Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

100
külməyə  bərabər  götürsək,  onda  (təxmini  də  olsa)  məlum  olur 
ki,  Böyük  Qızılağac  körfəzində  (il  ərzində,  payız  aylarında 
ovlanan  balıq  məhsulu  ilə  birgə)  11-13  min  sentner  balıq  ovla­
nır.  Əlbəttə,  dəqiq  məlumatlar  olmadığına  görə,  göstərilən  kə­
miyyət  nisbi  qəbul  edilməlidir.  Bununla  belə,  böyük  körfəzin 
balıq  biokütləsinə  görə  potensial  imkanlarını  da  hesablamaq 
olar.  Bu  məqsədlə  (hər  hövzə  üçün  qəbul  olunan)  hövzədə 
əmələ  gələn  ilkin  üzvi  maddələrin  illik  məhsulunu  bilmək  əsas 
şərtdir.  Biz  yuxarıda  böyük  körfəzdə  ilkin  üzvi  maddələrin 
kütləsini  göstərmişik.  Əgər  həmin  göstəri-cini  əsas  götürsək, 
onda  məlum  olar  ki,  Böyük  Qızılağac  kör-fəzi,  orta  hesabla, 
200-400  min  sentner  balıq  məhsulu  hasil  edə  bilər.  Maraqlıdır 
ki,  körfəzdə  müxtəlif  növ  vətəgə  balıqları  üçün  qida  ehtiyatı  da 
kifayət  qədərdir  (Əliyev,  1993).  Kiçik  Qızılağac  körfəzində  balıq 
ehtiyatı  əsas  iki  qrupa  aid edilir:
1.  Körfəzin  özündə  artıb-çoxalan  şirin  su  balıqları  (durna 
balığı,  lil  balığı,  xanı balığı,  yastıqarın,  Kür gümüşcəsi və b.);
2.  Kürüləmək  üçün  körfəzə  gələn  keçici  və  yarımkeçici 
balıqlar (külmə,  ziyad,  qarasol,  şamayı,  çəki,  sıf,  çapaq və b.).
Bir  çox  tədqiqatçılar,  kürüləmə  dövrü  qurtarandan  sonra 
kiçik  körfəzdə yerli  dəstələr təşkil  edən  külmə,  çəki  və sıf balıq­
larının xüsusi  populyasiyalarını  qeyd edirlər (Quliyev,  1989).
Son  28  illik  (1956-1983)  sənaye  balıq  ovuna  aid  statistik 
rəqəmlərə  görə,  Kiçik  Qızılağac  körfəzində  ovlanan  10  növ 
balığın  (çəki,  külmə,  sıf,  ziyad,  çapaq,  lil  balığı,  durna  balığı,  şir- 
bit,  naqqa,  xanı  balığı)  ümumi  kütləsi  737  (1982)  -   6200  sent­
ner  (1957)  arasında  dəyişir.  Maraqlıdır  ki,  ovlanan  balıqlar  ara­
sında  müxtəlif illərdə  üstünlük  təşkil  edən  növlər olmuşdur.  Mə­
sələn,  I960,  1969,  1973,  1974-cü  illərdə  körfəzdə  tutulan  balıq 
məhsulunun  50%-dən  çoxu  çəki  balığının  payına  düşür.  1956- 
1957-ci  illərdə  isə  ovlanan  balıqların  90-95%-ni  durna  balığı 
təşkil  etmişdir.  Qeyd  etmək  lazımdır ki,  bütün  göstərilən  dövrdə
101
durna  balığının  populyasiyası  yüksək  səviyyədə  olmuş  və 
dəyişməz  qalmışdır.  Öz  ehtiyatını  kifayət  qədər  saxlayan  balıq­
lara -   lil  balığını,  çapağı  və  çay  sıfını  da  aid  etmək  olar.  Çəki  və 
külmə  balıqları  vaxtaşırı  yüksək  populyasiyaya  çatsalar  da, 
onların  ehtiyatı  azalmağa  meyl  edir.  Məsələn,  1977-ci  ildə  564 
sentner  çəki  balığı  tutulmuşdur,  lakin,  1978— 1982-ci  illərdə  bu 
göstərici  1-3 sentnerdən  artıq olmamışdır.
Cədvəl  10
1983-cü ilin yanvar-may aylarında Böyük Qızılağac 
körfəzində tutulan balıqlar (sentnerlə)

Aylar
Balıqların növü
Yanvar
Fevral
Mart
Aprel
May
Cəmi
Külmə
149
709
1020
127
8,5
2014
Çəki
36
159
160
472
179
1005
Ziyad
4
81
1559
59
3
1704
Çapaq
0,3
0,3
7
28
4
40
Durna balığı
0,02
0,1
3
2
0,5
6
Sıf
-
004
-
-
-
-
Qarasol
-
3,3
0,6
15
2,5
21
Kiçik pullu balıq
0,1
13
35
14
0,9
63
Cəmi:
188
966
2784
716
198
4852
Əlbəttə,  Kiçik  Qızılağac körfəzində vətəgə  balıqlarının  illər 
üzrə  dəyişməsi,  xüsusilə  1974-cü  ildən  sonra  kəskin  azalması 
xüsusi  tədqiqatların  mövzusudur.  Şübhəsiz  ki,  yaranmış  vəziy­
yət  Kiçik  Qızılağac  körfəzinin  ekologiyası  ilə  əlaqədardır.  Səciy­
yəvidir ki,  1988-1989-cu  illərdə körfəzin  ixtiofaunasının  xüsusiy­
yətləri,  inkişaf  dinamikası,  növ  tərkibi  tədqiq  olunmuşdur.  Nəti­
cədə  sübut  edilmişdir  ki,  körfəzin  balıq  növləri  arasında  «yer­
dəyişmə»  prosesi,  cırlaşma  gedir və  əvvəlki  vətəgə  balıqlarının


102
70-80%-i  vətəgə  əhəmiyyəti  olmayan  kiçik  alağ  (sornyak)  balıq 
növləri  ilə  əvəz  olunmuşdur.  Məhz  durna  balığı  kimi  yırtıcı 
növün  körfəzdə  son  30  ildə  üstünlük  təşkil  etməsi,  onların  qida 
ehtiyatının  sabitliyi,  get-gedə  artması  ilə  əlaqədardır.  Bundan 
başqa,  körfəzdə  qiymətli  balıq  növlərinin  azalması,  bəzi  növ­
lərin  isə  ixtisar  olunmağa  meyilliyi,  şəraitin  qənaətbəxş  olma­
masının  nəticəsidir.  Yeri  gəlmişkən  yada  salmaq  lazımdır  ki,  Ki­
çik  Qızılağac  körfəzinə  məxsus  vətəgə  balıqlarının  əksəriyyəti 
fitofil  və  litofil  ekoloji  balıq  qruplarına  aiddirlər.  Görünür  ki, 
körfəzdə  bitkilərin  həddən  çox  artması,  lilləşmə  prosesinin  güc­
lənməsi,  həmin  biotopları  göstərilən  balıqlar  üçün  yararsız  et­
mişdir.
Kiçik  Qızılağac  körfəzində  qiymətli  balıqların  azalması  sə­
bəbləri  çoxdur.  Onlardan  biri  də  kürü  tökməyə  gələn  balıqlar 
üçün  nəzərdə  tutulan  kanalların  bərbad  hala  düşməsi,  zəruri  tə­
ləblərə  uyğun  gəlməməsi və  kürüləməyə  gələn  törədigilərin  küt­
ləvi  surətdə  ovlanmasıdır  (bu  barədə yuxarıda  qeyd edilmişdir).
Bir  sözlə,  balıq  ehtiyatının  azalması  təkzibedilməz  həqi­
qətdir və  onun  da  səbəbləri  çoxdur.  Qeyd  etmək  lazımdır ki,  va- 
xtilə  Kiçik  Qızılağac  körfəzi  mahiyyətcə  bir  növ  balıq  pitomniki 
olmuşdur.  Biz,  əvvəlki  bölmələrdə  dəfələrlə  körfəzin  Cənubi  Xə­
zərin  balıq  ehtiyatlarının  saxlanmasında  kəsb  etdiyi  əhəmiyyəti 
göstərmişik.  Düşdüyü  müşkül  vəziyyətdən  asılı  olmayaraq,  Ki­
çik  Qızılağac  körfəzi  yenə  də  yeganə  akvatoriyadır  ki,  orada  bi­
zim  hamımıza  gərəkli,  təbiətimizin  sərvətlərindən  sayılan  balıq 
ehtiyatının  saxlanmasına  imkan  ola  bilər.  Kiçik  Qızılağac  körfə­
zində  nəsil  verməyə  gələn  7  növ  vətəgə  balıqlarının  hesabı 
aparılmışdır  (külmə,  çəki,  ziyad,  sıf,  çapaq,  qarasol,  şamayı).
1968-1980-cı  illərdə  böyük  körfəzdən  kiçik  körfəzə  keçən  törə­
dicilərin  ümumi  miqdarı  982-2722  min  arasında  dəyişir.  Faiz 
hesabı  ilə  külmə  birinci  (40-80%),  qarasol  isə  ikinci  (13-20%) 
yeri  tutmuşdur.  Səciyyəvidir  ki,  çəki,  ziyad  kimi  balıqların  sayı
103
ildən-ilə  azalmışdır.  Məsələn,  1978-1979-cu  illərdə  körfəzə  17 
min,  1980-cı  ildə  20  min  ziyad  törədicisi  keçmişdirsə,  1986- 
1987-ci  illərdə  cəmi  250-300  törədici  keçməsi  ehtimal  olunur. 
Çəkinin  də  miqdarı  1978-ci  ildə  183  min  olduğu  halda,  1979-cu 
ildə körfəzə 3,3  min törədici  keçmişdir.
Səciyyəvidir  ki,  Kiçik  Qızılağac  körfəzində  balıqçılığın  in­
kişafı  üçün  tərtib  olunan  və  əsaslandırılan  layihədə,  körfəzdə 
balıq  ehtiyatının 
bərpası, 
həmçinin  də  sabit  saxlanması 
üçün,  çəki  -   8-9,  külmə -   79,  ziyad  -   11-12%  təşkil  etməlidir. 
Lakin,  1968-1980-cı  illərin  rəsmi  sənədlərində  yalnız  külmə  üz­
rə  layihəyə  əməl  olunmuşdur.  Çəkiyə  görə  bircə  dəfə  (1978-ci 
il) törədicilərin  miqdarı  normativə  uyğun  gəlir (9,01%).  Ziyad  ba­
lığı  üzrə  isə  körfəzə,  heç  vaxt  lazımi  qədər  törədici  keçməsi 
qeyd  olunmamışdır.  Göstərilən  müddətdə  (13  il)  körfəzdə  təkcə 
ziyad  balığına  görə  yarım  milyondan  çox  törədici  nəsil  vermə­
mişdir.
Yuxarıda  ötəri  şərh  olunan  dəlillər,  Kiçik  Qızılağac  kör­
fəzinin  vətəgə  balıqlarının  ehtiyatı  üzrə  fəaliyyətinin  vəziyyətini 
aydın  göstərir.  Biz,  əvvəlki  yazılarda  balıqların  «ana  yurda»  qa­
yıtma  instinktini  göstərmişik.  Beləliklə,  aydın  olur  ki,  kiçik  kör­
fəzdə  dünyaya  göz  açmayan  keçici  və  yarımkeçici  balıqlar  çox 
çətin  ki,  bu yerlərə  «təşrif gətirsin».
Kiçik  Qızılağac  körfəzinin  balıq  ehtiyatının  vəziyyətini  mü­
əyyən  etməkdə,  körfəzdən  Böyük  Qızılağac  körfəzinə  buraxılan 
balıq  körpələrinin  miqdarı  da  aydın  təsəvvür  yaradır.  1956- 
1980-cı  illərə  aid statistik  rəqəmlərə görə,  körfəzdən  buraxılan  8 
növ  balıq  körpələrinin  (külmə,  çəki,  ziyad,  çapaq,  sıf,  qarasol, 
şamayı  və  xanı  balığı)  cəmi  18  (1959)  -   388,7  (1970)  mln  ara­
sında  dəyişmişdir.  Əslində,  əgər  bu  rəqəmlərə  istinad  etsək, 
onda  görərik  ki,  körfəzdən  çıxan  körpələrin  miqdarı,  balıq  eh­
tiyatının  səviyyəsi  üçün  çox  azdır.  Həmçinin,  Z.M.Quliyev  qeyd 
edir  ki,  həmin  dövrdə  körfəzdə  tədarük  olunan  balıqların  ümumi


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə