Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   85   86   87   88   89   90   91   92   ...   118

 
272 
yanaşı  son  illərdə  atmosferdəki  tozların  miqdarının  artması 
təsiri də vardır. Məlumdur ki, Yerə çatan günəş radiasiyasının 
miqdarı atmosferin təmizliyindən, şəffaflığından da asılıdır. Bu 
əlamətlərdə  dolayısı  yollarla  qlobal  iqlim  dəyişikliklərinə  öz 
təsirini  göstərdiyi  üçün  başqa  təbiət  dəyişiklikləri  ilə  yanaşı 
Xəzər  suyu  səviyyəsinin  artımına  da  səbəb  ola  bilər.  Digər 
tərəfdən  uzun  müddətli  iqlim  proqnozunun  metodikası  bir 
mənalı  olmadığından  Xəzər  tərəddüdünü  mütəxəsislər  bu 
nöqteyi nəzərdən proqnozlaşdıra bilmirlər. 
Həm  də,  gələcəkdə  hazırlanacaq  metodika  təkcə  qlobal 
iqlim nöqteyi-nəzərdən bizə görə kifayyət deyildir. Azərbaycan 
sahillərində  Xəzər  səviyyəsinin  qalxmasının  praktik  olaraq  bu 
bölgələrdə  yaşayan,  işləyən  əhali  1991-ci  ildən  hiss  etməyə 
başladılar.  Bu  elə  dövr  idi  ki,  İranda  /1990/  Xəzərə  yaxın 
hissədə  çox  böyük  zəlzələ  olmuşdu.  Həmin  zəlzələ  dövründə 
başqa sahillərə nisbətən Xəzərin Azərbaycan sahillərində suyun 
səviyyəsi daha çox 37 sm (1991-ci il) qalxmışdır. Həmin dövr-
lərdən  başlayaraq  Xəzərin  Qərb  və  Şərq  hissəsində,  xüsusən 
Azərbaycanın  cənub  sahillərində  Xəzər  suları  altında  iri  və 
çoxlu  miqdarda  böyük  silsilə  təpəliklər  əmələ  gəlmiş  və  bu 
proses davam edir. Qəti demək olar ki, bu təpəliklər əsasən pal-
çıq vulkanları tipindədir və neftlə, qazla çox zəngindir. Güman 
var  ki,  bu  zəlzələdən  sonra  Xəzərin  cənubundan  Azərbaycan 
sahilləri boyu şimala və dənizin dərinliklərinə doğru zəncirvari 
antiklinallar  əmələ  gəlmişdir.  Deməli,  dənizin  dibi  bu  "dağ-
ların"  hesabına  qalxdığı  üçün  Xəzər  suyu  səviyyəsinin  qalx-
masına  öz  təsirini  göstərir.  Yeraltı  təkanlar  və  bununla  bağlı 
əmələ gələn sualtıtəpəciklər əsasən palçıq vulkanları tipindədir. 
Ona  görə  də  bu  təpələr  çox  da  hündür  qala  bilmir,  palçıq  ol-
duğu üçün su onu yuyur. Proses özü əsasən Xəzərin Azərbay-
cana  aid  hissəində  daha  çox  üstünlük  təşkil  edir.  Deyilən  zo-
nanın  quru  hissəsində  də  palçıq  vulkanı  xarakterik  olub,  Bakı 
və Bakı ətrafı sahələrdə göz önündədir və vaxt aşırı bu vulkan-


 
273 
lar  fəaliyyətdə  olurlar,  həm  də  bu  fəaliyyət  mütləq  seysmik 
titrəyişlə müşahidə olunub rezonansı xatırladır. 
Heç də söyləniləndən az əhəmiyyətli olamayan başqa bir 
məsələ də Xəzərçiləri maraqlandırmalıdır. Məlumdur ki, Xəzər 
suları  ən  çox  qərb  sahilləri,  xüsusən  Azərbaycana  aid  hissəni 
cənub sahilləri basmışdır. 
Astrofızikadan bilirik ki, yaşadığımız Yer planeti iki fır-
lanma  hərəkətindədir.  Bu  da  təbii  prosesdir  və  bizə  əsas  verir 
ki, bu barədə də fikirləşək. 
Əvvəla  Yer  planeti  cənub  qütbü  üzrə  öz  oxu  ətrafında 
fırlanma hərəkəti edir, yəni Yerin cənub qütbü fırlanma-irəlilə-
mə hərəkətində olmayan ağırlıq mərkəzidir. 
Bu  səbəbdən  də  Xəzərin  nəhəng  su  kütləsi  şimal  sa-
hillərindən fərqli olaraq ən çox cənub sahillərinə istiqamət alır. 
Başqa  bir  qanunauyğunluq  isə  Yer  kürəsini  Qərbdən  Şərqə 
doğru  fırlanma  hərəkəti  istiqamətində  olmasıdır.  Bu  səbəbdən 
də Xəzərin səth dalğaları Şərqdən Qərbə doğru "hücum" çəkir, 
yəni  dalğaların  Qərb  sahillərə  mütəmadi  sürətlə  hərəkəti  var. 
Son müşahidələr göstərir ki, Xəzər sularının səviyyəsi Qərb və 
Cənub sahillərdə o biri sahillərə nisbətən daha yüksəkdir və de-
diyimiz təbii fiziki qanunauyğunluqla uzlaşır. Buraya Xəzərdə
 
əsən  küləklərin  istiqamətlərinin  əsasən  Şimal,  Şimali-Şərq  ol-
duğu da əlavə olunmalıdır. Belə küləklər bizim sahillərdə xeyli 
səviyyə hündürlüyü yaradırlar. 
Xəzər  suyu  səviyyəsinin  qalxması  amillərindən  biri  də 
Xəzər sularında get-gedə çoxalan ağır su molekullarının artma-
sıdır. Bu əsasən Rusiya Federasiyası sənayesinin, şəhər çirkab 
sularının Volqa qollarına və Volqanın  özünə tökülən metallar-
la, ağır kütləli tullantılarla zəngin zəhərli birləşmələridir. Belə 
tullantılarla  zəngin  molekullar  suda  asılı  vəziyyətdə  olub,  me-
xaniki  qarışıq  əmələ  gətirmiş  olsa  belə,  yenə  ağır  su  kütləsi 
əmələ gətirir. Aşağı sahillərə nisbətən daha ağır olan Volqa su-
yu  cənuba  istiqamət  götürür,  Azərbaycan  sahillərinə  və  daha 
cənubda gəlib çıxır. 


 
274 
Dediyimiz  kimi  Yer  kürəsi  Cənub  qütbü  üzrə  fırlanma 
hərəkətindədir və məlum qanuna görə çəkisi ağır olan kütlələr 
Cənuba  doğru  meyilli  hərəkətdə  olurlar.  Bu  əlamət  də  yəni  - 
Xəzərin Şimal sahəsində daima ağırlaşmış su kütləsi Cənub və 
Qərb  sahilləri  daha  çox  "fəth"  edir.  Onu  da  nəzərə  alsaq  ki, 
Azərbaycanın əsas daxili suları olan Kür və Araz da təxminən 
Volqa  tərkibindədir  və  bilavasitə  bu  sular  da  söylənilən 
sahillərə  tökülür,  onda  ümumi  mənzərə  daha  da  aydınlaşar. 
Xəzər səviyyəsinin qalxmasında və Azərbaycan sahillərini bas-
masında bu əlamət də mütləq nəzərə alınmalıdır. Bu məsələyə 
bir az geniş baxmış olsaq məlum olur ki, Xəzərə atılmış həmin 
ağır  suda  həm  də  çoxlu  miqdarda  neft  və  neft  məhsulları  da 
vardır. 
Ağır su, neft və neft məhsulları Xəzər sularının təbii bu-
xarlanmasına da çox pis təsir edir ki, bu da təbii mübadiləni bu 
gün  üçün  Xəzərin  zərərinə  etmiş  olur.  Bu  səbəb  də  Xəzər  sə-
viyyəsinin  yüksəlməsinə  təsir  edən  əlamətlərdən  sayılmalıdır. 
Xüsusən  ona  görə  ki,  söylənilən  əlamətə  görə  Azərbaycan 
akvatoriyası Xəzər səth suları üzrə birinci yerdədir. 
Maraqlı mülahizələrdən biri də Xəzərin Şərq sahillərində 
və ondan daha çox dərinliklərə getdikcə istismara verilən neft 
və  qaz  quyularının  çoxalmasıdır.  Belə  quyular  yeraltı  lay 
sularının  və  okean  sularının  Xəzərlə  əlaqələndirə  bilər.  Bu 
hadisəni  hətta  quyu  sularının  tədqiqi  ilə  müəyyənləşdirmək 
mümkündür. Nəzərə alsaq ki, Xəzərin səviyyəsi okean sularına 
nisbətən  xeyli  aşağıdadır.  /26-28  m/  belə  bir  əlaqə  təzyiqlər 
fərqi  asılılığına  görə  Xəzər  suyunun  səviyyəsi  dünya  okeanı 
suları səviyyəsinə çatana qədər qalxmalıdır. Söylənilən səbəb-
lərin vacibliyini nəzərə alıb mütəxəsislər bu mülahizələri döv-
lət  səviyyəsində  müəyyənləşdirməlidirlər.  Çünki  belə  olduqda 
Xəzərin  Azərbaycan  akvatoriyasında  bir  çox  təcili  tədbirlərin 
görülməsi  zərurəti  ortaya  çıxır.  Həm  də  xəzərin  səviyyə  tə-
rəddüdü, ekologiyası, ekonomikası və s. problemləri bütövlük-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə