77
mexanizmi nəzərdə tutulmuşdur. Bu özünü onda göstərir ki, Azərbaycan Respub-
likası ərazisində karbohidrogen fəaliyyətini həyata keçirən xarici subpodratçı
şirkətlər gördükləri iş və xidmətlərə görə əldə etdikləri gəlirdən yalnız 5-8% dərəcəsi
ilə ödəniş mənbəyində tutulan mənfəət vergisinin ödəyiciləridirlər və digər vergiləri
ödəməkdən azaddırlar. Neft sazişləri üzrə podratçı tərəf sayılan xarici şirkətlərin
karbohidrogen fəaliyyətindən əldə etdikləri gəlirləri isə həmin sazişlərlə müəyyən
olunan dərəcələrlə yalnız mənfəət vergisinə cəlb olunur.
78
NƏTİCƏ
Tədqiqat əsasında belə bir nəticəyə gəldiyimizi göstərmək olar ki, ölkənin
sosial-iqtisadi inkişafı getdikcə sürətlənir və son illərdə Azərbaycan iqtisadiyyatı iki
həlledici xüsusiyyətlə xarakterizə olunan keyfiyyətcə yeni mərhələyə qədəm qoy-
muşdur.
Birincisi – ümummilli Liderimiz Heydər Əliyevin strateji sosial-iqtisadi xəttinin
uğurla davam etdirilməsi;
İkincisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli
sürdüyü yeni vəzifələrin tələblərinə uyğun iqtisadi və sosial islahatların dərinləş-
dirilməsi, regionların və qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi.
2013-cü ildə ölkənin ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7
mlrd.manata çatmış, dövlət büdcəsinin gəlirləri 19,5 mlrd.manat, xərcləri isə 19,1
mlrd.manat olmaqla 0,4 mlrd.manat profisit əldə edilmişdir.
İqtisadiyyatın real sektorundakı bütün sahələrdə də əhəmiyyətli artım müşahidə
edilmişdir. İqtisadiyyatın bütün sahələrində 25,6 mlrd.manatlıq mənfəət əldə
edilmişdir ki, bu da 2005-ci ildəkinə nisbətən 12 dəfə çoxdur. Mənfəətin ÜDM-də
xüsusi çəkisi 2005-ci ildəki 17 faizdən 2013-cü ildə 44,4 faizə yüksəlmişdir. Bu onu
göstərir ki, sosial-iqtisadi inkişafda ölkənin maliyyə-kredit sistemi və onun əsas
həlqəsi olan müəssisələrin maliyyəsi də xüsusi roly oynayır.
Milli istehsalın stimullaşdırılmasında, sənaye sahəsində dövlət siyasətinin həyata
keçirilməsində maliyyə sistemi və xüsusilə müəssisələrin maliyyə mexanizmi
əhəmiyyətli rol oynayır.
Maddi istehsal prosesi və ümumi daxili məhsulun yaradılması bilvasitə müəs-
sisələrdə baş verdiyinə görə müəssisə maliyyəsi də maliyyə sisteminin əsas həlqəsi
kimi çıxış edir. ÜDM-in bölüşdürülməsi və yenidən bölüşdürülməsində müəssisə
maliyyəsi, maliyyə mexanizmi əvəzsiz rol oynayır. Maliyyə resurslarının səfərbərliyə
alınması və məqsədəuyğun istifadə edilməsində müəssisənin maliyyəsi fəal iştirak
edir.
79
Dövlətin investisiya siyasətinin həyata keçirilməsində müəssisə maliyyəsinin
rolu getdikcə artır. Müəssisələrdə maliyyə işinin təşkilinin təkmilləşdirilməsi
istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Bunlar əsasən
aşağıdakılardır:
investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldil-
məsinin stimullaşdırılması;
regionların tarazlı inkişafını təmin etmək üçün investisiya axınının optimal-
laşdırılması;
ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan
kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin
edilməsi;
restrukturizasiya prosesinin davam etdirilməsi yolu ilə Azərbaycan
müəssisələrinin investisiya cəlbediciliyinin daha da artırılması;
müəssisələrin texnoloji yenidənqurulması məqsədilə müasir texnoloji
avadanlıqların Azərbaycana gətirilməsi stimullaşdırmaq üçün xarici ticarət
rejiminin təkmilləşdirilməsi;
Azərbaycan müəssisələrinin investisiya tələbatının artırılması;
Daxili investisiyalarda yanaşı birbaşa xarici investisiyaların ixracyönümlü və
əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi;
Xidmət sahələrində birbaşa xarici investisiyaların tənzimləmə rejiminin
təkmilləşdirilməsi, xüsusilə də birbaşa xarici investisiyaların milli tənzimləmə
sisteminin QATS normalarına uyğunluşdırılması;
Beynəlxalq standarlara uyğun maliyyə nəzarətinin, mühasibat uçotunun və
auditor fəaliyyətinin yaradılması prosesinin sürətləndirilməsi.
Göstərilən vəzifələrin həyata keçirilməsi müəssisələrin təsərrüfat-maliyyə
fəaliyyətinin daha da yaxşılaşdırılmasına və onun mənfəətli işləməsinə imkan verir.
Mənfəət müəssisənin təsərrüfat fəaliyyətinin nəticəsini əks etdirən mühüm
iqtisadi göstərici olmaqla məhsulun istehsalına və satışına çəkilən xərclərlə həmin
məhsulun (iş və xidmətlərin) satışından əldə edilən məbləği arasındakı fərq şəklində
müəyyən edilir.
80
Müəssisənin əldə etdiyi mənfəətin kəmiyyəti öz-özlüyündə onun təsərrüfatı nə
qədər müvəffəqiyyətlə təşkil etdiyini göstərir. Bir sıra amillər, məsələn, satılan
məhsulun qiymətinin artırılması, daha rentabelli məhsul buraxılması və az rentabelli,
lakin cəmiyyət üçün lazım olan məhsul buraxılışının azaldılması mənfəətin həcminə
təsir göstərir.
Mənfəət bir sıra füunksiyaları yerinə yetirir:
Birincisi, mənfəət müəssisənin fəaliyyətinin səmərəlilik kriteriyası və
göstəricisidir. Başqa sözlə, mənfəətin əldə edilməsi faktı, müəssisənin səmərəli
fəaliyyətini sübut edir.
İkincisi, mənfəət stimullaşdırıcı funksiyaya malikdir. Müəssisənin təsərrüfat
maliyyə fəaliyyətinin son nəticəsi olmaqla, mənfəət bazar münasibətlərində həlledici
rol oynayır. Müəssisənin fəaliyyətinin son məqsədi mənfəət əldə etməkdir, yəni onun
son məqsədi mənfəətli işləməkdir.
Mənfəət, müəssisənin xüsusi kapitalının artırılmasının əsas mənbəidir. Bazar
münasibətləri şəraitində həm sahibkarlar, həm menecerlər müəssisənin sərəncamında
qalan mənfəətin həcminə əsaslanaraq, dividend investisiya siyasətinə dair qərarlar
qəbul edir və müəssisənin perspektiv inkişafını müəyyən edirlər.
Bazar münasibətləri şəraitində mənfəət-istehsal fondlarının və buraxılan
məhsulun yeniləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasının hərəkətverici
qüvvəsi və əsas mənbəidir.
Mənfəət eyni zamanda müəssisə kollektivinin sosial rifahının yaxşılaşdırılması
mənbəi kimi çıxış edir.
Üçüncüsü, mənfəət müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşması
mənbəi kimi çıxış edir.
Beləliklə, mənfəət müəsisələrinin iqtisadi və sosial inkişafının əsas maliyyə
mənbəi olmaqla, bazar münasibətlərinin mühüm iqtisadi kateqoriyasıdır və
müəssisələrin təsərrüfat-maliyyə fəaliyyətinin son maliyyə nəticəsini əks etdirir.
Bazar münasibətləri şəraitində mənfəətin bölüşdürülməsi sistemi müəssisələrdə
mənfəətin həcminin artırılması üçün əsas iqtisadi mexanizmlərdən biri olmalıdır.
Dostları ilə paylaş: |