Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

amansızlığımdan  söhbət  açılır.  İskəndər  isə  ədalətin 

təcəssümü  kimi  verilir.  İskəndər  qalib  gəlir.  Sanki 

hıqsızlıq  üzərində  ədalət  qələbə  çalır.  Tarixdə  isə 

əslində  İskəndərlə  rusların  döyüşü  olmayıb.  Çünki 

İskəndər  dövründə  rus  dövləti  yox  idi.  İskəndər 

eradan  əvvəl  334-cü  ildə  Şərqə  yürüş  etmiş, 

Əhəməni  şahı  III  Dara  ilə  döyüşmüş,  Orta  Asiyaya 

və  oradan  Hindistana  keçmişdir.  10  il  davam  edən 

döyüş  (e.ə.  334  -   324)  Hindistanda  başa  çatmışdır. 

323-cü ildə İskəndər 33 yaşında ölmüşdür.

Ruslar isə  914-cü  ildə  (X əsr)  Xəzər  sahillərinə 

gəlmiş,  938-ci  ildə  Bakıya  yaxınlaşmışlar.  Sonra  isə 

Arranın  mərkəzi  Bərdəyə  gəlmişlər.  944-cü  il 

avqustun 

24-də  Bərdəni  mühasirəyə 

almışlar. 

Bərdədə  çoxlu tələfat verən ruslar 945-ci il  avqustun 

12-də  yığdıqları  qənimətlərlə  Bərdəni  tərk  etmişlər. 

Bundan sonra xeyli müddət Bərdə dirçələ bilmədi.

Bu  hadisə,  görünür,  şairə  güclü  təsir  etmiş, 

rusların  qəddarlığını,  amansızlığını  və  onların  Şərq 

ölkələrinə  qarşı  şovinst  siyasətini  qabarıqlaşdırmaq 

üçün  hadisəni  eradan  əvvələ  çəkib  aparıb  onları 

İskəndərin  vasitəsi  ilə  məğlub  etmişdir.  Qələbəni 

ədalətə  vermişdir.  Bu  da  azərbaycanlıların  haqq 

işinə,  sosial  ədalətə  daha  çox  meylli  olmasını 

göstərmək üçün bir vasitə idi.  Bütünlükdə,  haqqın və 

ədalətin  azərbaycanlı  ictimai  təfəkküründə  dərin 

tarixi 

köklərlə 



bağlılığı 

Nizaminin 

sənətkar 

təxəyyülündə özünün canlı ifadəsini tapır.

38

XVI 


-  XVII  əsr  ədəbiyyatının  səciyyəvi  cəhət­

lərindən  biri  bu  idi  ki,  fars  dilli  ədəbiyyat  tənəzzülə 

uğrayardı.  Azərbaycan  dilli  ədəbiyyat  isə  üstünlük 

təşkil  edirdi.  Digər  tərəfdən,  Azərbaycan  şairləri  tə­

rəfindən fars  dilində yazılan əsələrdə  də  Azərbaycan 

cəmiyyətinə  xas  olan  hadisələr  ifadə  olunurdu.  XVII 

əsrin  ortalarında  ən  istedadlı  şairlərdən  biri  Qövsi 

Təbrizi idi.  Qövsi Təbrizi,  əsas etibarı ilə lirik şeirlər 

müəllifi  kimi  tanmır.  Onun  şeirlərində  azadlıq,  azad 

cəmiyyət arzuları,  ictimai  ədalət motivləri  xüsusi  bir 

yer tutur.  XVII  əsr şairlərinin içərisində  Saib Təbrizi 

də  layiqli  yer  tutur.  Saib  Təbrizinin  şeirlərində 

vətənpərvərlik,  doğma  diyara  məftunluq  motivlərinə 

üstünlük verilir. Dövrün məşhur olan şairlərindən biri 

də  Məsihi  Rüknəddin  Məsud  olmuşdur.  I  Şah Abba­

sın şərəfinə «Vərqa və Gülşa» əsərini yazmışdır.

Dövrün  şairlərindən  biri  də  Tərəzi  Əfşardır. 

Azərbaycan,  fars  və  ərəb  dillərində  yazmışdır.  Hər 

üç dildə yazdığı əsərlərdə mövzu Azərbaycan həyatı, 

Azərbaycan  məişəti  ilə  bağlı  olmuşdur.  Bu  dövrdə 

xalq  ədəbiyyatının  görkəmli  nümayəndəsi  olan Aşıq 

Abbas  Tufarqanlı  yetişmişdir.  Doğma  Azərbaycan, 

Təbriz  şəhəri,  Dərbənd  və  Tufarqan  onun  yaradıcılı­

ğında  xüsusi  yer  tutur.  Onun  qoşma,  divani,  gəraylı 

və  müxəmməslərində  ictimai  ədalətsizlik,  dövrdən 

şikayət,  dərd  və  kədər  motivləri  mühüm  yer  tutur. 

İctimai  birliyə  çağırış,  etik  -   əxlaqi  keyfiyyətlərin 

tərənnümü  də  onun əsərlərində  apancılıq təşkil  edir.

39



Qarşılıqlı  etimad,  saf  məhəbbət  ideyaları  aşığın 

yaratdığı  «Abbas  və  Gülgəz»  dastanında  canlı  və 

təsiredici bir şəkildə verilmişdir.

Bu dövrdə yaşayıb -  yaradan el şairlərindən biri 

də  Sarı  Aşıq  olmuşdur.  San  Aşıq  bayatı  ustadı  kimi 

məşhurlaşmışdı.  İnsanın  səmimi  qəlb  duyğuları, 

saflıq,  təmizlik,  qarşılıqlı  humanist  keyfiyyətlər  Sarı 

Aşığın yaradıcılığında apancı mövzudur.

Bu  dövrün  güclü  el  sənətkarlarından  biri  də 

Tikmədaşlı  Xəstə  Qasımdır.  O  gəraylı,  qoşma, 

təcnis, bayatı, bağlma, qıfılbənd kimi əsərlərlə şöhrət 

qazanmışdır.  Yüksək bədii sənətkarlıq və poetik dilin 

xəlqiliyi  Tikmədaşlı  Xəstə  Qasımın  yaradıcılığının 

başlıca keyfiyyətləridir.  Aşığın yaradıcılığında xalqın 

daxili 

hiss 


və 

duyğularının, 

hummanist 

münasibətlərinin  bədii  təcəssümü  ictimai  təfəkkürün 

canlandırılınası üçün poetik bir vasitədir.

XVII 


əsrin 

bədii 


nümunələri 

içərsində 

«Koroğlu»  dastanının,  eləcə  də  «Şəhriyar  və 

Sənubər»  dastanının  xüsusi  bir  yeri  vardır.  İctimai 

təfəkkürdə  özünə  yer  tapan  vətənpərvərlik,  mərdlik, 

humanist  ideyalar  bu  dastanlarda  təsvir  olunan 

hadisələr  əsasında  olduqca  canlı  bir  şəkildə  öz 

təcəssümünü  tapır.  Öz  tarixi  kökləri  üzərində 

canlanan  Azərbayacn  mədəniyyəti  XVIII  əsrdə  bir 

çox  görkəmli  şəxsiyyətlərin  yetişməsinə  şərait 

yaratmışdır.  Bu  dövrdə  yetişən  Saili,  Saleh,  Urfani, 

Məlali  kimi  şairlər  Xəstə  Qasımın,  Tufarqanlı

40

Ababsın 


və 

San 


Aşığın 

ənənələrini 

davam 

etdirirdilər.



XVIII 

əsrdə  yazıb  yaradan  şairlərdən  Şakir 

Şirvani,  Nişat  Şirvani,  Ağa  M əsihi,  Şikəstə  Şirin  və 

Nəbi  daha  çox  tarixi  hadisələri  işıqlandırırdılar. 

Onların  əsərlərində  ictimai  siyasi  hadisələr,  xalqın 

düçar  olduğu  ictimai  və  sosial  bəlalar,  kədər  və 

narazılıq  motivləri  əsas  yer  tuturdu.  Bu  da  ictimai 

həyata  ayıq  gözlə  baxmaq  üçün  insanların  şüuruna 

təsir  göstərməyə  bilməzdi.  Xalqın  hiss  və  duyğuları 

şairlərin 

əsərlərində 

ümumiləşdirilmiş 

şəkildə 

verilirdi.  Belə  ki,  kədər,  sosial  çətinliklər,  insanlann 

üzləşdikləri  bəlalar  bir  şəxsin  həyat  faciəsi  kimi 

qələm ə  alınmırdı.  Bu  hadisələr  ictimailəşdirilərək 

cəm iyyət  həyatına  tətbiq  olunurdu.  Şakir  Şirvani 

«Şirvan  haqqında  dastan»  adlı  m üxəm m əsində  1743- 

cü  ildəki  Şamaxı  üsyanı  zamanı  baş  verən  qırğınları 

qələm ə  almışdı.  XVIII  əsr  ara  m üharibələri  şair Ağa 

Məsihinin  bir  m üxəmməsində  təsvir  olunur.  Şikəstə 

Şirin  Tiflisin  İran  işğalçıları  tərəfindən  dığıdılması 

münasibəti  ilə  poema  yazmışdı.  İctimai  təfəkkürün 

ictimai  şüura  keçməsi  üçün  bu  əsərlər  cəmiyyətin 

bədii  dillə  maarifləndirilməsi  m əqsədinə  xidmət 

etmişdir.  XVIII  əsrdə  yazılmış  bu  əsərlərdə  ictimai 

həm rəylik  və  azadlıq  uğrunda  mübarizə  aparılması 

başlıca motiv idi.

XVIII 

əsrdə 


xalq 

yaradıcıları 

tərəfindən 

formalaşdırılan  «Şəhriyar»  dastanı  xüsusi  bir  maraq

41



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə