Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə90/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

Hər  bir  insan  beynəlxalq  hüquq  normalarına  əməl  etməklə  ya­
naşı  müəyyən  mədəniyyətin  daşıyıcısı  olub  konkret  dini  mən­
subiyyətə  malikdir.  Buradan  aydın  olur  ki,  insan  hüquqları, 
universal,  ümumbəşəri  və  unikal  mədəni-mənəvi  müstəvilərin 
kövrək  balansına  əsaslanmalıdır.  İnsan  hüquqları  beynəlxalq 
hüquqi  normaların  kontinental-milli  qanunvericiliyin,  eləcə  də 
tarixi-mədəni  ənənə  və  prinsiplərin  ahəngdar  sintezindən  qay­
naqlanmalıdır.
"İnsan  hüquqlan”  çoxlarının  şərh  etdiyi  kimi  yalnız 
anlayış,  konkret  obyektiv  də  deyil,  tarixi  proses  və  təkamül, 
hətta  bütöv  bir  keçid  mərhələsini  nəzərdə  tutan  dinamik  feno­
mendir.  Bu  BMT-nin  sənədlərində  əksini  tapan  “Qadın-insan 
hüquqlan”  anlayışına  da  aiddir.  Hesab  edirik  ki,  bu  gün  dün­
yada  mövzu  kontekstində  üç  başlıca  məsələyə  diqqət  yetiril­
məlidir:
Birinci,  qloballaşma  dövründə  insan  hüquqlanmn  bey­
nəlxalq  unifikasiyası  və  reqlamentasiyası,  ikinci,  hər  bir  in­
sanın  mənsub  olduğu  mədəni-mənəvi  tarixi  spesifikanın  nəzərə 
alınması,  universalizm  və  unikalizmin  praqmatik  konsensisuna 
nail  olunması  və  üçüncü,  bu  konteksində  dinlərin  əvəzsiz  də­
yər və prinsip və potensialının cəm olunmasıdır.
Dinlər  -   bəşər  varlığının  yalmz  böyük  sərvəti  deyil, 
həm  də  gerçək  tarixi  reallığıdır.  Bunu  heç  kim,  o  cümlədən 
beynəlxalq  ictimaiyyət  inkar  edə  bilməz.  Buna  görə  də  insan 
hüquqlarına  dair  beynəlxalq  sənədlər  hər  bir  dövlətin  mədəni 
özünəməxsusluğunu,  başlıca olaraq,  dini  dəyərlərdən qaynaqla­
nan  xüsusiyyətləri  nəzərə  alır  və  almalıdır.  Beynəlxalq  sənəd­
lərdə  insan  hüquqlarına  aid  olan  məsələlərdə  bunlardan  irəli 
gələn  komporomis  labüddür.
Biz  yaxşı  bilirik  ki,  bütün  dinlərdə  insan  hüquq  və
-
3 6 4
-
azadlıqlannı  önə çəkən  təməl  ideyalar mövcuddur  və  əsas  və­
zifə  məhz  onların  qarşı-qarşıya  qoyulması,  birinin  digərindən 
üstün  olması  deyil,  ortaq  təmas  nöqtələrinin  tapılmasıdır.  Yal­
nız  bu  halda  onların  işlək  mexanizminə  nail  olmaq  olar.  Bir 
tərəfdən  milli  qanunvericilikdə  adət-ənənə,  ehkam  və  stereo­
tiplərdən  irəli  gələn  fikir  ayrılıqlarının  müvəqqəti  məzmuna 
yönəldilməsi,  digər tərəfdən  beynəlxalq  standartlara  uyğunlaş- 
dınlması  gərəkdir.  Beynəlxalq  hüquqda  olan  universal  prinsip­
lərlə  hər bir dövlətin,  hətta sivilizasiyaların  dini,  mədəni-mənə­
vi  spesifikasının  bir  araya  gətirilməsi  bu  gün  insan  hüquqlan 
sahəsində  balanslaşdmlmış  siyasət  apanlmasına  təminat  verə 
bilər,  mövcud boşluqlan  aradan qaldıra bilər.
Qadın  hüquqlan  son  əsr  ərzində  çox  müzakirə  olunan 
mövzulardandır.  Onlann  qabardı İmasının  kökünü  buradan  ay­
dın  görmək  olar:  belə  ki,  kişilərin  hüquqlan  ilə  müqayisədə 
qadın  hüquqlanmn  tanınmasına  yalmz  son  əsrdə  nail  olmaq 
mümkün olmuşdur.  İnsan  hüquqlan  kontekstində  qadın  hüquq- 
lannın  vurğulanması  obyekiv  əsaslara  söykənmişdir  və  bütün 
dünya  üçün  xas olan  bir  meyil  olmuşdur.  Bu  səbəbdən  də  "İs­
lam  və  qadın  hüquqlan”  mövzusunun  şərhində  birtərəfli,  təhlil 
və  qüsurlu  yanaşmalara  yol  verilməsi  qeyri-məqbuldur.  İslam­
da qadınlara verilən  hüquqlann  təfərrüatına varmaq  imkan  xari­
cindədir.  Yalnız  Avropanın  “İslam  və  hüquq”  üzrə  tanınmış 
tədqiqatçısı  Anna  Meyerin  fikrini  misal  gətirmək  istərdik.  O 
yazır:  “İslamda qadın  hüquqlanna  dair söylənilənlərin  əksəriy­
yəti,  heç  vaxt  islam  mənbələrinin  ciddi  akademik  təhlili  və  is­
lam  qanununa  dair apanlan  ardıcıl  tədqiqatlann  nəticəsi  olma­
mışdır və bu  gün də belədir”.
Yaxud  Nobel  Sülh  Mükafatı  laureatı  Şirin  Ebadiyə  görə 
“İslam  və  insan  hüquqlan  anlayışlan  arasında  heç  bir  fərq  və


yaxud  problem  yoxdur”.  Qadın  hüquqlarının  hüquqi  dövlət 
kimi  etalon  sayılan  Qərb  və  Avropada  da  çox  çətinliklə  inki­
şaf  etməsi,  bu  gün  də  burada  çoxlu  problemlərin  olması  gös­
tərir ki,  bu doğma deyil,  dinamik  məzmunlu anlayışdır.
Xatırlayaq  ki,  XIX  əsrin  ortalarında,  dünyanın  demək 
olar  ki,  bütün  ölkələrində  qadınlar  mülkiyyət  hüquqianndan 
məhrum  idi.  ABŞ-da  yalnız XX əsrdə qadın  nikahın  bərabərhü­
quqlu  subyekti  hesab  edilmişdir.  Bu  gün  də  qadınlar  nikah, 
xüsusilə  də  boşanma  məsələsində  ciddi  məhdudiyyətlərlə  üz­
ləşir (kişi  və  qadın  yalnız  müxtəlif konfessiyalara  mənsubdur- 
larsa, qadın  boşana bilər,  əks təqdirdə yox).
İslamda,  xristianlıqda,  yaxud  da  dünyəvi  qanuvericilik- 
də insan  hüquqlan  birdəfəlik müəyyən edilmir.  Buna zaman öz 
korrektivlərini  edir.  XX  əsrin  sonlarından  qadın  hüquqlarının 
prioritet  məsələlərdən  birinə çevrilməsi  də bununla izah olunur. 
Qloballaşma  prosesini  müşayiət  edən  etnik-milli  münasibətlər 
yalnız  hüquqlan  pozulan  ayn-ayn  qadınlan  deyil,  bütün  sosial 
qruplar  qaçqın  qadınlar,  miqrant  qadınlar  və  köhnə  azlıqlara 
mənsub  olan  qadınlar,  yoxsul  qadınlar  və  s.  anlayışlannı 
beynəlxalq  hüquq  müstəvisinə gətirdi.
Məhz  burada qadın  hüquqlannın  hansı  dini  mənbələrdə 
daha  yaxşı  şərhinin  vurğulanması  deyil,  bu  ümumbəşəri  təhlü­
kə  mənbələrinin  aradan  qaldınlması  vacibliyini  aşkara  çıxardı. 
O cümlədən  hüquq  və  azadlığın  bahəm  insanın  “vəzifə  və  öh­
dəlikləri”  mövzusu  da  müzakirəyə  çıxarıldı.  Əks  təqdirdə  “va­
hid  dünyanın  hüquqları  bir  kənara  qalır,  individin  azadlıqları 
mütləqləşdirilir”.  Bu  sözlər  Helmut  Şmiditə  məxsusdur  və  o 
qeyd  edir  ki,  “müasir  insan  hüquqlarım  qərbli  müəlliflər  yaz­
mışdır.  Buna görə burada  şərqlilərin  də  fikirləri  nəzərə alınma­
lı,  balans yaradılmalıdır”.
-  
366
  -
Avropanı 
bürüyən 
karikatura 
qalmaqalları, 
yeni 
azlıqlarla  ortaya  çıxan  problemlər  göstərdi  ki,  bəzən  azadlıq 
“azlıqları  təhqir  etmək  azadlığı”  kimi  ifrat  formalarda  da  başa 
düşülür.  Yeri  gəlmişkən,  islamda  ərəb  dilində  “hürr,  azadlıq” 
sözü  həm  də  “alicənab,  ləyaqətli”  mənalarını  verir,  yalnız 
ləyaqətli,  alicənab  insanın  əsl  azadlığa  malik  olması  nəzərdə 
tutulur.
İnsan  hüquqlarına  dair  müzakirə  və  mübahisələr  dün­
yada  ən  qədim  tarixə  malikdir  .  Ən  vacibi  odur  ki,  müzakirələr 
konkret  nəticə  versin.  Problemlərin  həlli  mexanizmləri  ortaya 
qoyulsun.  Əks təqdirdə  1998-ci  ildə BMT-də  insan  hüquqlarına 
dair  bəyannamənin  50  illiyinə  həsr  olunmuş  konfransda,  mə­
ruzəçilərdən  birinin  dediyi  fikir,  “bəyannamənin  konkret  nəti­
cələr  vermədiyinə  görə  ləğv  edilməsi”  təklifi  tez-tez  səslənə 
bilər.
Biz  konkret  təklif  kimi  belə  bir  məsələyə  diqqəti  cəlb 
etmək  istərdik:  insan  hüquqlan  sayəsində  yaradılan  beynəlxalq 
və  regional  qurumlann  müqayisəli  təhlili  bu  sahədə  balans 
olmadığını  göstərir.  Avropaya  nisbətdə  Asiyada  indiyə  qədər 
regional  təşkilat  yoxdur.  Doğrudur,  ərəb  ölkələri  və  Afrika  öl­
kələrinin  insan  hüquqlan  Xartiyalan,  Ümumittifaq  islam  İnsan 
Hüquqlan  bəyannaməsi  qəbul  edilmişdir.  Lakin  təşkilatlanma 
sözdən  və bəyannamələrdən  işə keçməyə təkan  verir.  Eyni  fikri 
BMT-nin  fəaliyyəti  barədə  də  demək  olar.  Belə  ki,  bəyannamə 
xarakterli  sənədlərin  ilk  pillə,  addım  olduğu  bizə  məlumdur. 
Ümid  edirik  ki,  yaxın  gələcəkdə  konvensiya  xarakterli  sənəd­
lər  qəbul  ediləcək  və  bunlar  milli  qanunvericilik  üçün  baza 
rolunu oynayacaq.
“İnsan-qadın”  hüquqlannın  təməl  prinsiplərinin  köklə­
rini  hər bir dində tapmaq  olar.  Bu  hüquqlan  pozan  minlərlə qa-
-
367
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə