206
– BaĢa düĢmürəm! BaĢa düĢmürəm!
Rimski isə pəncərəyə baxa-baxa gərgin halda nə
haqdasa düĢünürdü. Maliyyə direktoru çox çətin vəziyyətdə
qalmıĢdı. Elə indi, yerindən tərpənmədən qeyri-adi
hadisənin adi izahını tapmalı idi.
Maliyyə direktoru gözlərini qıyıb, Styopanı bu gün,
təxminən,
saat on ikinin yarısında hansısa misli
görünməmiĢ, həddən artıq sürətli təyyarəyə gecə köynəyində
və çəkməsiz minən təsəvvür etdi, sonra isə elə həmin
Styopanı yenə on ikinin yansında ayağında corab Yalta
aerodromunda gözünün qabağına gətirdi... Gəl indi bundan
baĢ çıxar!
Bəlkə, bu gün onunla öz evindən telefonla danıĢan
Styopa deyilmiĢ? Yox, Styopa idi! Styopanın səsini
tanımırdımı! Bir də heç Styopa olmasın, uzağı, dünən
axĢama yaxın Styopa öz kabinetindən bu səfeh müqavilə ilə
həmin bu kabinetə gəlib, öz yelbeyinliyilə maliyyə
direktorunu əsəbiləĢdirmiĢdi. Teatrda heç nə demədən o
necə gedə, ya uça bilərdi? Əgər lap elə dünən axĢam uçsa
da, bu gün günortaya çatmazdı. Yoxsa çatardı?
downloaded from KitabYurdu.org
207
– Yaltaya neçə kilometrdir? – Rimski soruĢdu.
Varenuxa vurnuxmağını dayandırıb bağırdı:
– Mən bunu artıq götür-qoy etmiĢəm! Dəmiryolla
Sevastopola qədər, təxminən, min beĢ yüz kilometrdir.
Yaltaya qədər də üstünə səksən kilometr gəl. Ancaq hava
ilə, əlbəttə, azdır.
Hm... Bəli... Qatardan söz belə gedə bilməz. Bəs onda
necə? Qırıcı təyyarə? Styopanı qırıcı təyyarəyə kim və necə
buraxar, özü də çəkməsiz? Niyə? Bəlkə, o, çəkmələrini
Yaltaya çatandan sonra çıxarıb? Yenə həmin Ģey: niyə? Elə
çəkməli də onu qırıcı təyyarəyə buraxmazlar! ƏĢi, qırıcı
təyyarənin də bu məsələyə dəxli yoxdur. Axı yazılıb ki,
cinayət axtarıĢ idarəsinə gündüz saat on ikinin yarısında
gəlib, Moskvada isə telefonla danıĢıb... icazənizlə... bu yerdə
Rimskinin gözünün qabağına saatının siferblatı gəldi... O,
əqrəblərin harada durduğunu xatırladı. DəhĢətdir! On ikiyə
iyirmi dəqiqə iĢləmiĢdi. Bəs onda nə alınır? Əgər fərz etsək
ki, Styopa telefonla danıĢandan sonra elə həmin an
aerodroma cumub, beĢ dəqiqəyə, deyək, oraya çatıb, yeri
gəlmiĢkən, bu da ağlabatan deyil, belə çıxır ki, havaya
downloaded from KitabYurdu.org
208
qalxan həmin təyyarə beĢ dəqiqənin içində min kilometrdən
artıq yol qət edib? Deməli, o, bir saatda on iki min kilometr
yol gedir. Belə Ģey ola bilməz, deməli, o, Yaltada deyil.
Daha nə qalır? Hipnoz? Dünyada elə bir hipnoz yoxdur
ki, adamı min kilometr uzağa ata! Yəqin, ona elə gəlir ki,
Yaltadadır! Bəlkə də, ona elə gəlir, bəs Yalta cinayət axtanĢ
idarəsinə də elə gəlir?! Yox, bağıĢlayacaqsınız, belə Ģey ola
bilməz!.. Ancaq onlar axı teleqramı oradan vururlar!
Maliyyə direktorunun sifəti dəhĢətli hala düĢmüĢdü. Bu
vaxt qapının dəstəyini bayırdan dartdılar və qapının
arxasında dayanmıĢ xidmətçi qadının qıĢqırığı eĢidildi:
– Olmaz! Buraxmaram! Oldürsələr də, qoymaram!
Ġclasdır!
Rimski bacardığı qədər özünü ələ alıb, telefonun
dəstəyini götürdü:
– Məni təcili Yalta ilə calaĢdırın.
"Ağılllı hərəkətdir!" – Varenuxa fikrindən keçirdi.
Ancaq Yalta ilə danıĢıq alınmadı. Rimski dəstəyi yerinə
qoyub dedi:
– Tərslikdən xətt xarab olub.
downloaded from KitabYurdu.org
209
Hiss olunurdu ki, xəttin xarablığı, nədənsə, onun qanını
xüsusilə möhkəm qaraldıb, hətta onu düĢünməyə də vadar
etdi. Bir az fikirləĢib yenə dəstəyi götürdü, o biri əliylə
dəstəyə dediklərini yazmağa baĢladı.
– Təcili teleqram qəbul edin. Varyete. Bəli. Yalta.
Cinayət axtarıĢ idarəsinə. Bəli. "Bu gün, təxminən, saat on
ikinin yarısında Lixodeyev Moskvada mənimlə telefonla
danıĢıb, nöqtə. Ġmzasını təsdiqləyirəm, nöqtə. Adı çəkilən
artisti nəzarətə götürmək üçün tədbir görürəm. Maliyyə
direktoru Rimski".
"Çox ağıllı hərəkət etdi!" – Varenuxa düĢündü, ancaq
düz-əməlli düĢünməyə macal tapmamıĢ baĢımdan bu sözlər
keçdi: "Axmaqlıqdır! O, Yaltada ola bilməz!"
Rimski isə həmin vaxt bu iĢləri gördü: gələn bütün
teleqramları və özü vurduğu teleqramların surətini səliqə ilə
bir yerə yığıb zərfə qoydu, zərfin ağzını yapıĢdırdı, üstünə
bir neçə söz yazıb Varenuxaya verdi.
– Ġvan Savelyeviç, – dedi, – elə indi Ģəxsən özün apar.
Qoy orada araĢdırsınlar.
downloaded from KitabYurdu.org
210
"Bax, bu, doğrudan da, ağıllı hərəkətdir!" – Varenuxa
fıkrindən keçirib, zərfi portfelinə dürtdü. Sonra hər ehtimala
qarĢı Styopanın mənzilinin telefon nömrəsini yığıb dinlədi
və sevincək göz vurub ağız-burnunu əydi. Rimski boğazını
uzatdı.
– Artist Volandı olar? – Varenuxa nəzakətlə dedi.
– MəĢğuldur, – dəstəkdəki adam xırıltılı səslə cavab
verdi, – kimdir soruĢan?
– Varyetenin inzibatçısı Varenuxa.
– Ġvan Savelyeviç? – dəstəkdəki adam sevincək qıĢqırdı,
– sizin səsinizi eĢitməkdən çox məmnunam! Kefiniz
necədir?
– Mersi, – Varenuxa təəccüblə cavab verdi, – mən
kiminlə danıĢıram?
– Köməkçisidir, onun köməkçisi və tərcüməçi
Korovyev, – dəstəkdəki adam dil-boğaza qoymurdu, –
canla-baĢla qulluğunuzdayam, əzizim Ġvan Savelyeviç!
Əmrinizə müntəzirəm. Nə buyurursunuz?
– BağıĢlayın, Stepan Boqdanoviç Lixodeyev evdədir?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |