9
Türkiyə ilə müharibədə Anna xaçı alan bir kapitan, bundan pərt olaraq, onu itin
boynundan asmışdı”
2
Gənc oxucu, bizim keçmiş generallarımızın taleyi müxtəlif arxiv sənədlərində, Rusiyanın
ayrı-ayrı şəhər arxivlərində toz basa-basa yatıb qalır. Vaxt gələcək, onların döyüş yolu yazılmış
sənədlər çürüyüb məhv olacaq, itib-batacaq. Onda gələcək nəslə onların şan-şöhrətindən, Vətənə,
xalqa xidmətlərindən heç nə gedib çatmayacaq. Onların izi belə qalmayanda, o nəsil bizi
lənətləyəcək və gələn yeni nəsil bunu bağışlamayaçaq. Məhz ona görə də xidmətləri xalqımıza
hələ - yaxşı, məlum olmayan şöhrətli generallarımızın, hərbçilərimizin tozlu qovluqlarına əl
uzadıb onları açmalı, yazmalıyıq. Yazmalıyıq ki, Azərbaycanımızın hərb tarixindəki qaranlıq
səhifələr üzə çıxsın.
Əziz oxucu! Bir vacib məsələni də nəzərinizə çatdırmaq istərdim. Əgər sən bu kitabda
“müzəffər Sovet Ordusu”, “azadlıq gətirən Qızıl Ordu”, “xilaskar rus ordusu” kimi ifadə və
sözlərə rast gəlsən bil ki, bunlar ayrı-ayrı kitablardan və arxiv sənədlərindən götürülmüş
sitatlardandır. O ki qaldı rus ordusunun, ümumiyyətlə sovet ordusunun “müzəffər yürüşünə” və
son vaxtlar ona qarşı azalan inam hissinə, qoy buna milyonlarla xalqın taleyi ilə oynayan tək-tək
adamlar, xalqların azadlıq uğrunda mübarizəsini silah gücünə yatızdıranlar, bir sözlə, ordunu
xalqa qarşı qaldıranlar cavab versinlər. Tarix qarşısında, insanlıq qarşısında!
Hər bir generalın həyat yolu ilə bağlı sənədlərlə işləyəndə böyuk qazax yazıçısı Muxtar
Auezovun bir cümləsini istər-istəməz xatırlayıram:
“Gecikmiş yolçu çoxdan ötüb keçən karvanın tərk etdiyi ocaq külü içindən közərən bir
kömür parçası taparaq, onu ehtiyat və qayğı ilə üfləyib, öz nəfəsilə od əmələ gətirdiyi kimi, mən
də bu xatirələrə ehtiyat və qayğı ilə yanaşmalı olurdum”.
Bu cümlə qarşıma çıxan çətinlikləri sanki unutdururdu. Mən daha böyük həvəslə,
məsuliyyətlə onların ömür yolunu öyrənmək istəyirdim. Buna nə dərəcədə nail olmuşam, harda
səhvlərim, büdrəmələrim olubsa, onlar sizinlə görüşdə üzə çıxacaq. Çəkdiyim zəhmətə də siz
qiymət verəcəksiniz.
Uzun illərlə apardığım axtarışlardan sonra müəyyən etmişəm ki, inqilabdan əvvəl və
sonra səksəndən çox generalımız olub. Hələlik onların bir neçəsi haqqında yazılarımı sizə təqdim
edirəm.
2
Ə.Şıxlinski “Xatirələrim”, Bakı, 1984-cü il, səh. 69—70).
10
TARİXDƏ AD QOYUB QƏHRƏMANLARIM
Azərbaycan xalqının hər sahədə böyük
nümayəndələri var. Ordu sıralarında,
hərbi aləmdə bizim böyük mütəxəssislərimiz -
generallarımız çox olmalıdır... Xalqımız üçün hərbi
dühalar yetirin! Bu da yalnız uzun müddətordu
sıralarında xidmət etməklə və hərbi elmlərə sahib
olmaqla mümkün olacaqdır!
Səməd Vurğun
GENERAL NAXÇIVANSKİLƏR
KƏLBALI XAN NAXÇIVANSKİ
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan Naxçıvanskinin anadan
olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan əvvəlki hərbi-tarixi mənbələrdə nə
qədər axtardıqsa, onun təvəllüdünü dəqiqləşdirə bilmədik. İnqilabdan əvvəlki ədəbiyyatlarda
general Kəlbalı xan Naxçıvanskinin bir neçə yerdə səthi də olsa, adı çəkilir və hərbi fəaliyyəti
qeyd olunur.
Kəlbalı xan, Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya Rusiya ilə
birləşəndən sonra generallıq rütbəsi alan Ehsan xan, 1828-ci il fevralın onunda Rusiya ilə İran
arasında Türkmənçay sülh müqaviləsini imzalayanlardan biri olmuşdur. O, burada İrəvan və
Naxçıvan xanlığının, Ordubad dairəsinin səlahiyyətli nümayədəsi kimi iştirak etmişdi.
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı
A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, rus-İran müharibəsi zamanı Ehsan xan on min
nəfərlik naxçıvanlılardan və ruslardan ibarət olan qoşuna başçılıq etmişdir. Bu müharibədə ad-
san qazanan general Ehsan xan sonralar Krım müharibəsində də şücaətlə vuruşmuş, ali hərbi
ordenlərlə təltif olunmuşdur. Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda
qızıl hərflərlə yazılmışdır.
Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov və Abbasqulu
ağa Bakıxanov İrana gedəndə Ehsan xanın Xandikindəki evində qonaq olmuşlar. Bu barədə
A.Qriboyedovun “İrəvan yürüşü” yol qeydlərində maraqlı sətirlər var:
“Sübh tezdən oyandıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki, Yelizavetpol döyüşü şair
Nizaminin məqbərəsi yanında baş verib.
Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından Abbasabadın geniş
mənzərəsi açılır. Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan düzənliyinin möcüzəli gözəlliyi
açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki başqa dağla əhatə olunub. Qərbə doğru
baxanda isə Ağrıdağı ucalır. Naxçıvan özü isə Qarabar dağlarının davamı olan düzəngahda
yerləşir.
Naxçıvana daxil oluruq. Xan evinin qülləsi mənim otağımın pəncərəsindən daha aydın
görünür”.
1826-cı ildə Fətəli şahın vəliəhdi Abbas Mirzə altmış minlik qoşunla Arazı keçib
Azərbaycana hücum etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rəisi idi. Ehsan xanın,
qalanı iranlılara təslim etmək istəmədiyini görən Abbas Mirzə şah qoşununun qırx minini İrəvan
və Naxçıvana yeridir. Həmin döyüşlərin şahidi olan məşhur tarixçi Mirzə Adıgözəlbəy yazırdı:
11
“O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada olduğumu bilib
yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza (komandan İ.F.Paskeviç nəzərdə tutulur.-
Ş.N.) bildirin ki, bu tərəfə hərəkət etsin.”
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli “Soraq
kitabçası”nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan nəslindən olduğu qeyd olunur. O,
on dörd yaşında ikən Peterburqdakı zadəgan balalarına məxsus paj korpusuna daxil olur. Əla
oxuyan Kəlbalı xana məktəbdə tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni
Naxçıvana qayıdır. Bir müddət müalicə olunduqdan sonra yenidən hərbi işə səfərbər edilir. 1849-
cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə
görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq görülür.
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı təşkil edir.
Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə fərqləndiyinə görə
dördüncü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunur. Həmin il iyulun otuzunda rus
ordusunun general-leytenantı, İrəvan süvari polkunun rəisi Vrangel Qafqaz ordusunun baş
komandanına məlumat göndərmişdi. General təkcə Kəlbalı xan haqqında deyil, həmçinin
döyüşdə igidliklə vuruşan oğullarımız barədə fəxrlə yazırdı:
“Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında təkrarən şəhadət
verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə gedirlər: yüngül yaralananlar
cəbhəni tərk etmir, ağır yaralılar isə döyüş meydanında qalırdılar. Tibb işçiləri elə oradaca onlara
yardım göstərirdilər. 18 iyul tarixli ilk məlumatımda adları çəkilən kapitan İsmayıl xandan
(Kəlbalı xanın qardaşıdır - Ş.N). və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy
drujinasından praporşiklər Əlixan və Paşa xanın, dörd nömrəli müsəlman (Azərbaycan)
polkundan kapitan Hüseyn Sultanın adlarını da çəkməliyəm. İsmayıl xanla Kəlbalı xan hücum
zamanı öz hissələrinin önündə gedərək igidlik nümunəsi göstərirdilər.
...Yanımda volonter
3
işləyən Xancan xan Məmmədqulu oğlunu
da həmçinin müəyyən
göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş meydanını tərk etmirdilər”.
1855-ci ildə imperator II Aleksandrın tacqoyma mərasimi günü Kəlbalı xan leyb-
qvardiya qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz canişinliyinin
sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri olur. Nizami ordudakı
nümunəvi xidmətinə və əla komandirlik fəaliyyətinə görə 1874-cü ildə general-mayor kimi
yüksək rütbəyə layiq görülür.
1877-78-ci illərdə rus-türk müharibəsində general Kəlbalı nur. Bütün döyüşlərdə şücaətlə
vuruşan, azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri Kəlbalı xan hərbi
əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun qəhrəmanlığı brilyantla
bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə qeyd edilmişdir. General-mayor Kəlbalı xan
Ehsan oğlu Naxçıvanski 1883-cü ildə vəfat etmişdir.
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını qoymuşdur.
Ona görə də mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba Kəlbalı xan Naxçıvanski
haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci cildində qısa da olsa məlumat verilir.
“Kəlbalı xan Naxçıvanski (? - 1823, Təbriz) - Naxçıvan xanı. Rusiyadan hərbi yardım
istədiyi üçün altı il Tehranda həbsdə saxlanmış, gözünün biri çıxartdırılmışdı. Fətəli şah
hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas Mirzə tərəfindən
Naxçıvana vali təyin olunan Naxçıvanski İran hökumətinə xidmət etmək istəmədiyindən
Məkkəyə ziyarət bəhanəsilə, yerinə oğlu Ehsan xanı təyin edib hakimiyyətdən uzaqlaşmışdı”.
Bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim: XIX əsrin ortalarında
Naxçıvanda “Qönçeyi-Ülfət” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Bu məclisə, o vaxtlar
Naxçıvan şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi Nikolaz Barataşvili də tez-tez
gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı çox istedadlı bir qızla tanış olub dostlaşır.
Lirik qoşmaları ilə bu gün Azərbaycan ədəbiyyatında yaşayan həmin Qönçəbəyim general-
mayor Kəlbalı xan Naxçıvanskinin bacısıdır.
3
Fədai, könüllü əsgər
Dostları ilə paylaş: |