bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun
müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlıq
bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin
buna görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərarası
münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə
dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbay
canın tarixi təcrübəsi bu baxımdan dəyərli və intəhasızdır.
( Y .A .Jd a n o v. A v ra siy a n ın giinəş çələngi. M. 1999)
“Azərbaycançılıq” ideyası etnik-milli və bəşəri müstə
viləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müx
təlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal
gerçəkliyinin tələblərinə cavab verir.
Müstəqilliyimizə döndüyümüz vaxtdan tarixi-milli, mə
dəni yaddaş və genimizdə qoruyub saxladığımız, Azərbaycan
adlı məkana vətən deyən bütün xalqların mədəniyyətlərinin
bariz simvolu, nümunəsi olan üçrəngli bayrağımız
bütün
dünya ölkələrində, Avropa Şurasında dalğalandı. Ümumi tarixi
tale və yaddaşımızın bütün qatlan yalnız bayrağımızda deyil,
ölkəmizdə yaşayan bütün xalqlann münasibət və fəaliy
yətlərində də vəhdət təşkil edərək, bu təməllə də ümumbəşəri
xalqlar ailəsinə inteqrasiyaya yön aldı. İslamlaşmaq, türk-
ləşmək və müasirləşməklə bahəm Avropa, özümüzlə gətirdiyi
miz Asiya və Şərq dəyərlərinin qüdsiyyət və əzəmətini duy
maqdadır.
1993-cü ilin oktyabnn 1-də böyük öndərimiz, ümum
milli liderimiz H.Əliyev respublikada yaşayan milli azlıqlann,
azsaylı xalqlann və etnik qruplann nümayəndələri ilə görüşdə
çox qiymətli fikirlər söyləmişdi. Bu fikirlər milli münasibətlər
sahəsində dövləti siyasətinin əsas prinsiplərini təşkil edir.
Böyük öndər qeyd edirdi ki, “Biz Azərbaycan deyəndə onun
-
234
-
sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün
bunlarla yanaşı respublikanın ən başlıca sərvətlərindən biri,
bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan,
öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif
millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır.
Ölkə nə qədər çox xalqı birləşdirə, bir o qədər çox zəngin
olar”. Bu gün Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq
hüquqi dövlətin tam formalaşması yolunda irəliləyən bir
dövlətdir. Bu dövlətdə bütün xalqlar dininə, mənşəyinə, dilinə
görə deyil, bir torpağın, bir ölkənin vətəndaşları olmalan,
azərbaycançılıq ideologiyasını rəhbər tutmaları prinsipinə görə
qiymətləndirilir. Azərbaycan dövlətçiliyinin güclənməsinin
əsas şərti cəmiyyətdə korporativ münasibətlərin vüsətidir.
Ayrı-ayrı vətəndaşların maraqlan ümumdövlət marağını
yaradır. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olma
yaraq 8 milyonluq əhalinin hər birinin hüquq və azadlıqlannın
qorunması bu dövlətin ali məqsədidir.
Azərbaycan XXI əsrə özünün etnik zənginliyi ilə daxil
olaraq, polietnik dövlət olduğunu, istər çoxsaylı, istərsə də
azsaylı bütün etnoslara eyni dövlət qayğısı ilə yanaşıldığını
beynəlxalq aləmə sübut etdi. Xarici diplomatlar öz təəssürat
larını belə ifadə edir: Azərbaycan dünyaya təkcə neft deyil,
yüksək tolerantlıq ixrac etməyə qadir bir ölkədir.
Azərbaycan reallığında etnik varlıqlar özlərinə məxsus
adət-ənənələrin, din və dillərin, etnik psixologiyanın, maddi və
mənəvi mədəniyyətlərin lokal səciyyəvi xüsusiyyətlərini qoru
maqla yanaşı, Azərbaycan dilinə, adət-ənənələrinə, mənəvi də
yərlərinə yiyələnmişlər. Bu etnik qruplar nə qədər etnikdirlərsə,
o qədər də azərbaycanlıdırlar.
Bu gün Azərbaycanda türk dilli azərbaycanlılarla ya
-235
-
naşı, Iran dilli tatlar, talışlar və kürdlər, Qafqaz dilli saxurlar,
udinlər, ingiloylar, Şahdağ etnik qrupunun nümayəndələri, rus
lar və yəhudilər, ümumiyyətlə 20-dən artıq milli azlığın nü
mayəndələri yaşayır, onların sosial-mədəni problemlərinin həlli
həmişə dövlətin diqqət mərkəzindədir.
1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul
edilən Azərbaycan Respublikasının Konstitusiyasında olan
maddələr respublikada yaşayan bütün xalqların, etnik qrup
ların, azsaylı xalqların hüquq və azadlığının qorunmasını əks
etdirir.
Azərbaycan tarixinin bütün səhifələrində bu ərazidə
yaşayan insanların bu ərazidə yaşayan insanların qarşılıqlı
hörmət, dostluq əlaqələrini əks etdirən nə qədər çox faktlar
varsa, bunun əksini sübut edən sənədlər yox səviyyəsindədir.
1991-92-ci illərdə bu gözəl münasibətlərə xələl gə
tirmək istəyən qüvvələr, “türkün türkdən başqa dostu yoxdur”
kimi zərərli şüarlarla çıxış edirdi, digər millətlərə mənsub
insanların zorən assimilyasiyaya məruz qalması kimi iftiralar
yayırdılar.
Azərbaycana, onun ərazisinə, xalqların mənşəyinə, tari
xinə, milli varlığına, xalqlar dostluğuna qarşı yönəldiyi böh
tanlar çox tezliklə ifşa olundu. Lakin bundan sonra belə hallara
yol verilməmək üçün respublikada etnik proseslərin gedişi,
Azərbaycanda etnososial birliyin yaranmasında azsaylı xalqla
rın rolu, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında bu
etnosların nümayəndələrinin iştirakı geniş tədqiq olunmalıdır.
Müxtəlifliyin vəhdətindən yaranan bu tarixi birliyin əsil dəyəri
açıqlanmalıdır. Bu Azərbaycançılığm yaratdığı fenomendir.
Ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik
yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar,
-
236
-
ləzgilər, avarlar, kürdlər, tatlar və başqalan özlərini azərbay
canlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu
zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi,
bəşəri dəyərləri ilə daim zənginləşmişdir. Mədəniyyət və
ünsiyyət tariximiz bizə ruhi-mənəvi böyüklüyün və əzəmətin
çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlə
rində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azər
baycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur.
Diyarımızda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı
münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi,
inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdir
mişdir.
Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra
məlum oldu ki, “monolit sovet xalqı" gerçəklikdə qeyri-adi
çoxçalarlığa və mədəniyyətlərə malikdir. Bu baxımdan da
Azərbaycanda mədəni münasibətlərin müstəqil dövlətçiliyə
uyğun inkişaf mərhələsi başladı. Vətəndaş cəmiyyəti və hüquqi
dövlət quruculuğu, respublikamızdakı ayn-ayn azsaylı etnik
qrupların bərabər hüquqlu Azərbaycan vətəndaşı kimi varlığını,
siyasi-ictimai mahiyyətlə yanaşı, həm də elmi-nəzəri əhəmiy
yətli amilə çevirdi. Azərbaycan yalnız türkdilli və çox saylı
azərbaycanlıların deyil, həm də müxtəlif dil ailələrinə və dinə
mənsub olan azsaylı udi və şahdağ xalqlarının, saxur və ingi-
loylann, tat və dağ yəhudilərinin, talış və kürdlərin, rusların və
s. də vətənidir. Azərbaycan dövləti onların qarantı olmaqla
yanaşı dünyanın etnik xəritəsində yalnız Azərbaycan adlı
məmləkətdə rast gəlinən - udi, buduq, qnz, xınalıq, ingiloy
kimi etnik birliklərin dil və mədəniyyətini mühafizə edərək,
gələcək üçün dünya sivilizasiyasının etnik “bankının" yaradıl
masına kömək etmişdir.
-
237
-
Dostları ilə paylaş: |