Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   2   3   4   5   6   7   8   9   ...   60

 
7
Ömər bəy fərar edəndən sonra dövləti-Rusiyyə Osman bəyi tutub Sibirə göndərmişdi. 
Cənab Osman bəy də Sibirdən fərar edib, İstambulda qardaşına mülhəqq olmuşdur. Əlan Osman 
bəy döləti - Rumda sahibməvacib kimsənələrdəndir. Və Qustəntəniyyədə mərtəbeyi-muhəndislik 
ilə məşhurdur. Amma Ömər bəyin mərtəbəsi Osman bəydən əladır”. 
Burda adamın yadına müdrik babalarımızdan qalmış bir hikmət düşür: “Ağıllı adamların 
vücudu saf qızıl kimidir, hara getsələr, qiymətləri bilinər”. 
 
*  *   * 
 
Hər bir xalq özünün tarixi abidələri, görkəmli şəxsiyyətləri ilə ölməzdir. Onlar millətin və 
xalqın qədimliyindən, qəhrəmanlığından soraq verir. Fəxrlə demək olar ki, tarixi şəxsiyyətlərdə 
xalqımızın bəxti gətirib. Xüsusilə, qəhrəmanlarımız və  şairlərimiz qibtə ediləcək dərəcədə 
çoxdur. Başqa millətin, başqa xalqın tarixi şəxsiyyətini özününküləşdirmək üçün heç kəsin 
qapısına getməmişik və heç bir millətin oğlunu öz adımıza çıxmaq iddiasında da deyilik. 
Bizdə  Vəkilov familiyası  hər yerdə  fəxrlə  çəkilir. Çünki bu familiya sevimli şairimiz 
Səməd Vurğuna məxsusdur. Hələ ötən  əsrin  əvvələrində bu familiyanı daşıyan görkəmli  şair, 
dövlət xadimi, hərbçilər olub. Onlardan biri də Krım muharibəsinin (1853-55-ci illər) qəhrəmanı 
kapitan Mənsur ağa Vəkilov idi. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusu 
komandanın verdiyi əmrdə oxuyuruq: 
“Üçüncü süvari-musəlman (Azərbaycan - Ş.N.) alayındakı qazaxlılardan ibarət sotniyanın 
komandiri, kapitan Mənsur ağa Vəkilova “İgidliyə görə” və üstü yazılı dördüncü dərəcəli 
“Müqəddəs Anna ordeni”, Qazax - bəy polusotniyasından olan milis praporşiki Mir Mirzə 
Məhəmməd  Şərif oğluna podporuçik rütbəsi, Borçalı  bəy polusotniyasının vəkili Məmmədşah 
bəy Ağasultanova gümüş temlyak gəzdirmək hüququ və yunker rutbəsi, Qazax bəy 
polusotniyasından Mustafa ağa Eyyub ağa oğluna “İgidliyə görə” və üstü yazılı gümüş medal, 
Qazax sotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gumuş temlyak gəzdirmək 
hüququnda yunkerlik rutbəsi verilsin” (Bax. “Kavkaz” qəzeti, № 85, 24 sentyabr 1855-çi il). 
Professor Satur Arayan özünün 1978-çi ildə  nəşr etdirdiyi “Erməni xalqının tarixi 
taleyində Rusiyanın rolu” monoqrafiyasında (səh. 210-211-də) kapitan Mənsur ağa Vəkilovu 
oxucuya erməni “Martiros Vekilev” kimi təqdim edir. Hələ 1826-cı ildə Şamxor və Gəncə, Lori-
Pənbək rayonunda, Dilican dərəsindəki döyüşlərdə Qazax süvari dəstəsinin iranlılara qarşı 
göstərdiyi qəhrəmanlıqlar xalqımıza yaxşı  məlumdur. Raport və  əmrlərdə kapitan Mənsur ağa 
Vəkilovdan danışılanda “M.Vekilov” yazılırdı. Görünür professor Ağayanın  əlinə girəvə  də 
buradan düşüb. Yuxarıda gətirilən sitat da onun əsassız olduğunu sübut edir. 
Əgər professor Ağayan Alahiddə Qafqaz korpusunun baş komandanı general 
N.N.Muravyovun “Kavkaz” qəzetində  dərc olunmuş  əmrini oxusaydı, görərdi ki, genaral 
N.N.Muravyov kapitan Mənsur ağa Vəkilovun başçılıq etdiyi Qazax süvari dəstəsinin hərbi 
əməliyyatlardakı  qəhrəmanlığını bir neçə  dəfə neçə yüksək qiymətləndirir. Yəqin ki, oxuyub, 
amma onu Mənsur ağa Vəkilovun qəhrəmanlığından çox ad-familiyasını  dəyişdirib “Martiros 
Vekilev”, bəzən də “Vəkilyan” eləmək düşündürüb. Bu isə erməni xəstəliyinə tutulanlardan 
birinin xalqımıza qarşı növbəti “hücumlarından”dır. 
Borçalının Təkli kəndindəki nüfuzlu Yadigarovlar nəsli də adlı-sanlı generallar və 
hərbçilər yetişdirib. Təəssüf ki, bizim qəflət yuxusuna getməyimizdən istifadə edən ermənilər 
onları öz adlarına çıxaraq  “Ediqaryan”,  gürcülər isə “Ediqaraşvili” kimi yazırlar. 
Diqqətlə axtarsaq belə faktlardan lap çox tapmaq olar. 
 
*   *  * 
 
Generallarımız təkcə hərb sahəsində deyil, xalqın maariflənməsi sahəsində də fəal iştirak 
etmişlər. 1849-cu ildə  Şamaxıda məktəb açmağa cəhd edən yerli əhalinin köməyinə general 
İsmayıl bəy Qutqaşınlı, kapitan Şirəli bəy, poruçik Mehdi bəy gəlmişdilər. Bu xeyirxah işdə 
hərbçi oğullarımız  maddi cəhətdən maarifçilərə yaxından kömək etmişlər. 1883-cü ildə 


 
8
Lənkəran məktəbinə mebel əldə etmək üçün polkovnik Miribrahim xan Talışinski iki yüz üç 
manat məbləğində ianə vermişdir. Naxçıvanda general Ehsan xan Kəngərlinin oğlu kapitan 
İsmayıl xan və general Kəlbalı xan dədə-baba mülkünü pulsuz istifadə üçün məktəbə vermişlər. 
General-leytenant  İsmayıl xan 1896-cı ildə Naxçıvandakı “Tərbiyə” məktəbinin 
həyətində öz hesabına hovuz və fəvvarə düzəltdirmişdir. 
Belə hərbçi oğullarımızın həyatına gur işıq tutan məşhur ədəbiyyatşünasımız Firidun bəy 
Köçərli qazaxlı şair Mustafa ağa Nasirin (1824-1883) əsil-nəcabətindən danışanda yazır: 
“Mustafa ağanın padəri - valları podpolkovnik Həsən ağadır ki, o da nəcabətü şücaətdə 
məşhur namdar və öz əsrində sahibi-hökumətü iqtidar bir bəy imiş. Cümlə övladü ənsabı 
cəddibüzürgüvarları Qiyas bəy nisbətlə “Qiyasbəyzadələr” deməklə beynələnam müştəhir və 
bənamdırlar. 
Mustafa ağa Dağıstan davasında çox sədaqət və hünərlər göstərib çin almışdı  və iki il 
Varşavada qalıb rus və firəng dillərini kifayətincə öyrənmşidi. Lakin necə ki, dəfəat ilə təçrübə 
olunubdur, Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrü-qiymətsiz qalıb və hətta 
onun haqqında aşkarən ədalətsizlik vüqua gəlməyə görə, Mustafa ağa öz vətəninə müraciət edib 
və üzlətü fərağət guşəsini ixtiyar qılıb, vaxtlarını ibadətdə və təhsili-ülumu maarifdə keçiribdir.” 
Xalqımızın taleyində müəyyən xidmətləri olmuş general oğullarımızın haqqını dana 
bilmərik. Kimə daha çox xidmət etmələrindən asılı olmayaraq bu generallar, bu hərbçilər bizim 
xalqın, oğullarıdır. Mövcud tarixi şəraiti, inamı, hərbi andı yada salmaqla biz onları haradasa 
buraxdıqları  səhvə görə bağışlamalıyıq. Tariximizin zənginliyi naminə güzəştə getmək 
borcumuzdur. Bunların arasında elələri də olub ki, adını, atasının adını  dəyişsə belə (bunlar 
cəmisi iki nəfərdir - şuşalı  Fərəc bəy Ağayev və bakılı Heybət Heybətov) xalqımıza xidmətdə 
dönük çıxmayıblar. Bunların haqqında ruslar ona görə yazmırlar ki, Azərbaycan xalqının 
oğludurlar. Biz də yazmırıq ki, “dönük” çıxıblar. Bəs onda necə olsun? Bu general oğullarımızın 
həyat yolu öyrənilməsin? Bax, elə burda xalq yazıçımız İsmayıl Şıxlının sözlərin xatırlamamaq 
olmur. 
“Hər fərdin bioqrafiyası olduğu kimi, hər nəslin də özünə  məxsus bioqrafiyası var. Bu 
bioqrafiyalar müxtəlif şəraitdən, müxtəlif tarixi dövrlərdən keçdiyi üçün müxtəlifdir. İnsanların 
taleyi olduğu kimi, nəsillərin də taleyi var. Bu taleləri sonradan pisləmək, yaxud dəyişdirmək 
olmaz. Onların üstündən xətt də  çəkmək olmaz. Onları necə varsa, eləcə  də  qəbul etmək 
lazımdır.  Əgər sonradan gələnlər özlərindən  əvvəlkiləri inkar etsələr, onu yoxa çıxartmağa 
çalışsalar, tarixin mərhələlərində bir boşluq əmələ gəlir” (“Bakı” qəzeti, 29 sentyabr 1987-ci il). 
Siz bu kitabda hər bir azərbaycanlı generalın başqa təltifatlarla yanaşı Müqəddəs Anna 
ordeni ilə təltif olunduğuna mütləq rast gələcəksiniz. Şübhəsiz ki, təəccüb edəcəksiniz. Bunun da 
səbəbi var. 1815-ci ildə təsis olunmuş bu ordenlə rus ordusunda ilk dəfə qəhrəmanlıq göstərən 
qeyri-xristianlar təltif olunurdu. Bu da müsəlmanlara inamsızlığın birforması idi. 
Rus-yapon müharibəsi hələ yenicə başlayanda batareya komandiri kapitan Əliağa 
Şıxlinski göstərdiyi rəşadətə görə Peterburq Georgi Dumasının qərarına  əsasən dördüncü 
dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir. Lakin təkcə Şıxlinskinin özü yox, hətta onun rus 
zabit dostları və komandiri belə bir təltifatın Şıxlinski kimi cəsur zabitə verilməsini təhqir hesab 
edirlər. Haqsızlığa bax ki, Şıxlinskinin tabeliyində olanlar belə ondan yüksək ordenlə  təltif 
olunmuşdular. 
“Yaponların böyük bir hüçumu dəf edildikdən sonra, bir neçə gün sakitlik oldu. Qərb 
cəbhəsinin rəisi, briqada komandiri polkovnik Vladimir Aleksandroviç İrman  şərq cəbhəsi ilə 
tanış olmaq üçün yanımıza gəldi. Bir qədər bizimlə bir yerdə olduqdan sonra, birdən gözü 
papağımdakı Anna qırmızı qotazına və  “İgidliyə görə” sözləri yazılmış dördüncü dərəcəli 
“Müqəddəs Anna” ordeninə sataşdı. Bu orden kiçik döyüş  mükafatı idi. 
Vladimir Aleksandroviç dedi: 
- Lap xəcalət çəkməlidir.  Əliağa kimi igid bir zabiti bu vaxta qədər başqa bir şeylə 
mükafatlandırmamışıq.  Halbuki,  qala komendantı özü onu təltif edə bilərdi. - Sonra polkovnik 
İrman ayağa qalxdı və   məni qucaqlayaraq əlavə etdi: 
- Belə adamı təltif etmək nə qədər xoşdur. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə