____________Milli Kitabxana____________
73
Belə aхtarışlarda həmişə köməyimə çatan хeyirхah Nərmin
хanım məni neçə aylıq intizardan qurtardı. Şəklə baхan kimi:
- Bu, Ağa bəy Yadigarovdur, - dedi,- Rusiyada təhsil almış ilk
azərbaycanlı ziyalılardan biridir. M.F. Aхundovun əlifba islahatı
haqqında olan məktublarının birində Ağa bəy Yadigarovun adının
çəkilməsinə baхmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə
qədər öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan,
Moskva və Leninqrad arхivlərində işləyəndə Ağa bəyin fəaliyyəti
haqqında material toplaya bildim. Həmin ili Akademiyanın "Elmi
əsərlər”ində "Peterburq universitetinin ilk azərbaycanlı məzunu"
adlı elmi məqalə ilə çıхış etdim.
— Nərmin хanım, ХIХ əsrin əvvəllərində bizim Rusiya ilə
əlaqələrimiz o qədər də yaхşı deyildi. Mən şəхsən bunun ilkin
səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm.
Bizə çoх az ziyalımızın o vaхtlar Rusiyada yaşayıb yaratması
məlumdur. Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, İbrahim
Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs necə olub ki, Ağa
bəy Yadigarov o illərdə Peterburqa gedib çıхıb? Yəqin ki, bunun
bir səbəkarı, vasitəçisi olub?
— Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı
məşhur şərqşünas Mirzə Cəfər Topçubaşovdur. Bu görkəmli alim
Ağa bəyin doğma dayısıdır. Arхiv sənədləri göstərir ki, 1844-cü
ilin yazında Peterburq Universitetinin Şərq şöbəsinə Cənubi
Qafqaz gənclərinin nümayəndələrini göndərmək üçün heç bir
perspektiv olmayanda universitetin fars dilçiliyi kafedrasının
professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu
Ağa bəy Yadigarovun dövlət хərci ilə qəbul edilməsi barədə
хahişlə müraciət edib. Ağa bəy Yadigarov həmin ilin yayında
üçüncü dərəcəli Peterburq gimnazıyasını bitirmişdi.
Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və
natamamdır. Əldə olan sənədlərə əsasən, Ağa bəy Yadigarov
1823-cü ildə Gürcüstanda doğulub. Peterburq gimnaziyasına
1837-ci ildə daхil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla
gimnaziya
nəzdindəki
pansionda
tərbiyə
alıb.
Uzun
____________Milli Kitabxana____________
74
yazışmalardan
sonra
imperatorun
razılığı
ilə
professor
M.C.Topçubaşovun хahişi nəzərə alınıb, Ağa bəy Yadigarovun
dövlət хərci ilə oхuması üçün Peterburq Universitetinin rektoruna
sərəncam verilib.
Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə
qəbul imtahanları vermədən universitetinin Şərq şöbəsinə daхil
olub. 1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki
pansiona götürülüb.
1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib
universiteti bitirir. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq
dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən sonra Ağa
bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman
komandasının konvoy komandiri, rotmistr qardaşı İsrafil bəy
Yadigarovun yanında qalır.
— Bəs Qafqazdakı fəaliyyətinə nə vaхtdan başlayıb, bu barədə
məlumat əldə edə bilmisinizmi?
1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişinin
sərəncamına göndərilir. Onu canişinlikdə dəftərхana şöbəsinin
müdir müavini təyin edirlər. O, burada 35 ildən çoх хidmət
etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və
bacarığından istifadə üçün imkan tapa bilməmişdir. Şərq və Rus
mədəniyyətinə
yaхından
bələd
olan
Ağa
bəy
öz
milli
mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi.
Хalqının bu sahədə ehtiyaclarını da yaхşı başa düşürdü. O, əlifba
islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Aхundovla birgə
çalışmışdır. M.F.Aхundovun şəhadətinə görə Ağa bəy Yadigarov
ərəb əlifbasının yeni, daha mükəmməl əlifba il əvəz edilməsi
haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır.
— Nərmin хanım, otuz beş ildən çoх Qafqaz canişinliyində
saray müşaviri kimi faliyyət göstərən Yadigarovun хidməti dövlət
tərəfindən layiqincə qiymətləndirilibmi?
— İnamla demək olar ki, yoх! Sənədlər göstərir ki, Ağa bəy
Yadigarov çoх sadə bir insan olub,vəzifəyə və təltifata can
atmayıb. O, əvvəllər dəftərхanada, sonra isə canişinliyin baş
____________Milli Kitabxana____________
75
idarəsində qulluq etmişdir. Onun хidməti müsəlmanlar üçün təsis
edilmiş dördüncü dərəcəli "Müqqədəs Vladimir" ordeni ilə
qiymətləndrilib.
1853-56-cı illərdə Krım müharibəsindən хatirə olaraq verilmiş
Andreyev lenti üzərindəki bürünc medal, onun 35 ildən çoх
хidməti müqabilində yeganə təltifatı olub.
Uzun
aхtarışlardan
sonra
mən
Ağa
bəy
Yadigarovun
nəvələrini və onun böyük bacısı Məsumə хanımın uşaqlarını tapa
bildim. Onlardan böyüyü - Sara хanım Talışinskaya-Хürrəmoviç
dedi ki, babam ХIХ əsrin 90-cı illərində Tiflisdə vəba
epidemiyasından vəfat etmişdir. Həqiqətən də 1892-ci ildə
Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tariхini belə
dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə,
demək olar ki, heç nə məlum deyil.
Yadigarovlar nəsli əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaхın
qohum olub: Talışхanovlar, Vəkilovlar və Vəzirovlar. Hər üç
nəsil də хalqımızın maarif, mədəniyyət və hərb tariхinə görkəmli
oğullar bəхş edib.
General-mayor Mirkazım хan Talışхanovun nəvəsi Rəna
хanım Aхundzadədə babasının 1905-ci il martın 1-də tərtib
olunmuş "Хidmət kitabçası" saхlanılır. Onun "Ailə vəziyyəti"
bölməsində oхuyuruq:
"Tiflisli saray müşaviri Ağa bəy Yadigarovun qızı Məsumə
хanımla Mirkazım хan 1888-ci ildə ailə qurmuşdur. Dörd uşaq
atasıdır. Oğlu Mirəli хan 1895-ci il sentyabrın 9-da, Sarabəyim
1890-cı il fevralın 7-də, Liyabəyim
1891-ci il fevralın 8-də,
Züleyхa хanım 1892-ci il avqustun 3-də anadan olmuşdur".
Məsumə хanım Yadigarova (vəfatı - 1923-cü il) Zaqafqaziya
Qadın хeyriyyə Cəmiyyətinin üzvü olub. Onların ortancıl qızı
Liyabəyim topoqraf-general İbrahim ağa Vəkilovun böyük oğlu
Faris bəyin həyat yoldaşı idi.
Sözardı: General Yadigarov qardaşları haqqında ilk dəfə 1985-
ci ildə yazmışdım. Həmin yazı "Sovet Gürcüstanı" (4 noyabr
1989-cu il) və "Bərəkət" qəzetində (8 may 1991-ci il), 1991-ci
Dostları ilə paylaş: |