Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə14/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

43
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Tat  dilində  təsərrüfatın  müxtəlif  sahələri  ilə  bağlı  külli 
miqdarda  sırf  sahə  söz  və  terminləri  var  ki,  onlar  ancaq  tat 
dilində  işləndiyindən  bu  dilin  spesifik  leksik  layına  aid  edil­
məlidir.  Həmin  sözlər  terminoloji  mahiyyət  kəsb  etdiyindən 
onların  sahə terminləri  kimi  araşırılması  məqsədəuyğundur.
Tat  dilində  hibrid  sözlər
Tat  dili  ilə  Azərbaycan  dili  arasında  əlaqələr  böyük tarixə 
malikdir.  Azərbaycan  dili  ilə  sıx  təmas  tat  dilinin  leksik  fon­
duna  əsaslı  təsir  göstərmişdir.  Nəticədə  Azərbaycan  tatlarının 
dilində  külli  miqdarda  hibrid  sözl ər  meydana  gəlmişdir. Hibrid 
sözlər  tərkib  hissələri  mənşəcə  müxtəlif  dillərdən  olan 
sözlərdir.  Belə  sözlər  dilin  özündə  yarana  bildiyi  kimi,  başqa 
dil  vasitəsi  ilə  də  hazır  şəkildə  alına  bilir.  Qeyd  olu nan  cəhət 
nəzərə  alınarsa,  tat  dilində  Azərbaycan  və  tat  mənşəli  ünsür­
lərdən,  morfemlərdən  təşkil  olunmuş,  eləcə  də,  Azərbaycan 
dili  vasitəsi  ilə  alınmış  hibrid  sözləri  ayırmaq  mümkündür. 
Azərbaycan  dili  vasitəsi  ilə  alınmış  hibrid  sözlərin  tərkibində 
Azərbaycan  dili  və  başqa  dillərin  ünsürlərinin  işlənməsi  özünü 
göstərir.
Hibrid  sözlərin  tərkibində  dilin  özünə  məxsus  elementi 
olduqda  onun  alınma  və  ya  dilin  öz  sözü  kimi  qəbul  edilməsi 
məsələsinə  fərqli  münasibətlər  var.  Bu  məsələ  hibrid  termin­
lərlə  bağlı  terminologiyada  da  üz ə  çıxır  (81,  26).  Dilçi likdə 
hibrid  sözləri  ayrıca  qrupda  birl əşdirmək,  ya  da  işləndiyi  dilin 
öz  sözü  hesab  etmək kimi  fikirlər irəli  sürülür.
Hibrid  sözlər  kök  və  sözdüzəldici  morfemlərdən  təşkil 
olunur.  Tərkib  ünsürlərinin  mənşəyində  özünü  göstərən  fərqlər 
də  bu  ünsürlərin  hansı  dilə  aid  olmasında  özünü  gös tərir. 
Burada  iki  əsas  forma  özünü  göstərir:  1)  sözün  kökü


44
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Azərbaycan  dilinə,  sözdüzəldici  morfem  tat  dilinə  mənsubdur; 
2)  sözün  kökü  tat  dilinə,  sözdüzəldici  morfem  Azərbaycan 
dilinə mənsubdur.
Azərbaycan  tatlarının  müxtəlif  ləhcə  və  şivələrində  işlə­
nən  birinci  tərəfi  Azərbaycan  dilindən  alınma,  ikinci  tərəfi  tat 
dilinə  məxsus,  köməkçi  fel  olan  analitik  fell ərdə  maraqlı 
xüsusiyyət  aşkara  çıxır.  Birinci  t ərəf,  bir  qayda  olaraq,  -mış/- 
miş/-muş/-müş  şəkilçisi  ilə  əmələ  gəlmiş  feli  sifətlə  ifadə 
olunur.  Məsələn;  alışmış  birən  «alışmaq,  öyrəşmək»;  allanmış 
birən  «aldanmaq»;  aldatmış  soxtən  «aldatmaq»;  axmiş  birən 
«axmaq»;  aqnamiş 
birən 
«ağnamaq»; 
inanmış 
birən
«inanmaq»;  inanmiş soxtən  «inandırmaq» və  s.
Ohunçuluq  «dəmirçilik»  (Məl.).  Lahıc  ləhcəsində  «də­
mirçilik»  mənası  həngəri  sözü  ilə  verilir.  Bu  ləhcədə  həngər 
«dəmirçi»  mənasındadır.  «Həng»  sözünün  «dəmir»  mənasında 
olması  şübhə  doğurmur.
Tat  dilindəki  hibrid  sözlər  müxtəlif  leksik-semantik  söz 
qruplarında  da  müşahidə  olunur.  Bir  məfhumun  fərqli  növlə­
rini  bildirmək  üçün  istifadə  olunan  söz  birləşmələrində  tərkib 
hissələrindən  biri  alınma,  o  biri  il ə  tat  mənşəli  olur.  Bu, 
mürəkkəb  sözlərdə  də  özünü göstərir.
Tat  dilində  «alma»  mənası  «sib»  sözü  ilə  ifadə  olunur. 
Bununla  yanaşı,  dildə  müasir  Azərbaycan  dilindən  alınma 
«alma»  sözü  də  işləkdir.  Konkret  nümunələri  nəzərdən  keçirək. 
Qənd  alması  sözü  ümumiran  mənşəli  qənd  və  Azərbaycan 
dilindən  alınma  alma  sözü  əsasında  formalaşmışdır.  Aybalma 
sözü  ayıb  və  alma  sözlərinin  birləşməsindən  əmələ  gəlmişdir. 
Belə  hibrid  sözlər  arasında  Azərbaycan  dilindən  bilavasitə 
alınmış  sözlərlə  əmələ  gələnlər  də  var.  Məsələn:  xürdəantan, 
urusəsib  (rus  alması),  qəndilsinaob və  s.
Tat  dilindəki  alınma  sözlərin  əksəriyyətini  adlar,  xüsusilə


45
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
isimlər  t əşkil  edir.  Dilin  fel  hiss əsi  isə,  demək  olar  ki,  sabit 
qalmışdır.  Burada  hibrid  söz lərin  əmələ  gəlməsi  müşahidə 
olunmur.
Azərbaycan  dilindən  tat  dilinə  «...cüml ə  daxilində  konk­
ret  olmayan  şəxsin  və  ya  başqa  əşyaların  adlarını  bil dirən 
sözlərin  əvəzində  işlənən»  (71,  123)  qeyri-müəyyən  əvəz­
liklərdən  aşağıdakılar  daxil  olmuşdur:  kimsə  «kimsə»,  nəsə/bə- 
zən  bu  əvəzliyin  tərkibindəki    tat  dilinə  məxsus  çü  ilə  əvəz 
olunmaqla  çüsə  şəklində işlənir.
Azərbaycan  dilindəki  kimsə,  nəsə  qeyri-müəyyən  əvəzlik­
ləri  sual  əvəzlikləri  ilə    ünsürünün  birləşməsi  əsasında  for­
malaşmışdır.  Tat  dilindəki  hibrid  sözdə  bu  dilin  sual  əvəzliyi   
ünsürü iştirak  edir:  kisə  «kimsə»,  çüsə  «nəsə» və  s.
Tat  dilində  hibrid  sözlər  daha  çox  fell ərdə  özünü  göstərir. 
Bu  zaman  mürəkkəb  felin  ad  hissəsində  alınma  söz,  tat  dilinə 
məxsus  olan  köməkçi  fellə işlənir.
Əşyanın  iş,  h ərəkət  və  halını  bildirən  alınma  sözlərin  he­
sabına 
yaranan 
hibrid 
fell əri 
leksik-semantik 
cəhətdən 
aşağıdakı  kimi  qruplaşdırmaq  olar:
1.  Hərəkət  fell əri:  ax  birən//axmiş  birən  «axmaq»,  batmiş 
birən  «batmaq»,  kuç  birən//kuçmiş  birən  «köçmək»,  uçmiş 
birən  «uçmaq»,  üzmiş  birən  «üzmək»,  yayilmiş  birən//yoyilmiş 
birən  «yayılmaq», 
çapmiş 
saxtən 
«çapmaq», 
izləmiş
saxtən//izdəmiş  saxtən  «izləmək»,  hucum  saxtən  «hücum  elə- 
mək»,  dulaş  birən//dulaşmiş  birən  «dolaşmaq»,  daxil  birən 
«daxil  olmaq».
2.  İş  felləri:  artirmiş  saxtən  «artırmaq»,  boşləmiş  saxtən 
«başlamaq»,  buraz  dərən  «burazlamaq»,  burmiş  dərən  «bur- 
maq»,  büzmiş  saxtən  «büzmək»,  bükmiş  saxtən  «bükmək», 
qazanc saxtən//qazanmiş saxtən  «qazanmaq».
3.  Nitq  felləri:  qarğuş  saxtən  «qarğımaq»,  vidaləşmiş  bi-



Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə