Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə16/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

49
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
gələn  fellər  az  deyil.  Onları  tat  dilinin  müstəqil  mənalı  fellərin 
əsasında  aşağıdakı  kimi  qruplaşdırmaq  olar.
1.  Kəndən  «çıxar/t/maq»  feli  ilə  düzələnlər:  qəral  kəndən 
«qərar çıxar/t/maq»,  hüküm kəndən «hökm  çıxar/t/maq».
2.  Girorundən  «keçir/t/mək»  feli  ilə  düzələnlər:  yoşəyiş 
girorundən  «yaşayış  keçir/t/mək»,  döüran  girorundən  «dövran 
keçir/t/mək»,  vəxt girorundən  «vaxt keçir/t/mək».
3.  Dirən  «görmək»  feli  ilə  düzələnlər:  həzurluğ  dirən 
«hazırlıq  görmək»,  məsləhət dirən  «məsləhət görmək».
4.  Narən  «qoymaq»  feli  ilə  düzələnlər:  məzəndə  narən 
«məzəndə  qoymaq»,  nirx  narən  «nırx  qoymaq»,  münnet narən 
«minnət  qoymaq»,  vəxt narən  «vaxt qoymaq».
5.  Amorən  «gəlmək»  feli  ilə  düzələnlər:  güc  amorən  «güc 
gəlmək»,  hərbə  amorən  «hərbə-zorba  gəlmək»,  hədə-qurxu 
amorən  «hədə-qorxu gəlmək».
6.  Kəşirən  «çəkmək»  feli  ilə  düzələnlər:  k e f kəşirən  «kef 
çəkmək»,  ziyan  keşrən  «ziyan  çəkmək»,  misal  keşirən  «misal 
çəkmək»,  qul  kəşrən  «qol  çəkmək»,  xərc  keşirən  «xərc  çək- 
mək».
7.  Əngəstən  «salmaq»  feli  ilə  düzələnlər:  bağ  əngəstən 
«bağ  salmaq»,  dəvo  əngəstən  «dava  salmaq»,  düşmoni  əngəs- 
tən  «düşmənçilik salmaq».
8.  Avardən  «gətirmək»  feli  ilə  düzələnlər:  misal avardən 
«misal  gətirmək»,  xəbər avardən «xəbər gətirmək».
9.  Giriftan  «tutmaq»  feli  ilə  düzələnlər:  üstün  güftən 
«üstün  tutmaq»,  hürmet  güftən  «hörmətini  tutmaq»,  pulan 
güftən  «plan tutmaq»  və  s.
10.  Dirmorən  «çıxmaq»  feli  ilə  düzələnlər:  şərik  dirmo- 
rən  «şərik  çıxmaq»,  xoyin  dirmorən  «xain  çıxmaq»,  düşman 
dirmorən  «düşmən  çıxmaq»  və  s.
11.  Dərən  «vermək»  feli  ilə  düzələnlər:  təhvil dərən  «təh-


50
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
vil  vermək»,  salam  dərən  «salam  vermək»,  cob  dərən  «cavab 
vermək»,  icazə  dərən  «icazə  vermək»,  ses  dərən  «səs  vermək», 
xəbər dərən  «xəbər vermək», fik ir dərən  «fikir vermək»  və  s.
12.  Zərən  «vurmaq,  çalmaq»  feli  il ə  düzələnlər:  güllə  zə- 
rən  «güllə  vurmaq»,  zırna  zərən  «zurna  çalmaq»,  təhnə  zərən 
«tənə  vurmaq»,  zəng  zərən  «zəng  vurmaq/çalmaq»,  qanat 
zərən  «qanad çalmaq»  və  s.
13.  Vəgüftən  «götürmək»  feli  ilə  düzələnlər:  sügüş  vəgüf- 
tən  «söyüş  götürmək»,  məhsul  vəgüftən  «məhsul  götürmək», 
mənfəət vəgüftən  «mənfəət götürmək».
14.  Ustarən  «almaq»  feli  ilə  düzələnlər:  xəbər  ustarən 
«xəbər almaq»,  qimet ustarən  «qiymət  almaq».
15.  Vokardən  «açmaq»  feli  ilə  düzələnlər:  qul-qanat  vo- 
kardən  «qol-qanad  açmaq»,  məclis  vokardən  «məclis  açmaq», 
ustul  vokardən  «stol  açmaq».  Ustul  vokardən  mürəkkəb  felinin 
formalaşmasında 
olduqca 
maraqlı 
linq vistik 
hadisə 
ilə 
qarşılaşırıq.  Məlum  olduğu  kimi,  rus  dilindən  Azərbaycan  dili­
nə  iki  söz  keçmişdir:  stol  və  stul.  Stol  sözünün  ifadə  etdiyi 
əşya  yemək-içmək  üçün  nəzərdə  tutulmuş  və  istifadə  edilən 
mebel  növüdür  (hərçənd yazı  stolu  deyilən  əşya  da  məlumdur). 
Stul  isə  oturmaq  üçün  istifadə  edilən  əşyanın  adıdır. 
Azərbaycan  dilində  bu  sözlər  öz  ilkin  orfoqrafiyasını  saxlasa 
da,  danışıqda  vəziyyət  bir  qədər  başqa  cürdür:  stol  sözü  istol 
şəklində  tələffüz  olunur  və  çox  vaxt  bu  forma  hər  iki  əşyaya 
(stola və  stula)  aid  edilir.
Tat  dilində  ustul  vokardən  mürəkkəb  feli  elə  tərtib  edil­
mişdir  ki,  ustul  sözü  stol  sözündən  çox  stul  sözünə  yaxındır, 
amma  bu,  «stol»  təsəvvürünün  nəzərdə  tutulduğunu  başa  düş­
məyə mane  olmur.
16.  M undən  «qalmaq»  feli  ilə  düzələnlər:  məhtəl mundən 
«məəttəl  qallmaq»,  ağlər mundən  «ağlar qalmaq».


51
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
17. 
Bəstən  «bağlamaq»  feli  il ə  düzələnlər:  dogovor  bəs- 
tən//müqavilə  bəstən  «müqavilə  bağlamaq»,  şərt  bəstən  «şərt 
bağlamaq».
Burada  da yenə  də  maraqlı  bir  dil  hadis əsi  ilə  qarşılaşırıq: 
bəstən  feli  biri  ərəb,  o  birisi  isə  rus  mənşəli  sözlərlə  mürəkkəb 
fel  əmələ  gətirmişdir.  Amma  bu  formaların  hər  ikisinin 
əsasında  Azərbaycan  ədəbi  dili  (müqavilə)  və  loru  danışıq 
dilinə  (doqovor)  mənsub  olan ifadə  formaları  dayanır.
İki  və  daha  artıq  sadə  sözün  birləşməsi  ilə  əmələ  gələn 
mürəkkəb  sözlərin  də  tərkib  hissələrinin  mənşəcə  müxtəlif  dil­
lərə  aid  olması  nəticəsində  hibridləşmə  baş  verir.  Tat  dilində 
hər  iki  tərkib  hissəsi  isim  olan  mürəkkəb  isimlərdən  zanəmi 
«əmiarvadı»  (tat.  zən  «arvad»  və  az.  əmi),  küxala  «xalaoğlu» 
(tat.    «oğul»  və  az.  xala),  küəmi  «əmioğlu»,  isimlə  feli 
sifətdən  əmələ 
gəlmiş 
atributiv 
isiml ərdən 
qeytanbof
«qaytantoxuyan»  (az.  qaftan,  tat.  bof  «toxuyan),  taxtavəy 
«yunu  tell  edən  alət»  (toxuculuq  termini  -   az.  taxta  və  tat. 
vəy),  gülləbur  «gülləkəsən  alət»  (az.  güllə,  tat.  bur  «kəsən»), 
sifətlə  ismin  birləşməsindən  yaranan  mürəkkəb  isimlərdən 
alagünə  «alyanaq»  (az.  ala,  tat.  günə  «yanaq»),  çöyrəçim 
«göygöz»  (az.  göy,  tat.  çim  «göz»),  kələmi  «böyük  əmi»  (az. 
əmi,  tat.  kəl «böyük»),  siyətum  «qara toxum»  (az.  tum,  tat.  siyə 
«qara»),  yaxınmənalı  sözlərdən  yaranan  mürəkkəb  isimlərdən 
çül-biyaban  «çöl-biyaban»,  xori-hava  «yer-göy»,  iki  isim  və 
«bə»  önqoşması  ilə  yaranan  mürəkkəb  sifətdən  çumoq  bə  dəst 
«əliçomaqlı»,  kamun  bə düş «çiyni  kamanlı»  hibrid  sözlərdir.
Burada  belə  bir  məsələyə  aydınlıq  gətirmək  lazımdır.  Tat 
dilində  analitik  fellərin  birinci  tərəfinin  Azərbaycan  dilindən 
alınma  sözlərlə  ifadə  olunmasından  danışarkən  belə  bir  fakta 
göz  yümmaq  lazım  deyil  ki,  Azərbaycan  dilinin  özündə  bu 
sözlərin  bir  çoxu  alınmadır.  Amma  həmin  sözlərin  tat  dilində


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə