Genişzolaqlı avadanlıqlar vasitəsilə İnternet xidmətləri göstərilməsi ücün



Yüklə 27,65 Kb.
tarix08.10.2017
ölçüsü27,65 Kb.
#3607


Genişzolaqlı avadanlıqlar vasitəsilə

İnternet xidmətləri göstərilməsi ücün

MÜQAVİLƏ ______

Bakı şəhəri “------“ ------------2011



  1. Tərəflər

Bundan sonra Provayder adlanacaq “Aztelekom” İstehsalat Birliyi (Aztelekom.net) _____________________________________________________________bir tərəfdən və İstifadəçi adlanacaq ____________________________________________________şəxsində digər tərəfdən bu Müqaviləni imzaladılar.



2.Müqavilənin məzmunu
2.1. Provayder tərəfindən İstifadəçiyə _____Kbit/s sürətli genişzolaqlı avadanlıq ilə “Aztelekom.net” şəbəkəsinə qoşulması.

2.2 İstifadəçinin qeydiyyatı aşağıdakı rekvizitlər əsasında aparılır.


Məsul şəxsin adı, soyadı ________________________________________________________________

Vəzifəsi ________________________________________________________________

Şirkətin adı ________________________________________________________________

Qeydiyyat ünvanı ____________________________________________ ____________________

Poçt indeksi ____________________________________________ ____________________

Şəhər ________________________________________________________________

Sənəd tipi ________________________________________________________________

Sənəd N ________________________________________________________________

Ölkə _____________________________________________ ___________________

Şirkətin tel. ________________________________________________________________

Faks ________________________________________________________________

Məsul şəxsin mobil tel. _____________________________________________ __________________

E-poçt ünvanı ________________________________________________________________

Avadanlığın qoşulduğu telefon № ________________________________________________________________



  1. ÖDƏNİŞ HAQQI



Genişzolaqlı avadanlıqlar vasitəsilə göstərilən xidmətlər (ƏDV-ilə)

(_______Kbit\s kanal ayrılmaqla)


1

Qoşulma haqqı (birdəfəlik)




2

Aylıq istifadə haqqı



3. Tərəflərin hüquq və öhdəlikləri

Provayder


3.1. İstifadəçiyə _____ Kbit/s sürətli genişzolaqlı avadanlıq vasitəsilə internet xidmətləri (səsin hər hansı formada ötürülməsi istisna olmaqla) göstərilməsini təmin edir.

3.2. Serverdə, müvafiq rekvizitlərdə və tariflərdə olan dəyişiliklər haqqında İstifadəçiyə 10 gün müddətində məlumat verir..

3.3. Sistemdə aparılan profilaktik işlər 2 saatdan artıq vaxt tələb edərsə, bu haqqda İstifadəçini xəbərdar edir.

3.4. İstifadəçi tərəfindən xidmət haqqı müqavilənin 4.1 bəndinə uyğun ödənişi 10 (on) gün müddətində gecikdirildikdə gostərilən xidməti dayandırır.

3.5. İstifadəçinin texniki vasitələr kompleksində, proqram təminatında, elektrik qida qurğularında olan çatışmamazlıqlar səbəbindən baş verən gecikmələrə, məlumatların itməsinə, rabitədə fasilələrə görə heç bir məsuliyyət daşımır.

3.6. Kanalda səs ötürülməsi halları aşkar edilərsə kanal və istifadəçinin digər rabitə xidmətləri xəbardarlıq edilmədən dayandırılır.

3.7. Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə maddi məsuliyyət daşıyır və bu öhdəliklərin icra olunmamasına görə İstifadəşiyə dəyən ziyanın (göstərilməyən xidmətin) məbləğini ödəyir.


İstifadəçi


3.8. Qeydiyyat rekvizitlərin dəyişdiyi halda 3 gün müddətində yazılı surətdə Provayderə xəbər verir.

3.9. Ona göstərilən şəbəkə xidmətlərini 3-cü şəxsə vermir.



3.10. İP telefoniya xidmətini göstərməməyə öhdəçilik götürür, “VOİCE” ötürülməsi qadağandır.

3.11. Provayderin informasiya sistemindən istifadə etdiyi vaxt Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericilik aktlarına əməl edir. Xidmətdən insan mənəviyyatını alçaldan, əxlaqa zidd hərəkətlər, millətlər arası düşmənçiliyi yaymaq üçün istifadə etmir.

3.12. İnternet xidmətlərindən istifadə edərkən, Azərbaycan Respublikasının Qanunvericiliyə uyğun olaraq müəllif hüquqlarının pozulması hallarına görə Provayderin məsuliyyət daşımadığını qəbul edir.

3.13. İnternetdən əldə olunan bəzi məlumatların səhv və ya natamam olmasına Provayderin cavabdeh olmadığını qəbul edir.

3.14. Bu Müqavilədən və onun icra olunmasından irəli gələcək bütün xərcləri ödəyir.

3.15. Özündə kompüter “virusları” daşıyan hər hansı bir məlumat və ya proqram təminatını şəbəkəyə daxil etmir.

3.16. Göstərilən xidmətlərin haqqını təqdim olunmuş hesablara əsasən Müqavilədə müəyyən olunmuş müddət və şərtlərlə Provayderin hesabına keçirir.

3.17. Bu Müqavilıdən irəli gələn öhdəliklərə görə Qanunvericiliyə müvafiq qaydada əmlakı ilə tam maddi məsuliyyət daşıyır.



3.18. Standart və mümkün olan qeyri standart səs portlarının bağlanmasını təmin edir.

3.19. Səs ötürən istifadəçilærin İP ünvaıarının siyahısını Provayderə təqdim edir.


3.20. Müqavilədən irəli gələn öhdəliklərə görə maddi məsuliyyət daşıyır və bu öhdəliklərin icra olunmamasına görə dəyən ziyanın (istifadə olunmuş xidmətin) məbləğini ödəyir.

4. Odəniş şərtləri.

4.1. Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə müvafiq olaraq İstifadəçiyə göstərilən bütün xidmətlərə ƏDV tətbiq olunur (ƏDV-dən Azad Olunma Haqqında Sertifikat olmadıqda) və hər ayın xidmət haqqı əvvəlcədən ödənilir.

4.2. İstifadəçinin hesabında olan vəsaitin bitdiyi halda Provayder göstərilən xidmətləri onun hesabına yeni ödəmələrin daxil olduğu vaxta qədər dayandırır.

4.3. Xidmət haqqının məbləği Provayder tərəfindən müəyyən edilir və gələcəkdə yalnız Provayder tərəfindən müqavilənin 3.2 bəndinə uyğun xəbərdarlıq edilməklə dəyişdirilə bilər.



4.4. İstifadəçi bu Müqavilə ilə ona verilən istifadə hüququnu həyata keıirmədiyi və Müqaviləyə xitam verdiyi halda Provayderə ödəmiş olduğu vəsaiti tələb etməyəcəkdir.

5.Tərəflərin məsuliyyəti

5.1 Tərəflər bir-birinə vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Provayderdən asılı olmayan səbəblərə görə o, öz üzərinə düşən öhdəlikləri icra edə bilmirsə, buna məsuliyyət daşımır.



5.2. İstifadəçinin internetdən istifadə zamanı beynəlxalq çıxışlara görə gələn borcları üçün Provayder cavabdeh deyil.

6. Müqavilənin qüvvəyə minməsi, müddəti və ləğvi.

6.1 İnternet xidmətindən istifadə müddəti İstifadəçinin şəbəkəyə daxil olduğu ilk gündən hesablanır.

6.2 Müqavilənin şərtləri tərəflərdən birinin və ya ikisinin təşəbbüsü ilə pozulmazsa, müddətsiz sayılır.

6.3 İstifadəçi Müqavilədə göstərilən borc və öhdəliklərdən hər hansı birini yerinə yetirmədikdə Provayder Müqaviləni birtərəfli olaraq ləğv etmək hüququna malikdir.

6.4 Tərəflərin hər hansı biri, bir ay əvvəlcədən yazılı formada xəfərdarlıq etməklə müqaviləni poza bilər.

6.5 Tərəflər arasında mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu razılaşmalar əldə edilmədiyi halda mübahisələrə Azərbaycan Respublikası qanunlarına müvafiq qaydada aidiyyatı üzrə məhkəmə tərəfində baxılır



7. Fors-Major

7.1. Bu Müqavilədə müəyyən olunan hallardan başqa, baş verəcək hər hansı hadisə nəticəsində Müqavilənin birbaşa və ya digər səbəbdən yerinə yetirilib və ya yerinə yetirilməməsinə görə heç bir Tərəf məsuliyyət daşımır. Tərəfin şüurlu nəzarətindən kənarda baş verən belə hadisələrə təbii fəlakətlər, daşqınlar, müharibə, yanğın, ümumi xarakter daşıyan tətillər, üsyanlar aid olunur və bunun üçün Tərəflər heç bir məsuliyyət daşımır.

7.2. Fors-major vəziyyəti yarandıqdan sonra həmin Tərəf dərhal ikinci Tərəfə məlumat verməlidir və belə bir vəziyyətin qarşısının alınması üçün mümkün olan tədbirləri görməlidir.

8. Əlavə şərtlər


8.1. Bu Müqavilə 2 orijinal nüsxədə Azərbaycan dilində imzlanır.

8.2. Tərəflərin yazılı formada qarşılıqlı razılığı əldə olunmaqla qanunvericiliyə zidd olmayan hər hansı dəyişikliklər və ya əlavələr hər hansı vaxtda bu Müqaviləyə əlavə oluna bilər. Edilmiş hər hansı əlavə və ya dəyişiklik imzalanmış ayrıca sənəd kimi təsdiq olunmalıdır və bu sənəd Müqavilənin tərkib hissəsini təşkil edəcək və verilmiş Müqavilə ilə bərabər qüvvədə olacaqdır.



QEYD: İstifadəçi ödəniş haqqını Müqavilə imzalanan vaxtdan ödəməlidir.

İstifadəçi tərəfindən səs siqnalları ötürülmæsi halları olarsa ona verilmiş kanal xəbərdarlıq edilmədən bağlanacaqdır.

Son mildə quraşdırılacaq avadanlıqlar Sifarişçi tərəfindən təmin olunub quraşdırılır.


Provayder: Aztelekom.Net İstifadəçi:



Yüklə 27,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə