münasibətin nümunəsi kimi misal çəkilən Hollandiyada da
cəmiyyətə inteqrasiya prosesləri idealdan çox uzaqdır. XXI
əsrin əvvəllərində artıq dözümsüzlük mövqeyi göstərən si
yasi qüvvələr bu ölkədə seçkilərdə 20 faiz və s. toplayır və
parlamentdə liderliyə iddia edir.
Hər halda müasir dünyada miqrasiya prosesləri,
onun doğurduğu “yeni azlıqlar” problemi və cəmiyyətə
sosial-mədəni inteqrasiyası sahəsində müəyyən təcrübə
toplanmışdır.
Hazırda dünyada beynəlxalq miqrantların sayı 200
milyona, yer kürəsinin ümumi əhalisinin tərkibində isə 3
faizə çatmışdır. İslandiya tərkibində istisna olmaqla, bütün
inkişaf etmiş ölkələr polikultur və immiqrasion tərkibli
olmuşdur. “Birinci qrupa: İngiltərə, Fransa və Hollandiya,
İkinci qrupa: Avstriya, Belçika, Danimarka, Almaniya, İs
veç daxildir” (Социо-купьтурные источники экономии-
ческого развития. М., 2005, s.76).
Qeyri-mədəniyyətə mənsub olan insanların cəmiy
yətə inteqrasiya olunmaması sosial tənhalıq, boşluq yaradır.
Bu boşluğu yalnız ünsiyyət və dəyərlər sistemi doldura
bilər.
Aparılan tədqiqatlar nəticəsində aydın olur ki, cə
miyyətin bütün təbəqələri arasında inteqrasiyaya nail olun
ması ünsiyyət məkanına, praktiki siyasi mexanizmlərə yeni
dən baxılmasını və düzəlişlər edilməsini tələb edir.
Avropanın bütün ərazisində başqa mədəniyyət nü
mayəndələrinin müxtəlif məişət ənənələri, dini əsaslar zə
minində konsolidasiyası prosesi gedir. Dövlətin inkişaf
problemlərini miqrasiya hesabına təmin etmək bir çox
Avropa ölkələrində siyasətin prioritet məsələlərindəndir.
-
8 6
-
Lakin onu həyata keçirmək çoxlu çətinliklərlə bağlıdır. İlk
növbədə, sosial-mədəni adaptasiya və inteqrasiya mexa
nizmlərinin işə salınması tələb olunur.
XX əsrin sonlarında tolerantlıq potensialına görə
öndə gedən Niderland, İsveç və Danimarka kimi ölkələrdə
radikal siyasətçilərlə bağlı hadisələr, 2006-cı ilin karikatura
qalmaqalları əldə olunmuş dözümlülük səviyyəsinin çox
kövrək olduğunu göstərdi.
Baş verən qlobal sosial və siyasi transformasiyalar
bütün dəyişikliklərin mədəni amillərdən asılılığını (deter-
minasiyasını) bir daha nümayiş etdirdi. Bu vəziyyət mədəni
determinasiyanın mütləqləşdirilməsi kimi mövqe və baxış
ları da (məs: S.Hantinqton), onu heçə endirən nəzəriyyələri
də ortaya çıxardı. Milli identiklik, mədəni müxtəliflik, to
lerantlıq, inteqrasiya-atomizasiya, dialoq və s. anlayışları
ictimai elmin diqqət mərkəzinə gətirdi.
Başqa mədəniyyət nümayəndələrinin yerli cəmiyyətə
inteqrasiyasını nizamlamağın milli modelləri bütün dün
yada müşahidə edilə bilər. Bu istiqamətdə dövlət siyasə
tinin ilk addımı milli miqrasiya qanunvericiliyinin hüquqi
nizamlanması olmuşdur.
Ən çox irəli sürülən tələblər seçilən ölkənin dövlət
dilini bilmək, onun tarixi-mədəni və hüquqi ənənələrinə
bələd olmaq və həmçinin bütün bunlara əməl etmək öh
dəliyini üzərinə götürməkdir.
Çoxşaxəli inteqrasiya prosesinin vətəndaş cəmiyyəti
şəraitində sosial-mədəni modelinin, qarşıdurma və zor tət
biqinə əsaslanan mədəni imperiya-müstəmləkə modeli ilə
müqayisədə yeganə alternativ olduğu bu gün birmənalı
etiraf edilmişdir.
- 8 7 -
Bu gün həm Şərqdə, həm də Qərbdə elmi təhlil və
tarixi təcrübə göstərir ki, “insanlar mədəni-etnik özünəməx
susluqla vətəndaşlıq arasında seçim zərurəti qarşısında
durmur. Bu sosial birlik, identiklik formaları ahəngdar
mövcud ola bilər. Lakin bir şərtlə, vətəndaş cəmiyyətinin
qurumları inkişaf etmiş olsun” (Доклад о развитии чело
века. 2004. культурная свобода в современном моного-
образном мире. М., 2004, s.4).
Vətəndaşlıq və mədəni identikliyin birgə mövcud
luğu üçün, ölkədə ən müxtəlif mədəniyyət nüm ayəndələri
nin özlərini cəmiyyətin bərabərhüquqlu üzvü kimi apar
masına imkan verən institusional mühit olmalıdır. Vətəndaş
birliyi mədəni inteqrasiya problemlərini birdəfəlik həll
etmir. Bu problem həm demokratik, həm də avtoritar cə
miyyətlərdə mövcud olur. Lakin demokratik dövlət müx
təlif xalq və mədəniyyətlərin vətəndaş cəmiyyəti çərçi
vəsində inteqrasiyasını təkmilləşdirməyə daim səy göstərir
və göstərməlidir.
Modernləşmə mərhələsindən başlayaraq, sosial mə
dəni inteqrasiya və milli identikliyin nisbəti probleminin
həllində üç əsas konsepsiya - model sınaqdan keçirilmişdir.
Tarixi baxımdan ilk əvvəl "mədəni assimilyasiya" kon
sepsiyası hələ Fransa inqilabı dövründə yaranmışdı və belə
şüar da ifadəsini tapmışdı: “Bir ölkə, bir xalq, bir dil”. Bu
təbii ki, başqa birliklərin yox edilməsini deyil, vətəndaş
hüquqlarının bəyan edildiyi bir şəraitdə, mədəni identik
liyin assimilyasiyaya uğramasını nəzərdə tuturdu. Bu m ər
hələdə ABŞ inteqrasiya modeli də assimilyativ məzmunlu
olmuşdur.
İnsanlar həm vahid ingilis dili, həm də “ağ protes
-
8 8
-
tant əhalinin” əksəriyyətinin mənsub olduğu mədəni norma
ları mənimsəməklə vətəndaşlığı qəbul edirdilər. Bu dövrdə
üç dili dövlət dili kimi qanuniləşdirən İsveçrə modeli is
tisna olmaqla, əksər Qərb ölkələrində assimilyasiya modeli
üstünlük təşkil edirdi.
Zaman keçdikcə bu modelin “mədəni imperializm və
mədəni hegemoniya kimi” səciyyələndirən konsepsiyalar
ortaya çıxdı. Əksər hallarda assimilyasiya heç zaman arzu
olunan nəticəyə gətirib çıxarmamışdır, bəzən isə tamam
“qarışıb yol olması” zənn edilən mədəniyyətlər yenidən
dirçələrək labüd müqavimət mənbəyinə çevrilmişdir.
XX əsrin ikinci yarısından bu model həm ictimai
rəydə, həm də elmi tədqiqatlarda mənfi qiymətləndirilməyə
başladı. Beynəlxalq rəsmi qurumların sənədlərində vurğu
landı. BMT-nin qeyd edilən 2004-cü ilin insanın mədəni
inkişafına həsr olunan məruzəsində deyilir: “Əgər XX əsr
nəyi isə sübut etdisə, bu, hər şeydən əvvəl, mədəni iden-
tikliyi ləğv etmək və ya sıxışdırmaq cəhdlərinin kəskin
müqavimət doğurması kimi həqiqətin sübutudur. Əksinə,
mədəni müxtəlifliyin tanınması həmişə gərginliyin azaldıl
masına səbəb olur” .
Bu ya başqa şəkildə, hazırda inkişaf etmiş ölkələrin
əksəriyyəti mədəni assimilyasiya siyasətindən inkar et
mişdir. Yalnız Fransa, Avropa Birliyi ölkələrindən və ABŞ-
dan fərqli olaraq, mədəni federalizm siyasətini deyil,
mədəni tsentralizm ” (mərkəzçilik) siyasətini həyata keçirir.
Burada etnik-milli sosial birlik forması qəbul edilmir.
Yalnız vətəndaşlar var və onlar hamısı - fransızlardır. Fran
sa Avropa Birliyini “Milli azlıqların müdafiə edilməsinə
dair” Çərçivə Konvensiyasını və bu məzmunlu digər bey
-
8 9
-
Dostları ilə paylaş: |