Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

67
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili 
könlü,  dili,  xasiyyəti  şahidlik  edə bilər»  («Qutadğu biliq»)  (14,
71).
Buzlamac/buzlamoc  «qalın  yayılmış  xəmirdən  bişirilən 
lavaş  növü».  Azərbaycan  dili  dialekt  və  şivələrində  bozda- 
mac/bozzamac/bozzamaş/bozdamaş 
(«sac  üstündə  bişirilən 
çörək»)  variantlarında  işlənir  (6,  64;  53,  77).  Bozdamac/boz- 
zamac  formaları  bozlamac  sözündəki  z  samitinin  yanaşı  gələn  l 
samitinə  assimilyativ  təsiri  nəticəsində  yaranmışdır.  Tat 
dilində  alınma  sözlərdə  ilk  hecadakı  o>u  səs  əvəzlənməsi 
sistemli  şəkildə  başqa  sözlərdə  də  özünü  göstərir:  qol- 
tuq>qultuğ,  qoç>quç,  qolay>qulay,  qol>qul,  boğma>bugmə, 
qonaq>qunağ və  s.  (55,  8).  Bozlamac  sözünə türk  dilinin  yazılı 
abidələrində,  həmçinin,  dialekt  və  şivələrində,  əsasən,  bazla- 
mac,  bazlama,  bazlambac,  bazlanbac  fonetik  variantlarında 
təsadüf  edilir:  Bozlamac  kim,  Arapça  ona  «hibzu’t -tabık » 
derler,  tabıatı  kurudur  (Edviye,  XIV);  Pişmiş  koyunlar  v ə 
kaymaklar,  peynirler,  bazlambaclar  getirdiler  (Muslim,  XV); 
Varın  imdi  bu  hamırları  dörd  dane  bazlama  idüp  sac  üzerinde 
pişirin  (Bektaş,  XV);  Her  dögün  gögsümün  üstünde  yanık 
bazlamadır.  Sevgi  odiyle  bu  gögsim  dahi  bir  kızğın  sac 
(«Divan-i  türk-i»  Basit,  XVI);  Dediyordim,  odur  derdim  ilacı, 
Teze  soğanla  yumşak  bazlamacı  (Güvahi,  XVI)  və  s.  (78,  471­
472;  131,  587-589).
Həmin  leksik  vahid  «Kitabi -Dədə  Qorqud»un  Drezden  və 
Vatikan  nüsxələrində  azacıq  dəyişikliklə  bazlammac  və 
bazlambac  şəkillərində  işlənmişdir:  Gəldin  ol  kim  solduran 
soldur,  sapadanca  yerind ən  örü  turar,  əlin-yüzin  yumadın 
toquz  bazlammac,  igən  bir  küvlək  yoğurd  gözlər  toyunca  tıqa- 
basa yer...  (53,  136-137).
Yazılı  abidələrdə  sözün  ilk  hecasının  «a»  saiti  il ə  olduğu­
nu  nəzərə  alaraq  bazlamac  formasını  daha  qədim  hesab  edirik.


68
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Bozlamac  formasının  ilk  hecadakı  b  dodaq  samitinin  təsiri  ilə 
nisbətən  sonrakı  dövrdə  yarandığını  söyləmək  mümkündür. 
Görkəmli  türkoloqlar  A.Tietze  və  H.Eren  bazlamac/bazlama 
«sac  ekmeği,  pide;  tatlısı  bol,  kalın  gözleme»  sözünün  türk  dili 
dialektlərində 
eyni 
zamanda  pazlama, 
bezleme 
fonetik 
variantlarında  işl əndiyini  qeyd  edərək,  etimoloji  cəhətdən  türk 
dialektlərində  işlənən pazı  «bir  ekmeklik  hamur  topağı;  yufka » 
sözündən 
-ma/-mac  şəkilçiləri 
vasitəsi 
ilə 
yarandığını
göstərmiş,  pazı  sözünü  isə  yunanca  mazı  «xamır»  sözü  ilə 
əlaqələndirmişlər  (57,  298-299;  133,  45).  A.Tietze  fikrini  isbat 
etmək  üçün  analoji  şəkilçilərlə  yaranmış  cizlama,  çalkama, 
çevirme,  döğme,  bulamaç,  çalkamaç,  doğ ramaç,  döğmeç, 
tutmaç,  dürmeç  və  s.  yemək  adları  bildirən  sözləri  misal  gətir­
mişdir  (139).  Lakin  misallara  diqq ət  etdikdə,  onların  hamısının 
kökündə  müəyyən  əlamətlərlə  bağlı  hərəki  fellərin  dayandığını 
təsbit  etmək  mümkündür:  çalkamaç  çalka  felinə,  döğmeç  döğ 
felinə,  bulamaç  bula  felinə  və  s.  bağlanır.  -ma  və  -mac 
şəkilçiləri  ilə  yaranmış  yemək  adlarının  heç  birisinin  etimoloji 
cəhətdən  isim  kökü  ilə  bağlılığı  müşahidə  edilmir.  Başqa  bir 
tərəfdən,  «xəmir»  mənalı  sözün  əsasında  çörək  növü  bildirən 
leksik  vahidin  meydana  gəlməsi  semantik  cəhətdən  də  özünü 
doğrultmur.  Çünki  təkcə  bazlamac  deyil,  bütün  çörək  növləri 
xəmirdən  hazırlanır.  Buna  görə  də  göstərilən  etimologiya 
bazlamacın  çörək  növü  kimi  özünə  məxsus  əlamətlərini  əks 
etdirə  bilmir.  Bizim  fikrimizcə,  bazlamac/bozlamac  sözü  səs 
təqlidi  yolu  ilə  yaranmışdır.  Türkmən  dilində  səs  təqlidi 
mənşəli  bazla  -   və  bazırda  -   «səs  çıxararaq  yanmaq»  felləri 
vardır  (119,  68).  Bazlamac  sözünün  qədim  mənaları  içərisində 
«yağlı  xəmirdən  hazırlanmış  qalın  lavaş  növü»  mənasının 
üstünlük  təşkil  etməsini  və  yağlı  xəmirin  atəş  üzərində 
bişirilərkən  səs  çıxarmasını  n əzərə  alaraq,  sözün  etimoloji


69
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
cəhətdən  bazla  -   felindən  yarandığını  güman  etmək  olar: 
baz+la+mac.  Müq.et:  cızlama  «yağda  bişirilən  çörək  növü», 
cızbız  və  s.  Əlavə  edək  ki,  Azərbaycanın  bəzi  regionlarında 
eyni  lavaş  növünü  bildirm ək  üçün  bazlamac  yerinə  yanmaq 
felindən  yaranmış yanlama  sözündən  istifadə  edilir.
Tülək  «yunu  təmizlənmiş  dəri»  (Lah.,  Q.,  Dəv.,  Xaçm.).  Bu 
söz  tat  dili  şivələrində  dabbaqlıq  peşəsi  ilə  bağlı  olaraq  yayılmışdır 
(33,  60).  Talış  dilində  həmin  söz  məcazi  məna  kəsb  edərək,  «arıq, 
çəlimsiz»  mənası  ifadə  edir:  Əhmədi  tüləkiş  kardə  «Əhməd  tülək 
olub,  yəni  həddindən  artıq  arıqlıyıb»  (24,  76).  M.Kaşğarlı  lüğətində 
tülə  -   «tükünü  tökmək»  və  tülək  «dördayaqlı  heyvanların  tüklərini 
tökməsi;  qoyun  qırxımı»  mənalarında  işlənən  sözlər  bilavasitə  tat 
dilindəki  tülək  sözü  ilə  bağlıdır.  Tülək  sözünün  kökü    «tük» 
şəklində  M.Kaşğarlı  lüğətində,  habelə  bir  sıra  başqa  yazılı 
abidələrdə  qeydə  alınmışdır  (42,  387;  667;  139,  3865-3867).  Buna, 
əsasən,  sözün etimologiyasını tü+lə+k şəklində izah etmək mümkündür. 
Burada  -lə  isimdən  fel,  -k isə  feldən  sifət  düzəldən  şəkilçidir.  Müq.et: 
kəsik, yanıq, pozuq, əzik və s.
İlk  dövrlərdə  sifət  kimi  işlənən  söz  daha  sonra  substan- 
tivləşərək  semantik  cəhətdən  tülə  -   «tükünü  tökmək»  felinə 
bağlı  proses  adına  çevrilmişdir.  Tülək  sözünün  kökü  olan  tülə 
-   feli  Az ərbaycan  dilinin  Quba,  Şamaxı,  Ş əki,  Qax  şivələrində 
də  «tükünü  dəyişmək,  tükünü  tökmək  (heyvan  haqqında) 
mənası  ifadə  edir  (6,  392).  Eyni  mənalı  tülə  sözünə 
Y.V.Çəmənzəminli  və  Ə.Vəliyevin  əsərlərində  də,  təsadüf 
edilir (8,  217-218).
Əmrəq//əmrag  «dost»,  «yaxın»  (Q.,  Qon.  k.).  Bu  qədim 
türk  sözü  «amraq»ın  fonetik  cəhətdən  dəyişmiş  variantıdır. 
V.Aslanov  bu  sözün  nə  üçünsə  «xəsis»,  «vurulmuş,  eşqə  düş- 
müş»  mənalarında  XVII  əsrə  qədər  işləndiyini,  «amir-//əmir-» 
felindən  törəmə  olmasını,  fars  dilinə  keçməsini  göstərmişdir  (3,


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə