261
– Axı o kimdir belə? – Ġvan hirslə yumruqlarını
silkələdi.
Qonaq Ġvanı süzüb, suala sualla cavab verdi:
– Bəs siz təĢviĢə düĢməyəcəksiniz ki? Burada heç
hansımıza etibar yoxdur... Həkim, iynə, ya baĢqa Ģey gərək
olmayacaq?
– Yox, yox! – Ġvan ucadan dedi, – söyləyin, o kimdir?
– Di yaxĢı, – qonaq qəti və aydın Ģəkildə dedi: – Dünən
siz Patriarx gölündə Ģeytana rast gəlmisiniz.
Ġvan, söz verdiyi kimi, təĢviĢə düĢmədi, ancaq hər
halda, yamanca karıxdı.
– Bu ola bilməz! ġeytan yoxdur.
– Əfv edərsiniz! BaĢqaları yenə heç, gərək siz bunu
deməyəsiniz. Görünür, siz ondan ilk ziyan çəkənlərdən
birisiniz. Özünüz də baĢa düĢürsünüz ki, dəlixanadasınız,
ancaq hələ də deyirsiniz, Ģeytan yoxdur. Doğrudan,
qəribədir!
Ġvan karıxdığından dillənmədi.
– Siz onu təsvir etməyə baĢlayan kimi, – qonaq sözünə
davam etdi, – mən artıq duydum ki, siz dünən kiminlə
downloaded from KitabYurdu.org
262
söhbət etmək Ģərəfinə nail olmusunuz. Doğrusu, mən
Berlioza təəccüb edirəm! Siz, əlbəttə, xam adamsınız, – bu
yerdə qonaq yenə üzr istədi, – ancaq o, haqqında
eĢitdiklərimə görə, hər halda, nəsə oxuyub! Həmin
professorun elə ilk söhbəti bütün Ģübhələrimi dağıtdı.
Dostum, onu tanımamaq mümkün deyil! Amma siz... siz
məni yenə bağıĢlayın, axı mən yanılmıramsa, siz cahil
adamsınız, eləmi?
– ġübhəsiz, – tanınmaz dərəcədə dəyiĢmiĢ Ģair razılaĢdı.
– Görürsünüz... hətta sizin təsvir etdiyiniz sifət...
müxtəlif gözlər, qaĢlar! BağıĢlayın, bəlkə, sizin heç "Faust"
operasından da xəbəriniz yoxdur?
Ġvan nəyə görəsə son dərəcə utandı və alıĢıb-yanan
sifətiylə
Yalta
sanatoriyasına
hansısa
səfərindən
qırıldatmağa baĢladı...
– Görürsünüz, görürsünüz... Təəccüblü deyil! Ancaq
təkrar edirəm, Berlioza heyrətlənirəm. O, nəinki oxumuĢ
adamdır, həm də çox bicdir. Ancaq onu müdafiə üçün
deməliyəm ki, Voland, əlbəttə, hər bir adamı suya susuz
aparıb susuz gətirər.
downloaded from KitabYurdu.org
263
– Necə?! – Ġvan qıĢqırdı.
– Sakit!
Ġvan əlini Ģappıltı ilə alnına çırpıb fısıldadı:
– BaĢa düĢürəm, baĢa düĢürəm. Onun vizit kartında "V"
hərfi var idi. Vay-vay-vay, əcəb iĢdir! – O, bir müddət
çaĢqınlıq içində susub, barmaqlığın arasından görünən aya
baxdı. – Deməli, o, doğrudan da, Ponti Pilatın yanında ola
bilərmiĢ? Məgər o, həmin vaxt artıq doğulmuĢdu? Mənə isə
dəli deyirlər! – Ġvan hiddətlə qapıya iĢarə etdi.
Qonaq acı-acı gülümsədi.
– Həqiqətin gözünün içinə düz baxaq, – qonaq üzünü
buludların arası ilə üzən aya çevirdi. – Niyə danaq, siz də,
mən də – dəliyik! Görürsünüzmü, o, sizi sarsıdıb, siz də
havalanmısınız, yəqin, bunun üçün sizdə münasib zəmin
varmıĢ. Ancaq danıĢdıqlarınız, Ģübhəsiz, həqiqətən, olub. Di
gəl, bu, o qədər qeyri-adidir ki, hətta Stravinski kimi dahi
psixiatr da, əlbəttə, sizə inanmayıb. O, sizi müayinə etdi?
(Ġvan baĢı ilə təsdiqlədi.) Sizin həmsöhbətiniz Pilatın
yanında da olub, Kantla səhər yeməyi də yeyib, indi də
Moskvaya təĢrif buyurub.
downloaded from KitabYurdu.org
264
– Allah bilir, o, burada nələr törədəcək! Onu necəsə
tutmaq lazımdır. – Yeni Ġvanda hələ nəfəsi tamam
kəsilməmiĢ əvvəlki Ġvan, inamsız da olsa, yenə baĢ qaldırdı.
– Siz cəhd etdiniz, kifayətdir, – qonaq kinayə ilə dedi, –
baĢqalarına məsləhət görmürəm. Törətməyə gəlincə, buna
Ģübhəniz olmasın. Ah, ah! Çox təəssüflənirəm ki, onunla
mən yox, siz rastlaĢmısınız! Baxmayaraq ki hər Ģey artıq
keçib-gedib, ancaq and içirəm, bu görüĢ üçün Praskovya
Fyodorovnanın açar topasını verərdim, çünki verməyə baĢqa
heç nəyim yoxdur. Mən yoxsulam!
– O, sizin nəyinizə lazımdır ki?
Qonaq gözünü qırpa-qırpa bir xeyli qüssələndikdən
sonra dilləndi:
– Bilirsinizmi, qəribə iĢdir ki, mən də sizin kimi, məhz
Ponti Pilata görə buradayam, – bu yerdə qonaq qorxa-qorxa
böyür-baĢına baxdı. – Məsələ belədir, bir il əvvəl mən Pilat
haqqında roman yazmıĢam.
– Siz yazıçısınız? – Ģair maraqla soruĢdu.
Qonaq tutuldu və Ġvanı yumruğu ilə hədələdi.
downloaded from KitabYurdu.org
265
– Mən masterəm, – o, qaĢqabağını sallayıb, xalatının
cibindən tamam kirli, üstünə sarı ipək sapla "M" hərfi
tikilmiĢ qara papaq çıxardı. Həmin papağı geyinib, master
olduğunu sübut etmək üçün özünü yandan və qabaqdan
Ġvana göstərdi. – O, bunu mənim üçün öz əlləriylə tikib, –
müəmmalı tərzdə əlavə etdi.
– Bəs sizin soyadınız nədir?
– Mənim daha soyadım yoxdur, – qəribə qonaq nifrətlə
cavab verdi, – mən ondan, ümumiyyətlə, həyatda hər Ģeydən
imtina etmiĢəm. O haqda danıĢmayaq.
– Heç olmasa, roman haqqında danıĢın, – Ġvan nəzakətlə
dedi.
– Ġcazənizlə. Mənim tarixçəm, həqiqətən, elə də adi
deyil, – qonaq söhbətə baĢladı.
...Tarixçi təhsili alan bu adam hələ iki il əvvəl Moskva
muzeylərinin birində iĢləyirmiĢ, həm də tərcümə ilə məĢğul
olurmuĢ.
– Hansı dildən? – Ġvan maraqlandı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |