Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)


Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili



Yüklə 53,1 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix20.01.2018
ölçüsü53,1 Kb.
#21798
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

28
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
hon  xuruz-vəçə  bıcəncundənund  «Bayramda  cavanlar  xoruz - 
beçə  döyüşdürürlər»  və  s.  Yoxsa  belə:  «Bayramda  cavanlar 
xoruz-beçə döyüşdürürlər».
Çal  -  «quyu»  (Kilv.).  Müq.et:  fars.  Cah-e  ab  (PRS,  343); 
tac.  çah  (TRS,  252),  dəri.  çəh  (RPDS,  296),  gily.  ça  (GRS, 
343),  puştu.  tsa  (RPDS,  296),  tal.  çol (TRAS,  421).
Biz  bu  münasibətlə  tal.  çölə,  azərb.  çala  sözlərini  də 
qeyd  edə bilərik.
Çeruvu  (yə)  «heyvan»  (Q.).  Baba  bey  Aysel  ə  bare  çeru- 
vuyə  nağul  gof  saxtü.  «Baba  Ayselə  heyvanlar  haqqında  nağıl 
danışdı».
«Heyvan»  mənalı  sözlər  m üxtəlif şəkildə  motivlənmişdir. 
Məsələn,  gilyan  dilində  çarpo  sözü  «dördayaqlı»,  zəbanbəste 
sözü  isə  «dilibağlı»  ifadəsi  ilə  motivlənir.  Azərbaycan  dilində 
də  heyvanı  bildirmək  üçün  «dördayaqlı»,  «dili -ağzı  bağlı » 
təyinlərindən istifadə  olunur.
Bizə  belə  gəlir  ki,  çeruvu  sözünün  çer  tərkib  hissəsi  çə- 
har  (dörd)  sözünün  başqa  fonetik  variantıdır.  İkinci  t ərkib 
hissəsi  isə,  yəqin  ki,  «ayaq»,  «qılça»  m ənasında  işlənən  söz­
dür.
Ç im nüri  «alma  növü»  (Lah.).  Nümun ə:  Bə  Boğ  Mijə  ən 
xuba  si  meyvə  çimnüri  hisob  bəbiran  «Mijə  bağında  ən  yaxşı 
meyvə  çimnüru  hesab  olunur».
Çimxil  «itburnu»  (Lah.).  Nümun ə:  Ə  çimxil  böyrəyə 
nimikirə  be  təmiz  soxtan,  ə  öüyi  be  mədə-boğırsoğ  kor  fidoşta 
bəbiran.  «İtburnudan  böyrəyin  duzunu  təmizləmək  üçün, 
suyundan,  şirəsindən  isə  mədə-bağırsaq üçün istifadə  olunur».
Çıx  «öskürək»  (Lah.).  Tan  sıxan  soxtan  çıx  girift.  «O  da­
nışan kimi  öskürək tutdu».
Sürvə  «öskürək»  (Ab.).  Qəri  şürvə-şürvə  hadi  saxtənbü 
«Qoca öskürə-öskürə  danışırdı».


29
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Dezirən  «sancmaq»  (Ab.).  Firağıstan  «sancmaq»  (Lah.). 
Ənqə  dezirəni  xub  nə  əbirən  «Arının  sancmağı  yaxşı  olmur».
Dirağundan  «basdırmaq»  (Xaç.).  Camaət  kürə  bi,  şüş- 
tünd  ürə  və  kəfən  güftund  urə,  bardind  ki,  dirağunund.  «Ca - 
maat  yığışıb  onu  yudular,  k əfənə  bükdülər,  basdırmağa 
apardılar».
Dülə  qoğal  «iç  qoğal»  (Ab.).  Hərfən:  «iç»  dülə  («ürək») 
sözünün  məcazi  mənasıdır.  Bə  id  Noruz  dülə  qoğal  boş  həmsi- 
ya  impezim  «Novruz  bayramında  qonşularla  birlikdə  içli  qoğal 
(şorqogal) bişiririk».
Dəlnə  (yə)  «qadın»  (Qon.  k.).  İ  ətür  bərey  dəlnəyü  «Bu 
ətir qadın üçündür».
Ərusəmi  «əmidostu».  Mənşəcə  izafət  birləşməsindən 
əmələ  gəlmişdir  (əris-e  əmu).  Tat  dilində  əris/örüs,  «gəlin», 
amu  «əmi»  deməkdir.  Əris/Ərüs/ Ərsəmi/Ərsamu  adları  qız  adı 
kimi  də işlənir.
Futolı  «əvəlik»  (Lah.).  Vaxsim  ye  oş  futolı  bürjünim 
«Duraq bir əvəlik aşı  bişirək».
Füdərən  «söymək»  (Kil.).  Baqqal  hürsi  birə,  füdərə 
dəbrişə.  «Baqqal  hirslənib  dərvişi  söyür».
Fərzənd  «övlad»,  «oğul»  (Q.).  Xub ə  əyal  çü  bəxastən  ə 
mal  piyər  (Atalar sözü)  «Yaxşı  oğul  neynər  ata malını?!».
Hodağa  «elə»  (Ab.).  Sarə  lap  hodağa  n ə  minü.  «Sara  lap 
elə  eləməz».
Hənd  «daxma,  koma»  (Xaç.).  Müq.et:  Bu  hənddən  o  biri 
həndə.  Bu  kənddən  o  biri  kəndə.  Rahat  yollar  ç əkilir 
(M.Müşfiq).  Müq.et:  azərb.  hin  «toyuq  damı».
Həvardən  «yaymaq»  (Q.).  Bəre  arsi  zənun  lavaş  havar- 
dənund.  «Qadınlar toy üçün lavaş yayırdılar».
Hərşəfin  «qızılı»  (<əşrəfi)  (Kil.).  Bi  rav  yeki  rast  imarən 
ki,  niştə  əşrəfin  stola  b ə  səri  «Bu  vaxt  birinə  rast  gəlir  ki,


30
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
oturub  əşrəfi  stolun üstündə».
Həfsər  «yeddibaşlı»  (div  barəsində)  (Kil.).  Mürəkkəb  söz 
olub,  h ə f  (t)  «yeddi»  və  sər  «baş»  sözlərinin  birləşməsindən 
əmələ  gəlmişdir.  Ə  pişe  anu  ye  d ər  bu,  dərə  vakart  vind  ki, 
incə  ye  həfsəri  döü  nişte.  «Qarşısında  bir  qapı  var  idi,  açdı, 
gördü ki,  bir yeddibaşlı div  oturub  .
İnqarçu  «çəngəl»  (Q.).  Bərey  arsi  inqarçu-kardəhanə 
xub-xub  şustim  «Toy üçün  çəngəl-bıçağı  yaxşı-yaxşı  yuduq».
Kutirən  «demək»  (Ab.).  Mola  Nesrəddin  kuti  ki,  sahar 
miye  qazqunə  imbəri  «Molla  Nəsrəddin  dedi  ki,  səhər  gəlib 
qazanı  apararsan».
Küpəz  «varlı»  (Q.).  Əlişirə  bə  dih  ən  küpəzə  ədəmi  çu- 
naxtənund.  «Əlişir kəndin varlı  adamlarından  sayılır».
Voçir  «varlı»  (Ab.).
Küfarə  «beşik»  (Q.).  Ə  küfarə  tə  bə  qabr  elm  vamurind 
(Həzrəti-Əlinin kəlamı).  «Beşikdən  qəbrədək  elm  öyrənin».
Borley  (yə)  «beşik»  (İb.)  (Ab.).
Künd  «dost».  Bu  söz  tat  dilinin  spesifik  leksik  layına 
aiddir.
Künd  biran  «yaxınlaşmaq»  (Kil.).  Bu,  mürəkkəb  söz 
olub,  kund  «yaxın»  və  biran  «olmaq»  felinin  birləşməsindən 
əmələ  gəlmişdir.  Əz  una  bə  də  balca  kuk  rəxtə  düzd  künd birən 
kinə,  xancal  iştənə  kənd.  «Bundan  sonra  kiçik  oğul  ge dir,  oğru 
yaxınlaşan kimi,  xəncərini  çıxarır».
Qall  zərən  «çağırmaq»  (Ab.).  Zərən  «vurmaq»  köməkçi 
felinin  köməyi  ilə  yaranan  mürəkkəb  feldir.  Məs:  Əziz  tünə 
qall  zə,  tü  nə  şiniri.  Əziz  səni  çağırdı,  sən  eşitmədin».  Tat 
dilinin  Lahıc  ləhcəsində  bu  söz  «qiyə  zərən»  formasında  qeydə 
alınmışdır.
Qartxundum  «borc  verən»  (Xızı).  Yə  ruz  Malla  Nasra- 
din  fikir naha  ki:  Mi  ki,  ba xunə  niştən,  heizim  qartxundum  mi


Yüklə 53,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə