siyasim ifadə edir. Bunlar isə, ümumiyyətlə, “Şərq mədəniy
yəti” və ümumiyyətlə, “Qərb mədəniyyəti” anlayışlarıdır. Qərb
mədəniyyətində öz mənşəyinə görə yunan-latın mədəni ənənə
ləri üstünlük təşkil edir. Bu mədəniyyətin inkişafı və möh
kəmlənməsində orta əsrlərdən başlayaraq özünü göstərən ümu
mi dini birlik xüsusi rol oynamışdır. Şərqdə isə bu cür vahid
mədəniyyət, demək olar ki, olmamışdır. Doğrudur, Qədim Şərq
sivilizasiyalarının öz aralarında diaxron və sinxron əlaqələr
mövcud olmuşdur. Lakin bütün bunlara baxmayaraq, sistemli
əlaqənin olduğunu və ümumi “Şərq mədəniyyəti” anlayışı al
tında birləşmənin mövcudluğunu irəli sürmək düzgün olmazdı.
Ancaq orta əsrlərdə böyük nüfuz qazanmış və indi də özünü
göstərən vahid müsəlman mədəniyyətindən danışmaq müm
kündür.
Hər bir şərq xalqının spesifik mədəniyyətinin olduğunu
da inkar etmək qeyri-mümkündür. Deməli, “bütün zamanlar və
bütün xalqlar" üçün mövcud olan ümumi mədəniyyətdən da
nışmaq ağlabatan deyildir. Orta əsrlərdə Avropada formalaşmış
və nəzəri sistemlərin deduktiv təşkilinə əsaslanan riyazi
(həndəsi) qanunlara istiqamətlənən intellektual ənənələrə görə,
hər cür elmi bilik müvafiq anlayışlar vasitəsilə müəyyənləş
dirilmiş möhkəm zəminlər üzərində bərqərar olmuşdur. Lakin
müasir elm klassik ənənələrin varisi olaraq axırıncının işlətdiyi
terminlərin hamısının tam definisiyasmı (fərqləndirilməsini)
zəruri saymır. Bu, humanitar elmlərə daha çox aiddir (Моль A.
Социодинамика культуры. M., 1973, c. 35-36.).
“Mədəniyyət”, həqiqətən də, belə anlayışlardandır.
Mədəniyyətin məkanda lokallaşması (məsələn, “Şərq mədəniy
yəti və s.), zamanda lokallaşması (məsələn, “Orta əsrlər
mədəniyyəti" və s.) və yaxud onun milliləşməsi (məsələn “ərəb
-
384
-
mədəniyyəti” və s.) bu anlayışın məntiqi həcmini və faktiki
məzmununu müəyyənləşdirmək istəyən tədqiqatçının işini
qətiyyən yüngülləşdirmir. Fəlsəfi-tarixi rcfleksiyanın predmeti
həmin definitiv prosedurlardan biridir və ilk baxışda onun
formal, sırf instrumental xarakter daşıdığı bəlli olur. Lakin əsil
həqiqətdə həm metodoloji, həm də dünya görüşü baxımından
olduqca vacib əhəmiyyət daşıyır. Söhbət mədəniyyətin mahiy
yət baxımından dinə münasibətinin səciyyələndirilməsindən
gedir. Mühüm mənəvi hadisə kimi mədəniyyətin dinlə üzvi
yaxınlığı heç bir şübhə doğurmur.
Dinin və mədəniyyətin nisbəti məsələsi, həqiqətən, hu
manitar elmin əbədi problemlərindən biridir. Çox vaxt, xü
susilə XX əsrin müəyyən dövrlərində bu problem siyasi məna
və ideoloji forma qazanmışdır. Ancaq bu zaman mədəniyyətin
geniş və məhdud mənada təriflərini nəzərə almaq lazımdır.
Bəziləri üçün mədəniyyət - cəmiyyətdə olan bütün mənəvi
hadisələrin məcmusudur. Deməli, o. dini də tərkib hissəsi kimi
özünə daxil edir. Digərləri üçün “mədəniyyət” anlayışının
məntiqi həcmi bəşəriyyətin pozitiv nailiyyətləri (burada pozi-
tivliyin meyarları müəyyənləşdirilmir) adlandtrılanlann məc
musu ilə məhdudlaşır. Burada isə guya, onlann fikrincə, din
mənəvi mədəniyyət hadisələrinin ümumi sırasından çıxanlır.
Konkret elmi işlərə gəldikdə isə (bu ən çox şərqşünaslığa həsr
olunmuş tədqiqatlara aiddir), digər bir ifrat cəhət özünü gös
tərir. Müəyyən tarixi dövrlərdə mədəniyyət və din, sadəcə
olaraq, eyniləşdirilir. Nəzəriyyə səviyyəsində bu, müəyyən
dövrdə, bu və ya digər regionda bütün mədəniyyətin sırf
konfessional (dini) tərifində ifadə olunur. Məsələn, “müsəlman
mədəniyyəti" anlayışı elmi dövriyyəyə daxil olmuşdur. Həm də
total şəkildə bu anlayış Yaxın və Orta Şərq, Orta və Cənubı-
-385
-
Şərqi Asiya xalqlarının mədəniyyətinə aid edilmişdir. Bura
fəlsəfədən tutmuş, musiqi, sənətkarlıq, rəssamlıq və memarlıq
da daxildir.
Faktların konkret tarixi təhlili bir daha sübut edir ki,
dinin bir sosial-mədəni və ideoloji hadisə kimi rolunun şi
şirdilməsi və yaxud da onun əhəmiyyətinin aşağı salınması,
inkar edilməsi qətiyyən qəbuledilməzdir. İndiyə qədər mark
sizmin dinə münasibətini sırf inkarçılıq-ateist mövqe ilə əlaqə
ləndirmişlər. Bu isə ancaq və ancaq tarixi ədalətsizlik, mark
sizmin mahiyyətinin təhrif edilməsidir. Əslində, marksist ya
naşma dinə spesifik sosio-mədəni fenomen kimi, insanın mə
nəvi təşəkkülünün müəyyən pilləsində qanunauyğun surətdə
yaranan bir hadisə kimi baxılmasını tələb edir. Başqa sözlə
desək, din, ateizm və s. cəmiyyətin inkişafının müəyyən
mənəvi tələbatı ilə əlaqədardır.
Mədəniyyətdə dünyəviliklə sakrallığın (diniliyin) bir
yerdə olması təbii qanunauyğunluqdur. Mədəniyyətdə ilahiliyin
və dünyəviliyin xüsusi həcmi, tarixi dövrdən və şəraitdən asılı
olaraq, müxtəlif regionlarda müxtəlif səviyyədə olmuşdur. Mə
lum olduğu kimi, orta əsrlərdə mədəniyyətdə ilahilik, dini eti-
qatçılıq həm şərq, həm də qərb cəmiyyətlərində üstünlük təşkil
etmişdir. Lakin mədəniyyətlərin daxili vəhdəti yuxanda qeyd
etdiyimiz iki başlanğıc - dünyəvilik və möminlik arasında zid
diyyətin olmasını inkar etmir. Deməli, dünyəviliyin və yaxud
dindarlığın mədəniyyətdə hansı rol oynaması məsələsinə gəl
dikdə, onu yalnız müəyyən konkret tarixi kontekstdə qiymət
ləndirmək mümkündür. Məsələn, ateizm heç də həmişə mütə
rəqqi rol oynamamışdır. Bu o deməkdir ki, o, heç də həmişə
qabaqcıl sosial təbəqələrin ideya dayağı olmamışdır. Digər
tərəfdən, dinin də tarixdəki rolu həmişə birmənalı deyildir.
-
386
-
Islamın yayıldığı ölkələrdə mənəvi-mədəni sahədə baş
verənlərin hamısını birmənalı olaraq müsbət qiymətləndirmək,
özü də metodoloji və konseptual yanaşma baxımından, böyük
səhv olardı. Həmin problemin mühüm aspekti mədəniyyətin
müsəlman cəmiyyətinin ideoloji normalarla müəyyənləşdiril
miş spesifik şəraitində formalaşmış mənəvi məzmunun qiymət
ləndirilməsidir. Yaxın və Orta Şərq xalqlarının orta əsrlər mə
dəniyyətini, sözün həqiqi mənasında, müsəlman (islam) mədə
niyyəti olmasını tam əsasla təsdiq etmək olarmı? Burada bir
sıra mühüm şərtləri nəzərə almaq lazımdır.
Birincisi, onun tarixi kökləri islamdan əvvələ gedib
çıxır. Xilafətin mədəniyyəti boş yerdə yaranmamışdır. O, artıq
mövcud olan şərq (Misir, Babilistan, Suriya, İran və Hind),
eləcə də qərb (ellin) mədəniyyətləri zəminində yaranmışdır.
İkincisi, o öz ideoloji tərkibinə görə tam şəkildə müsəlman
mədəniyyəti hesab oluna bilməz. Məlum olduğu kimi, xilafətin
mədəniyyəti təkcə islama etiqad edənlər tərəfindən yaradılma
mışdır. Zərdüştilər, xristianlar, iudeylər və müəyyən qədər də
buddistlər müsəlman ölkələrində mədəniyyətin inkişaf etmə
sində mühüm rol oynamışlar. Üçüncüsü, islamın ideoloji
hökmranlığı total xarakter daşımamışdır. Müsəlmanlıq ərəb
lərin siyasi hakimiyyəti altına düşmüş xalqlann mədəniyyətinin
bir sıra komponentlərini tamamilə özünə tabe etdirə bilmə
mişdir. Sonuncu tezisin təsdiqi kimi müsəlman fəlsəfəsinin mü
səlmanlığa münasibəti ilə əlaqədar olan problemləri göstərmək
olar. Orta əsrlərin Şərq fəlsəfəsi, çoxlaylı hadisə kimi, özünə
məxsus konseptual və metodoloji strukturlaşmaya malik ol
muşdur. Əslində klassik ərəb və farsdilli fəlsəfə müxtəlif fəlsəfi
fikir məktəblərini, ideya cərəyanlarını özünə daxil etmişdir.
Onların mövcudluğu haqqında Məhəmməd Şəhrəslani (XII əsr)
-
387
-
Dostları ilə paylaş: |