Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə142/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   138   139   140   141   142   143   144   145   ...   151

 

715 


onlarla  razılığa  gəldim!  Ax,  iblis,  iblis!..  Mənim  əzizim, 

ifritəylə  yaĢamağa  məhkumsan!  –  Sonra  masterin  üstünə 

atılıb  boynunu  qucaqladı,  dodaqlarından,  burnundan, 

yanaqlarından  öpməyə  baĢladı.  PırtlaĢıq  qara  saçları 

masterin üzünə dağıldı, öpüĢlərdən sifəti, alnı alıĢıb-yandı. 

– Sən elə, doğrudan da, ifritəyə oxĢamağa baĢlamısan. 

– Mən bunu heç danmıram da, – Marqarita cavab verdi, 

– mən ifritəyəm, bundan da çox məmnunam. 

– Di yaxĢı, – master dedi, – ifritə olursan, ol. Çox gözəl 

və çox qəĢəng! Görünür, məni xəstəxanadan qaçırıblar... Bu 

da  çox  xoĢdur!  Fərz  eləyək  kı,  buraya  gətiriblər...  Hətta 

güman  eləyək  ki,  bizi  axtarmayacaqlar...  Ancaq  Allah 

xatirinə,  mənə  de  görüm,  nəylə  və  necə  dolanacağıq?  Ġnan 

mənə, səni fikirləĢdiyimə görə bunu deyirəm!  

Bu  vaxt  pəncərədə  enliburun  çəkmələr  və  darboğaz 

Ģalvarın balağı göründü. Sonra bu Ģalvar dizdən qatlandı və 

kiminsə iri dalı gündüz iĢığının qabağını kəsdi. 

– Aloizi,  evdəsən?  –  pəncərədən  görünən  Ģalvarın 

yuxarısından bir səs soruĢdu. 

– Yenə baĢlandı, – master dedi. 

downloaded from KitabYurdu.org



 

716 


– Aloizini  soruĢursunuz?  –  sualı  ilə  Marqarita 

pəncərəyə yaxınlaĢdı. – Onu dünən həbs ediblər. Bəs kimdir 

onu soruĢan? Sizin soyadınız nədir? 

Elə  həmin  an  diz  də,  dal  da  yoxa  çıxdı,  doqqaz 

qapısının  çırpıldığı  eĢidildi,  sonra  hər  Ģey  öz  əvvəlki 

qaydasına  düĢdü.  Marqarita  divana  yıxılıb  gözlərindən  yaĢ 

gələnə  qədər  güldü.  Ancaq  sakitləĢəndən  sonra  sifəti  son 

dərəcə dəyiĢdi, ciddiləĢərək danıĢa-danıĢa divandan sürüĢüb 

iməkləyə-iməkləyə masterin dizinin dibinə gəldi və gözünün 

içinə baxa-baxa baĢını sığallamağa baĢladı. 

– Sən nə qədər əzab çəkmisən, nə qədər əzab çəkmisən, 

mənim  zavallım!  Bunu  təkcə  mən  bilirəm.  Bax,  sənin 

saçlarına dən düĢüb, ağzının yanında dərin qırıĢlar  əbədi iz 

salıb! Mənim bircə dənəm, mənim əzizim, heç nəyin fikrini 

çəkmə!  Sən  çox  fikir  çəkmisən,  indi  sənin  əvəzinə  mən 

düĢünəcəyəm. Səni də əmin eləyirəm, əmin eləyirəm ki, hər 

Ģey son dərəcə yaxĢı olacaq! 

– Mən  heç  nədən  qorxmuram,  Marqo,  –  master  birdən 

dillənib  baĢını  qaldırdı  və  Marqaritanın  gözünə  görmədiyi, 

ancaq  yəqin,  hadisələrdən  roman  yazdığı  vaxtlarda  olduğu 

downloaded from KitabYurdu.org



 

717 


kimi  göründü,  –  hər  Ģeydən  keçdiyim  üçün  qorxmuram. 

Məni  çox  qorxudublar,  daha  heç  nə  ilə  qorxuda  bilməzlər. 

Ancaq sənə yazığım gəlir, Marqo, bax, məsələ bundadır, ona 

görə  elə  eyni  Ģeyi  təkrar  eləyirəm.  Ağlını  baĢına  yığ!  Niyə 

öz  həyatını  xəstə  və  kasıb  adamla  çürüdəsən?  Oz  evinə 

qayıt! Sənə yazığım gəldiyi üçün deyirəm. 

– Ay  səni,  ay  səni,  –  Marqarita  pırtlaĢıq  saçlı  baĢını 

yırğalaya-yırğalaya  pıçıldadı,  –  ay  səni,  inamsız,  bədbəxt 

adam. Mən dünən sənə görə bütün gecəni çılpaq titrəmiĢəm, 

öz xasiyyətimi dəyiĢmiĢəm, neçə ay qaranlıq otaqda oturub 

yalnız bir Ģeyi  –  YerĢalaim üzərindəki tufanı düĢünmüĢəm, 

ağlamaqdan  gözümdə  yaĢ  qalmayıb,  indi  isə,  xoĢbəxtlik 

üzümüzə  güləndə  sən  məni  qovursan?  Eybi  yox,eybi  yox, 

mən gedərəm, ancaq bil ki, sən qəddar adamsan! Onlar səni 

düĢkünləĢdiriblər! 

Master  kövrəldi  və  nəyə  görəsə  baĢını  Marqaritanın 

saçlarında  gizlədib  ağladı.  Marqarita  titrək  barmaqlarını 

onun gicgahlarında gəzdirib ağlaya-ağlaya pıçıldayırdı: 

– Hə,  saçlarına  dən  düĢüb...  gözüm  görə-görə  saçların 

qar  kimi  ağarır...  ax,  sənin  baĢın  nələr  çəkib!  Gözlərin  nə 

downloaded from KitabYurdu.org



 

718 


gündədir!  BomboĢ  səhradır...  Əzab-əziyyət  qəddini  əyib... 

Səni  sındırıblar,  sındırıblar...  –  Marqaritanın  danıĢığı 

rabitəsiz olurdu, ağlamaqdan bədəni əsirdi. 

O  zaman  master  gözlərini  silib,  Marqaritanı  yerdən 

qaldırdı, özü də ayağa qalxıb qətiyyətlə dedi: 

– Kifayətdir!  Sən  məni  utandırdın.  Daha  heç  vaxt 

qorxaqlıq 

etməyəcəyəm, 

bu 

məsələyə 



bir 

də 


qayıtmayacağam,  arxayın  ol.  Bilirəm,  hər  ikimiz  öz  ruhi 

xəstəliyimizin  qurbanıyıq,  ola  bilsin,  məndən  sənə  keçib... 

Neyləyək, onu elə birlikdə də çəkərik. 

Marqarita  dodaqlarını  masterin  qulağına  yaxınlaĢdırıb 

pıçıldadı: 

– Sənin  həyatına  and  içirəm,  yaratdığın  münəccim 

oğluna and içirəm, hər Ģey yaxĢı olacaq. 

– Di  bəsdir,  bəsdir,  –  master  gülərək  əlavə  etdi:  – 

Əlbəttə,  bizim  kimi  əli  hər  Ģeydən  üzülən  adamlar  nicatı 

fövqəltəbii  qüvvələrdə  axtarırlar!  Nə  olar,  o  qüvvələrdə 

axtarmağa razıyam. 

downloaded from KitabYurdu.org




 

719 


– Bax, indi əvvəlki adamsan, indi gülürsən, – Marqarita 

dedi, – sənin elmli sözlərin də cəhənnəm olsun. Fövqəltəbii, 

ya qeyri-fövqəltəbii – nə fərqi? Mən yemək istəyirəm. 

Masterin əlindən tutub masaya tərəf çəkdi. 

– Bu  yeməklərin  indicə  yerin  altına  getməyəcəyinə,  ya 

pəncərədən uçmayacağına əmin deyiləm, – master tamamilə 

sakitləĢmiĢ halda dedi. 

– Uçmayacaq! 

Elə həmin vaxt pəncərədən tın-tın səs eĢidildi: 

– EĢq olsun. 

Master  diksindi,  artıq  qeyri-adiliklərə  öyrəĢmiĢ 

Marqarita isə qıĢqırdı: 

– Bu,  Azazellodur!  Ah,  nə  gözəl,  nə  yaxĢı!  –  Və 

masterə: – Bax, görürsən, bizi unutmurlar! – deyə pıçıldayıb 

qapını açmağa qaçdı.  

– Heç  olmasa,  əyninə  bir  Ģey  at,  –  master  onun 

arxasınca qıĢqırdı. 

– Vecimə  də  deyil,  –  Marqaritanın  səsi  artıq  dəhlizdən 

gəldi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə