəfləri  qismində  əsasən  sahibkarlıq  fəaliyyətini 

həyata  keçirən  şəxslər  çıxış  edirlər.  Mal  göndərən  qismində 

kommersiya  təşkilatı  və  yaxud  fərdi  sahibkar  çıxış  edir.  Alıcı 

qismində  isə,  prinsipcə,  şəxsi  ehtiyaclar  üçün  mal  əldə  edən 

vətəndaşdan  başqa  istənilən  şəxs,  eləcə  də  kommersiya  təşkilatı  və 

yaxud fərdi sahibkar çıxış edir. 

Dövlət  bu  müqavilədə  alıcı  qismində  çıxış  edə  bilər,  yalnız  bu 

münasibətlər  AR  MM-in  404-1-ci  maddəsinə  əsasən  Dövlət 

satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənir. 



37 


Rüfət Göyüşov 

Mal  göndərmə  müqaviləsinin  prcdmeti  qismində  mülki 

dövriyyədən çıxarılmayan istənilən əşya çıxış edə bilər. Bura, əsasən, 

cinsən müəyyən olunan əşyalar aiddir, lakin qanunvericilikdə fərdən 

müəyyən olunan əşyaların da bu qaydalar çərçivəsində satışı istisna 

edilmir.  Predmetin  özəlliyi  ondan  ibarətdir  ki,  müqavilənin 

bağlanması  anı  ola  bilsin  ki,  müqavilənin  predme-  ti  hələ  mövcud 

olmasın  və  gələcək  istehsal  və  ticarət  fəaliyyəti  nəticəsində  əldə 

edilmiş olsun. 

Qiymət  məsələsi  mal  göndərmə  müqaviləsinə  münasibətdə 

xüsusi  olaraq  tənzimlənmir.  Alqı-satqı  müqaviləsinin  ümumi 

əlamətləri  çərçivəsində  qiymət  barədə  razılaşma  mal  göndərmə 

müqaviləsinin  mühüm  şərti  sırasına  aid  edilmir'.  Bəzi  əmtəələrin 

qiyməti  isə  Tarif  Şurası  tərəfindən  müəyyən  olunur  (benzin,  spirtli 

içkilər). Lakin unutmamalıyıq ki, hər hansı bir şərt, həmçinin, qiymət 

haqqında  razılaşma  tərəflərdən  birinin  müraciəti  ilə  müqavilənin 

mühüm şərtləri sırasına aid edilə bilər. 



Müddət  mal  göndərmə  müqaviləsinin  mühüm  şərtləri  sırasına 

aid  edilməlidirh  Müddət  tərəflər  arasında  razılaşma  ilə  müəyyən 

olunur  və  tərəflər  müddət  haqqında  razılığa  gəlməyənə  qədər 

müqavilə  bağlanmış  hesab  oluna  bilməz.  Mal  göndərmə 

müqaviləsinə verilən anlayışdan da görürük ki, qanunverici müddət 

haqqında  razılaşmanı  müqavilənin  mühüm  elementləri  sırasına  aid 

edir. Verilən anlayışa əsasən satıcı malı şərtləşdirilmiş müddətdə və 

ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 

Qanunverici  mal  göndərmə  müqaviləsinin  forması  ilə  əlaqədar 

xüsusi  qayda  müəyyən  etmir.  Sözügedən  müqavilənin  sahibkarlıq 

fəaliyyəti subyektləri arasında bağlandığını nəzərə alaraq onun yazılı 

formasına  üstünlük  verilə  bilər.  Bununla  yanaşı,  müqavilə  şifahi 

qaydada da bağlanıla bilər. 

' Гражданское право: Учебник. Том 

Ю.К.Толстого. М.: Проспект, 2003, с.63. 

" Yeno orada. 

II. /Под ред. А.П.Сергеева, 

38 



I fəsil. Alqı-satqı müqaviləsi 

Mülki qanunvericilikdə mal göndərmə müqaviləsinin müddətləri 

ilə  əlaqədar  məsələləri  tənzimləyən  normalar  nəzərdə  tutulur. 

Müəyyən olunmuş qaydaya əsasən, malların  ayrı-ayrı partiyalar ilə 

göndərilməsini  nəzərdə  tutduqda  və  bu  partiyalarının  göndərilməsi 

müddətləri  (göndərmə  dövrləri)  müqavilədə  müəyyənləşdi- 

rilmədikdə, əgər qanunvericilikdən, öhdəliyin  mahiyyətindən və  ya 

işgüzar  dövriyyə  adətlərindən  ayrı  qayda  irəli  gəlmirsə,  bərabər 

partiyalar ilə aybaay göndərilməlidir (bax. AR MM, mad.629.1). 

Malların  göndərilməsi  yollama  üsulu  ilə  həyata  keçirilir. 

Göndərmə  müqaviləsində  alıcının  mal  göndərənə  malları  yollamaq 

(vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququ 

nəzərdə tutula bilər. Bu cür göstərişlərə yollama sərəncamı deyilir. 

Yollama  sərəncamının  məzmunu  və  alıcı  tərəfindən  onun  mal 

göndərənə  verilməsi  müddəti  müqavilə  ilə  müəyyənləşdirilir.  Əgər 

müqavilədə  yollama  sərəncamının  verilməsi  müddəti  nəzərdə 

tutulmayıbsa,  o,  mal  göndərənə  göndərmə  dövrünün  çatmasına  ən 

geci otuz gün qalmış verilməlidir (bax. AR MM, 630.3). 



1.5.

 

Heyvanların, quşların və balıqların 

alqı-satqı müqaviləsi 

Mülki  hüququn  obyektləri  sırasına  əşyalarla  yanaşı,  hüquqi 

vəziyyətinə görə onlara yaxın olan bitkilər və heyvanlar da aiddir. 

Lakin  özü-özlüyündə  bitkilər  və  heyvanlar  əşya  deyildir.  Onların 

hüquqi vəziyyəti AR MM-in 135.3-cü maddəsinin tələblərinə əsasən 

xüsusi  qanunlarla  müəyyənləşdirilir.  Əgər  qanunvericilikdə  ayrı 

qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə 

və heyvanlara da şamil edilir. 

Bitkilər  və  heyvanlar,  digər  əşyalar  kimi,  mülki  hüquqi 

müqavilələrin predmeti kimi çıxış edə bilər. Qeyd olunan obyektlə 



39 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə