Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

axtarmaq;  tapılmadıqda,  türk  dilinin  qaydalı  şəkilçiləri,  tərkib, 
təsrif və hallanma üsulları ilə yeni sözlər yaratmaq; bu da mümkün 
olmadıqda,  ərəb  və  fars  dilindən  tərkibsiz  olmaq  şərtiylə,  yeni 
sözlər  qəbul  etmək  və  bəzi  dövr  və  məsləklərin  xüsusi  durumunu 
göstərən  sözlər  ilə  texnikaya  aid  alətlərin,  mexanizmlərin adlarım 
yabançı -  əcnəbi dillərdən olduğu kimi qəbul etmək.
6) 
Türk 
dilindəki 
ərəb 
və 
fars 
dillərinin 
kapitulyasiyalarım56a  aradan  qaldırılaraq,  bu  iki  dilin  nə 
təsriflərini,  hallanmalarını,  nə  ədatlarını,  nə  də  tərkiblərini  qəbul 
etməmək.
7) 
Türk xalqının  bildiyi və işlətdiyi hər söz türkcədir. Xalq 
üçün  sevimli  olan  və  yapma  (süni)  olmayan  hər  söz  millidir.  Bir 
millətin  dili  özünün  cansız  köklərindən  deyil,  işlətdiyi  köklərdən 
təşəkkül edən canlı bir orqanizmdir.
8) 
istanbul  türkcəsinin  fonetikası,  morfologiyası  və 
terminləri  yeni  türk  dilinin  təməli  (özülü)  olduğundan,  başqa  türk 
ləhcələrindən  nə  söz,  nə  təsrif və  hallanma,  nə  ədat,  nə  də  tərkib 
qaydaları alınmaz.  Yalnız qarşılaşdırma yoluyla türk dilinin cümlə 
quruluşunda və xüsusi deyimlərdəki şivəsini anlaya bilmək üçün bu 
ləhcələrin dərin bir şəkildə incələnməsinə ehtiyac vardır.
9) 
Türk  mədəniyyətinin  tarixinə  dair  əsərlər  yazıldıqca 
əski  türk  qurumlarının  adları  olan  çox  əski  türk  sözləri  yeni  türk 
dilinə  daxil  olacaqdır.  Ancaq  bunlar  termin  olaraq  qalacaqlar və 
buna  görə,  bunların  həyata  qayıtmaları  daşlaşmış  qalıntıların 
dirilməsi kimi qəbul edilməməlidir.
10)  Sözlər  ifadə  etdikləri  anlamların  tərifləri  deyil, 
işarələridir. Sözlərin mənaları etimologiyasını bilməklə anlaşılmaz.
11)  Yeni  türkcənin  bu  əsaslar  daxilində  sözlüyü 
və 
qrammatikası  yaradılmalı və  bu  kitablarda yeni türk dilinə girmiş 
ərəb  və  fars  sözlərinin  və  deyimlərinin  quruluşuna  və  tərkib 
tərzlərinə  aid  bilgilər  dilini  fizioloji  bölümünə 
deyil,  paleon­
tologiya  və  geneologiya  mövzusu  olan  etimologiya  (törəmə) 
bölümünə daxil edilməlidir.
110
II
ESTETİKADA TÜRKÇÜLÜK
1) 
TÜRKLƏRDƏ ESTETİK ZÖVQ
Əski türklərdə estetik zövq çox yüksəkdi. Turfanda56b tapılan 
mərmər  heykəllər  heç  də  yunan  heykəllərindən  geri  qalmır. 
Tulunilərin, İşxidilərin,  Səlcuq  və Xarəzm  türklərinin,  Elxanilərin, 
Teymurlularm, 
Osmanlıların, 
Ağqoyunlu 
və  Qaraqoyunlu 
türklərinin  Misirdə,  İraqda,  Suriyada,  Anadoluda,  İranda, 
Türkistanda, Hinddə, Əfqanıstanda tikdirdikləri camelər, saraylar, 
türbələr, körpülər, çeşmələr dünyanın ən gözəl əsərləridir.57
Qaston  Riçard  Türkmən  qızlarının  yaratdıqları  insanı 
heyrətə salan zərif xalılardan danışarkən  Mixaylovun  bu sözlərinə 
müraciət edir:  «heç bir alətə, heç bir örnəyə malik olmayan texnika 
baxımından heç bir təhsil və tərbiyə görməyən Türkmən  qızlarının 
təqlidi  mümkün  olmayan  naxışlarla  bəzədilmiş  çox  gözəl  xalçalar 
yarada  bilməsi  ancaq  bir  sənət  instinktino  malik  olmasıyla  izah 
oluna bilər».
Türk  nağılları  və  xalq  şeirlərinin  gözəlliyi  də  türklərin 
estetika sahəsində  böyük  bir  qabiliyyət  yiyəsi olduqlarını  göstərir. 
Ancaq heyf ki, Osmanlı sənətçilərinin günahı üzündən indiyə qədər 
bu  yüksək  sənət  qabilyyəti  Avropa  qaydasında  yetkinlikdən 
(təhzibdən)  məhrum  qalmışdır.  Bu  yetkinliyə  çatdıqdan  sonra, 
şübhəsiz ki, gələcəkdə də ən yüksək sənətlərdən biri olacaqdır.
2) 
MİLLİ  VƏZN
Əski  türklərin  vəzni  heca  vəzni  idi.  Kaşqarlı  Mahmudun 
sözlüyündəki57a türkcə şeirlər tamamilə hcca vəznindədir.  Sonralar 
Cağatay  və  Osmanlı  şairləri  təqlid  yoluyla  İranlılardan  əruz 
vəzninin aldılar. Türküstanda Nəvai, Anadoluda Əhməd Paşa əruz 
vəznini  yüksəyə  qaldırdılar.58  Saraylar  bu  vəznə  dəyər  verirdilər. 
Ancaq  xalq  əruz  vəzninin  heç  cür  anlayammadı.  Buna  görə  xalq 
şairləri  əski  heca  vəznində  şeirlər  söyləməkdə  davam  etdilər. 
Əhməd Yəsəvi,  Yunus Əmrə, Qayqusuz kimi təkcə şairləri və Aşıq 
Ömər,  Dərdli,  Qaracaoğlan  kimi  saz  şairləri  heca  vəzninə  sadiq 
qaldılar.
Türkçülük  meydana  çıxdığı  zaman  əruz  vəzniylə  heca  vəzni 
yanaşı  dururdu.  Guya  birincisi  seçkinlərin  (imtiyazlı  təbəqənin), 
ikincisi  isə  sadə  xalqın  tərənnüm  vasitələri  idi.  Türkçülük  dildəki
111


ikiliyə  son  verərkən,  vəzndəki  bu  ikiliyə  də  laqeyd  qala  bilməzdi. 
Xüsusilə,  tərkibli  (təmtəraqlı)  dil  əruz  vəznindən,  əruz  vəzni  d ə  
tərkibli dildən ayrılmadığı üçün,  bu iki Osmanlı qurumu haqqında 
eyni  hökmü  vermək  lazımdı.  Buna  görə  türkçülər  tərkibli  dillə 
bərabər,  əruz  vəznini  də  milli  ədəbiyyatımızdan  qovmağı  qərara 
aldılar.
Sadə  dil  əruz  vəzninə  heç  uymurdu.  Halbuki,  heca vəzniylə 
sadə  dil  arasında  səmimi  bir  qohumluq  vardı.  Sarayın 
saymazlığına  baxmayaraq,  xalq  sadə  türkcə  ilə  heca  vəznini  iki 
dəyərli  tilsim  kimi  sinəsində  saxlamışdır.  Bu  səbəbdən  türkçülər 
bunları axtarıb tapmaqda çətinlik çəkmədilər.
Bununla bərabər,  heca  vəzni  bəzi  şairlərimizi  yanlış  yollara 
yönəltdi.  Bunlardan  bir  qismi  fransızların  vəznlərini  təqlidə 
başladı:  məsələ,  fransızların  «aleksandrin»  dedikləri  «6+6» 
vəznində şeirlər yazdılar.  Bu şeirləri xalqın xoşuna gəlmədi. Çünkü 
xalqımız  heca  vəzninin  ancaq  bəzi  şəkillərindən  zövq  alırdı.  Milli 
vəznlərimiz  xalq 
tərəfindən  işlədilən  bu  hüdudlu  və  bəlli 
vəznlərdən  ibarətdir.  Xalq  vəznləri  arasında  «6+6»  şəkli  yoxdur, 
bunun  yerinə  «6+5»  vəzni  vardır.  Təcrübə  ilə  anlaşılıb  ki,  türk 
xalqı  bu  sonuncu  vəzndən  çox  xoşlanır.  Bu  təcrübə  eyni zamanda 
başqa  millətlərdən  vəzn  alma  bilməyəcəyini  də  ortaya  qoydu.  Bu 
qayda  ilə  bizdəki  heca  vəzni  tərəfdarlığı  başqa  dilllərə  aid  heca 
vəznlərini  təqlid  demək  olmadığım  və  Türk  xalqına  məxsus  heca 
vəznlərini dirçəltməkdən ibarət olduğunu aydınlaşdırdı.
Heca  vəznini  yanlış  yola  aparan  şairlərin  bir  qismi  də  yeni 
vəznlər icadına girişdilər.  Bunların yoxdan  var etdikləri vəznlərdən 
bir  çoxunu  da  xalq  qəbul  etmədi.  Bu  qayda  ilə  anlaşıldı  ki,  milli 
vəznlər  yalnız  xalqın  əskidən  bəri  işlətməkdə  olduğu  vəznlərlə 
sonradan  qəbul  edə  bildiyi 
vəznlərdən  ibarətdir.  Xalqın 
xoşlamadığı  vəznlər  heca  tərzində  olsa  belə,  milli  vəzn  sayıla 
bilməz.
3)  ƏDƏBİYYATIMIZIN  MİLLİLƏŞDİRİLMƏSİ  VƏ 
YETKİN LƏŞDİRİLMƏSİ
Türkçülüyə görə, ədəbiyyatımız yüksələ bilmək üçün iki sənət 
muzeyində tərbiyə görməyə məcburdur.
Bu  muzeylərdən  birincisi  xalq  ədəbiyyatı,  ikincisi  isə  qərb 
ədəbiyyatıdır.  Türkçü  şairlər  və  ədiblər  bir  yandan  xalqın  bədii 
sərvətlərini,  digər  yandan  isə  Qərbin  şahəsərlərini  örnək  kimi
112
götürməlidirlər.  Türk  ədəbiyyatı  bu  iki  öyrənmə  (şagirdlik) 
mərhələsini  keçirmədən  nə  milli,  nə  də  yetkinlik  mahiyyətini  ala 
bilməz.  Deməli, ədəbiyyatımız bir yandan Xalqa doğru, digər yan­
dan Qərbə doğru getməyə məcburdur.
Xalq  ədəbiyyatına  nələr  daxildir?  Əvvəla,  nağıllar,  lətifələr, 
əfsanələr,  igidlik  hekayələri  (mənqibələr)  miflər;  ikincisi,  atalar 
sözləri,  tapmacalar;  üçüncüsü,  manilər,  qoşmalar,  dastanlar, 
ilahilər;  dördüncüsü,  Dədə  Qorqud  Kitabı,  Aşıq  Kərəm,  Şah 
İsmayıl,  Koroğlu  kimi  hekayə  və  cəngnamolər;  beşincisi,  Yunus 
Əmrə,  Qayqusuz,  Qaracaoğlan,  Dərdli  kimi  təkkə və saz  şairləri; 
altıncısı, Qaragöz və Nəsrəddin Xoca kimi canlı ədəbiyyatlar.
Ədəbiyyatımız bu örnəklərdən nə qədər çox faydalansa, bir o 
qədər çox milliləşdirilmiş olar.
Ədəbiyyatımızın  ikinci  növ  örnəkləri  isə  Homer  və 
Verkilidən  başlayaraq  bütün  klassiklərdir.  Yeni  başlayan  bir  milli 
ədəbiyyat  üçün  ən  gözəl  örnəklər  klassik  ədəbiyyatın  baş 
əsərləridir. Türk ədəbiyyatı klassiklərin bütün estetik şirəsini sorub 
qurtarmadan  romantiklərə  və daha  sonrakı  məktəblərə  yanaşma­
malıdır.  Çünkü,  gənc millətlər ülküləri,  qəhrəmanlıqları  yüksəldən 
bir 
ədəbiyyata 
ehtiyac 
duyurlar. 
Klassik 
ədəbiyyatlar, 
ümumiyyətlə  bu  məqsədi  təmin  edirlər.  Son  zamanlar  Fransada 
gənclikdə  ülküləıə  doğru  yeni  bir  coşqunluq  yaratmaq  üçün  yeni 
klassiklər  məktəbinin  yaradılması  da  klassik  ədəbiyyatın  bu 
tərbiyəedici rolunu isbat edən canlı bir dəlildir.
Bununla  birlikdə,  biz Qərbin öncə yalnız klassiklərinə qiymət 
verməklə, 
romantizmin 
feyvindən 
də 
büsbütün 
məhrum 
qalmamalıyıq.  Çünkü  romantizmin  əsası  xalq  ədəbiyyatıdır. 
Avropadakı  bütün  romantizm  hərəkatları  xalqa  doğru  getməklə, 
xalq  nağılları  və  dastanlarını  örnək  kimi  götürməklə  başlamışdır. 
Deməli,  biz  ədəbiyyatımızın  milliləşməsini  və  yetkinləşməsini 
(zənginləşməsini)  həyata  keçirərkən  klassisizm  və  romantizm 
mərhələlərini  birgə  yaşayacağıq.  O  halda,  Qərb  ədəbiyyatını 
ruhumuzla  əmməyə  çalışarkən,  qərb  romantiklərinin 
xalq 
ədəbiyyatlarından 
necə 
istifadə 
etdiklərini 
də 
anlamağa 
çalışmalıyıq.  Ədəbiyyatımızın  Qərbin  üstün  əsərləri  muzeyindəki 
şagirdliyinə isə milli ədəbiyyatımızın yetkinləşməsi  deyə bilərik.
Bu sözlərdən  anlaşıldı ki, ədəbiyyatımız milliləşmə (təhris) və 
yetkinloşmə (tohzib) adları verilən iki tərbiyə dövründən keçdikdən 
sonra  həm  milli,  həm  də  Avropa  qaydasında  bir  ədəbiyyat 
olacaqdır.
Milli 
ədəbiyyatımızı! 
yaradılması 
baxımından 
Türk
113


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə