Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə15/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

46
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
rən  «vidalaşmaq»,  bağırmiş  birən  «bağırmaq»,  çərənləmiş  bi­
rən  «çərənləmək»,  sızıldamiş  birən  «sızıldamaq»,  pıçıldəmiş 
birən  «pıçıldamaq»,  xəbər  ustarən  «xəbər  almaq»,  sual  dərən 
«sual  vermək»,  təhnə  zərən  «tənə  vurmaq»,  qinəmiş  saxtən 
«qınamaq».
4.  Hissiyyat  bildirən  fellər:  utanmiş  birən  «utanmaq», 
qızarmiş  birən  «qızarmaq»,  çəkinmiş  birən  «çəkinmək»,  se­
vinmiş  birən  «sevinmək»,  qəzəblənmiş  birən «qəzəblənmək».
5.  Hal-vəziyyət bildirən  fellər:  üzülmüş  birən  «üzülmək», 
cırələşmiş birən  «cırlaşmaş»,  sinixmiş birən  «sınıxmaq».
6. Təfəkkürlə  bağlı  olan  fellər:  anləmiş  birən  «anlamaq», 
qammiş  birən  «qanmaq»,  düşimiş  birən  «düşünmək».
7.  Səstəqlidi  sözlərdən  düzələn  fellər:  anqirmiş  birən 
«anqırmaq»,  guruldəmiş  birən  «guruldamaq»,  mələmiş  birən 
«mələmək»,  uləmiş  birən  «ulamaq»,  xırıldəmiş  birən  «xırılda­
maq».
Azərbaycan  dili  tat  dilinin  hər  sahəsinə  təsir  etsə  də,  dilin 
fel  hissəsi,  demək  olar  ki,  sabit  qalmışdır.  Bel  ə  ki,  tat  dilinin 
Azərbaycan 
dilindən 
çoxlu 
alınmalar 
qəbul 
etməsinə 
baxmayaraq,  onların  arasında  alınma  fell ərə  rast  gəlmək 
olmur.  Lakin  Azərbaycan  dilindən  feli  sifət  formasında  və 
kökü,  ya  da  əsası  substantivləşməklə  keçən  sözlər  çoxdur. 
Bunlar  dilin  özünəməxsus  felləri  ilə  işlənərək,  analitik  üsulla 
fellərin  yaradılmasında mühüm  rol  oynayır.
Bunlardan  başqa,  dildə  alınma  adlardan  da  analitik  yolla 
fellərin  yaradılmasında  geniş  istifad ə  olunur.  Onların  da  fel 
kimi  formalaşmasında  tat  dilinin  h əm  köməkçi,  həm  də 
müstəqil  mənalı  felləri  həlledici  rol  oynayır.  Onlar  ancaq  ad 
formasında  keçərək,  mürəkkəb  fell ərin  yaranmasında  işti rak 
edir.
Saxtən  «etmək,  eləmək»  köməkçi  feli  ilə  işlənən  alınma-


47
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
lar:  asmiş  saxtən  «asmaq»,  bəxişdəmiş  saxtən  «bağışlamaq», 
buyurmiş  saxtən  «buyurmaq»,  küçürtmiş  saxtən  «köçürtmək», 
ütürmüş saxtən  «ötürmək»,  sınəmiş saxtən  «sınamaq» və  s.
Birən  «olmaq»  köməkçi  feli  ilə  işlənən  fellər:  quşulmiş 
birən  «qoşulmaq»,  daralmiş  birən  «daralmaq»,  darixmiş  birən 
«darıxmaq».
Dərən  «vermək»  feli  ilə  işlənən  fel:  bürmiş/burmiş  dərən 
«burmaq»,  fırlatm iş  dərən  «fırlatmaq»,  əşələmiş  dərən  «eşələ- 
mək».
Qeyd  edilən  fellər  alınma  fel  kökləri  ilə  də  işlənərək,  yeni 
fellər  yaradır.  Bəzi  hallarda  analitik  felin  birinci  t ərkib  hissəsi 
həm  fel  kökü,  həm  d ə  keçmiş  zaman  feli  sifət  forması  ilə  ifadə 
olunur. 
Məsələn: 
dürt 
saxtən, 
dulaş/dulaşmış 
birən
«dolaşmaq»,  dəgiş/dəgişmiş saxtən  «dəyişmək».
Amma  Azərbaycan  dilində  bu  şəkilçi  çoxfunksiyalıdır: 
onun  köməyi  ilə  həm  feli  isim  (feldən  əmələ  gəlmiş  isim),  həm 
də felin  qarşılıq-müştərək məna növü yaranır.
Bəs  belə  bir vəziyyət tat  dilində  necə  əks  olunur? Söz  yox 
ki,  Azərbaycan  dilindən  alınma  adlar  və  fellərin  iştirakı  ilə 
yaranan  fellərin  tat  dilində  müqabilləri  olmuşdur,  yaxud  var. 
Bunu  ondan  bilmək  olur  ki,  həmin  mənalar  və  onların  ifadə 
formaları  başqa  İran  dillərində  Azərbaycan  dilinin  müdaxiləsi 
olmadan  mövcuddur.  Bel ə  olan  halda,  analitik  formalarının, 
özü  də  birinci  tərkib  hissəsi  başqa  dilə  mənsub  olan  formalara 
nə  ehtiyac  var?  Bizə  belə  gəlir  ki,  burada  dilin  işarəvilik  yox, 
kommunikativlik  funksiyası  mü hüm  rol  oynamışdır.  Yəni,  tat 
dilinə  məxsus  olan  sadə  fellərdə  məna  daha  mücərrəd  olub, 
analitik  formadakı  ifadəlilikdən  xali  olmuşdur.  Bu  boşluğu 
analitik forma belə  aradan  qaldırır.
S.Cəfərovun  fikrincə,  hərəkətin  subyekt  və  obyektə  mü­
nasibəti  mənasını  əmələ  gətirən  bu  şəkilçi  qrammatiklikdən


48
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
çox  leksikliyə  doğru  meyl  göstərir  və  onunla  işlənən  söz 
substantivləşməyə məruz  qalır (18,  125).
Bu  qrupa  aid  leksik  vahidlərə  dildə  çox  az  təsadüf etmək 
olur.  Bunlardan  aşağıdakıları  qeyd  edə  bilərik:  qəriş  saxtən 
«qarışdırmaq»,  qəriş 
birən 
«qarışmaq», 
guzət 
saxtən
«gözləmək»,  sataş  birən  «sataşmaq»,  təp  dərən  «təpmək»,  tuş 
saxtən  «tuşlamaq»,  bocər  saxtən  «bacarmaq»,  vuruş  birən  «vu- 
ruşmaq»,  quş  birən  «qoşulmaq»,  quş  saxtən  «qulaq  asmaq»  və 
s.
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  sözlərin 
hesabına  olur.  Alınma  adlar  birinci  qrup  lekseml  ər  kimi,  dilin 
özünə  məxsus  köməkçi  və  müstəqil  mənalı  fellərinə  yanaşaraq, 
mürəkkəb  quruluşlu  fellər  yaratmağa  xidmət  edir.  Felin  ad 
hissəsi  effektivliyi  təmin  edir,  köməkçi  felsə  buna  prosesuallıq 
mənasını  əlavə  edir.
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  olan  söz­
lərdən  dilin  özünə  məxsus  saxtən  «etmək»  köməkçi  feli  ilə 
hibrid  mürəkkəb  fel  əmələ  gətirir:  rəhbəri  saxtən  «rəhbərlik 
etmək»,  sakit saxtən  «sakit etmək», yovoş saxtən  «yavaşımaq».
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  sözlərdən 
dilin  özünə  məxsus  birən  «olmaq»  köməkçi  feli  ilə  düzələn 
hibrid  mürəkkəb  fell ər:  şahad  birən  «şahid  olmaq»,  qohum 
birən  «qohum  olmaq»,  səhəb  birən  «sahib  olmaq»,  alt-üst 
birən «alt-üst olmaq»,  ağ birən «ağ  olmaq» və  s.
Analitik  üsulla  düzələn  fellərin  müəyyən  hiss əsi  isə  alın­
ma  sözlərlə  tat  dilinə  məxsus  müstəqil  mənalı  fellər  hesabına 
düzəlir.  Cümlə  daxilində  müstəqil  məna  ifadə  edən  bir  sıra 
fellər  müxtəlif  nitq  hissələrinə  mənsub  alınma  sözlərlə 
işlənərək,  mürəkkəb  fellər  əmələ  gətirir.  Bu  zaman  həmin 
fellər  öz  həqiqi  mənasını  itirərək,  məcazi  mənada  işlənir.  Tat 
dilinə  məxsus  müxtəlif  müstəqil  fellərin  iştirakı  ilə  əmələ


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə