Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə172/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   168   169   170   171   172   173   174   175   ...   179

529

mızın  ətrafındakılar  bu  qarışıqlıqların  baş  verməsində  maraq-

lıydılar,  ya  da  basqılar,  zorakılıqlar  dözülməz  həddə  çatmışdı. 

Əlbəttə, bütün bunlara mən – dünyanın, az qala, yarısını dolaşıb, 

bir  karvansara  küncündə  taleyinin  sonunu  gözləyən  Mirzə  Yu-

sif  Tiflisi  hökm  verə  bilməzdim,  amma  Şahımızın  dağılmaqdan 

qurtardığı  məmləkəti  saxlamaqda  necə  çətinlik  çəkdiyini  canım-

qanımla  duyurdum. 

520.  O  iki  ildə  Şahımızın  Şəkiyə  hakim  göndərdiyi  Məlik 

Nəcəflə  Hacı  Çələbinin  çəkişməsi  ən  çox  danışılanlardan  idi. 

Deyirdilər,  Məlik  Nəcəf  hökmdarın  gözünə  girmək,  daha  böyük 

məqama  çatmaq  üçün  camaatın  dərisinə  saman  təpir,  vergini 

birə  üç  çıxartmamış  əl  çəkmir,  sözünün  qabağında  söz  deyənləri 

də  ölüncəyədək  döydürür,  gözünü  çıxartdırır,  dilini  kəsdirir, 

əhli-əyalının  başına  oyun  açır;  deyirdilər,  Şahımız  Bərdə  altın-

da  olanda  camaat  onun  yanına  adamlar  göndərib  dərdlərini 

hökmdara  çatdırıblar,  hökmdar  da  öz  aralarından  Məlik  Nəcəfin 

işlərinə  göz  olmaqdan  ötrü  vəkil  seçmələrini  tapşırıb,  vəkillik 

məqamısa Hacı Çələbiyə qismət olub, Şahımız da bununla razıla-

şıb, çünki həm camaat, həm də möminlər arasında hörməti-izzəti 

var,  ümid  eləyib  ki,  bundan  sonra  şikayətlərə  son  qoyulacaq, 

ədalət  öz  yerini  tapacaq;  deyirdilər,  amma  hər  şey  tərsinə  olub, 

Hacı  Çələbi  camaatdan  da,  Şahımızdan  da  qüvvət  alıb  Məlik 

Nəcəfi  elə  küncə  sıxışdırıb  ki,  o  da  durub  hökmdarın  hüzuruna 

getməkdən başqa bir çarə tapmayıb, yalan-doğru Şahımıza deyib, 

Hacı  Çələbi  hökmdarın  fərmanlarını  saya  salmır,  üstəlik,  camaatı 

dilə  tutur  ki,  buyurulanlara  əməl  eləməsinlər;  deyirdilər  onu 

da  deyib  ki,  Hacı  Çələbi  fürsət  gözləyir,  siz  üzünüzü  güneyə 

çevirən  kimi,  Şəkini  ayırıb,  Şirvanı  tutub  ayrıca  xanlıq  qurmaq 

istəyir;  deyirdilər  Məlik  Nəcəf  Şaha  bu  cür  çox  şeylər  söyləyib, 

həmin  vaxt  da  Şahımız  qiyamlardan  cana  doyubmuş,  Təbrizdə, 

Xoyda,  Səlmasda,  Xarəzmdə,  Farsda  da  elə  o  vaxtlar  baş  qaldı-

ranlar  olmuşdu.  Şahımız  qardaşı  oğlu  Əliqulu  xanı  Xarəzmdə 

baş  qaldıranları  yerində  oturtmağa  göndərmişdi.  Bu  tərəfdən  də 

Şahımızın  qaynı  Kəlbəli  xanı  öldürüb  qiyam  qaldırmış  Tağı  xan 

Şirazini  yola  gətirməyi  sədr-ül-məmalik  Mirzə  Məhəmməd  Əliyə 

həvalə  eləmişdi.  Sonra  Fətəli  xanın  oğlu  Məhəmməd  Həsən  xan 

Astarabadda  itaətdən  çıxmışdı.  Beləcə,  məmləkət  qaynayır,  par-




530

çalanır,  iğtişaşlar  ara  vermirdi.  Bu  səbəbdən  Şahımız  qəzəbindən 

zəncir  çeynəyir,  gözü  hər  yerdə  qiyamçı  axtarır,  taxt-taca  qarşı 

hər  əməli  sözsüz-sovsuz  kökündən  qazımağa  can  atırdı.  Həmin 

məqamda  Şahımızın  Hacı  Çələbi  barədə  söylənənlərə  inanmasın-

da  təəccüblü  heç  nə  ola  bilməzdi.

521.  Kərbəlayı  Mahmud  deyirdi,  hökmdar  eşitdiklərindən 

qəzəb  atına  minibmiş,  əmr  eləyib  ki,  Hacı  Çələbi  hüzuruna 

gəlsin,  o  da  kəfənini  geyinib,  Şahımızın  düşərgəsinə  yollanıb, 

hökmdar  ona  deyib,  mən  səni  vəkil  elədim  ki,  Şəkidə  işləri 

nizama  salasan,  sənsə  həddini  aşıb  mənim  fərmanlarıma  qarşı 

çıxırsan,  camaatı  taxt-taca  qarşı  təhrik  eləyirsən,  ona  görə  də 

cəzan  edamdı;  deyirdi,  Şahımız  buyurub  ki,  dar  ağacı  qurul-

sun,  günahkar  hamının  gözü  qabağında  boğazından  asılsın  ki, 

bu  fikrə  düşənlərə  görk  olsun;  deyirdi,  Hacı  Çələbi  də  ölümü 

gözünün  altına  alıbmış,  fikirləşir,  ölmək  ölməkdi,  xırıldamaq 

nə  deməkdi,  elə  cəllad  kəndiri  boğazına  keçirəndə  son  sözü-

nü  söyləməyə  izin  istəyir,  Məlik  Nəcəfin  öz  yaramaz  əməllərilə 

camaatı  xanədandan  narazı  saldığını  dəlil-sübutlarla  ərz  eləyir; 

deyirdi,  Şahımız  da  onun  dəyanətindən  riqqətə  gəlib  günahını 

bağışlayır,  üzünü  əmirlərinə  tutub  deyir  ki,  mənim  hüzurumda 

kimisə  danışmağa  belə  cürət  eləmədiyi  halda  bu  şəkili  Çələbi 

kəndir  boğazında  özünü  itirmədən  fikirlərini  söyləmək  cəsarəti 

göstərdi,  düzdü,  onu  bağışladım,  amma  görərsiniz,  bir  xəta  çıxa-

racaq,  mən  heç  vaxt  zənnimdə  yanılmaram;  deyirdi,  sonra  Şahı-

mız  Hacı  Çələbiyə  buyurub  ki,  qayıt  Şəkiyə,  Məlik  Nəcəflə  əl-ələ 

ver,  işləri  nizama  sal;  deyirdi,  Hacı  Çələbi  də  ölümdən  qurtul-

duğuna  inanmırmış,  bu  səbəbdən  qalan  ömrünü  qənimət  bilib, 

Şəkiyə  qayıdandan  sonra  öz  nüfuzuyla  Məlik  Nəcəfin  meydanını 

daha  da  daraldıb,  Məlik  Nəcəf  də  yenə  Şahımızın  Sənəndəcdəki 

düşərgəsinə  namə  göndərib,  Hacı  Çələbidən  yenə  şikayət  eləyib, 

amma  həmin  baxt  Şahımızın  başı  Osmanlılarla  davaya  qarışdı-

ğından  Şəki  hakiminin  şikayətini  araşdırmağa  macalı  olmayıb; 

deyirdi,  elə  bu  da  Hacı  Çələbini  ölümdən  qurtarıb,  amma  çox 

güman  hökmdarın  başı  açılanda  Məlik  Nəcəfin  şikayətilə  ma-

raqlanacaq,  bu  məsələyə  birdəfəlik  son  qoyacaqı.  Bütün  bunları 

öz  iç  dünyamda  saf-çürük  eləyir,  məmləkətdə  əmin-amanlığın 

yaranması  üçün  dua  oxumaqdan  başqa  əlac  tapmırdım.  Muğan 




531

çölündə  yeni  xanədan  qurandan  bəri  məmləkət  çalxantılardan 

göz  açmırdı,  hərə  öz  iddiasını  ortaya  qoyur,  aradasa  binəva  ca-

maat  qanına  qəltan  olurdu. 

522.  O  vaxtlar  xanədanın  işi,  doğrudan  da,  müşkül  idi.  Sam 

mirzələr,  Səfi  Mirzə  təhlükəsi  aradan  götürülsə  də,  Farsda  Tağı 

xan Şirazi, Astarabadda Məhəmməd Həsən xan, Xoy və Səmasda 

köçəri  kürdlər,  Bəhreyn  və  Məsqətdə  köçəri  ərəblər,  Xorasan, 

Kerman  və  Luristanda  yerli  hakimlər  baş  qaldırmışdılar,  bu 

səbəbdən  Şahımız  müəyyən  müddətə  də  olsa,  Hacı  Çələbini 

diqqətdən  yayındırmışdı.  Şahımız  Farsda  və  Astarabadda  qi-

yamları  yatıran  vaxt  Məlik  Nəcəfin  daha  bir  şikayəti  hüzuruna 

yetirilmiş,  onu  möhkəm  qəzəbləndirmişdi.  Bu  səbəbdən  o  Hacı 

Çələbiyə  yüz  tümən  cərimə  verməyi,  üstəlik,  hüzuruna  gəlməyi 

əmr  eləmişdi.  Hacı  Çələbi  bilirdi  ki,  bu  gedişin  dönüşü  yoxdu, 

ona  görə  kəfəni  bir  də  boğazına  dolayıb  cərimədən  də,  hökm-

darın  hüzuruna  getməkdən  də  boyun  qaçırdı.  Bütün  bunları 

danışan  Kərbəlayı  Mahmud  deyirdi,  bu  artıq  Şahımızın  üzünə 

ağ  olmaq,  taxt-taca  qarşı  çıxmaqdı.  Bir  neçə  həftədən  sonra  Hacı 

Çələbinin Məlik Nəcəfi öldürdüyü, adamlarını qovub, özünü Şəki 

mahalının  hakimi  elan  elədiyi,  üstəlik,  xan  adlandırdığı  barədə 

xəbərlər  yayıldı.  Bu  xəbəri  eşidəndə,  elə  bil,  içimdə  nəsə  uçulub 

dağıldı,  dualarımın  Allaha  gedib  çatmamasından  yanıb-yaxıldım. 

Hacı  Çələbini  qınamırdım,  amma  məmləkətin  param-parça  oldu-

ğu  bir  vaxtda  bu  addımı  atması  da  xoşagəlməz  sonluğa  varacaq-

dı.  Əgər  Şahımız  qəzəb  atını  minib  Çələbi  xanın  üstünə  qoşun 

göndərsəydi,  yenə  arada  binəva  camaata  zülm  olacaqdı.  Hələ  ki, 

Məlik  Nəcəfdən  canını  qurtaran  camaatın  şadyanalıq  səsləri  kar-

vansaranın  həyətinəcən  gəlib  çatırdı.  Onda  Kərbəlayı  Mahmudla 

şabalıd  ağacının  altında  oturub  özümüzü  günə  verirdik,  üzünü 

görməsəm  də,  onun  içindəki  qorxunu  bütün  canımla  duyurdum. 

Dərdli-dərdli  dedi,  bundan  sonra  nə  olacaq,  Mirzə  Yusif.  İstədim 

deyəm,  Şahımız  bu  dikbaşlığa  dözməyəcək,  yəqin  güneydə  ni-

zam  yaradandan  sonra  qoşununu  çəkib  Şəkinin  üstünə  gələcək, 

onda  da  qan  su  yerinə  axacaq:  Hacı  Çələbi  döyüşmək  fikrinə 

düşsə,  Şahımızın  böyük  qüvvəsi,  toplarıyla  üz-üzə  qalacaq,  itaət 

göstərsə,  hökmdar  qəzəbini  yatırtmaq  üçün  neçə-neçə  baş  vura-

caq, göz çıxaracaq, girov aparacaq. Amma susdum, bu həqiqətləri 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə