Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

və  müstəqillik,  azad  cəmiyyət  yaratmaq  ideyaları 

yaşamışdır.  Azərbaycan məkanında tarixən baş verən 

münaqişələrin  və  digər  sosial  -   siyasi  hadisələrin 

nəticəsində  parçalanmaların  baş  verməsi  insanları 

pərakəndə  salmışdır.  Zaman  -   zaman  bu  pərakəndə­

lik əhval -  ruhiyyələrdə və ictimai baxışlarda yadlaş- 

malara  səbəb  olsa  da  milli  xarakterlərdə  ictimai  tə­

fəkkürlə  bağlı  təsirlər  yaşamaqda  davam  etmişdir. 

Bunlar  başlıca  olaraq,  milli  -   etnik  adət  -   ənənələr­

dən,  əxlaqi -  etik normalardan,  ən başlıcası  isə  azad­

lıq və müstəqillik ideyalarından ibarətdir.  Tarixən baş 

vermiş parçalanmalara,  separitzmə məruz qalmış yer­

lərdə  yaşayan  əhalinin  tərkibinə və  sayma baxmaya­

raq  hansı  məkanda  ictimai  təfəkkür  daha  çevik 



olmuşsa,  orada  ictimai  şüur  da fə a l  olmuşdur.  Yəni 

ki,  belə  məkanda  insanların  ictimai  və  milli  şüurunu 

başqa, 

yad 

təsirlər, 

azərbaycançılığa 

uyğun 

gəlməyən ideyalar üstələyə bilməmişdir.  Ona görə də 

məhz  ictimai  şüurun  milli  xarakterinin  daha  güclü, 

daha  canlı  olduğu  bir məkanda  əlverişli tarixi  şərait 

yarandıqda  həmin  ideyaların  həyata  keçirilməsi 

reallaşa  bilmişdir.  Əlbəttə  ki,  bundan  ötrü  təkcə 

əlverişli  tarixi  şəraitin  özü  kifayət  etmir.  Belə  bir 

şəraitin reallığa çevrilməsi üçün tarixi  şəxsiyyət amili 

mühüm  və  aparıcı  yer  tutur.  Şəxsiyyət  amili,  lider 



amili  ona  görə  aparıcıdır  ki,  əvvəla,  münbit  tarixi 

şəraitdən  istifadə  edib  xalqı  mütəşəkkil  etmək 

lazımdır.  Xalqın  mütəşəkkiliyi  qələbənin  astanası

58

deməkdir.  Qələbə  əldə  etdikdən  sonra  onu saxlamaq 



və  daha  sonra  cəmiyyəti  iqtisadi,  siyasi,  ideoloji 

cəhətdən  möhkəmləndirmək  kimi  vacib  proseslərin 

həyata keçirilməsinə çalışmaq başlıca şərtdir.

Azərbaycanın  tarixində  cəmiyyətin  ictimai 

şüuruna təsir edən ən mühüm hadisələrdən biri  1828- 

ci  il İran -  Rusiya müqaviləsinin nəticəsində ölkənin 

iki  hissəyə  bölünməsi  olmuşdur.  Belə  ki,  məsələn, 

tarixlər  boyu  saysız 

hesabsız  sosial  -   siyasi 

hadisələrlə,  üsyan  və  iğtişaşlarla,  qarşıdurma  və 

münaqişələrlə  üzləşmiş  Azərbaycan  cəmiyyətində 

həmin  hadisələrin  nəticəsi  olaraq  azad,  müstəqil, 

suveren 

bir 


dövlət 

yaratmaq 

ideyası 

həyata 


keçirilməmişdir.  Mövcud  olan  dövlətçilik  qurumları 

isə  müstəqil  sayılsa  da  onlar  cəmiyyətdə  milli  şüuru 

formalaşdıra  bilməmişlər.  Nəticədə  hakimiyyətin 

ideologiyası  Azərbaycanın  milli  marqlarına  uyğun 

gəlməmişdir.  Başqa  sözlə,  belə  dövlətçilik qurumları 

milli  Azərbaycan  dövlətçiliyinə  çevrilə  bilməmişdir. 

Məsələn,  Azərbaycan  tarixində  ən uzun ömürlü  olan 

Səfəvilər dövləti  (237  il)  milli  Azərbaycan  dövlətinə 

çevrilə bilməmişdir.  Ona görə  də bu dövlətçiliyin adı 

tarixdə  Azərbaycanla  yox,  sülalə  adı  ilə  (sülalənin 

banisi Şeyx Səfinin adı ilə) qalmışdır.

1828-ci  il  hadisələrindən  sonra  Azərbaycan 

torpaqlarının  bir  hissəsi  İranın  ərazisində  qalmışdır. 

Cənubi  Azərbaycanın  Təbriz,  Xoy,  Mərənd,  Səlmas, 

Miyanə,  Qəzvin,  Maku,  Zəncan,  Urmiya,  Ərdəbil,

59



Sərab,  Xalxal,  Marağa,  Binab,  Astara  və  s.  kimi 

şəhərləri  və  digər  iri  yaşayış  məskənləri  ictimai  -  

siyasi  hadisələrin  meydanına  çevrilmişdir.  Bütün 

bunlar  isə  Cənubi  Azərbaycanda  ictimai  şüuru 

çevikləşdirmiş və  fəallaşdırmışdır. Nəticə bu  oldu ki, 

XIX  əsrin  sonlarında  Cənubi  Azərbaycanda  imperia­

lizmə  qarşı  xalq  kütlələrinin  geniş  çıxışları  başlandı. 

Bu  mübarizə  1890-cı  illərdən Nəsrəddin  şahın  ölkə­

də  yaratığı  ictimai  ədalətsizliyə  qarşı  baş  qaldırmış­

dır.  Xalq  arasında  ictimai  -   siyasi  və  milli  şüurun 

oyanması  çox  böyük  əhəmiyyət  kəsb  edirdi.  Nəha­

yət,  1905-ci  ildə  Cənubi Azərbaycanda «Məşrutə  in­

qilabı»  (konstitusiyalı  demokratik  təsisat)  baş  verdi. 

Həmin dövrdə Cənubi Azərbaycanda İramn başqa ra­

yonlarına nisbətən sosial ziddiyyətlər və siyasi vəziy­

yət daha  gərgin  idi.  Xalq  ədalətli  quruluş yaradılma­

sını  tələb  edirdi.  Hərəkatın  başında  «Sərdari  milli» 

(millətin  başçısı) 

adlandırılan  Səttar  xan,  «Salari 

milli»  (millətin  sərkərdəsi)  adlandırılan  Bağır  xan 

dururdu.  Lakin  bu  hərəkat  yatırıldı  və  «Məşrutə 

inqilabına»  son  qoyuldu.  Bununla  belə,  bu  dövrdə 

həyata keçirilən repressiyalar xalqın ictimai şüurunun 

oyanışına  əks  təsir  göstərə  bilmədi.  1917-ci  il 

fevralın 27-də Rusiyada qalib gəlmiş burjua -  demok­

ratik  inqilabı  Cənubi  Azərbaycanda  milli  azadlıq  və 

demokratik  hərəkata  da  öz  təsirini  göstərdi.  Cənubi 

Azərbaycanda  əhalinin  çıxışlarına  İran  Demokratik 

Partiyasının  (İDP)  əyalət  komitəsi  istiqamət  verirdi.

60

Əyalət  komsitəsinin  rəhbəri  Şeyx  Məhəmməd 



Xiyabani idi.  1917-ci  il aprelin 9-da İDP əyalət komi­

təsinin  orqanı  «Təcəddüd»  («Yeniləşmə»)  qəzeti çap 

olunmağa başladı.  1917-ci il avqustun 24-də Təbrizdə 

İDP-nin Azərbaycan  əyalət komitəsinin konfransında 

Azərbaycan  Demokratik Firqəsi  (ADF)  müstəqil elan 

olundu.  ADF-nin Mrəkəzi  Komitəsi və  onun rəhbəri 

Şeyx  Məhəmməd  Xiyabani  seçildi.  1918-ci  ilin  fev­

ralında  ADF-nin  Bakı  təşkilatı  yarandı.  Bu  təşkilat 

Cənubi  Azərbaycan  əhalisini  azadlıq  mübarizəsinə 

çağıran  «Azərbaycan»  qəzetini  nəşr  etdi.  1920-ci  il 

aprelin 7-də ADF silahlı üsyan planı hazırladı. Üsyan 

baş tutdu və  qələbə  ilə nəticələndi.  1920-ci  il  iyunun 

23-də  mvəqqəti  icra  hakimiyyəti  orqanı  əsasında 

Milli  hökumət  yaradıldı.  Azərbaycan  «Azadistan» 

adlandırıldı. Xiyabani sədr seçildi.

1920-ci  il  sentyarbrın  12-də  əksinqilabi  qüvvə­

lər  Təbrizə  hücum  etdi.  Əksinqilabçılar  sentyabrın 

14-də  «Təcəddüd»  qəzetinin readksiyasını  dağıtdılar. 

Xiyabani  vəhşicəsinə  öldürüldü.  Üsyan  yatırlıd.  De­

mokratlar  5  ay  hakimiyyətdə  oldular.1  Bu  Azərbay­

can xalqının ictimai ədalətsizliyə,  özbaşınalığa,  daxili 

irticaya qarşı  qəzəb və  nifrətinin  sonu  deyildi.  Şimali 

Azərbaycanda  da  həmin  dövrlər  ərzində  azadlıq  və 

müsətəqillik uğrunda mübarizə gedirdi.



1  Məlumatlar Azərbaycan  tarixi.  («Müəllim»  nəşriyyatr,  Bakı,  2005) 

adlı kitabdan götürülmüşdür. Bax: səh.  256-260.

61



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə