ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

___________________Milli Kitabxana__________________
HÜNƏRİ ÇATMAZ
Neçə ağır sınaqdan, imtahandan çıxmışam,
Dizimi qatlamağa yaşın hünəri çatmaz.
Töycü töküb, tor qurub başlar baş aparmasın,
Başımı aldatmağa başın hünəri çatmaz.
Mən qışda doğulmuşam, bilir mənim hökmümü,
Gülümü soldurmağa qışın hünəri çatmaz.
Sevgi zirvələrindon sinəmin sipəri var,
Qəlbimi sındırmağa daşın hünəri çatmaz.
31 noyabr2004
ALLAH DEYƏ-DEYƏ
BÖYÜYÜR İNSAN
Yapışıb haqqından, yaradanından,
Haqqı öyə-öyə böyüyür insan.
Döyülə-döyülə qalxır, bərkiyir,
Şəri döyə-döyə böyüyür insan.
Körpə ürəyində nə kin, nə acıq,
Qəlbinin qapısı Allaha açıq.
Aranda otaqdı, dağda alaçıq,
Yurd-yurd, deyə-deyə böyüyür insan.
Tənə vurur nadan, daş vurur naşı,
İçinə süzülür gözünün yaşı.
Dəyir ürəyinə dərd addımbaşı
Dərdə dəyə-dəyə böyüyür insan.
Kədəri buludda, göz yaşı suda,
Ümidi yaradan, gümanı xuda.


___________________Milli Kitabxana__________________
Ağn çəkə-çəkə, dərd uda-uda,
Acı yeyə-yeyə böyüyür insan.
Ayların-illərin sevgisi canda,
Döyünür damarda, çırpınır qanda.
Taxtı çevriləndə, baxtı yatanda,
Bəxti söyə-söyə boyüyür insan.
Seçir ağıllını, seçir dəlini,
Ələkdən keçirir öz əməlini.
Heç vaxt Allahından üzmür əlini,
Allah deyə-deyə böyüyür insan.
29 yanvar 2005
YETİMLİK
İnsan təkcə atadan,
Anadan yetim olmur,
Yetimlik sonra gəlir,
Binadan yetim olmur.
Sahibi, yiyəsı yox
Yuva yalqız, yurd yetim.
Ata-ana tanımaz,
Bədən key, manqurt yetim.
Boş canda, daş ürəkdə,
Nəğmə yaslı, səs yetim.
Sevgilisiz, sevgisiz
Kim varsa, hər kəs yetim.
Qərib kimi yaşasa,
İnsan Vətəndə yetim.
Allah yiyə durmasa,
Allahsız bəndə yetim.


___________________Milli Kitabxana__________________
Silahsız qələm - yazıq,
Qələmsiz silah - yetim,
Arxası xalq olmasa,
Şair bədbəxt, şah yetim.
CENEVRƏ MƏNZƏRƏLƏRİ
2004-cü il sentyabr ayının son günləri idi.
Dünya  Parlamentləri  ittifaqının 111-ci  sessiyasında  iştirak  etmək,  Azərbaycan
həqiqətlərini  dünyaya  catdırmaq üçün  Avropanın ən  gözəl  şəhərlərindən  biri  olan
Cenevrəyə getmisdik. Yol yoldaşlarım  xalq  yazıçısı,  millət  vəkili Anar müəllim,
millət  vəkili  Gülçöhrə xanım  Məmmədova  və yazıçı-tərcüməçi,  parlament
aparatının işçisi  Hamlet Qocayev  idi.  Yüksək  insani  keyfiyyətlərə,  alicənab
sifətlərə malik  olan  bu  insanlarla  belə bir  tarixi  səfərdə yol  yoldaşı  olmaq  məni
həddən artıq sevindirdi.
Sessiyanın  gündəliyində olan  məsələlər  başa  çatdıqdan  sonra  şəhərə gəzməyə
çıxırdıq. Cenevrənin tarixi, təbiəti, insanları ilə daha dərindən tanış olmaq üçün çox
maraqla  tarixi,  elmi,  bədii  söhbətlərə girişir,  gördüklərimizi  təhlil  edir,  şəhərə öz
münasibətimizi  bildirirdik. Ən  çox  diqqətimizi çəkən Cenevrənin    bir-birindən
gözəl  memarlıq    abidələri,      Cenevrə gölünün ətrafinda  yerləşən  səhərin  ecazkar
mənzərələri,  burada  yaşayan  insanların  tarixə və təbiətə ilahi  sevgiləri,  ilahi
məhəbbəti oldu. Elə bil ki, Allah bu ölkəni, bu təbiəti ilhamının ən coşqun çağında
yaradıb, dünyaya gətirib. Bu yerləri yaradanda, görünür, Tanrı dünyanın ən böyük
rəssamı, ən ilhamlı şairi olub. Nə ki gücü və istedadı var, bu yerlərə sərf edib. Hər
birimiz dünyanı çox yerlərini gəzmiş olsaq da, heyrətimizi gizlədə bilmir, özümüzü
nağıllar aləmində hiss edirdik. Maraqlı cəhətlərdən biri də o idi ki, Cenevrənin ən
qədim  tikililərini  gördükcə Bakının  İçərişəhərini,  Cenevrə gölünə baxdıqca
Göygölü,  hündür  qarlı  dağları  seyr  etdikcə Kəpəzi  xatırlayırdıq. Qürbət  nə qədər
gözəl  olsa  da,  Vətənimizin,  Müstəqil  Azərbaycanımızın  tarixi  mənzərələrini  göz
önünə gətirir,  söhbətlərimizdə min  illərin  vətən-qürbət mövzusundan  da  yan  keçə
bilmirdik.
Əziz oxucular!  Ataların "çox oxuyan çox bilməz, çox görən çox  " deyimində
böyük  və danılmaz  bir  həqiqət  yaşayır.  İnsan təbiəti  belədir  daha  çox görməyə,
qulaq daha çox eşitməyə, ürək daha çox duymağa can atır.


___________________Milli Kitabxana__________________
Bu  yaşamaqdı,  bu,  həyatdı.  Mən  də
gördüklərimin,  duyduqlarımın  və
eşitdiklərimin çox az bir hissəsini Allahın mənə verdiyi imkan daxilində varaqlara
köçürə bildim. Cenevrə mənzərələrini sizə təqdim edir, diqqətinizə görə sizə, bəri
başdan təşəkkür edirəm.
14 oktyabr 2004
CENEVRƏ DÜŞÜNCƏLƏRİ
Təbiət ruhumda ilahi bir sirr,
Sayrışır gözümdə al, yaşıl, sarı.
İnsanı heç zaman doydura bilmir,
Tanrının ilhamla yaratdıqları.
Nə fırca isidir, nə dəftər, qələm,
Ovsuna düşmüşəm, sehrlənmişəm.
İkinci addımı ata bilmirəm,
Elə bil yerimdə möhürlənmişəm
Nə varsa hər şeyi yaradıb Allah,
Şair nə yaratsın, rəssam nə çəksin?
Rəssamın gücü var, gözünə yığsın,
Şairin gücü var, qəlbinə çəksin.
Bu geniş dünyada gözəl yer nə çox,
Hər şeyi yoğurub, yapıb Yaradan.
Özünü dünyanın heç yerində yox,
Sanki bu torpaqda tapıb Yaradan.
Tanrının nə yaxşı vaxtına düşüb,
Nə gözəl yaradıb bu şah əsəri.
Gəlib, bu yerlərin baxtına düşüb,
Allahlıq eləyən Allah əsəri.
Hər bir zərrəsinə zərrəbinlə bax,
Hüsnündə zərrəcə tapılmaz ləkə.


___________________Milli Kitabxana__________________
Yerlər gül dənizi, göylər çılçıraq,
Heyrət, ey gözəllik, ey qədim ölkə!
İlhamdı, havadı, nəğmədi, səsdi,
Şeirdi mənim də sərvətim, varım.
Bir şair ömrünə ölüncə bəsdi,
Qəlbimdə Bakıya apardıqlarım.
Cenevrə, 30 sentyabr 2004
GÖZƏLLİK DUYULAN YERDƏ
Çirkin dönüb göyçək olar,
Qanqal dönüb çiçək olar,
İnsan dönüb mələk olar,
Gözəllik duyulan yerdə.
Qış gəlib yaza çevrilər,
Kötüklər saza çevrilər,
Qanlar qıza çevrilər,
Gözəllik duyulan yerdə.
Ümid coşar, həsrət ölər,
Yamanlığa dəvət ölər,
Kin susar, ədavət ölər,
Gözəllik duyulan yerdə.
Könül sevər, göz vurular,
Bulanıq sular durular,
Dünya saflıqdan qurular,
Gözəllik duyulan yerdə.
Əridərik qəzəbləri,
Unudarıq əzabları,
Qazanarıq savablan,
Gözəllik duyulan yerdə.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə