adlandırıla bilər. İqtisadi dirçəliş dövründə iqtisadi
artımın ilbəil canlanması, xüsusilə, diqqəti cəlb edir.
Belə ki, 1994-cü ildə dövlət büdcəsi 700 milyona
qədər, 2000-ci ildə isə 1,2 milyard dollar olmuşdur.
İkinci mərhələyə 2000-ci ildən 2004-cü ilədək
olan dövrü aid etmək mümkündür. Bü dövrdə iqtisadi
inkişaf üzrə göstərici əvvəlki illərdəkindən daha artıq
olmuşdur. Əgər 2000-ci ildə dövlət büdcəsi 1,2
milyard dollar idisə, 2004-cü ildə bu göstərici 2
milyard dollar olmuşdur. İkinci mərhələ Azərbayean
iqtisadiyyatında
dinamik
inkişaf
dövrü
kimi
qiymətləndirilə bilər.
Üçüncü mərhələ 2004-cü ildən sonrakı dövrü
əhatə edir. Bu mərhələdə iqtisadi inkişafın artım
surəti daha intensiv olmuşdur. Belə ki, məsələn,
2004- cü ildə dövlət büdcəsi 2 milyard dollar idisə,
2005- ci ildə 2,5 milyard, 2006-cı ildə 4 milyard
dollar olmuşdur. 2007-ci ildə artıq 6,5 milyard dollar
həcmində proqnozlaşdırılmışdır. 2008-ci ildə dövlət
büdcəsi 11 milyard, 2009-cu ildə isə 15 milyard 545
milyon dolları ötüb keçmişdir. 2010-cu il üçün icmal
büdcəsini yuxarı həddi isə 12 milyard 636. milyon
manat hesablanır. Üçüncü mərhələni iqtisadiyyatda
sürətli inkişaf dövrü adlandırmaq olar. Müasir dövrdə
iqtisadiyyatın sürətli artımını təmin edən amillər
təkcə ölkədaxili resurslarla məhdudlaşa bilməz.
İqtisadiyyatın artımı üçün beynəlxalq inteqrasiyaya
qoşulmaq ən zəruri şərtlərdən biri hesab edilməlidir.
116
Çünki müasir qloballaşma şəraitində inteqrasiyaya
qoşulmadan dirçəlişə və irəliləyişə nail olmaq
mümkün deyildir. Müasir dövrdə, qloballaşma Ramiz
Mehdiyevin təbiricə desək, «Qarşılıqlı iqtisadi
amillərlə müəyyənləşən bir prosesə çevrilmişdir».1
Bu mənada, qloaballaşma əslində, iqtisadi cəhətdən
güclü olan ölkələrin başqa ölkələri öz təsirinin altına
alması kimi başa düşülür. Məqsəd burada qlaoballaş-
madan mümkün qədər fayda götürmək imkanlarının
əldə edilməsindən ibarətdir.
Əli Həsənov haqlı olaraq yazır ki, «Qloballaş
ma keçid dövrünü yaşayan, xammalı, işçi qüvvəsi
ucuz olan, daxili istehsalı və bazarı zəif qorunan öl
kələrə daha çox ziyan vurur. Bir qayda olaraq, belə
ölkələrin daxili istehsalı rəqabətə dözməyərək tam
iflasa uğrayır. Bu da nəinki həmin ölkənin sosial-iqti
sadi vəziyyətinə, eyni zamanda, milli -m ənəvi də
yərlərinə, milli özünəməxsusluğuna və həyat tərzinə
mənfi təsir göstərir və onun keyfiyyətini dəyişir».2
Qloballaşma bir tərəfdən sərhədlərdən - sər
hədlərə, məsafələrdən - məsafələrə keçərək insan
cəmiyyətini zamandan - zamana qazanılmış ümum
bəşəri dəyərlərlə birləşdirir, ictimai, siyasi və
psixoloji vəhdət yaradılmasına səbəb olur, yoxsullu-
1 Bax: Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. Bakı, 2003,
s.34.
2 Bax: Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və
Azərbaycanın xarici siyasəti. Bak, 2005, s.157
117
ğun aradan qaldırılmasına və bəşəriyyətin maddi
rifahının yaxşılaşdırılmasına təsir edən iqtisadi
dirçəlişə təkan verir. Digər tərəfdən, cəmiyyət həyatı
qloballaşmanın təzadlı nəticələri ilə qarşılaşmalı olur.
Belə ki, bir tərəfdən ictimai həyatda maddi istehsalın
həcminin artması insanların rifahının yaxşılaşmasına
təsir göstərir, digər tərəfdən iqtisadi cəhətdən inkişaf
etməmiş ölkələr qlobal tərəqqi ilə ayaqlaşa bilmədiyi
üçün xammal mənbəyi olmaqdan irəli gedə bilmir və
asılı vəziyyətə düşür. Milli mənəviyyatda isə keyfiy
yət dəyişmələri baş verməsi istisna olunmur. Başqa
sözlə, qloballaşmadan o ölkələr xeyir götürür ki,
onun iqitsadiyyatı təkcə xammala bağlı olmasm, həm
də ölkədə istehsal prosesləri mövcud olsun və inkişaf
etsin. İstehsal sahələri yarada bilməyən ölkələr isə
təkcə xammal mənbəyinə çevrilir. Xammal mənbəyi
olan öləkələrdə istehsal yaranmadığı şəraitdə ayrı -
ayrı sahələrdə monopoliyalar baş qaldırır. Əhalinin
az qismini təşkil edən məmur tipli şəxslər gəlir əldə
edir. Qalan əhali isə yoxsulluq həddindən çıxa
bilmir. Yoxsul əhali yoxsullaşaraq proletariata
çevrilir. Proletariatın isə tarixi vəzifəsi inqilabçı
kütləyə çevrilməkdən ibarətdir. Azərbaycan Res
publikası bu gün iqtisadi inteqrasiyaya fəal qoşulmuş
ölkələr sırasındadır. Azərbaycan Respublikasının
beynəlxalq əlaqələrə xüsusən, iqtisadi inteqrasiya
məkanına qoşulmasmdan məqsəd ölkənin müstəqilli
yini qorumaq, onun bütövlüyünü təmin etmək, əmin
118
- amanlığa nail olmaq, istehsalın şəbəkəsini artar
maqla insanların maddi rifahını yüksək səviyəyə çat
dırmaqdır.
Bu gün Respublikamızın şəhər və rayonlarında
- Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə,
Şəmkirdə və digər yerlərdə aparılan quruculuq və
abadlıq işləri tarixiliklə müasirliyi qovuşdurur. Tarixi
abidələrin bərpası, dünya standartlarına uyğun çə
kilən yollar, yeni parklar, yaşıllıqlar müasir məktəb
binaları, səhiyyə ocaqları, sağlamlıq və istirahət mər
kəzləri, gənclərdə vətənpərvərlik tərbiyəsinin forma
laşmasına xidmət edən olimpiya idman kompleksləri,
sənaye istehsalı müəssisələri azərbaycançılığm canlı
timsalı və bariz nümunəsidir.
Aydındır ki, müasir dövrdə beynəlxalq inteqra
siyaya qouşlamadan sosial - iqtisadi inkişafa nail ol
maq mümkün deyildir. İnteqrasiya məkanı isə təkcə
iqtisadiyyatla bağlı deyildir. İqtisadiyyat başqa sahə
lərin inteqrasiya məkanına qoşulmasının maddi sti
muludur. Yəni iqtisadi inteqrasiya öz arxasınca siya
si, diplomatik, mədəni və s. sahələrin əlaqə məkanını
genişləndirir.
İqtisadiyyatın sürətli artımı ölkənin beynəlxalq
aləmdə nüfuzunu qaldırır, onun müdafiə qüdrətini
gücləndirir. Ona görə də müstəqilliyin daimi, əbədi
və dönməz olması üçün, ölkəmizin ərazi bütövlüyü
nün təmin olunması üçün iqtisadi inkişaf əsas strateji
istiqamətdir.
Ölkəmizin iqtisadi nailiyyətlərinin
119