Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

35

Dövriyyə  vəsaitləri müəssisənin əmlakının mühüm tərkib hissəsi hesab   olunur. 



Onların vəziyyəti və səmərəli istifadə olunması müəssisənin uğurlu  fəaliyyətinin baş-

lıca şərtlərindən biridir.  Bazar münasibətlərinin inkişafı onların  təşkilinin yeni şərt-

lərini  müəyyənləşdirir.  Yüksək  inflyasiya,  ödəməmələr  və  başqa  böhran    halları 

müəssisəni məcbur edir ki, özünün dövriyyə vəsaitlərinə  münasibətdə  siyasətini də-

yişsin,  yeni  tamamlama  mənbələri  axtarsın  və  onlardan  səmərəli  istifadə  prob-

lemlərini öyrənsin. 

İstehsalın fasiləsizliyinin zəruri şərti onun maddi əsasının – istehsal vasitələrinin 

müntəzəm  yeniləndirilməsidir.  Bu  da  öz  növbəsində  istehsal    vasitələrinin  özünün 

onların dövriyyəsi formasında baş verən vasiləsiz hərəkəti ilə izah olunur. 

Dövriyyə  fondları  ardıcıl  olaraq  pul,  istehsal  və  əmtəə  formasını  aılır  ki,  bu  da 

onların istehsal fondlarına və tədavül fondlarına ayrılmasına  şərait yaradır. 

İstehsal fondlarının maddi daşıyıcıları istehsal vaitələri hesab olunurlar. Onlar da 

əmək  alətlərinə  və  əmək  vasitələrinə  ayrılırlar.  Hazır  məhsul,  pul    vəsaitləri  və 

hesablaşmalarda olan vəsaitlər tədavül fondclarını yaradırlar. 

Müəssisədə  fondların  dövranı  pul  vəsaitlərinin  xammalın,  materialların,  yana-

cağın və başqa istehsal vasitələrinin əldə olunmasına avans olunması ilə  başlayır. Bu 

dövranın  birinci  mərhələsidir.  Bunun  nəticəsində  pul  vəsaitləri  istehsal  ehtiyatları 

formasını alır  və bu da  tədavül sferasından  istehsal sferasına  keçidi əks etdirir.  Bu 

mərhələdə  dəyər  xərclənmir,  avans  olunur  və  dövran  bitdikdən  sonra  o  qayıdır. 

Birinci mərhələnin bitməsi ilə əmtəə  tədavülü kəsilir, vəsaitlərin dövranı yox! 

Dövranın  ikinci  mərhələsi  istehsal  prosesində  baş  verir.  Burada  işçi  qüvvəsi 

istehsal  vasitələrini  istehlak  edərək  yeni  məhsul  yaradır.  Avans  olunmuş  vəsaitlər  

yenidən öz formasını dəyişir – istehsaldan əmtəə formasına keçir. 

Dövranın  üçüncü  mərhələsi  hazır  məhsul  (iş,  xidmət)  istehsalının  reallaşdırıl-

ması    (satışı)  və pul  vəsaitlərinin əldə olunmasından  ibarətdir.  Bu   mərhələdə  döv-

riyyə  vəsaitləri  yenidən  istehsal  sferasından  tədavül  sferasına  keçir.  Başqa  sözlə  də-

yərin  əmtəə  forması  bu  mərhələdə  pul  formasına  keçir.  Məhsulun  (iş,  xidmət)  isteh-

salına və satışına çəkilən xərclərlə istehsal olunmuş məhsulun satışından əldə olunan 

pul vəsaitlərinin məbləğləri arasında fərq müəssisənin pul  yığımlarını formalaşdırır. 



 

36

Bir  dövriyyəni  bitirərək    dövriyyə  vəsaitləri  yeni  bir  dövriyyəyə  daxil  olur  və 



bununla onların fasiləsiz dövranı baş verir. Məhz dövriyyə vəsaitlərinin daimi   hərə-

kəti kəsilməz istehsal və tədavül prosesinin əsası hesab olunur. 

Dövriyyə  vəsaitlərinin  təşkili  onların  səmərəliliyinin  artırılması  problemlərinin 

həllində başlıca rol oynayır. Bura daxildir: 

 dövriyyə  vəsaitlərinin tərkibi və strukturunun müəyyənləşdirilməsi; 

 müəssisənin dövriyyə vəsaitlərinə olan tələbatının müəyyənləşdirilməsi; 

 dövriyyə vəsaitlərinin formalaşdırılma mənbələrinin müəyyən olunması; 

 dövriyyə vəsaitlərini idarəetmə və onlarla manevr etmək; 

 dövriyyə  vəsaitlərinin  mühafizəsinə  və  səmərəli  istifadə  olunmasına  cavabdeh 

olmaq. 


Dövriyyə  vəsaitlərinin  tərkibi  dedikdə  onun  hansı  istehsal  və  tədavül  fondla-

rından ibarət olduğu başa düşülür. Bura daxildir: 

  əmtəə-material ehtiyatları; 

  debitor borcu; 

  hesablaşmalarda olan pul; 

  pul vəsaitləri. 

Müəssisənin dövriyyə vəsaitlərinin tərkibi aşağıdakı kimidir: 

 

№ 



Dövriyyə vəsaitləri 

 

Ehtiyatlar, onlardan: 



1. 

İstehsal ehtiyatları 

2. 

Bitməmiş istehsal 



3. 

Gələcək dövrün xərcləri 

4. 

Hazır məhsul və təkrar satış üçün mallar  



5. 

Yüklənmiş mallar 

6. 

Sair ehtiyatlar 



7. 

Debitor borcu 

8. 

Qısamüddətli maliyyə qoyuluşları 



 

Pul vəsaitləri, o cümlədən: 

9. 

Hesablaşma hesabında olan pul vəsaiti 



10. 

Valyuta hesabında olan vəsait 

11. 

Sair dövriyyə vəsaitləri 



   


 

37

Dövriyyə vəsaitlərinin strukturu dedikdə isə istehsal və tədavül fondlarının ayrı-



ayrı    elementlərinin  nisbəti  başa  düşülür,  daha  doğrusu  hər  bir  elementin  dövriyyə 

vəsaitlərinin ümumi məbləğində  payını göstərir. 

Dövriyyə  vəsaitlərinin  maliyyələşdirilməsi  və  kreditləşdirilməsi  prosesində 

onların  dəyərcə  qiymətləndirilməsi  həlledici  rol  oynayır.  O,  xərclərin    müəyyənləş-

dirilməsi, maliyyə nəticələrinin formalaşdırılması və məhsula, işə və ya xidmətə qiy-

mət  qoyulmasında    baza  rolunu  oynayır.  Burada  əsas  yeri  əmtəə-material  ehtiyat-

larının qiymətləndirilməsi tutur.  Aşağıdakı metodlardan biri ilə qiymətləndirilir: 

  cari qiymətlər üzrə; 

  material resurslarının faktiki alış qiymətləri ilə; 

  alışların orta faktiki qiyməti ilə. 

Cari  qiymətlər  üzrə  qiymətləndirmə  zamanı  istehsala  daxil  olan  ehtiyatlar  onla-

rın son alışının  faktiki  maya dəyəri  ilə, dövrün sonuna ehtiyat  qalıqları  isə ilk alışın 

faktiki  maya  dəyəri  ilə  qiymətləndirilir.  Bu  metoda  beynəlxalq  praktikada  LİFO 

metodu deyilir. 

Faktiki  alış  qiymətləri  ilə  qiymətləndirmə    zamanı  satılmış  məhsulun  maya 

dəyərində ilk alışın  maya dəyəri əks olunur. Dövrün sonuna qalmış  ehtiyatlar isə son 

alışın  faktiki  maya  dəyəri  ilə  qiymətləndirilir.  Dünya  praktikasında  bu  metoda  FİFO 

metodu deyilir. 

Əgər LİFO metodu mənfəəti azaldırsa, FİFO metodu ilə  qiymətləndirmə zamanı 

mənfəət əhəmiyyətli dərəcədə yüksəlir (xüsusilə inflyasiya zamanı). 

Alışların orta faktiki qiymətləri ilə qiymətləndirmə orta çəkili qiymətin müəyyən 

olunmasını tələb edir. Bunun üçün eynicinsli material ehtiyatlarının ümumi dəyəri bu 

ehtiyat  vahidinin  uçotda    əks  olunmuş  sayına  bölmək  lazımdır.  Bu  əvvəlkilərə 

nisbətən sadə qiymətləndirmə üsuludur. 

Hazır  məhsulun  qiymətləndirilməsi  faktiki  istehsal  maya  dəfəri  ilə    həyata 

keçirilir ki, onun tərkibinə istehsal prosesində istifadə olunan əsas vəsaitləri, xammal, 

materiallar, yanacaq, elektrik enerjisi, əmək resursları üzrə  xərclər daxildir. 

Xərclərin maliyyələşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: 

  cari xərclərin ayrı-ayrı növləri üzrə vəsaitlərin ayrılmasının səmərəliliyi; 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə