Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə12/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

37
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
şivələrində  də  işlənir.  «D »  səsi  ilə  başlanan  fonetik  variantlar 
da mövcuddur.
Çibildiz  «zirək,  kələkbaz»  (Bakı).  Eyni  səsləniş  və  məna­
da Azərbaycan  dili  şivəlrində  də işl ənir.
Dıkqıli/duqqulu  «balaca,  azca,  bir  az»  (Lah.).  Əzin  nun 
diqqıli  bubur  ti  bə  el.  «Bu  çörəkdən  azca  kəs,  ver  uşağa»  və  s. 
Dıqqılı  və  cıqqılı  formaları  d~c  əvəzlənmələrinə  misal  olub, 
tat və Azərbaycan  şivələrində  geniş  yayılmışdır (7,  138).
Dıqqan-dıqqana -  Bax:  dıqqılı.
Geznə  (İsm.)  /  gəznə  (Qon.  k.)  /  gezinə  (Q.)  «gicirtkən». 
Yə bicə gəznə  vekinim.  «Bir  az  gicirtkən yığaq»  (Quba).
Duru  (Məl.,  Xızı) /  duruğ  (Ab.) /  dürü  (Lah.)  «yalançı».
Düdüxçi  (Q.)  «yalançı»  (<  düdüx’  «yalan»  sözündən). 
Azərbaycan  dili  şivələrindən bəzilərində  də işlənir  (7,  157).
Dıruyə/dıruva  «ikiüzlü,  riyakar»  (<  du  «iki»  və  ru  «üz»). 
Həm  tat,  həm  də  Azərbaycan  dili  variantlarında  mo tivlənmə 
eynidir.
Girdə  «böyrək»  (Lah.)  /  gürdə  (Ab.).  Həmçinin  bax:  (7, 
199)  Tat  ləhcəsində  olduğu  kimi,  dialekt v ə  şivələrdə  də  «böy- 
rək» mənasında işlənir.
Bun  «çardaq»  (Lah.).  Müq.et:  Azərb.  dial.  Ban  «çardaq», 
«arabanın taxtaları»,  «arabanın  gövdəsi»  (7,  31-32).
Bar//bor  «yük,  bağlama»  (əksər  şivələrdə).  Azərbaycan 
dili  dialekt  və  şivələrində  həmin  kökdən  düzəltmə  olan  barxa- 
na  sözü  eyni  mənada  işlənməklə  yanaşı,  «qıza  verilən  cehiz» 
mənasını  da ifadə  edir (7,  34).
Həm/həmin  «bir-birilə»  (Ab.,  Lah.  Q.).
Xinik/xünük  «soyuq»  (bütün  ləhcə  və  şivələrdə).  Ov  xü- 
nükü  «su  soyuqdur»  (Ab.).  Havo  xiniki  «Hava  soyuqdur» 
(Məl.).  Müq.et:  Hünük  su  «ilıq  su»  (Gəncə)  (7,  232).
Xanda  «toya  dəvət  edilmiş  adama  təklif  edilən  şirni».


38
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Mənşəcə  tat.  xandistan/xandustan/xəndistən  «gülmək»  feli  ilə 
bağlıdır.  Eyni  mənada  Azərbaycan  dilinin  dialekt  v ə  şivə­
lərində  də işlənir  (7,  236).
İsbirə  «boğaz  xəstəliyi»  (Cəl.).  Eyni  mənada  Azərbaycan 
dilinin  Cəlilabad  şivəsində  qeydə  alınmışdır  (7,  261).
İsbih/ispih  «ağ»  (Lah.,  Məl.).
İsbim ijə  «çobanyastığı»  (Lah.).
Subi  «ağ»  (Ab.).  Subi  çum  «gözün  ağı».
D iltəng/dültanq  «dilxor»  (Q.,  Dəv.).  Müq.et:  Azərb.  dil- 
təng (7,  90).
Dəhyek  «onda  bir»  (keçmişdə  vergi  adı)  (Lah.).  Azər­
baycan  dilinin  Qazax  şivəsində  eyni  mənada  qeydə  alınmışdır 
(7,  130).
Gilabzən  «gilabpuş»  (Q.).  Az ərbaycan  dilinin  Quba  dia- 
lektində  də geniş  işlənir.
Qeyd  etməliyik  ki,  «Dillər  heç  də  mütləq  mənada  qarış­
mır:  onların  hansısa  vilayətdə  qarışıq  mövcudluğu  istisna 
olunmur.  Elə  olur  ki,  məsələn,  iki  dildən  biri  şəhərlərdə,  o  biri 
kənd  yerlərində  yayılır,  lakin  bu  cür  bölünm ə  heç  də  həmişə 
tam  aydın  seçilmir»  (19,  343-344).  Tat  dilinin  yayıl dığı  ərazi­
lərdə də buna tez-tez rast gəlmək olur.
Spesifik  sözlər  sırasında  qəlqələpit//guşlüyə  siçan  «yara­
sa»,  burc  «enliyarpaqlı  bitki  növü»,  kunçapari  «quş  adı», 
carcin  «çöl  quşu»,  qərəqaz//qaraqaz  «durna»,  xiyarxorek  «hə- 
şərat  növü»,  qoymə  «haça»,  sərdik  «qazan  qapağı»,  guşkarsoz 
«həşərat  növü»,  çümxuruzi  «xoruz  gözü»  (ot  adı),  zuhun  bəbəy 
«bitki  növü»,  korə  xərguş  «dovşanotu»,  qap  «kartofa  bənzər 
bostan 
bitkisi», 
nurməhmədi 
«alma 
növü», 
xumi
«çaqqalboğan»  (armud  növü), 
qirmizəsinə 
«qırmızı  sinə» 
(armud  növü),  souçəyi  «armud  növü»,  tou  «otaq»,  dou  «yan, 
tərəf» və  s.  də yer tutur.


39
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Danqaz/danqoz  «lovğa,  ədabaz,  dikbaş»  (Lah.).  Azər­
baycan  dili  dialekt  və  şivələrində  də  geniş  surətdə  işl ənir  (7, 
122).
Azərbaycan  dialektlərində  danqa  «lovğa»,  danqalax  «ko­
bud»,  danqı  «boşbogaz»,  danqıl  «yüngülxasiyyətli»  derivatları 
və  qohum  kökləri  də  qeydə  alınmışdır.
Gildir/gildir  «gilə-gilə»,  «damcı-damcı»  (Xaç.,  Dəv.). 
Umo  pöyist b ə  sər  qəbr  piyər başlamiş  soxt  gildir-gildir gireys- 
tan.  «Gəlib  atasının  qəbri  üstündə  (üzərində)  gildir-gildir 
ağlamağa başladı»  (Xaç.).
Həmzotti/həmzətti  «həmzatlı»  (Məl.).  Mənşəcə  Azərb. 
həmzatlı/dial.  həmzatdı  sözündəndir.  Həmzat  qadına  aid  edilən 
gercək  və  ya  mifik  xəstəliyin  adıdır  və  fars-tat  mənşəlidir. 
Həmzatdı  sözü  Azərbaycan  dialekt  və  şivələrində  də  qeydə 
alınmışdır  (7,  220).  Tat  dilində  bu  söz  ikinci  alınma  hesab 
edilə bilər.
İncəvora  «nə  yaxşı  ki»,  «xoşb əxtlikdən»  (Lah.).  İncəvora 
man  iş  bə  vaxti  Aydinə  dirum  «İncəvara,  mən  də  Aydını 
vaxtında  gördüm».  Az ərbaycan  dilinin  dialektlərində  müxtəlif 
morfoloji  formalarda qeydə  alınmışdır (7,  258).
Duruğçi/duruçi/dürügü  «yalançı»,  «fırıldaqçı»  (Sur.). 
Yə  ruz  yə  duruğu  amarən  Surxuni  kutirənli  «Bir  gün  bir  ya­
lançı  Suraxanıya  gəlib  deyir».  Bu  söz  Azərbaycan  dili  dia- 
lektlərindən Naxçıvan  dialektində  qeydə  alınmışdır (7,  158).
Həşivər  «hay-küy  salan»,  «haray-həşir  qoparan»  (Ab., 
Q.,  Qon.  k.).  Belə  düşünmək  olar  ki,  həşivər  sözü  həşir  kökün- 
dəndir. 
Sonuncu  Azərbaycan  ədəbi  dilində  «haray-həşir 
salmaq»  frazeologizminin  t ərkibində  işl ənir.  Məs.:  Aslanı 
yaralayıblar,  -   deyə  haray-həşir  salır  (İ.Əfəndiyev).  Həşir  sö­
zü  ərəbcədən  alınmadır.
O  ki  qaldı  - vər  ünsürünə  o,  qeyri-məhsuldar  şəkilçilər-


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə