Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə16/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   12   13   14   15   16   17   18   19   ...   179

50

gəmiyləmi,  yoxsa  kebləmi  getməyi  qərarlaşdırmağımız  bəlkə  də 

Violettanın  evinə  yetişəcəyi,  sonra  bu  nağılın  bitəcəyi  qorxusuyla 

bağlıydı, bunu mən etiraf eləyirdim, qadınımın nə fikirləşdiyinisə 

soruşmadım.  Axır  ki,  yönümüzü  günbatana  çevirməyi  Tulondan, 

Nissadan,  Turindən,  Milandan,  Veronadan  keçib  Veneziaya  varid 

olmağı  qərarlaşdırdıq.

51.  Yəqin  ki,  hər  şəhərdə  gördüklərimizi,  yaşadıqlarımızı,  ta-

nıdıqlarımızı  (ən  azı,  yadımda  qalanları)  danışsam,  bu  hekayət 

əndazədən  çıxar,  ona  görə  də  təkcə  Veronada  qarşılaşdıqlarımı 

xatırlatsam,  bəsdi.  Rəhmətlik  madam  Qrenyödən  qalan  kitablar 

arasında  əlimə  üstündə  ingilis  tamaşa  yazarı  Uilyam  Şekspirin 

adı olan əlyazma tapdım. Madam Qrenyö narın xəttilə adamların 

mükaliməsindən,  hərəkətindən  ibarət  olan  əhvalatları  firəngcəyə 

çevirmişdi.  O  əhvalatlardan  bir  neçəsinin  adı  yadımdadı:  «İki  ve-

ronalı  əsilzadə»,  «Venesyia  taciri»,  «Romeo  və  Cülyetta»…  Bun-

ları  həmin  əhvalatlar  Veronada  baş  verdiyinə  görə  xatırladım.  İki 

aşiqin  əhvalatını  burda  hamı  bilirmiş,  hətta  biri,  guya  hadisələrin 

baş  verdiyi  evi,  meydanı  göstərdi.  O  vaxt  Leyliylə  Məcnunun, 

Fərhadla  Şirinin  əhvalatlarını  rəvayət  kimi  eşitmişdim,  amma 

hələ Şeyx Nizaminin neçə yüz il qabaq o eşq macəralarını qələmə 

aldığını  bilmirdim.  Verona  vaqiələrini  qələmə  alansa  zənnim  al-

datmırdısa,  yaxın  zamanlarda  yaşanmışları  yazmışdı.  Hər  halda, 

ayrıca  sənət  növü  yaratmışdılar:  o  vaqiələri  mükalimə  şəklində 

yazır,  sonra  bir  binanın  içində,  ya  meydanda  qurulmuş  hündür, 

böyük  taxt  üzərində  təqlid  eləyirdilər.  Tiflisdə  Novruz  bayra-

mı  günlərində  məhəllə  cavanlarının  cürbəcür  paltarlar  geyinib 

oyun çıxarmalarına, bir qədər də meydan tamaşalarına oxşayırdı. 

Xülasə,  Veronadan  Veneziaya  yola  çıxanda  Violetta  şəhərin  son 

tərifinə  başladı,  duruxa-duruxa  suların  içində  tikilmiş  röya  kimi 

bənzərsiz  şəhər  təsvir  elədi.  Əlbəttə,  min  dəfə  eşitməkdənsə,  bir 

kərə  görmək  yaxşıdı,  amma  doğulub-böyüdüyü  şəhərə  yaxın-

laşdıqca  Violettanın  sevinclə  yanaşı  narahatlığı  da  artırdı.  Bunu 

açıq-aşkar  sezsəm  də,  hələ  səbəbini  bilmirdim.

52.  Veneziaya  –  qədim  venez  qövmünün  adını  daşıyan  şəhərə 

(bunu  madam  Qrenyödən  eşitmişdim,  gündoğandan  sel  kimi  axan  «Al-

lahın  qırmancı»  Atillanın  hun  qoşunlarının  keçib  buralara  çatdığınısa 

Davidin  Kollej  dö  Fransda  öyrəndiklərindən  mənimsəmişdim)  yaxın-



51

laşdıqca  məni  harda  yerləşəcəyimiz  əndişəsi  bürüyürdü.  Hələ 

ki,  cibimdə  üç  yüz  frankacan  pulum  qalmışdı,  bu  vəsaitlə  bir 

neçə  ay  çulumu  sudan  çıxara  bilərdim.  Violetta  ailəsinə  qayıda-

caqdımı,  sular  şəhərində  nə  qədər  duruş  gətirəcəkdim,  bundan 

sonra  necə  yaşayacaqdım  –  bütün  bunlar  dumanlı  fikirlər  içində 

çıxılmazlıq  divarıyla  rastlaşırdı.  Görünür,  bu  barədə  Violetta  da 

çox  düşünmüşdü,  quzey  səmtdən  şəhərə  girəndə  dedi,  yəqin, 

ailəsinə  qayıtmayacaq,  çünki  fransız  dənizçisinə  qoşulub  qaçma-

sını  nə  atası,  nə  də  qardaşları  bağışlayar,  ona  görə  də  münasib 

yerdə  ev  kirayələyib  bundan  sonra  neyləyəcəklərini  fikirləşmək 

daha  düzgün  olar.  Sonuncu  kebin  sahibilə  haqq-hesabı  üzəndən 

sonra  Violettayla  qıraqları  hörülmüş  böyük  arxın  içində  qayna-

şan  qondola  adlı  qayıqlardan  birinə  mindik.  Qayıqların  hamı-

sı  qara  rəngdəydi,  Vilolettanın  dediyinə  görə,  neçə  illər  əvvəl 

şəhərdə  taun  xəstəliyi  peyda  olub  adamları  çəyirtkə  kimi  qır-

mışdı,  bir  neçə  il  ərzində  əlli  min  nəfərəcən  adam  tələf  ol-

muşdu,  bu  səbəbdən  qayıqların  matəm  rəngində  boyanmasına 

qərar  verilmişdi,  həmin  vaxtacansa  qayıqlar  al-əlvan  rəngdəydi, 

sahiblərinin  zövqünə  uyğun  bəzədilirdi.  Sol  yanı  sağ  yanından 

daha  geniş  olan,  bir  avarçının  asanlıqla  hərəkətə  gətirdiyi  o 

qayıqda  möhtəşəm  saraylara,  gözəl  evlərə  tamaşa  eləyə-eləyə 

gedirdik,  bütün  bunlar  tozlu  yollardan,  tutqun  karvansaralardan, 

miskin  daxmalardan  sonra  mənə  nağıl  kimi  gəlirdi.

53.  Cəmi-cümlətanı  mənim  bir  sandığımdan,  bir  də  Violet-

tanın  bağlamasından  ibarət  olan  yükümüzü  Rialto  körpüsü  ya-

xınlığında  sahilə  çıxardıq.  Violetta  qayıqçıyla  italyanca  bir  qədər 

söhbət  eləmişdi,  güman  ki,  harda  münasib  otaq  kirayələyə 

biləcəyimizi soruşurdu. Sahildə də yükçülərlə danışdı, axır ki, iki 

nəfər  yükümüzü  götürüb  bir  neçə  yüz  addımlıqdakı  ikiqatlı  bi-

nalara doğru apardı. Daha iki nəfərlə uzun-uzadı söhbətdən son-

ra məlum oldu ki, ayda on iki dukata (frankla dukatın məzənnəsini 



bilmədiyimdən  qiymətin  ucuz  olub-olmadığını  ayırd  eləyəmmədim) 

otaq  kirayələmək  mümkündü.  Gözdən-könüldən  iraq  yerdi,  Vio-

letta nəyisə izah eləməyə çalışırdı, dəyib-toxunan olmaz. Əslində, 

harda  yerləşəcəyimizin  məndən  ötrü  fərqi  yoxudu,  fikrim-zikrim 

taleyimin  bu  şəhərini  doya-doya  gəzməyin,  gələcəyimlə  bağlı 

dolaşıq  duyğular  burulğanından  çıxmağın  yanındaydı.  Axır  ki, 




52

Violettanın  sinyora  Kapuççi  çağırdığı  yaşlı  və  kədərli  qadının 

evinin  birinci  qatındakı  balaca  otağı  tutub  yerləşməli  olduq.  Vio-

letta  sonra  dedi  ki,  ev  sahibəsi  ər-arvad  olub-olmadığımızla  ma-

raqlanıb,  o  da  nikaha  girməyə  hazırlaşdığımızı  söyləyib.  Firəng 

olmağım  (hələ  də  Jozef  Qrenyö  idim,  Violetta  da  məni  belə  tanıyırdı) 

sinyoranın  heç  xoşuna  gəlməmişdi,  italyanca  danışa  bilməməyim 

də  ürəyincə  deyildi,  amma  görünür,  ayda  on  iki  dukat  ona  çox 

lazım  idi,  bu  səbəbdən  yarıkönül  razı  oldu.  Parisdən  bu  sular 

şəhərinəcən  olan  iyirmi  altı  günlük  yolçuluğumuzun  sonunda 

bizi  nə  gözlədiyini  unutmağa  çalışıb  umuda  sığınmaqdan  başqa 

əlacımız  yox  idi.  Sinyora  Kapuççinin  köməyilə  aclığımıza  əlac 

qılandan  sonra  sevgi  dənizinə  çıxıb  ehtiras  yelkənlərini  açdıq…

54.  Sular  şəhərindəki  üç  illik  həyatımın  ilk  ayları  yarıbay-

ğınlıq  içində  keçdi.  Bir  vaxtlar  dünyanın  sayılıb-seçilən,  qüdrətli 

məmləkətlərindən  olan  Veneziaya  şöhrətinin  qürub  çağında 

gəlsəm  də,  o  əzəmətin  izlərini  görməkdən  zövq  alırdım.  Bir 

vaxtlar,  bütün  xristian  aləminin  qızılına  sahib  olan,  Məğriblə 

Məşriq  arasında  ticarəti  əlində  cəmləşdirən  möhtəşəm  şəhəri 

dolaşmaq  məndən  ötrü  Allahın  bəxş  elədiyi  xoşbəxtlikdi.  San-

Marko  məbədinin  və  Doclar  sarayının  yanından  axıb  Pyasale 

Romanı  San  Marko  sututarıyla  birləşdirən,  latın  hürufatındakı 

«S»  hərfini  xatırladan  Böyük  arxla  qondolada  üzmək,  Kalerci, 

Qrimani,  Korner-Spinelli,  Moçeniqo,  Kontarini,  Bernardo,  Ros-

kari  saraylarının  möhtəşəm  mənzərəsinə  tamaşa  eləmək  mənə 

yuxu  kimi  gəlirdi.  «Türk  anbarı»  (görünür,  Veneziayla  uzun  illər 



döyüşmüş  Qanuni  Sultan  Süleymanın  vaxtından  qalmışdı)  mənasını 

verən  Fondako  Dey  Turkinin  Bizans  və  Venezia  üslubunda  ti-

kilmiş  binası  qarşısında  heyrətlənmək,  şəhərin  rəmzi  sayılan  Ri-

alto  körpüsündə  gəzmək,  Qızıl  Ev  adlanan  tikilinin  gözəlliyi 

müqabilində  susmaq…  izaholunmaz  duyğuydu.  Bunlar  barədə 

Sorbonndakı memarlıq üslublarından dərs deyən müsyö Dümon-

dan  öyrənmişdim,  indi  gözlərimlə  görür,  bütün  bunların  mənə 

tanış  olduğu  izzəti-nəfsimi  oxşayırdı.  Belə  gəzintilərə  tək  çıxan-

da  Violettadan  öyrəndiyim  italyan  sözlərilə,  firəng  kəlmələrilə, 

əl-qol  hərəkətlərilə  vəziyyətdən  çıxırdım.  Violettasa  alışdığı  bu 

şəhərdə  məni  heyrətləndirən  nəyinsə  tapıldığına  sevinir,  rahatla-

nırdı.  Gördüklərimi,  duyduqlarımı  söyləsəm,  mətləb  çox  uzanar, 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə