Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə11/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

34
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Şərm  «xəcalət»,  «utanma»  (Q.).  Pərviz  be  dura  gof  sax- 
teyirə  şərm  keşi.  «Pərviz  danışdığı  yalana  gör ə  xəcalət  çəkdi». 
Qədim  sözlərdən  olub,  hind-Avropa  dillərində  geniş  fonetik və 
semantik variantlar nümayiş  etdirir.
Tarustan  «qaşımaq»  (Ab.).  Bu  söz  Quba  ləhcəsində  «düş 
bədiran»,  Lahıc  ləhcəsində  «qorıstan»  formasında  eyni  m ənada 
işlənir.
Tastən  «bilmək»  (Ab.).  Tastəni  ya  nə?  «Bilirsən,  ya 
yox? ».  Başqa  ləhcələrdə  bastən//bıstan//bistən  formalarında 
rast gəlmək olur.
Terter  «iman»  (Kil.).  Nümunə:  Ey  ti  iman,  hazar  manət 
pul,  mən  bərum,  nun  buxrum.  «Ey  s ən  imanın,  min  manat  pul 
ver,  gedim  çörək yeyim».
Tso  «doşab»  (Ab.).  Əsasən,  Balaxanı  tatlarının  dilində 
işlənir.  Saxtə  xəşilə  muxardim  boş  tşo  boş  rağan  ve  lezzəti. 
«Bərk xəşili  doşabla,  yağla ləzzətlə  yeyərdik».  Digər tat ləhcə­
lərində təsadüf etməmişik.
Tənbirəhnə  «çılpaq»  (Q.).  Əyal  təndirəhnə  məndəbü  bə 
sər divan.  «Uşaq  divanın üstündə çılpaq qalmışdı».
Usqu  «tonqal».  Əsasən  Abşeron  tatlarının  dilində  təsadüf 
edilir.  Bu  həyət  usqu  müsaxandim,  ə  səri  müşanandim. 
«Həyətdə  tonqal yandırardıq üstündən tullanardıq».
Xudadus  «rəhmdil»  (Kil.).  İm  mərd  bire  qe xudadus  ada- 
mi.  «Bu  kişi  çox rəhmdil adam  idi».
Vəcə  «necə»  (Xaç.).  Malla  Nusradin  d ənşi,  di  ki,  cəmaət 
nə  bəstən  vəcə  bigrarund.  «Molla  Nəsrəddin  baxıb  gördü  ki, 
camaat bilmir necə keçsin».
Vəçanüm  «dilənçi»  (Q.).  Sekinə  xalə  bə  dər  amarə  vəça- 
numə  dəst  bə  tihi  rahə  nə  dərəbü.  «Səkinə  xala  qapıya  gələn 
dilənçini  əliboş  geri  qaytarmazdı/yola  salmazdı».
Yedəmgə  «bayaq»  (Q.).  Yedəmgə  malim  ama  bə  sinif


35
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
kuti  ki,  şagirdha  bə  imtahan  mükəmməl  hazir  boşund.  «Ba yaq 
müəllim  sinfə  daxil  olub,  dedi  ki,  şagirdl ər  imtahana 
mükəmməl  hazırlaşsınlar».
Z indəquni  «dolanacaq»  (Qon.  k.).  Bə  zindəquni  imkan 
babat bireybu.  «Dolanacaq üçün imkan babatlaşmışdı».
Tat  dilinin  spesifik  sözlərinin  bəziləri  Azərbaycan  dili 
dialektlərində  də  işlənir.  Bakı  və  Quba  dialektlərində  bu  cür 
sözlərə tez-tez təsadüf olunur.
Qobi  «su  yığılan  çök ək»,  «dərə».
Azərbaycanda  tərkibində  qobu  sözü  olan  Qobu  Dilağarda 
(Füzuli),  Qobuqırıq  (Xaçmaz)  kəndləri,  Qobu  və  Qobustan 
şəhər tipli  qəsəbələri,  Qobustan  oronimi  var (163-164).
Qobi  «quyu»  (Q.).  Bu  söz ə  ilk  dəfə  olaraq,  M.Hacıyev 
diqqət  vermişdir  (30,  64).  İran  dill əri  içərisində  bu  sözə  fone- 
tik  cəhətdən  yaxın  olan  sözlərə  kürd.  quni  (RKS,  267)  və 
puştu.  kuhay  (RPDS,  296)  sözlərini  qeyd  edə  bilərik.  Bu  söz­
lərdən  yalnız  kürd  dilindəki  «quni»  variantının  «qubi»  il ə 
bağlılığını  ehtimal  etmək  olar.  Bununla  yanaşı,  onu  da 
göstərmək  lazımdır  ki,  bəzi  İran  dillərində,  o  cümlədən  talış 
dilində  «bulaq»  mənası  honi  sözü  ilə  ifadə  olunur.  Kürd  dilin­
dəki  qoni  sözü  honi  sözü  ilə  əlaqədə  götürülə  bilər.  Burada  q-h 
əvəzlənməsi  qanunauyğun  sayıla  bil ər. 
Qeyd  olunanlara 
istinadla  demək  olar  ki,  qubi  «quyu»  sözü  tat  dilinin  spesifik 
leksikasına aiddir.
Xırsız  «evsiz-eşiksiz»  (Ab.).  Sözün  kökü  xır/xür  «ev- 
eşik»  mənasındadır  -»sız»  Azərbaycan  dili  mənşəli  şəkilçidir: 
Xırsız  sözü  əslən  Xızıdan  olan  Azərbaycan  şairi  Mikayıl 
Müşfiqin  bir  şeirində  işlənmişdir:  Cilvələnmə  xırsızların  için­
də,  Ala gözlü ulduzların içind ə  (M.Müşfıq).
Alataş  «yorulub  əldən  düşmüş»  (Lah.).  Xıştana  ə  səbhi 
alataş  soxte.  «Ozünü  səhərdən alataş  eləyib».


36
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
«Alataş»  sözü  olmaq  və  eləmək  felləri  ilə  əlaqədə  Azər­
baycan  dili  dialektlərində  işlənir  (Cəbrayıl,  Zəngilan,  Qafan) 
(7,  11).
Basarat/bəsərət//bəsərot  (Xaç.,  D əv).  Bəzi  lüğətlərdə 
bu  sözə  «qabiliyyət»,  «bacarıq»,  «fərasət»  mənaları  isnad  ve­
rilsə  də,  belə bir izah təxminidir.
Əslində  bu  söz  müstəqil  olaraq  işlənmir.  O,  basaratı 
bağlanmaq  felinin  iştirakı  ilə  yaranan  frazeologizmin  tərkib 
hissəsi  kimi  (7,  12)  işl ənir.
Hər  iki  dildə  (tat  və  Azərbaycan  dillərində)  basarat  sözü 
ərəbmənşəli  söz  hesab  edilə  bilər.  Ərəb  və  fars  mənşəli  sözlər 
lüğətində  basarat  sözü  iki  mənada  qeyd  olunmuşdur:  «diqq ət» 
və  «bəxt,  tale»  (25,  55).  Müasir  fars  dilində  bəsalət  sözü 
«igidlik,  q əhrəmanlıq,  qoçaqlıq»  mənalarında işlənir  (25,  55).
Bazburud/bazbürd  «boy-buxun,  görkəm»  (Qon.  k.). 
Bazburut,  bazburutdu  və  bazbırıtdı  sözləri  Azərbaycan  dilinin 
dialekt və  şivələrində də geniş  surətdə  işlənir (7,  39).
Bazburut  sözü  mənşə  etibarilə  bazu  «qol»  və  burut  «iri 
gövdə,  bədən»  sözlərindən  əmələ  gəlmişdir.
Vəçəxor/beçəxor  (Lah.)  başqa  tat  ləhcələrində:  «qadınla­
rın uşaqlığında yara  (xora)».
Bəhli/bahli/bə:li  Bərə  ye  bəhlidor  koşta  birabı  (Lah.). 
«Burada bir albalı  ağacı  əkilmişdi».
Bəlim/bəlüm  (Lah.)  «xırmanda  taxıl  döyül əndən  sonra 
qalan  küləş».  Lüğətlərdə  məhz  belə  bir  təyinlə  rastlaşırıq.  Baş - 
qa  məlumata  görə,  küləş  taxıla  (arpa,  buğda,  çovdar  və  s.)  aid 
olan  qalığı  bildirir.  Bəlim  sözü  isə  çəltik  döyüləndən  sonra 
qalan küləşdir.  Amma,  görünür,  bu hər yerdə belə  deyil.
Cıqqa/cıqqan/cıqqana  «bir  az,  azacıq»  (M əl).  Həmçi­
nin:  cıklə  «kiçik,  balaca»;  «balaca  bir  şey»,  «nəyinsə  çox  kiçik 
bir  hissəsi».  Bu  və  başqa  yaxın  mənalarda  Azərbaycan  dili


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə