Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə53/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Ümm Sələmə deyir: «Rəsulullahdan bu ayə haqqında 
soruşduqda buyurdu: «Ayədə zikr olunmuş 
«peyğəmbərlərdən» məqsəd mən, «siddiqindən» məqsəd Əli, 
«şəhidlərdən» məqsəd Həsən və Hüseyn, «salehindən» 
məqsəd Həmzə, ayədə zikr olunan «onlar necə də gözəl 
rəfiqlərdirlər» isə məndən sonra gələn on iki İmama 
işarədir
)2(
». 
Sonra unutmayaq ki, İmam Hüseyni (ə) sevmək, ona hörmət 
qoymaq və itaət etmək, Qur`anı sevib, Qur`ana hörmət qoyub 
və Qur`ana itaət etmək deməkdir. Ona görə ki, İmam 
Hüseynin (ə) kamil insan olmasını, sevgisinin və itaətinin 
vacibliyini Qurani-Kərim bizə buyurmuşdur. Deməli bizim 
öhdəmizə düşən vəzifə Allahın müqəddəs kitabına əməl 
etməkdir. 
səh:194 
 
1
-
 [
1
 . ]
Nisa sur ə si ay ə 69 . 
2
-
 [
2
 . ]
Qummi Razi, «Kifay ə tül- ə s ə r», s ə h. 183; «Biharül- 
ə nvar», c. 36, s ə h. 347; « Ə l-Bürhan», c. 1, s ə h. 392 . 
Peyğəmbər (s) İmam Hüseyn haqqında nə buyurmuşdur ?
   
 )1İmam Hüseyn (ə) «Səqəleyn 
)1(
»hədisində 
Şiə və sünni aləminin mötəbər hədis mənbələrində zikr 
olunmuş rəvayətə görə, Həzrət Peyğəmbər (s)bu məzmunda 
buyurmuşdur: 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«Mən yaxın zamanda Allahın də`vətini qəbul edib, sizin 
aranızdan gedəcəyəm, (dünyamı dəyişəcəyəm) lakin bununla 
belə iki qiymətli şeyi sizə əmanət qoyuram. Onlardan biri 
Allahın kitabı (Qur`an), digəri isə mənim itrətimdir. Allahın 
kitabı onun yer üzərinə endirdiyi kəndirdir. (Yə`ni, hər kəs 
Qur`ana əməl etsə, elə bil ki, kəndirdən tutub Tanrıya 
yaxınlaşır.) Mənim itrətim isə, mənim əhli-beytimdir. 
Mehriban Allah, bu iki qiymətli şeyin cənnət hovuzunda mənə 
qovuşana qədər ayrılmayacaqlarını, xəbər vermişdir. Məndən 
sonra bu iki şeylə necə rəftar edəcəyinizə diqqətli olun
)2(
»! 
səh:195 
 
1
-
 [
1
« . ]
S ə q ə leyn» ə r ə b dilind ə «iki ağır qiym ə tli şey»- ə 
deyilir . 
2
-
 [
2
 . ]
Hakim Nişapuri, «Must ə dr ə k» c. 3. s ə h. 109; İbn H 
ə nb ə l, «Müsn ə di- Ə hm ə d» c. 3. s ə h. 17; T ə b ə rani, 
«Möc ə mül-k ə bir», c. 1. s ə h. 129; T ə b ə ri. «Z ə xairül-
üqba» s ə h. 16; Şafeyi. « Ə l- İthafu bihubbil- ə şr ə f» s ə h. 
22.v ə  
 ....  
Termizi, Cabir ibn Abdulahdan nəql edir: 
«Ərəfə günü Həcc əməllərini yerinə yetirərkən Rəsuləllahı 
dəvənin üstündə xütbə oxuyan halda gördüm. O buyururdu: 
Ey camaat, mən sizin aranızda iki qiymətli şeyi əmanət 
qoyuram ki, əgər onlardan möhkəm yapışsanız heç vaxt 
yolunuzu azmayacaqsınız. Bu iki şeydən biri Allahın kitabı, 
digəri isə Əhli-beytimdir
)1(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Bu hədisə əsasən əziz Peyğəmbərimizin(s) özündən sonra 
qoyub getdiyi əsas əmanətlər, Qurani-kərim və Əhli-beyti (ə) 
olmuşdur. Bu iki qiymətli varlıq heç bir zaman bir-birlərindən 
ayrılmazlar. Deməli, hər bir yerdə ki, Qurani-kərim var, orada 
Əhli- beytin (ə) hədisi, şərhi və təfsiri olmalıdır. Lakin 
təəssüflər olsun ki, İslam ümməti müqəddəs Peyğəmbərimizin 
(s) əmanət qoyub getdiyi Əhli-beyti (ə) ilə çox pis rəftar 
etdilər. Və bu ümmətin Əhli-beytə (ə) qarşı olan ən çirkin 
rəftarı isə, Kərbəla çölündə əziz Peyğəmbərimizin (s) sevdiyi 
İmam Hüseyni (ə)və onun yaxınlarını şəhadətə yetirərkən baş 
verdi. 
-2İmam Hüseyn (ə), «Səfinə 
)2(
»hədisində 
Şafeyi nəql edir: «Bir gün Əbuzər Qəffari Kəbə evinin 
astanasına çıxıb, qapısının halqasından tutaraq fəryad çəkdi: 
Ay camaat! Məni tanıyan tanıyıb, tanımayanlar da bilsinlər ki, 
mən Əbuzərəm! Özüm Peyğəmbərdən (s) eşitdim ki, 
buyururdu: “Mənim Əhli-beytim Nuhun gəmisinə bənzər (hər 
kim o gəmiyə mindi nicat tapdı, gəmiyə minməyənlər isə suda 
qərq oldular) ki, kim Əhli-beytimdən uzaqlaşsa cəhənnəm 
oduna düşər. 
səh:196 
 
1
-
 [
1
« . ]
S ə hihi-Termizil», f ə sl .  
«  M ə naqibi- Ə hli-beyt ( ə ) » 
2
-
 [
2
« . ]
S ə fin ə » ə r ə b dilind ə «g ə mi» dem ə kdir . 
Yenə də o Həzrətdən eşitdim buyururdu: Mənim Əhli-beytim 
bir bədəndə baş və yaxud bir başda göz kimidir. Şübhəsiz ki, 
bədən başsız və baş da gözsüz öz qüdrətini itirir
)1(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Həmşinin bir şox şiə və sünni mənbələrində «Səfinə» hədisi 
müqəddəs Peyğəmbərimizdən (s) belə zikr olunmuşdur: 
«Mənim Əhli-beytim sizin aranızda Huhun gəmisi kimidir. 
Hər kim o gəmiyə minsə nicat tapar və hər kim o gəmidən 
uzaq düşərsə qərq olar
)2(
». 
Gördüyünüz kimi bu hədisə əsasən Əhli-beyt (ə) 
Müsəlmanların qurtuluş gəmisidir. Bu gəmi insanları haqq və 
mənəviyyət şəhərinə aparır. Hər kim bu gəmiyə minməyə 
müvəffəq olsa, səadət və xoşbəxtliyə şatacaq. Gəmiyə 
minməyənlər isə, günah və şübhələrdə qərq olacaqlar. 
3
 ) Allahın əmri ilə əziz Peyğəmbərimiz (s) onun adını Hüseyn 
(ə) qoydu 
Əsma binti Umeysdən rəvayət olunur ki; «Hüseyn (ə) 
dünyaya gəldikdə, Həzrət Məhəmməd (s) mənim evimə gəldi. 
Mən körpəni onun qucağına verdim. Elə oradaca Həzrət 
Cəbrayıl Peyğəmbərə (s) nazil olaraq, «Allahın əmri ilə 
körpənin adını «Hüseyn» qoy»-dedi. Bunu bizə Allahın rəsulu 
(s) xəbər verdi
)3(
». 
səh:197 
 
1
-
 [
1
 « . ]
Ə l- İthafu bihubbil- ə şraf» S ə h. 26 . 
2
-
 [
2
 . ]
T ə b ə rani. «Möc ə mül-k ə bir» c. 1, s ə h.125; «Z ə 
xairül-üqba» s ə h. 20; «K ə nzül-ümmal» c.6, s ə h. 216; 
Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 2, 
s ə h, 343; «Hily ə tül-övliya» c. 4, s ə h, 306; «Z ə vaidu 
müsn ə dil-B ə zzar» f ə sl.3; « Ə hli-beyt v ə l- ə rvah» s ə h. 
163 ..... 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə