Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

31
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
miyayind  ki,  «pul  m ənə  bidi!»  -   «Bir  gün  Molla  Nəsrəddin 
fikirləşdi  ki:  «Mən  ki,  evdə  oturmuşam,  borc  yiyələri  gəlib 
mənə  deyərlər ki,  pulumu ver!»
Qorag  birən  «geyinmək»  (birən  «olmaq»)  (Ab.).  Bə 
məktəb  hamə  nuqə  alat  qorağ  birəbirund.  «Məktəbdə  hamı 
təzə  paltar  geyinmişdi».  Burada  əsas  mətləb  mürəkkəb  sözün 
birinci  tərkib  hissəsinin  (qoraq)  üzərinə  düşür.  Bizim  topla dı- 
ğımız  materiallar  içərisində  belə  bir  sözə  müstəqil  bir  söz  kimi 
rast  gəlməmişik.  Bizə  belə  gəlir  ki,  bu  məqamda  Azər baycan 
dili  bizim  köməyimizə  gələ  bilər.  Azərbaycan  danı şıq  dilində 
qıvraq  (qısıqıvraq  derivatı  da  var)  məhz  geyimlə  bağlı  olan  bir 
təsəvvürlə  bağlıdır.  Hətta  onun  qoraq  formasında  işlənməsi  də 
istisna  olunmur.  Dialektoloji  lüğətdə  qıvraq  sözünün  bu 
mənası  əksini  tapmayıb.  Nəzərdə  tutulan  mə na  aşağıdakı 
cümlədə  müşahidə  olunur:  o,  qısıqıvraq  geyinmişdi.  Ola  bilsin 
ki,  qoraq  sözü  qıvraq  sözünün  başqa  dil  mühitində  qazandığı 
formadır.
Qələbə  «çox»  (Ab.).  Ə  mü  qələbə  razü  büründ.  «Məndən 
çox  razı  qalldılar».  Digər  tat  ləhcələrində  bu  sözə  qe,  qəy 
şəklində  rast  gəlirik.  Azərbaycan  dilində  bu  sözün  qələbəlik 
«tünlük»,  «basabas» törəməsi  mövcuddur.
Qolay  qolay-qolay/qulay-qulay;  «yaxşıca»,  «yaxşı -yax­
şı».  Müq.et:  Haydı,  fikrim  kimi  qalınlaş,  orman,  Ruzgar,  duy­
ğum  kimi  əs  qolay-qolay.
Gal  şəndən  «əmr  etmək»  (Ab.).  Hadütü  dürüst  əst,  amma 
key  ki  mü  kağaz  bnöyştənüm,  bədə  münə  gal  bşəndənund. 
«Sözün  düzdür,  amma  nə  vaxt  mən  kağız  yazıram,  mənə  əmr 
edirlər».
Gödə/ködək  «gödək».  Tat  dilinin  müxtəlif  ləhcələrində 
gudə,  güdə,  gedə,  küti,  gutə variantları  var.
Ləbbadə  «plaş»  (Ab.).  Bil  ləbbadə  xaştənə  dəkünü.


32
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili 
«Qoy,  plaşını  geyinsin».
Ləc  durmarən  «acığı  gəlmək»  (Kil.).  Əzü  qəy  ləc  dur- 
marabü.  «Ondan  çox  acığı gəlirdi» və  s.
Ləşgər  «işçi  arı»  (Lah.).  Əngə  səto  növi  bəliran:  Şoh, 
ləşgər,  kələsər.  «Arının  üç  növü  olur:  ana  arı,  işçi  arı  və  erkək 
arı.
Nosi-nosi  «novruz  payı»  (Ab.).  Əyəlun  müamarund  bə 
nosi-nosi  xonçə  muxastund.  «Uşaqlar  xonçadan  novruz  payı 
gəlib  istəyərdilər» və  s.
Tirəçu  «yelləncək»  (Qon.  k.).  İmi  bə  hamin  bə  Qonaq- 
kənd  bəraftəni  boş  əyalun  ə  tütdar  tirəçi  midoruxtim.  «Biz 
yayda  Qonaqkəndə  gedəndə  uşaqlarla  tut  ağacından  yelləncək 
asardıq»  və  s.
Nühəvar  (nun  «çörək»+həvar  «yaymaq»)  (Q.,  Qon.  k.). 
İki  mənada  işlənir:  «çörəkyayan»;  «yellənçək».  Mu  nün  həvar- 
dənüm  «Mən lavaş yayıram» və  s.
Odəs  (o  «su»+dəs  «əl»)  (Q.)  «əl  suyu»  mənasına  gəlir 
(tualetdə istifadə  etmək üçün).
Ösinə  «nağıl»  (Qon.  k.).  Nəneymu  beymu  «Düt ə  birar»ə 
öüsineyirə  qaft  saxt.  «Nənəmiz  bizə  «İki  qardaş»ın  nağılını 
danışdı».
Pezirən  «bişirmək».  Balaxanı  və  Suraxanı  tatlarının  di - 
lində  qeydə  alınmışdır.  Nezilə  əyəlü,  nə  mutanı  xurak pezirən. 
«Nazilə uşaqdır,  xörək bişirə bilməz».
Bürcundan  «bişirmək».  Tat  dilinin  bir  çox  ləhcələrində 
məlum  olan  bir  sözdür.  Digər  İran  dili  və  ləhcələrində  də 
işlənir.
Pirvayi  «yaxşı»  (Ab.).  Əsasən,  Balaxanı  tatlarının  di lin- 
də  işlənir.  Uşuna  xuneyşun  pirvayiyü.  «Onların  evləri  lap 
yaxşıdır».
Çak  «yaxşı»  (Kil.).  «Çak,  bra  bu  xunə,  bü  künc  ye  kürə


33
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
histi,  ta  ba  dun  hərşəfi  puru»,  «Yaxşı,  get  ev ə,  evin  küncündə 
bir  kuzə  (küpə)  var,  ağzunadək  qızılla  doludur».  Talış  dilind ə 
çok  variantında  işlənir.  Bundan  başqa,  xob//xub  «yaxşı»  həm 
səciyyələndirici  söz kimi,  həm  də modal  söz kimi  işl ənir.
Pişətə  «əvvəllər»  (Q.).  Pişətə  ye  dihə  ədəmiyəyi  u  yekin 
deh  zu-zu  bəraftən  birund.  «Əvvəllər  bir  kəndin  adamları  o  biri 
kəndə tez-tez  gedib-gələrdilər» və  s.
Pısgiri  «cırcırama»  (Lah.).  Bə  homin  bərə  ve pisgiri  pur 
bəbiran.  «Yayda bura cırcırama ilə  dolu  olur».
Pəsfərdu  «birisi  gün»  (Q.)  Hərfən:  «sabahdan  sonrakı 
(gün)».  Pəsfərdu  avaz  ama  di  u  yəhudi  bə  həmin  çuqo  poyustes 
hərey  zərənü.  «Birisi  gün  yenə  gəlib  görür  ki,  həmin  yəhudi 
burada  dayanıb  ağlayır» və  s.
Ruzinə  «nəfəslik»  (Lah.).  Umh əli  duxta  birə  xunahona 
bə  həmmeyi  ruzinə  nohra  bire.  «O  vaxt  tikil ən  evlərin  hamısı­
na nəfəslik qoyulardı»  və  s.
Sər  zərən  «qalxmaq»  (Xaç.).  Sər  «baş»  və  zərən  «vur­
maq»  sözlərindən  əmələ  gəlmişdir.  Ma  sər  zərü.  «Ay  qalxdı 
(doğdu)» və  s.
Sərzimi  «üzüaşağı»  (Ab.)  (Hərfən:  başıaşağı).  Xaçmaz, 
Dəvəçi  ləhcələrində  «s ərzirava»,  Lahıc  ləhcəsində  isə  «sərbə- 
nüşvə»  kimi  işl ənir.  Məs:  Ey  taraf  bire,  sərzimi  ibire  «Bu 
tərəfdən  gedəsi  olsan,  üzüaşağı  düşəcəksən»  və  s.
Sərzirava  «eniş»  (Q.).  Ə  ye  gal ə  bədə  imu  be  sərzirava 
raftem.  «Bir azdan bir enişlə  getdik» və  s.
Şatur  «qasid»  «şatır»  (Ab.).  Başqa  ləhcələrdə  rast  gəlmə­
dik.  Şatur,  bereki  nü  maha  rahə  bə  çahar  ma  mirey?  «Qasid,  n ə 
üçün doqquzaylıq  yolu  dörd aya  g əldin?».
Şüküm,  şüküm üm   «hirs,  qəzəb;  hirsli,  qəzəbli,  qırım» 
(Q.).  Xədicə  xalə  şüküm  xastənə  pönə  nədast  saxtən.  «Xədicə 
xala  öz qəzəbini  gizlədə bilmədi».


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə