Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə26/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   151

 

130 


– Bəs ikona nəyə lazımdır? 

– Hə,  ikona...  –  Ġvan  qızardı,  –  hər  Ģeydən  çox  elə 

ikonadan  qorxdu,  –  yenə  barmağını  Ryuxinə  tuĢladı,  – 

məsələ  belədir  ki,  o,  məsləhətçi,  o,  sözün  düzü...  cin-

Ģeytanla oturub-durur... onu elə-belə tutmaq olmaz. 

Sanitarlar,  nədənsə,  farağat  durub,  gözlərini  Ġvandan 

çəkmirdilər. 

– Hə, – Ġvan sözünə davam etdi, – cin-Ģeytanla oturub-

durur!  Bu,  danılmaz  faktdır.  O,  Ģəxsən  Ponti  Pilatla  söhbət 

eləyib.  Mənə  belə  baxmaq  lazım  deyil!  Düz  deyirəm!  Hər 

Ģeyi  gördüm  –  eyvanı  da,  palmaları  da.  Bir  sözlə,  Ponti 

Pilatın yanında olub, buna mən baĢımla cavab verirəm. 

– Belə, yaxĢı... 

– Hə, nəsə, ikonanı yaxama sancaqlayıb qaçdım... 

Bu yerdə saat iki dəfə vurdu. 

– Paho!  –  Ġvan  qıĢqırıb  divandan  qalxdı,  –  saat  ikidir, 

mənsə  sizinlə  boĢ  yerə  vaxt  itirirəm!  BağıĢlayın,  telefon 

hanı? 


– Qoyun zəng vursun, – həkim sanitarlara əmr etdi. 

downloaded from KitabYurdu.org




 

131 


Ġvan  dəstəyi  götürdü,  qadın  isə  bu  vaxt  Ryuxindən 

yavaĢca soruĢdu: 

– Evlidir? 

– Subaydır, – Ryuxin qorxa-qorxa cavab verdi. 

– Həmkarların üzvüdür? 

– Bəli. 


– Milisdir?  –  Ġvan  dəstəyə  qıĢqırdı,  –  milisdir?  YoldaĢ 

növbətçi,  dərhal  göstəriĢ  verin  ki,  əcnəbi  məsləhətçini 

tutmaq  üçün  pulemyotlu  beĢ  motosiklet  göndərsinlər.  Nə? 

Dalımca  gəlin,  özüm  sizinlə  gedərəm...  Dəlixanadan  Ģair 

Bezdomnıdır  danıĢan...  Sizin  ünvan  necədir?  –  Bezdomnı 

dəstəyi  ovcu  ilə  qapayıb  həkimə  pıçıldadı,  sonra  yenə 

dəstəyə qıĢqırdı: – EĢidirsiniz? Allo!.. Biabırçılıqdır! – Ġvan 

birdən  çığırıb  dəstəyi  divara  çırpdı.  Sonra  həkimə  sarı 

dönüb, ona  əl verdi,  soyuq tərzdə "hələlik"  deyib, getməyə 

hazırlaĢdı. 

– BağıĢlayın,  siz  hara  getmək  istəyirsiniz?  –  həkim 

Ġvanın gözünün içinə baxdı, – gecənin yarısı, alt paltarında... 

Siz özünüzü pis hiss edirsiniz, burada qalın! 

downloaded from KitabYurdu.org




 

132 


– Buraxın  deyirəm,  –  Ġvan  qapının  ağzını  kəsən 

sanitarların  üstünə  çəmkirdi.  –  Buraxırsınız,  ya  yox?  –  Ģair 

qorxunc bir səslə bağırdı. 

Ryuxini  əsməcə  tutdu,  qadın  isə  masanın  düyməsini 

basdı  və  stolun  ĢüĢəsinin  üstünə  parıltılı  qutuyla  bağlı 

ampula düĢdü. 

– Bəs  belə?!  –  Ġvan  tora  düĢmüĢ  vəhĢi  heyvan  kimi 

döyükdü, – di yaxĢı! Əlvida... – və baĢını irəli verib, pərdəli 

pəncərəyə  sarı  tullandı.  Zərbə  səsi  eĢidildi,  ancaq  pərdənin 

arxasındakı sınmayan ĢüĢə ona davam gətirdi və bir an sonra 

Ġvan  sanitarların  əlində  çırpınırdı.  O  xırıldayır,  diĢləməyə 

çalıĢır, qıĢqırırdı: 

– Gör  özləri  üçün  necə  ĢüĢə  düzəltdiriblər!..  Burax! 

Burax deyirəm! 

Həkimin  əlində  Ģpris  parıldadı,  qadın  cəld  hərəkətlə 

nimdaĢ  köynəyin  qolunu  cırdı  və  qadına  xas  olmayan 

zirəkliklə  onun  qolundan  yapıĢdı.  Efir  qoxusu  gəldi,  Ġvan 

dörd adamın əlində haldan düĢdü və həkim bundan istifadə 

edib  iynəni  onun  qoluna  batırdı.  Ġvanı  bir  neçə  saniyə  də 

saxlayıb, divana oturtdular. 

downloaded from KitabYurdu.org



 

133 


– Quldurlar! – Ġvan qıĢqırıb divandan sıçradı, ancaq onu 

yenə geri oturtdular. Əllərini çəkən kimi yenə sıçradı, amma 

bu  dəfə  özü  oturdu.  O,  vəhĢi  kimi  ətrafına  baxaraq 

dillənmədi, sonra birdən əsnəyib, hirslə gülümsədi. 

– Axır  ki,  damladınız,  –  deyərək  bir  də  əsnədi, 

gözlənilmədən  uzanıb,  baĢını  balınca  qoydu,  yanağını  uĢaq 

kimi yumruğuna söykədi, artıq sakit, yuxulu səslə mızıldadı: 

–  Di  lap  yaxĢı...  bunların  altını  çəkəcəksiniz.  Mən 

xəbərdarlıq  etdim, qalanını  özünüz bilərsiniz!  Məni isə  indi 

hər Ģeydən artıq Ponti Pilat maraqlandırır... Pilat... – bu vaxt 

gözləri yumuldu. 

– Vanna,  yüz  on  yeddinci  otaqda  tək  qalsın,  həm  də 

növbətçi  qoyun,  –  həkim  eynəyini  taxa-taxa  göstəriĢ  verdi. 

Bu  yerdə  Ryuxin  yenə  diksindi:  ağ  qapılar  səssizcə  açıldı, 

göy  gecə  lampasının  iĢıqlandırdığı  dəhliz  göründü. 

Dəhlizdən  rezin təkərli  taxt gətirildi, sakitləĢmiĢ  Ġvanı  taxta 

uzatdılar, taxt dəhlizə qayıtdı və qapılar bağlandı. 

– Həkim,  –  sarsılmıĢ  Ryuxin  pıçıltıyla  soruĢdu,  –  o, 

doğrudan, xəstədir? 

– Əlbəttə, – həkim cavab verdi. 

downloaded from KitabYurdu.org



 

134 


– Axı ona nə olub? – Ryuxin çəkinə-çəkinə soruĢdu. 

Yorğun həkim Ryuxini süzüb, həvəssiz dilləndi: 

– Hərəkət  və  nitq  oyanıqlığı...  sayıqlama...  görünür, 

mürəkkəb  haldır...  Ehtimal  ki,  Ģizofreniyadır.  Üstəlik  də, 

alkoqolizm... 

Həkimin  sözlərindən  Ryuxin  bir  Ģey  anlamadı,  bircə 

onu baĢa düĢdü ki, deyəsən, Ġvan Nikolayeviçin iĢi fırıqdır, 

köks ötürüb soruĢdu: 

– Niyə o, elə hansısa məsləhətçidən danıĢır? 

– Yəqin,  kimisə  görüb,  bu  da  onun  xəstə  təxəyyülünü 

oyadıb. Bəlkə də, qarabasmadır... 

Bir  neçə  dəqiqədən  sonra  yük  maĢını  Ryuxini 

Moskvaya  aparırdı.  Hava  iĢıqlaĢırdı,  yol  kənarlarındakı 

fənərlərin  hələ  söndürülməyən  iĢıqları  lazımsız  və 

xoĢagəlməz  idi.  Gecəni  hədər  yerə  keçirdiyinə  görə  sürücü 

hirslənmiĢdi,  var  gücüylə  qovduğu  maĢın  döngələrdə  az 

qalırdı yoldan çıxsın. 

Budur,  meĢə  də  arxada  qaldı,  çay  da  harasa  itdi,  yük 

maĢınının  qarĢısına  hər  cür  Ģey  çıxırdı:  gözətçi  budkaları 

olan  hasarlar,  odun  qalaqları, hündür  dirəklər,  hansısa  tirlər 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə