Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   41   42   43   44   45   46   47   48   ...   118

 
138 
müəssisələri  zavod  və  fabriklər  də  su  ehtiyatının  böyük  bir 
hissəsini sərf edirlər. Hesablamalara görə bir ton sintetik lif is-
tehsal etmək üçün 2500-5000 metr kub, bir ton ammoniyak al-
maq  üçün  4000  min  metrkub,  bir  ton  nikel  almaq  üçün  4000 
metrkub, bir litr neft hasilatı üçün 10 litr, bir ton polad əritmək 
üçün  20000  litr  su  tələb  olunur.  Zamanımızda  suyun  istifadə 
edildiyi  sahələr  çox  və  müxtəlif  olduğu  üçün  onu  çirkləndirən 
mənbələr də çox və müxtəlif növlüdür. 
XX əsrdə sular o qədər çirklənmişdir ki, suda olan canlı-
ların həyatı təhlükə altına alınmış və içməyə yaramır. Elə bu və 
digər səbəblərdir ki, suların təmiz saxlanılması və çirklənən su-
yun təmizlənməsi insanların mühüm problemlərindən sayılır. 
Yerüstü  suların  çirklənmə  mənbələri  müxtəlif  sənaye  və 
məişət müəssisələri, iri kənd təsərrüfatı sahələri, istilik və atom 
elektrik stansiyaları, dərmanlanmış və gübrələnmiş əkin sahələ-
ri,  müxtəlif  çirkli  yerlərdən  axaraq  təmizlənməyən  sulardır  ki, 
bunlar  həm  də  su  hövzələrini,  sututarları  və  digər  hövzələri 
çirkləndirir, onların ekologiyasına böyük zərərlər gətirirlər. 
Suyun,  sututarların,  dənizlərin,  okeanların  radioaktiv 
maddalərlə, ağır metal və metal duzları ilə çirklənməsi daha da 
təhlükəlidir. Bu cür çirklənmə ABŞ, Çin, Yaponiya, Rusiya Fe-
derasiyası, Hindistan, İsrail, İngiltərə, Fransa və s. ölkələr daha 
öndədir. 
Suyun  çirklənməsi  səbəbləri  çox,  müxtəlif  və  qarışıq  ol-
duğundan,  onları  çirkləndirən  maddələrin,  kimyəvi  elementlə-
rin, biozərərvericilərin təsnifatını dəqiq vermək çətindir. Lakin, 
çirkləndiricilərin  çoxluq  təşkil  etdiyi  maddə  və  elementə  görə 
onları  təxmini  də  olsa  müəyyən  qruplara  bölmək  olur. 
L.A.Kulskinin  verdiyi təsnifata görə  suyu  çirkləndirən qatışıq-
lar  baxımından  dörd  yerə  bölmək  olar.  Bunlar  suspenziya  və 
emulsiya  qarışıqlı  birləşmələr,  kolloidlər  və  yüksək  molekullu 
birləşmələr,  suda  həll  olmuş  qazlar  və  üzvi  maddələr,  duzlar, 
turşular və  qələvilər üstünlük  təşkil etdiyi  çirklənmiş  sular  ya-
xud çirkablardır. 


 
139 
Elmi dillə desək 1-ci qrupa daxil olan çirkli suları təmiz-
ləmək üçün qravitasiya və adgeziya üsulları əsasında, 2-ci qrup 
çirkli suları əsasən koaqulyasiya metodlarının köməyi ilə, 3-cü 
qrup  çirkli  suları  ən  çox  oksidləşmə,  absorbsiya  və  aerasiya 
üsulları ilə və nəhayət 4-cü qrupa daxil olan çirkli suları orada-
kı  kimyəvi  maddə  və  elementlərdən  təmizləmək  üçün  suya 
müxtəlif kimyəvi qarışıqlar əlavə etməklə duz, turşu və qələvi-
ni ion halından həll olmayan neytral maddələrə çevirmək üsulu 
ilə  təmizləmək  olur.  Tədbiq  olunan  metodların  növündən  asılı 
olmayaraq  təmizlənəcək  çirkləndirilmiş  suyun  tərkibində  onu 
çirkləndirəcək  qatışığın  miqdarı  maksimal  yol  verilən  qatılıq-
dan (MYQ) çox olmamalıdır. 
Müasir dünyamızda suyu çirkləndirən maddələr öz fiziki-
kimyəvi xüsusiyyətlərinə görə əsasən iki qrupa bölünür. Birinci 
çirkləndiricinin fıziki halına görə, yəni həll olan çirkləndiricilər 
və həll olmayan çirkləndiricilər, kalloid çirkləndiricilərdirdir. 
İkinci  növ  çirkləndiricilər  isə  öz  təbiətinə  görə  mineral 
çirkləndiricilər,  üzvi  çirkləndiricilər,  bakterial  çirkləndiricilər 
və bioloji çirkləndiricilərdirlər. 
Mineral çirkləndiricilər əsasən suda həll olan qum, gil, fi-
liz, şlak qalıqları, mineral duzlar, əsas, turşu məhlulları və suda 
həll olmuş qazlardan ibarət olur. 
Üzvi  çirkləndiricilər  bitki  və  heyvan  mənşəli  olub,  əsas 
mənbələri müxtəlif bitki və çürümüş canlı qalıqları, kağız, bitki 
yağları, canlıların fizioloji ifrazat tullantılarıdır. 
Bakterial  və  bioloji  çirklənmənin  əsas  mənbələri  məişət 
çirkab  suları,  gön-dəri  zavodları,  ət  kombinatları,  ipəyin  ilk 
emal prosesi, mikrobioloji sənaye sahələri və sairələrdir. 
Məişət çirkab suları mətbəx, ayaqyolu, hamam və cama-
şırxanalardan  axıdılan  sular  olmaqla,  əsasən  həll  olmuş  halda 
olurlar. 
Sənaye  müəssisələrində  çirkləndirilən  sular  çox  kompo-
nentli olub, istehsalat çirkab suları adlanır və bu suların həcmi 
müəssisənin gücündən, xammalın, texnoloji prosesin növündən 


 
140 
asılıdır. Adəti üzrə maşınqayırma, metal emalı, koks-kimya və 
digər sənaye sahələri müəssisəyə lazım olan suyun 80 faizindən 
çoxunu soyuducu maye kimi işlədir və bu səbəbdən də belə su-
lar zərərli maddələrlə çox çirklənmir. 
Məlum  olduğu  kimi,  neft  kimya  və  kimya  müəssisə-
lərində istifadə olunan sular daha çox çirklənirlər. Belə suların 
tərkibində mexaniki qarışıqlar və suda yaxşı həll olan maddələr 
üstünlük təşkil edirlər. XX əsrin 2-ci yarısından suyu çirkləndi-
rən  əsas  mənbələrdən  biri  də  səthi  aktiv  maddələr  və  sintetik 
yuyucu tozlər istehsal edən müəssisələr və işlədicilər hesab edi-
lir.  Burada  xoşagəlməyən  hallardan  biri  də  neft  laylarından 
məhsuldarlığı  çoxaltmaq  üçün  oraya  vurulan  yuyucu  sintetik 
maddələrdən  istifadə  edilməsidir.  Bu  hal  verdiyi  xeyirdən  çox 
yeraltı laylara, sulara, süxurlara vurduğu əbədi zəhərləmələrdir. 
Bu  üsul  içməli  su  laylarını  həm  də  müxtəlif  kimyəvi  tərkibli 
duzlu  su  layları  ilə  qarışdırmasıdır.  Bu  səbəbdən  də  Abşeronu 
tarixən içməli su ilə təmin edən şirin su mənbəyindən məhrum 
etmişdir. Əslində içməli su ilə əhalinin təmin olunmasında ye-
raltı suların əhəmiyyəti daha böyükdür və səbəbi də yeraltı su-
ların səth sularına nisbətən az çirklənməsidir. 
Heç də az əhəmiyyət kəsb etməyən məsələlərdən biri də 
yeraltı  sulardan  istifadə  məsələsidir.  Yeraltı  sulardan  düzgün 
istifadə  edilmədikdə  yerin  torpaq  qatının  müəyyən  dərinliklə-
rində boşalmalar əmələ gəlir ki, bu da yer səthində böyük yar-
ğanlar əmələ gətirir, torpaq çökür, onun üzərindəki yaşayış yer-
ləri uçmalı olur və təmiz lay suları digər çirkli sularla qarışır ki, 
bunların hamısı fövqəladə hallar əmələ gətirir. 
Yeraltı  lay  sularının  digər  çirklənmə  səbəblərindən  biri 
də zəhərli kimyəvi maddələrin torpağa hopmasıdır. Yeraltı su-
lar  çirkli,  zəhərli  atmosfer  çöküntülərindən  də  çirklənə  bilir. 
Qar,  yağış,  dolu  vasitəsi  ilə  torpaq  səthinə  düşən  yağıntı  onun 
səthində olan zərərli maddələri də özündə həll etməklə torpağa 
hopur və yeraltı sulara qarışır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə