nazik bazalt qatının yaranması ilə başlanmışdır. Bu zaman onun səthində
temperatur 100°S-dən yüksək olmuşdur. Su tutarlar, deməli, su eroziyvsı yox idi.
Fiziki asınma intensiv gedırdı.
Yer qabığında yaranmış ilk materik qabığının (Pangeya) yeri dəqiq məlum
deyildir. Ümumiyyətlə mantiyanın deformasiyası hər yerdə eyni ilə getməmişdir.
Yerin bir tərəfində ağır maddələr dərinliyə enmiş və böyük okean çökəkliyi
(Pantalas) əmələ gəlmişdir. lkin bazalt qatı təqribən geoloji inkişaf mərhələsinin
ə
vvəlində materik və okean qabığına bölünmüyə başlamışdır. Okeanların əmələ
gəlməsi ilə yer kürəsində rütubət dövranı başlamışdır. Materiklərdə axar sular
meydana gəlmiş və denudasiya prosesi başlamışdır. Suda fiziki və kimyəvi
proseslər güclənmiş, ovuntuların (qırıntı məhsulların) daşınması sürətlənmişdir.
Ə
vvələr vulkan prosesləri ilə yaranmış çökəkliklərdə çökmə süxurların toplanması
prosesi sürətlənmişdir. Bazalt qatı aşağı basılmış, çökmə süxurlar yüksək
temperatur və təzyiq şəraitinə düşərək metomorfikləşməyə məruz qalmışdır.
Qranitin mənşəyi yəni əmələ gəlmə şəraiti mübahisəlidir (intruziv və ya
metamorfik)
Bizim üçün vacibi odur ki, okean dibində qranit yoxdur. Qırışıqların
bünövrələri qranit nüvvələri üzərində əmələ gətmişdir.
ndiki dövrdə yer qabığı materik və okean tipli yer qabığından ibarətdir.
Okean tipli yer qabığının palınlığı 5-15km (rif dərələrində 1-4km)-dir. Üst təbəqə
dəniz mənşəli çökmə süxurlardan ibarətdir (1-1,5km). Bazalt təbəqəsinin qalınlığı
(1-25km). Ondan aşağıdakı alt və ya qabbro təbəqəsinin qalınlığı 5km-ə qədərdir.
Materik tipli yer qabığının qurulusu daha mürəkkəbdir. Onun qılınlığı orta
hesabla 35-40km-dir. Maksimal qalınlığı isə 70-90km arasındadır. Qalanlığı 20km-
dək olan alt təbəqənin bazaltdan təşkil olunduğu guman olunur. Materik tipli yer
qabığının əsas qatı şərti daraq «qranit təbəqəsi» adlanır. Onun qranit və qneysdən
təşkil olunduğu iddia olunur. Üst təbəqə isə qalınlığı 3-10km arasında dəyişən
çökmə süxur layıdır. Platforma qalxanlarında bu lay yox olur. Qranit lay bazaltdan
Konrad sərhədi ilə ayrılmışdır. Burada seysmik dalğaların sürəti 6,4km/sandən
7,6km/san qədər artır Yer qabığı ilə mantiya arasında sərhəd olan Moxoroviç
Melikov Behruz
sərhədində seysmik davlğaların sürəti 8km/san –dək artır.
Yer qabığında keçid tipli sahələr də mövcuddur. Onlar materik dayazlıqlarına
və ya şelf zonalarına ayrılırlar. Orta okean sıra dağlarında isə yer qabığı ilə
mantiya arasındakı sərhəd yəni Moxo sərhədi yoxdur. Burada mantiyanın ərimiş
maddələri rift dərələrilə yer səthinə maksimum yaxınlaşırlar.
Müasir elm yer qabığını və astanosferə qədər ən üst mantiyanı litosfer
adlandırır. Dərinliyə getdikcə temperaturun hər 100m – dən bir artma kəmiyyətinə
«geotermik qradiyent» deyilir. Temperaturun 1°I artması üçün lazım olan
məsafəyə isə «geotermik pilə» deyilir.Litosferin quruluşu, orada baş verən üfuqi və
ş
aquli hərəkətlərin mexanizmi və onların nəticəsi litosfer tavaları nəzəriyyəsi
tərəfindən izah olunur. Bildiyimizə görə yer qabığı üst mantiya ilə birlikdə litosferi
ə
mələgətirməklə yer səthində baş verən bütün endogen prosesləri
istiqamətləndirirlər.
Ayrı-ayrı hissələrdən materik və okean tipli tavalardan ibarət olan bu
təbəqənin tərkib hissələri astanosfer üzərində nüvədən qalxan ərimiş maddələrin
güclü təsiri ilə üfuqi hərəkət edərək «konvergent» və «divergent» zonaları
yaradırlar. Bu tavaların inkişaf tarixinin bərpa edilməsinin nəticəsində ilkin quru
sahəsindən – Pangeyadan başlayaraq bugünkü materiklərə qədər quru və okean
sahəsinin inkişaf tarixi aşkarlanmışdır.
Geosinklinalların inkişafında üç mərhələ ayrılır:
1.
lkin mərhələ – ərazi tektonik əyilmə yə məruz qalır. Bu mərhələdə ərazi
dəniz altında qalır və dəniz mərhələsi də adlanır.
2.
vulkan püskürmələri mərhələsi. Bu mərhələdə güclü vulkanizm prosesləri
baş verir. Həm quruda, həm də suda vulkanlar püskürür.
3.
Orogen (dağ əmələ gəlmə mərhələsi) Bu mərhələdə nəhəng dağlar əmələ
gəlir. Dağ əmələ gəlmə zamanı süxurlar müxtəlif cür yatım forması alırlar:
1.Fay, 2.Horst, 3.Qraben, 4.antiklinal-sinklinal, (qırışıqlıq) 5.pilləli, 6
üstəgəlmə və s.
Qırımızı və ölü dənizin, Baykal, Tanqanika, Nyasa göllərinin çökəklikləri
qrabendə yerləşir.
Melikov Behruz
Platformalar geosinklinallarda fəalıq dayandıqdan sonra əmələ gəlir. Bu
sahələrdə əmələ gəlmiş dağlar zaman keçdikcə denudasiya prosesinə məruz qalır
düzənliyə çevrilir. Yəni platformalara düzənlik sahələr uyğun gəlir. Platformalar
kristallik bünövrə və çökmə süxur qatından ibarət olur. Kristallik bünövrənin yer
səthinə çıxmasına qalxan və ya sipər deyilir. Məsələn: Şərqi Avropada Baltik
Ukrayna qalxanı, Sibir platformasında Aldan, Anabar qalxanı və s.
Platformalar geoloji yaşlarına görə 2 yerə bölünürlər:
1.Qədim platformalar: arxey, qisməndə proterozoyda əmələ gəlmişdir.
Məsələn:Şimali Amerika, Sənubi Amerika, Afrika-Ərəbistan, .şərqi Avropa, Sibir,
Avstraliya, Antarktida, Hindistan, Çin-Koreya, Cənubi Çin, Tarım.
2. Cavan platformalar – Paleozoy-Mezozoy eralarında yaranıblar. Əsasən
qədim platformaların kənarında və ya onların arasında yerləşir. Məsələn: Qərbi
Sibir, Turan ovalığı, Ön Qfqaz düzənliyi, Braziliya, Anadolu ran yaylası.
Qalxma sahələrə antekliz, çökmə sahələrə sinekliz deyilir.
Melikov Behruz