Genel müZİk eğİTİMİnde gelenekselmüZİkleriMİZİn yeri ve önemine genel bir bakiş



Yüklə 38,71 Kb.
tarix25.06.2018
ölçüsü38,71 Kb.
#51448


Genel Müziği Eğitimi 

 

113 



 

 

AZƏRBAYCAN MILLI MUSIQI ALƏTLƏRI ÜÇÜN YENI 



REPERTUAR YARANMASI  

Öğr.Gör. Farah ALİYEVA 

 

 



XX  əsr Azərbaycan musiqi mədəniyyətində taleyüklü yeniləşmə 

prosesləri, ilk növbədə,musiqi yaradıcılığı  və ifaçılığı sahəsində Avropa 

ənənələrinin fəal təsiri ilə  əlamətdardır. Bu proses milli bəstəkarlıq 

məktəbinin yaranması, millimusiqi eyitim təhsilinin qurulması - milli və avropa 

alətləri ilə yanaşı milli çalğı alətlərindəifaçılıqtədrisinin yeniləşmiş, müasir 

tərzdə yönətilməsi ilə müşayiət olunurdu. Bu isə öz növbəsində milli musiqi 

alətlərinin  ənənəvi mövcudluq formalarında və ifaçılıq repertuarında böyük 

dəyişiklikləri şərtləndirdi. 

 Milli  bəstəkarlıq məktəbinin  əsasını qoymuş , Şərq və türk musiqi 

dünyasının dahi bəstəkarı, pedaqoqu, musiqi-ictimai xadimi, musiqişünas 

alimi Üzeyir bəy Hacıbəyov artıq ilk operası ilə Avropa ilə Azərbaycan musiqi 

formalarının orijinal sintezini təqdim etdi. 1908-ci ildə tamaşaya qoyulmuş 

“Leyli və  Məcnun” operası muğam-opera janrının ilk nümunəsi idi. Üzeyir 

Hacıbəyov Avropadan gəlmə opera janrını korkoranə milli mədəniyyətə daxil 

etməmiş, bu janrın milli növünü yaratmışdır. Operada vokal formalar - ariya, 

ariozo, reçitativ, ansambl səhnələrifunksiyalarını tarın müşayiəti ilə oxunan 

muğam parçaları yerinə yetirirdi. Bu, milli çalğı alətləri tarixində yeni bir 

mərhələni açdı. Tar, daha sonra kamança simfonik orkestr alətləri sırasına 

qoşuldu. Bu isəmilli çalğı alətlərini yeni ifaçılıq, janr, ansamblsisteminə 

qoşulması demək idi. Azərbaycan bəstəkarlarının bütün muğam 

operalarında tar əvəzolunmaz alət kimi zəruri idi. Bu dövrdə tarın not 

partiyası hələ yox idi və ifaçılar öz ənənəvi musiqisini ifa edirdilər. Lakn artıq 

simfonik orkestrin tərkibində tarzənin oturması heç kəsə  təəccüblü 

görünmürdü. Bu təşəbbüs - milli alətlərin simfonik orkestr tərkibinə daxil 

edilməsi çox cəsarətli və uzaqgörən bir addım oldu. Azərbaycan musiqi 

dairələrindəmilli alətlərdə not sisteminin tətbiqi ilətədris haqda rəylər 

deyilməyə başlandı.  

Artıq 1920-ci ildə Azərbaycanda Sovet hökumətində təhsil məsələləri ilə 

məşğul olan dövlət orqanıXalq Maarif Komissarlığı tərəfindən şərq musiqinin 



Mustafa Hilmi BULUT 

 

114



tədrisi ilə məşğul olacaq“qısa müddətli pedaqoji musiqi kursları yaradıldı” və 

onun rəhbərliyinə ilk azərbaycanlı qadın pianoçulardan biri Xədicə xanım 

Qaibova (o pianoda muğamları improvizasiya edib çalırdı) təyin 

olundu.Məqsəd milli musiqi alətlərin üzrə müəllim hazırlamaq idi. Lakin bu 

tədrisin forma və istiqamətləri tam bəlli olmadığından, xüsusilə  də  tədris 

prosesinin avropa musiqi nəzəriyyəsindən tam ayrı  təsəvvür edilməsi 

kursların qapanması ilə  nəticələndi.1921-ci ildəAzərbaycan Dövlət 

Konservatoriyası yaradılanda avropa musiqi təhsili formatında milli musiqi 

alətlərində tədris də konservatoriya çərçivəsində aparılmağa başlandı.Lakin 

bu zaman bir problem ortaya çıxdı.Şərq şöbəsində təhsil alan öyrəncilər not 

bilmədikləri üçün ilk növbədə bu sahədə elementar bilikləri mənimsəməli 

olurdular. Onlarmuğam ixtisası üzrə təhsil ala bilirdilər. Bu təhsil isə ənənəvi 

olaraq  şifahi  şəkildə - müəllimdən öyrənciyə ötürülürdü. Not sistemi ilə 

tanışlıq sanki sıfırdan başlanırdı.Ali təhsil ocağı kimi konservatoriyanın 

başqa şöbələrində(avropa alətlərində) təhsil alanlar isə artıq həm elemantar 

nəzəriyyəni , həm musiqi ədəbiyyatı ilə tanış idilər.Milli  şöbədə  təhsil 

alandların konservatoriya proqramını ödəməməsi məsələsi qalxdı.Bu 

obyektiv səbəblərin aradan qaldırılmasıüçün müxtəlif yollar təklif edilirdi. Milli 

alətlərin tədrisində not sisteminin mümkün olmadığını, bu sahədə not 

sistemindən istifadənin guya milli musiqinin tənəzzülə  kətirib çıxarmasını 

səbəb gətirənlər xüsusi bir şərq konservatoriyasını yaratmaq təşəbbüsü irəli 

sürürdülər. Bu fikrə qarşı Üzeyir bəy çıxış edir və yazırdı: : “Biz 

azərbaycanlılarözümüz şərq əhlindən olduğumuza görə musiqi təhsili işində 

Şərq musiqisinə laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa 

etməmiş olarıq. Tar isə Şərq musiqi təhsilini genişləndirə biləcək alətlərdən 

ən qiymətlisi,  ən mühümüdür”. Konservatoriya çərçivəsindən milli şöbənin 

çıxarılmasına və ayrılıqda  Şərq konservatoriyasının fəaliyyət göstərməsiisə 

milli çalğı alətləri ixtisası izrə  təhsil alanlarıavropa nəzəriyyə, bəstəkarlıq, 

yeni tipli ifaçılıq sahələrindən ayıracaqdır.Üzeyir Hacıbəyovun əsas məqsədi 

isəsadəcə tar, kamança müəllimləri, ifaçıları yetişdirmək deyil, onların 

sırasından bəstəkarlar , nəzəriyyəçilər, dirijorlar, bir sözlə Azərbaycan 

musiqisini praktik kimi bilən , bu musiqinin ruhunu , qanunlarını bilərək 

avropa ilə milli üslubun sintezini əks etdirənkadrlar yetişdirmək idi. Bu addım 

bir neçə ildən sonra artıq bəhrəsini verdi. Milli şöbədə  təhsil alan 

azərbaycanlı musiqiçilər sırasından sonralar dünya miqyasında tanınmış 

bəstəkarlar - Fikrət  Əmirov (onun adı ilə yeni bir janr - simfonik muğam 

yarandı  və dünyanınkonsert salonlarını  fəth etdi ), Arif Məlikov (onun 

“Məhəbbət  əfsanəsi” baleti dünyanın 70-dən artıq ölkəsində göstərilmişdir), 

Səid Rüstəmov ( tarda ilk tədris məktəbi vəəsərlərin müəllifi ), Əşrəf Abbasov 

(simfonik, balet əsərlərinin müəllifi), Hacı Xanməmmədov ( tar və simfonik 

orkestr üçün ilk konsertin müəllifi), Süleyman Ələsgərov ( simfoniya, opera 

ilə yanaşı xalq çalğı alətləri üçün xeyli sayda əsərlərin müəllifi) müasir 

bəstəkarlıq məktəbinin nümayəndələrindən Ramiz Mirişli (kamança və 

orkestr üçün konsert), Cavanşir Quliyev (avanqard bəstə texnikaları ilə milli 




Genel Müziği Eğitimi 

 

115 

çalğı alətləri - zurna, tar, saz üçün yazılmış orijinal əsərlər), Məmməd 

Quliyev, Nəriman Məmmədov və b. ilk təhsillərini məhz milli alətlər 

şöbəsində başlamışlar.  

 Beləliklə, məhz bu strateji məqsədləri nəzərdə tutan Üzeyir 

Hacıbəyovmilli alətlərin tədrisini Azərbaycanda qəbul edilmiş üçpilləli musiqi 

təhsili sisteminə qoşmaq üçün 1922-ci ildə“Türk (yəni Azərbaycan) musiqi 

texnikumu”nu yaratdı : burada ibtidai və orta təhsil pilləsi var idi.Bu 

texnikumda tədris iki istiqamətdə aparılırdı:ənənəvi tədris repertuarı muğam 

dəstgahları, kiçik həcmli muğamlar, zərbi-muğamlar, rənglər, təsniflərlə 

təmsil olunurdu. Notla tədrisi Üzeyir Hacıbəyov aparırdı. Milli alətlər üçün 

notla tədrisin perspektivlərini Ü.Hacıbəyovdərindən duyurdu. Məqsəd kimi 

yalnız Azərbaycan musiqisini deyil, dünya musiqisini də öyrənib, anlayan, ifa 

edə bilən müasir ifaçı yetişdirmək idi. İlk mərhələdə tar, kamança üçün heç 

bir vəsait olmadığı üçün əsas məsələ  tədrisin bu forması üçün repertuarın 

yaradılması oldu. Ü.Hacıbəyov tar üçün ilk açar sistemi (metso soprano) 

yaradaraq, skripka üçün nəzərdə tutulmuşDulovun məşğələ  dəftərindən , 

Azərbaycan xalq mahnılarının, rənglərinin, rəqs havalarının işləmələrindən 

istifadə edirdi. 

1931-ci ildə notlu xalq çalğı aləğləri orkestrinin yaradılmasıhəm ifaçılıq, 

həm tədris, həm də  bəstəkaryaradıcılığı sahəsində yeni bir təkan verdi.Bu 

orkestrin yaranması ilə milli alətlər, xüsusilə  dəonların tədrisi formaları 

ətrafında gedənmübahisələrə son qoydu. Əvvəlcə 22 nəfərdən ibarət 

orkestrin tərkibində tar, kamança, balaman,nağara, dəf, qarmon kimi alətlər 

təmsil olunmuşdu. Hal-hazırda bu orkestrdə dörd qrup alətlər var : mizrablı 

alətlər (tar, saz, qanun, ud, dütar), kaman alətləri (kamança), nəfəsli alətlər 

(balaman, tütək, zurna), zərb alətləri (dəf, nağara, qoşa nağara) vəharmonik 

dayaq verən fortepiano. Təcrübəli ifaçılarla yanaşı orkestrə artıq musiqi 

məktəblərində oxuyan yeni nəsil cəlb edildi. Orkestrdə  işləmək üçün artıq 

elementar nəzəriyyə, notu üzdən oxumaq, orkestr çalğısı vərdişlərinə malik 

ifaçılar lazım idi. Beləliklə, azərbaycanda milli alətlərin tədrisininikinci mühüm 

tərkib hissəsinin zəruriliyinin isbata ehtiyacı qalmadı.  

Əsas məsələ - repertuar məsələsi idi. Nə çalmalı?Üzeyir Hacıbəyov bu 

sahədə də ilk addım atdı: xalq çalğı alətləri üçün iki fantaziyasonradan gənc 

bəstəkarların bu istiqamətdə  əsərlər yazmağına təkan verdi. Xalq çalğı 

alətləri orkestrinin digər bir mühüm vəzifəsi azərbaycanlı dinləyicilərini 

çoxsəsli orkestr səslənməsinə,xalq çalğı alətlərini isə avropa bəstəkarlarının 

musiqi üslubuna alışdırmaq, xalq çalğı alətlərinin isə bu musiqini də ifa 

etmək imkanına malik olmasının göstərmək idi. Məhz bunun üçün qərbi 

avropa və rus bəstəkarlarınınbir sıra  əsərləri də orkestr üçün işlənilərək 

səsləndirilirdi. 

 İndi bəstəkar yaradıcılığında simfoniya, konsert, opera, balet, avropa 

alətləri üçün müxtəlif janrlı  əsərlər ilə yanaşı bu orkestr, tar, kamança, 




Mustafa Hilmi BULUT 

 

116



qanunu üçünyazılmış onlarca əsərlər var. Təkcə tar tədrisinin repertuarında 

20 konsert vardır.  İlk konsert hələ 1952=ci ildə Qara Qarayevin tələbəsi 

görkəmli bəstəkar, xalq artisti Hacı Xanməmmədov tərəfindən yazılmışdır. 

Ondan sonra S.Rüstəmov, S.Ələsgərov, T.Bakıxanov, C.Cahangirov, 

Z.Bağırov, N.Məmmədov,  Ə.Rəhmətova, M.Umudov və b. Tar və orkestr 

üçün konsertlər bəstələmişlər.  İlli çalğı alətləri üçün kiçik formalı orijinal 

əsərlər- fantaziya, prelüd, sonatina, sözsüz mahnı, proqramlı miniatürlərdə 

çoxdur. S.Ələsgərovun tar və fortepiano üçün “Daimi hərəkət”, “Tarantella”, 

“Sözsüz mahnılar”, “İntermetso”, Həsən Rzayevin “Rəqs-tokkata”, 

N.Əliverdibəyovun “Qaytağı”, S.İbrahimovanın tar və kamera orkestri üçün 

poeması, V.Allahverdiyevin tar və fortepiano üçün balladası, E.Mənsurovun 

“Saqinamə”  əsəri, M.Quliyevin, A.Gəray məmmədbəylinin pyeslərini, Xalq 

çalğı alətləri orkestri üçün süitalar, pyeslər, fantaziyalar. Milli çalğı alətlərinin 

tədris və konsertrepertuarında Qərbi Avropa bəstəkarlarının ən müxtəlif janrlı 

əsərlərinin köçürmələri tədris və konsert repertuarında geniş istifadə olunur. 

Bu, həm ifaçıların musiqiçi kimi dunyagörüşünün genişlənməsində, onların 

dünya musiqi ədəbiyyatı ilə yaxından tanış olmasında önəmli rol oynayır, 

həm də onların repertuarını xeyli genişləndirir. Nəzərə alsaq ki, milli şöbədə 

təhsil alan öyrəncilər digər ixtisaslarda olduğu kimi milli musiqinin nəzəriyyəsi 

vətarixini keçdikləri kimi,avropa solfecio, harmoniya,musiqi təhlili , qərbi 

avropa musiqi tarixi, ümumi fortepiano fənlərini keçirlər,bütün bu 

biliklərinqavranılmasında onların həm də bu əsərləri ifa etməsi çox böyük rol 

oynayır. Onlar Baxın , Mosartın, Mendelsonun, Haydnın, Vyetanın, Bramsın 

və bir çox başqa bəstəkarların musiqisini ifa edirlər. Bundan başqa 

Azərbayjan bəstəkarlarının müxtəlif janrlarda - orera, balet, avropa alətləri 

üçün  əsərlər, mahnılar da milli alətlər üçün köçürülərək daim 

səslənir.Azərbaycan bəstəkarları fortepiano və xalq çalğı alətləri orkestri 

üçün konsert, poema, fantaziyalar yazır, kantata, xor əsərlərinin ifasında 

orkestr geniş istifadə olunur.Qeyd edək ki tədrisdə texniki çalğı  vərdişlərini 

formalaşdıran etüd repertuarı var. S.Rüstəmovun, A.Gərayın etüdləri , 

qammaların çalınması texnikanın inkişaf etdirilməsinin əsasında durur. Eyni 

zamanda avropa repertuarından fortepiano, skripka üçün konsertlər xalq 

çalğı alətləri orkestrinin müşaiyəti ilə  işlənilir və ifa olunurdu. Muğam 

dəstgahlarının tar, kamança, balaman və orkestr üçün işlənmələri də 

olduqca orijinal ifa forması idi. Rəng, dəraməd, diringə, zərbi muğamların 

ritmik partiyası orkestr tərəfindən notla çalınır, muğam  şöbələrini solo 

improvizasiya edilirdi. Bu işləmələri S.Rüstəmov etmişdir. Müasir dövrdə yeni 

ansambllar - (tar, kamança və fortepiano) yaranır.Beləliklə müasir mərhələdə 

milli alətlərdə  tədrisin formaları -“notlu ixtisas”, muğam ixtisası , xalq çalğı 

orkestri sinfi, orkestrləşdirmə və dirijorluq sinfi və ixtisası da mövcuddur. 

Milli musiqi alətləri üçün repertuarda son illər müasir avanqard musiqi 

məcrasına aid edilən  əsərlərdə  də tar, saz, kamança, zurna, qanun, milli 

zərb alətlərindənistifadə edilməsiböyük maraq maraq doğurur. Bu 



Genel Müziği Eğitimi 

 

117 

istiqamətdə Cavanşir Quliyevin əsərləri xüsusi əhəmiyyətə malikdir. Onun 

saz və skripka üçün Sonata, zurna və simfonik orkestr üçün Uvertüra 

əsərlərində milli alətlər üçün kifayət qədər mürəkkəb partiya 

yazılmışdır.F.Qarayevintar, alətlər ansamblı, qiraətçi üçün “Muğam, xütbə və 

surə” kompozisiyası, F.Əlizadənin “Ölümsüzlüyə səyahət” oratoriyasında da 

tar  əhəmiyyətli rol oynayır. Bu əsərlər tədris prosesində çalınmasa da 

şübhəsiz ifaçıların muasir yazı texnikası ilə tanışlığını  şərtləndirir. Müasir 

bəstəkarların milli alətlərə diqqətinin son dərəcə artmasıartıq müasir 

dünyamızda kurəsəlləşmənin basqısına bir reaksiya kimi də qiymətləndirilə 

bilər. Milli ənənələrin rəngarəng formalarda təmsil olunması tendensiyasının 

ən parlaq nümuməsi kimi milli musiqi alətlərini istifadəsi ilə yazılmış  və 

Avaropa festivallarında ifa olunaraq alqışlanan avanqard istiqamətli 

əsərlərdir.  

 

 



Biblioqrafйa: 

1.Ц.Щajıbяйov. Azяrbaйjanda musiqi tяrяqqisi. Яsяrlяri. 2-ji jild. B., 1965. 

2.O.Orxanbяйli. tar tяdrisinin metodikası. B., 1976. 

3.V. Яbdцlqasımov. Azяrbaйjan tarı. B.. 1989. 

4.O. .Quliйev. Azяrbaйjan xalq musiqi alяtlяri orkestri. B., 1987 

5. Tar, kamança vя qanun ixtisasları  цzrя maэistr dяrяjяsi alanlar цçцn 

prqram. Tяrtibçi Prof. R.Quliйev B., 1997 

6. Tar, kamança vя qanun kursu цçцn muьam proqramı. Tяrtibçi prof. 

R.Quliйev, B.. 1992 

7. R.Zющrabov. Щajı Xanmяmmяdov. B., 1992 

8. E.Abasova, D.Danilov, L.karaqiçeva. K.Sяfяrяlibяйova.Ц.Щajıbяйov 

adına Azяrbaйjan Dюvlяt konservatoriйası .1921-1971.B., 1972 



 

Yüklə 38,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə