«Geo Strategiya». 2011.№3(03). S. 38-44. XƏZƏryani geosiyasi MƏkan: Maraqların toqquşması və transformasiya meylləri



Yüklə 88,9 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü88,9 Kb.
#22342


«Geo Strategiya».-2011.-№3(03).-S.38-44.

XƏZƏRYANI GEOSİYASİ MƏKAN:

Maraqların toqquşması və transformasiya meylləri

ÇİNGİZ İSMAYILOV

Coğrafiya elmləri doktoru, professor

Sovet İttifaqının süquta uğraması və yeni müstəqil ölkələrin yaranması Xəzər regionuna marağın artmasına

(ilk  öncə  zəngin  karbohidrogen  ehtiyatların  olması  ilə  əlaqədar)  və  bölgədə  yeni  beynəlxalq  münasibətlər

arxitekturasının yaranmasına zəmin yaratdı.

Xəzəryanı ölkələrdə  aparılan  sosial-iqtisadi  islahatlar  və  bunun  nəticəsində  yaranan  struktur  dəyişikliklər

təbii ki bu məkanın əhəmiyyətini qaldıraraq yeni geosiyasi mənzərənin formalaşmasına səbəb olmuşdur. Regionda

cərəyan  edən  geosiyasi  və  geoiqtisadi  proseslər  dünyanın  iri  inkişaf  etmiş  ölkələrinin  bu  bölgəyə  maraqlarının

artmasına  gətirib  çıxartmışdır.  Nəticədə,  beynəlxalq  transmilli  neft  şirkətləri  regiona  böyük  həcmdə  investisiya

yatırımları qoymuş və bölgə ölkələrin iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yarandı.

Xəzəryanı  regionda  yerləşən  ölkələr  (Azərbaycan,  Qazaxıstan,  Türkmənistan,  Rusiya  və  İran)  öz  milli

maraqlarına  uyğun  olaraq,  hər  biri  ayrılıqda,  Xəzər  bölgəsində  geosiyasi  məkan  palitrasının  formalaşmasında

mühüm rol oynayırlar. Bölgə ölkələri arasında regionun geosiyasi gələcəyinə dair fikir ayrılıqlarının yaranması

aydındır  ki,  ölkələrarası münasibətlərin  gedişindən  birbaşa  olaraq  asılıdır.  Son  20  il  ərzində  bölgədə  cərəyan

edən siyasi proseslər bu fikri bir daha təsdiq edir. Xəzəryanı ölkələrin fərqli insan potensialı, siyasi, iqtisadi və

hərbi  imkanları təbii  ki,  onların  dünya  aləmində  yerini  və  əhəmiyyətini  müəyyənləşdirir.  Əsasən  bundan  irəli

gələrək,  hər  bir  ölkə  özünün  gələcək  inkişaf  strategiyasını hazırlamalıdır.  Təbii  ki,  burada  öz  ölkəsinin  dünya

aləmində  "yerini"  bilmək  (qəbul  olunmuş  müxtəlif  iqtisadi  və  sosial  göstəricilər  əsasında)  və  düzgün

dəyərləndirmək  vacibdir.  Bunula  yanaşı  dünyada  cərəyan  edən  qlobal  proseslərin  gedişi  və  onların  ölkənin

gələcək  inkişafına  nə  dərəcədə  təsiredici  olacağını  müəyyənləşdirmək  nəzərdən  qaçmamalıdır.  Bundan  irəli

gələrək  bəzi  hallarda  ölkələr  arasında  yaranan  maraqların  toqquşması  heç  də  təəccüblü  deyil.  Lakin  bundan

sonrakı mərhələdə  münasibətlər  ziddiyyətli  xüsusiyyətə  çevrilərək  münaqişələrin  yaranmasına  səbəb  ola  bilər.

Düşünülmüş  və  beynəlxalq  hüquq  normalarına  söykənən  siyasətin  yeridilməsi  ölkələrarası  münasibətlərdə

yaranan  ziddiyyətlərin  aradan  qaldırılmasına  imkan  verir.  Normal  şəkildə  bu,  məhz  belə  olmalıdır,  lakin  bəzi

hallarda  (əsasən  geosiyasi  maraqlardan  irəli  gələrək)  yaranmış  ziddiyyətlərin  dərinləşməsinə  və  hərbi

münaqişəyə çevrilməsinə maraqlı tərəflər öz təsirini göstərirlər. Bir misal kimi, Dağlıq Qarabağ münaqişəsində

Ermənistanın qonşu iri ölkələr əlində "oyuncağ"a çevrilməsini göstərmək olar.

Xəzəryanı ölkələrin geosiyasi və və geoiqtisadi maraqlarının nə dərəcədə fərqli olduğunu açıqlaması üçün

hər birinin ayrılıqda son illər bölgədə yeritdiyi siyasətə nəzər salmaq fikrimizcə məqsədə uyğundur.

Azərbaycanın apardığı uğurlu siyasət

Respublikamız  müstəqillik  qazandıqdan  sonra,  digər  Xəzəryanı  ölkələrdən  fərqli  olaraq,  ən  ağır

sosial-iqtisadi və siyasi vəziyyətə düşmüşdür. Belə ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və onu

əhatə  edən  respublikanın  yeddi  inzibati  rayonu  (xarici  ölkələrin  hərbi  və  iqtisadi  köməyinə  arxalanaraq)  zəbt

olunmuş  və  700  mindən  çox  insan  öz  ana  yurdunu  tərk  etməyə  məcbur  olmuşlar.  Müharibə  vəziyyətində  olan

respublikamızın  iqtisadiyyatı  demək  olar  ki,  tam  tənəzzülə  uğramış  və  onun  belə  vəziyyətdən  çıxarılmasıda

beynəlxalq əməkdaşlığın təşkili və inkişaf etdirilməsi ölkənin gələcəyi üçün ən vacib məsələlərdən biri idi.

Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarının mövcudluğu və kəşf edilmiş  yataqlar haqda kifayət qədər

məlumatların toplanması potensial xarici investorların diqqətinin regionda ilk öncə Azərbaycana yönəlməsini izah

edir.  Buna  uyğun  olaraq,  ölkəmizin  rəhbərliyi  tərəfindən  aparılan  siyasət  xarici  sərmayədarların  respublikamıza

cəlb edilməsinə yönəlmişdir. Xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması qısa müddət ərzində öz

bəhrəsini  verməyə  başladı.  Belə  ki,  nəinki  regionda,  bütün  keçmiş  sovet  məkanında,  xarici  transmilli  neft

şirkətlərilə ilk ən iri beynəlxalq kontrakt məhz bizim ölkəmizdə imzalanmışdır. Söhbət 1994-cü ildə, tarixə "Əsrin

kontraktı"  adı  altında  düşmüş,  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən  neft  və  qaz  ehtiyatlarının

mənimsənilməsinə dair müqavilədən gedir. Ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində, münaqişə vəziyyətində

yaşayan respublikamıza iri xarici investorları cəlb etmək mümkün oldu. Dünyanın iri neft şirkətləri respublikamıza

böyük həcmdə sərmayə yatıraraq  neft sənayesinin və o cümlədən bütün  iqtisadiyyatın dirçəlməsində  həlledici  rol

oynadılar.  Təbii  ki,  xarici  neft  şirkətləri  də  bunun  hesabında  öz  dividentlərini  əldə  etdilər.  Artıq  kəşf  edilmiş  və

hərtərəfli  öyrənilmiş  yataqlara  ayrılan  vəsaitlər,  əsasən  onların  istismarına  və  hasil  olunan  xammalın  nəqlinə

yönəldi.  İstehsalda  istifadə  olunan  yeni  texnologiyalar  (avadanlıqlar,  cihazlar,  qurğular  və  s.)  və  yaradılan  yeni

infrastruktur şəbəkəsi bütövlüklə respublikanın neft sənayesinin inkişafına öz təsirini göstərdi. Daha güclü bu təsir

neft  sənayesinin  müxtəlif  xidmət  sahələrinin  inkişafına  özünü  büruzə  verdi.  Məlum  olduğu kimi,  neft  sənayesinə

qoyulan hər bir dollar sərmayə xidmət sahələrində 7 dollarlıq gəlir əldə edilməsinə imkan verir.

Xarici  investisiyalar  nəticəsində  qısa  müddətdə  respublikada  neft  hasilatı  xeyli  artdı.  Yalnız  son  on  il




ərzində ölkədə neft hasilatı 3,5 dəfə artaraq ildə 50 mln.tona çatdı. Neft və qaz hasilatının artması xammalın dünya

bazarına  çıxardılması  məsələsini  aktuallaşdırdı.  Keçmiş  sovet  dövründə  istifadə  edilən  boru  kəmərləri

(Bakı-Qroznı neft və Mozdok-Bakı qaz kəmərləri) respublikanın artmaqda olan ixrac tələbatını heç də təmin edə

bilməzdi. Nəzərdən qaçırmaq lazım deyil ki, bu kəmərlər Rusiyanın "qaynar ocağı" olan Çeçenistan istiqamətinə

yönəlmişdir.  Digər  tərəfdən,  90-ci  illərin  ortalarında,  Rusiya  müxtəlif  bəhanələrlə  (Çeçenistandakı  hərbi

döyüşlərlə  istinad  edərək)  bir  müddət  ərzində  Azərbaycanla  bağlı  bütün  nəqliyyat  növlərinin  əlaqələrini  (hava

nəqliyyatı  istisna  olunmaqla)  blokada  vəziyyətinə  salmışdır.  Bütün  bunlar  şimal  istiqamətdə  istismar  edilən

kəmərlərin  gələcək  istifadəsinin  səmərəliliyinə  şübhə  ilə  baxılmasına  səbəb  oldu.  Aydındır  ki,  yaranmış

vəziyyətdən  çıxış  yolunun  tapılması respublikamız  üçün  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Məhz  bu  kimi  səbəblərə

görə,  ölkəmizdə  çoxşaxəli  boru  kəmərlərinin  salınması  strategiyası  realizə  edilməyə  başlandı.  Qeyd  etmək

lazımdır  ki,  yaranmış  vəziyyətə  belə  yanaşma,  eyni  zamanda,  regionda  fəaliyyət  göstərən  iri  transmilli  neft

şirkətlərinin  maraqları  ilə  üst-üstə  düşürdü.  Respublikaya  iri  həcmli  sərmayələr  yatıraraq  xarici  şirkətlər  hasil

olunan karbohidrogen xammalı daha qısa və təhlükəsiz marşrutla Avropa bazarına çıxartmaq arzusunda idilər. Bu

səbəbdən  bir  çox  Avropa  ölkələri  tərəfindən  dəstəklənən  Beynəlxalq  nəqliyyat  dəhlizi  layihələrin  böyük

əksəriyyəti məhz Azərbaycanla bağlı idi. Bura SİLK WAY, TRASECA, İNOGATE, AGRI və başqa layihələri aid

etmək  olar.  Regionda  nəqliyyat  dəhlizlərin  yaradılması  ilk  öncə  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Supsa,

Bakı-Tbilisi-Ərzrum boru kəmərlərinin salınması ilə bağlıdır.  Boru kəmərlərin nisbətən qısa  müddət ərzində inşa

edilməsi və istifadəyə verilməsi Xəzər regionunda respublikamızın geosiyasi mövqeyini daha da gücləndirdi.

Azərbaycan,  eyni  zamanda,  Rusiya  tərəfi  ilə  iqtisadi,  siyasi  və  humanitar  əlaqələrin  əhəmiyyətini  nəzərə

alaraq, iqtisadi baxımdan ölkəmiz üçün heç də əlverişli olmayan, şimal istiqamətinə yönəlmiş  Bakı-Novorossiysk

boru kəməri ilə neft ixracını davam etdirir.

Respublikada  neft  hasilatının  artması ilə  yanaşı perspektivli  qaz  yataqların istismara  verilməsi  bu  sahənin

əhəmiyyətinin artmasına səbəb oldu. Yalnız son on il ərzində ölkəmizdə qaz hasilatı 5 dəfədən çox artaraq ildə 27

mlrd.kub  metrə  çatdı.  2020-ci  ilə  bu  göstəricinin  təxminən  iki  dəfə  artması gözlənilir  (1).  Qaz  hasilatının  artımı

Transxəzər qaz kəməri xəttinin və bütövlüklə Nabukko layihəsinin reəlizə etmək imkanlarını xeyli artırır.  Məlum

olduğu  kimi,  bu  layihənin  əleyhinə  ilk  öncə  Rusiya  və  İran  çıxış  edirlər.  Buna  görə  hər  iki  tərəf  Azərbaycan

qazının idxal etmək arzusunda olduqlarını bildirərək, xammalın Avropa bazarına çıxarılmasına  maneçilik etməyə

çalışırlar.  Dəniz  dibinə  salınan  boru  kəmərinin  ətraf  mühit  üçün  təhlükə  yaradacağı  fikirləri  həddən  dərəcə

şişirdilir.  Tanınmış  xarici  mütəxəssislər  və  ekspertlərin  fikrincə,  Transxəzər  qaz  kəmərinin  istismarı ətraf  mühit

üçün  təhlükə  yaratmır.  Bölgədə  təbii  qazın  boru  kəmərləri  ilə  nəqli  (sıxılmış  qazın  tankerlərlə  daşınılmasından

fərqli) daha təhlükəsiz hesab olunur.

Azərbaycan həyata keçirdiyi neft strategiyasına uyğun olaraq, çoxşaxəli  boru şəbəkəsi sistemindən istifadə

edir.  Şimal  və  cənub  qonşu  ölkələrinin  təlabatını  nəzərə  alaraq  2010-cu  ildən  başlayaraq  respublikamızdan

Rusiyaya  ildə  1  mlrd.kub  metr  (sonrakı illər  bu  həcmin  artırılması nəzərdə  tutulur)  və  İrana  -  0,5  mlrd.kub  metr

təbii qaz ixrac edilir. Beləliklə, Azərbaycan şimal, cənub və qərb istiqamətlərində karbohidrogen xammalını ixrac

edərək, iqtisadi əlaqələrinin genişləndirilməsi əsasında, regionda strateji əməkdaşlığı inkişaf  etdirir. Təbii ki, belə

siyasətin  yeridilməsi  heç  də  asan  deyil.  Bəzi  qonşu  ölkələrin  təzyiqi  və  hətta  etdiyi  təxribatlara  baxmayaraq,

dövlətimiz  bu  siyasətin  uğurla  davam  etdirməyə  nail  olmuşdur.  Məsələn,  yaxın  keçmişdə  Rusiya  və  İranda,

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin  inşası ilə  bağlı, yerli  siyasətçilərin,  müxtəlif  səviyyəli  dövlət  nümayəndələri

və ekspertlərin layihənin əksinə yönəlmiş  KİV-də qərəzli çıxışlarını yada salmaq kifayətdir. Qeyd etmək lazımdır

ki, Azərbaycanın iqtisadi və siyasi maraqlarının əksinə yönəlmiş  bu kimi cəhdlər hələ də davam etməkdədir. İndi

isə hədəf kimi Nabukko layihəsi seçilmişdir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan geosiyasi baxımdan həddən dərəcə mürəkkəb olduğu üçün çoxşaxəli

nəqliyyat  dəhlizlərinin  mövcudluğu  onun  iqtisadi  əlaqələrinin  çevrik  olmasına  zəmin  yaradır.  Nəzərə  almaq

lazımdır  ki,  respublikanın  şimal  bölgəsi  ilə  həmsərhəd  olan  Dağıstan  ərazisində  silahlı  toqquşmalar  10  ildən

artıqdır  ki  davam  edir.  Rusiyanın  bu  bölgədə  yeritdiyi  siyasət  hələ  ki,  istənilən  nəticələr  vermir  və  irəli  sürülən

təkliflər  (2)  ("Rusiya-ruslar  üçün"  adlı  çağırışlar)  Dağıstanın  yaxın  gələcəkdə  sakit  regiona  çevrilməsinə  zəmin

yaratmır.  Məsələn,  Rusiya  tərəfindən  tez-tez  Dağıstana  tamamilə  iqtisadi  yardımın  dayandırılmasına  (hətta,

demoqrafik artımın qarşısını almaq üçün "analıq kapitalın'' ləğv edilməsi təklif olunur) dair fikirlər səslənir. Zəngin

intellektual  potensiala  malik  olan  Rusiya,  əgər  kiçik  ərazi  və  az  sayda  əhalisi  olan  (bu  göstəricilərə  görə  ölkədə

xüsusi  çəkisi  0,1  və  0,2  %  təşkil  etdiyi  halda)  Dağıstanı  idarə  edə  bilmirsə,  deməli  ölkə  rəhbərliyi  buradakı

vəziyyəti  hələ  də  düzgün  qiymətləndirməyə  qadir  deyil,  yaxud  da,  respublikanın  ərazisini  hərbi  bazaların

dislokasiya  zonasına  çevrilməsi  üçün  bölgədə  məqsədyönlü  siyasət  aparır.  Bu  səbəbdən,  Dağıstanda  mövcud

vəziyyətin dəyişilməsində stabilləşmə əlamətləri müşahidə olunmur. Aydındır ki, Dağıstanın nə vəziyyətdə qalması

Azərbaycanın  şimal  istiqamətinə  yönəlmiş  iqtisadi  əlaqələri  üçün  təhlükələr  yaradır  və  bunu  nəzərdən  qaçırmaq

olmaz.


Təxminən oxşar çətinlikləri respublikanın cənub həmsərhəd bölgəsinə aid etmək olar. İranla həmsərhəd

ərazilər geosiyasi baxımdan heç də əlverişli hesab olunmur. İranın mürəkkəb iqtisadi və siyasi durumu bu ölkə

ilə  iqtisadi  əlaqələrin  perspektivlərinə  skeptik  baxılmasını  müəyyən  edir.  İrana  qarşı  yönəlmiş  beynəlxalq

sanksiyalar da həmçinin ölkə ilə iqtisadi əlaqələrin məhdud şəkildə aparılmasına öz təsirini göstərir.




Qazaxıstanın regionda tarazlaş dırılmış siyasəti

Qazaxıstanın  Xəzər  regionunda  mövqeyi  özünəməxsusluğu  ilə  fərqlənir.  Ölkə  ərazisində  əhalinin

qeyri-bərabər məskunlaşması və burada cərəyan edən mürəkkəb etnosiyasi proseslər ölkənin gələcəyi üçün

təhlükələr  yaradırdı.  Eyni  zamanda,  şimal  və  cənub  qonşuların  (Rusiya  və  Çin),  bəzi  siyasi  dairələri

tərəfindən,  yaranmış  vəziyyətdən  öz  maraqlarına  uyğun  istifadə  etmək  cəhdləri  nəzərdən  qaçmadı.  Ölkə

rəhbərliyi tərəfindən ardıcıl və balanslaşdırılmış siyasətin aparılması nəticəsində siyasi və iqtisadi vəziyyəti

tədricən  ələ  almaq  mümkün  oldu.  Bu  baxımdan,  ölkə  paytaxtının  Astana  şəhərinə  keçirilməsi  dövlətçilik

baxımından həddən dərəcə müdrik addım kimi qiymətləndirilir.

Digər postsovet respublikalarında olduğu kimi, Qazaxıstanda sosial- iqtisadi vəziyyət çox ağır olaraq qalırdı.

Belə şəraitdə, respublikanın iqtisadi inkişafı üçün xarici investorların ölkəyə cəlb edilməsi ən başlıca məsələlərdən

biri idi. Bu baxımdan diqqət  ilk  öncə  Xəzər  regionunun  iri  neft  və  qaz  ehtiyatlarının mənimsənilməsinə  yönəldi.

Qazaxıstan,  sanki  Azərbaycanın  müsbət  təcrübəsini  istifadə  edərək,  bir  tərəfdən  iri  neft  şirkətlərinə  sərmayə

qoyuluşu üçün əlverişli şərait yaratdı, digər tərəfdən isə - çoxşaxəli boru kəmərlərinin inşasını dəstəklədi. Rusiya

istiqamətinə  yönəlmiş  iki  neft  kəməri  ilə  yanaşı  (Atırau-Samara  və  Tengiz-Novorossiysk)  Çin  istiqamətində  də

boru xətti inşa olundu. Nəticədə, ölkədə neft strategiyasının əsası formalaşmağa başladı.

Qazaxıstana  və  ilk  öncə  onun  zəngin  təbii  sərvətlərinə  (münbit  torpaq,  neft,  qaz,  daş  kömür,  polimetal,

tikinti  materialları və  s)  bir  çox  ölkələrin  maraqlarını nəzərə  alaraq,  ölkədə  düşünülmüş  beynəlxalq  əməkdaşlıq

siyasəti  həyata  keçirilməyə  başlandı.  Bunun  nəticəsi  kimi,  Qazaxıstan  regional  əhəmiyyətli  bir  çox  birliklərin  və

beynəlxalq ittifaqların (Avrasiya təşkilatı, ŞƏT, Kömrük İttifaqı, MDB, Kollektiv Təhlükəsizlik təşkilatı, Mərkəzi

Asiya ölkələrinin Əməkdaşlıq təşkilatı və s) üzvü oldu.

Qazaxıstanın  Xəzər  bölgəsində  əsas  neft  və  qaz  ehtiyatları  Atrau  vilayətində  cəmləşmişdir.  Bu  səbəbdən

Atrau  vilayəti  respublikanın  neft  paytaxtı  hesab  olunur.  Son  onillik  dövründə  yalnız  bu  vilayətə  təxminən  60

milyon dollar xarici investisiya qoyulmuşdur. Qeyd etmək lazımdır ki, Qazaxıstan sektorunda yerləşən ən nəhəng

neft-qaz ehtiyatları hesab olunan Qasağan və Qurmanqazı yataqları hələ ki, istifadəyə verilməmişdir.  Çox güman

ki, bu yataqların istismara verilməsi ölkə iqtisadiyyatının inkişafında əlavə təkanverici rol oynayacaq.

Qazaxıstanın neft sənayesinin inkişafında yeritdiyi çoxşaxəli əlaqələr siyasətinə uyğun olaraq ölkədən qərb

və  cənub  istiqamətlərdə  də  xammal  neft  və  neft  məhsullarını  ixrac  edir.  Daha  dəqiq  olaraq,  Qazaxıstandan

Azərbaycana - BTC boru xəttinə və İrana, "swap" sistemi əsasında, xammal neft nəql edilir. Energetika sahəsində

Türkmənistanla  əməkdaşlıq  hələ  ki,  yalnız  Xəzəryanı  qaz  kəmərinin  salınmasına  dair  razılaşma  sənədinin

imzalanması ilə məhdudlaşır.



Türkmənistan həlledici seçim qarşısındadır

Türkmənistan  iqtisadi  əlaqələrdə,  bitərəf  siyasi  inkişaf  seçiminə  baxmayaraq,  əsasən  postsovet  iqtisadi

məkanda  qalmaqdadır.  Bunu  ölkənin  iqtisadi-coğrafi  mövqeyi  və  müvafiq  infrastruktur  şəbəkəsinin  quruluşu  ilə

izah etmək olar. Ölkənin iqtisadi durumu başlıca olaraq təbii qazın ixracından asılıdır. Hasil olunan xammalın çox

hissəsi istismar edilən dörd "Orta Asiya-Mərkəz" (Sovet dövründə inşa olunmuş) qaz kəməri vasitəsi ilə Rusiya və

Avropaya  ixrac  edilir.  Bu  kəmərlərlə  ildə  52-53  mlrd.kub.m  Türkmənistan  qazı  xaricə  nəql  olunurdu.  Lakin,

2009-cu  ildə  Rusiya  tərəfinin  günahından,  boru  kəmərində  baş  vermiş  qəza  Türkmənistanı  alternativ  nəqliyyat

dəhlizlərin  axtarışına  və  yeni  qaz  xətlərinin  salınmasına  vadar  etdi.  Qaz  ixracı  ilə  bağlı  Türkmənistan-  Rusiya

münasibətlərində bu dövrdə yaranmış gərginlik bir tərəfdən Xəzəryanı qaz kəməri layihəsini zərbə altında qoydu,

digər tərəfdən - cənub, şərq və qərb istiqamətlərində qazın ixrac edilməsi imkanlarını xeyli artırdı.  Türkmənistan

tərəfi yenidən Transxəzər qaz kəməri layihəsinə maraqlarının olduğunu bildirdi.

Transxəzər qaz kəməri  layihəsi  Türkmənistandan  Azərbaycan  istiqamətinə  dəniz  dibi  ilə  uzanaraq  Avropa

bazarına  yönəlmişdir.  2010-cu  il  noyabr  ayında  Bakıda  keçirilmiş  Xəzəryanı  ölkə  başçılarının  III  Sammitində

Türkmənistan prezidenti Q. Berdimuhəmmədov öz çıxışında dedi: "Xəzər dənizində yaradılan boru xətləri yalnız

kəmərin  keçdiyi  sektorlara  aid  olan  ölkələrin  qarşılıqlı  razılığı  əsasında  olmalıdır.  Bu  məsələ  yalnız  hüquqi

müstəvidə müzakirə oluna bilər və ona siyasi rəng vermək yersizdir". Belə yanaşma Nabucco layihəsində  iştirak

edən tərəflərin maraqlarını tam əks etdirir. Buna baxmayaraq, Rusiya və İran layihəyə siyasi don geydirməyə can

atırlar.


Cənub və şərq istiqamətlərdə artıq 2010-ci ilin sonunda İrana və Çinə uzanmış yeni qaz kəmərləri istismara

verildi. Nəticədə, Türkmənistan Rusiyanın ixrac kəmərlərindən istifadə etmək məcburiyyətindən azad oldu. Bu isə

öz  növbəsində,  Nabukko  layihəsinin  realizə  edilmə  ehtimalını  artırdı.  Qaz  sahəsində  Rusiya-Türkmənistan

münasibətlərinin  gərginləşməsi,  təbii  ki,  Türkmənistan-Qazaxıstan-Rusiya  Xəzəryanı  qaz  kəməri  layihəsinin

gündəlikdən çıxmasına səbəb oldu.

Şərq  istiqamətində  digər  perspektivli  nəqliyyat  xətti  Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin  marşurutu

üzrə 7000 km-ə qədər uzanan Transasiya qaz kəməridir. Hal-hazırda uzunluğu 188 km olan Malay-Baxtıryarığ qaz

kəməri  Türkmənistandan  Özbəkistan  sərhəddinə  qədər  hissədə  istifadəyə  verilmişdir.  Bu  kəmərlə  ildə  30

mln.kub.m qaz ixrac etmək mümkün olacaq.

Cənub  istiqaməti  üzrə  2010-cu  ilin  sonunda  Türkmənistandan  İrana  Dövlətabad-Sənqbəst  boru  xətti  üzrə




qaz  ixrac  edilməyə  başlandı.  Boru  kəməri  vasitəsilə  ildə  12  mlrd.  kub  m.  qaz  nəql  olunacaq.  Beləliklə,

Türkmənistandan İrana ildə 18-20 mlrd kub m. həcmində təbii qazın ixracı gözlənilir.

Türkmənistanın  Azərbaycana  aid  olan  dəniz  neft  və  qaz  yataqlarına  iddiası ölkələrarası münasibətlərə  öz

təsirini  göstərmişdir.  Neft  sənayesi  sahəsində  beynəlxalq  əməkdaşlıq  üçün  yaranan  əlverişli  imkanların  istifadə

olunmaması,  başlıca  olaraq,  Türkmənistan  tərəfinin  mübahisəli  məsələlərin  müzakirəsində  qeyri-konstruktiv

mövqeyinin  tutması  ilə  izah  oluna  bilər.  Hələ  10  il  öncə  Transxəzər  boru  kəməri  layihəsinin  Türkmənistan

tərəfindən qəbul olunmaması, ona daha baha başa gələn şərq istiqamətində qaz kəmərinin inşasına gətirib çıxartdı.

Türkmənistanın  geosiyasi  vəziyyəti  digər  Xəzəryanı  ölkələrdən  fərqlidir.  Belə  ki,  Türkmənistanın  şərq

istiqamətində  iqtisadi  əlaqələrinin  inkişaf  etdirilməsi,  xüsusən  yeni  boru  kəmərlərinin  salınması imkanları daha

genişdir.

2010-cu ilin sonunda Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan Transəfqan qaz kəmərinin (TƏPH)

inşa edilməsi haqda razılaşma əldə edildi. Bu razılaşmaya əsasən 2015-ci ildən başlayaraq Cənubi Asiyaya ildə 33

mlrd.kub  m  Türkmənistan  qazı nəql  edilməsi  nəzərdə  tutulur.  Bununla  belə,  TƏPH  layihəsinin  realizə  edilməsi

Nabukko  qaz  kəmərinin  inşasına  yeni  maneələr  yarada  bilər.  Lakin  TƏPH  qaz  kəmərinin  marşrutunun  təhlükəli

hesab olunan Əfqanıstan və Pakistan ərazilərindən keçməsi onun yaxın gələcəkdə salınmasını şübhə altına qoyur.

Türkmənistan  dünya  bazarına  qaz  ixrac  etmək  imkanlarından  tam  istifadə  edilməsi  üçün  bu  istiqamətdə

"axtarışlarını" davam etdirir.

Misal  olaraq,  2011-ci  ilin  aprel  ayında  Aşqabadda  Beynəlxalq  nəqliyyat  dəhlizinin  yaradılmasına  dair

Türkmənistan, Özbəkistan, Onam, İran və Qatar arasında beştərəfli razılaşma sənədin imzalanmasını göstərmək

olar. Bütün yaranan yeni imkanlar, nəhayət  Türkmənistanı qazın ixracı və bununla bağlı iqtisadi əməkdaşlığın

inkişafında prioritet istiqamətləri müəyyən etməsini tələb edir.

Xəzər regionunda Rusiya və İranın geosiyasi maraqlarının oxşarlığı

İran  və  Rusiya  dünyanın  aparıcı  karbohidrogen  ehtiyatlarına  sahib  olan  ölkələrdir.  Bu  iki  ölkənin

payına dünyanın 42% nefti və 20% təbii qazı düşür. Bu ölkələr qaz ehtiyatlarına görə dünyada birinci yerləri

tuturlar. Dünyada neft hasilatına  görə Rusiya son iki il ərzində öz əlində  birinciliyi  saxlayır.  Rusiya  və  İran

energetika  sahəsində  əməkdaşlığı  inkişaf  etdirirlər.  2008-ci  ildə  bu  ölkələr  "qaz  OPEK"i  yaradılması

təşəbbüsünü  irəli  sürdülər.  Lakin  bu  addım  digər  aparıcı qaz  hasil  edən  ölkələr  tərəfindən  dəstək  tapmadı.

Rusiyanın  "LukoyI"  şirkəti  İranın  "Cənubi  Pars"  qaz  yatağının  mənimsənilməsində  iştirak  edir,  "Qazprom"

konserni  isə  ölkənin  Milli  Neft  Şirkəti  ilə  İranda  neftayırma  zavodunun  tikilməsinə  dair  razılaşma  əldə

etmişdir. Bütün bunlar energetika sahəsində Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini əks etdirir.

Xəzər regionunda realizə olunan hər bir iri infrastruktur layihə, Rusiyanın iştirakı olmadığı halda, bu ölkədə

onun  maraqlarının  qarşısına  yönəlmiş  kimi  təqdim  olunur.  Məhz  bu  səbəbdən  KİV-ində  və  yerli  ekspertlərin

təhlillərində  boru  kəmərlərinin  marşrutları "Rusiyanı kənardan  keçən"  xətləri  kimi  qələmə  verilir.  Belə  çıxır  ki,

regionda layihələşdirilən bütün tranzit boru  xətləri  "mütləq  olaraq"  Rusiya  ərazisindən  keçməlidir.  Nəzərə  almaq

lazımdır ki, hər üç Xəzəryanı "neft və qaz" ölkələri (Azərbaycan, Qazaxıstan və Türkmənistan) enerji daşıyıcılarını

ilk  öncə  Rusiyanın  boru  kəmərləri  vasitəsi  ilə  Avropa  bazarına  ixrac  edirdilər.  Lakin  Rusiyanın  boru  sistemləri

vasitəsi  ilə  qonşu  ölkələrə  iqtisadi  və  siyasi  təziq  etmə  cəhdləri  Xəzər  regionunda  neft  və  qaz  kəmərlərinin

coğrafiyasının  köklü  şəkildə  dəyişilməsinə  səbəb  oldu.  Buna  görə  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan

xammal neft və qazın ixracında yeni, daha əlverişli, imkanlar əldə etdilər.

Xəzər  regionunda  iqtisadi  əməkdaşlığın  inkişafını  nəzərə  alaraq  İran  öz  bölgəsində  iqtisadi  fəallığını

artırmağa çalışır. Bu sahədə tərtib olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin realizə edilməsi İran üçün

mühüm  əhəmiyyət  kəsb  edir.  Layihəyə  əsasən,  Rusiya-Azərbaycan-İran  dəmir  yollarının  birləşdirilməsi  üçün

Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan)  xəttinin  inşa  edilməsi  tələb  olunur.  10  il  sürən  danışıqların  davam

etdirilməsinə baxmayaraq bu sahədə işlər çox ləng gedir.  İran tərəfinin  iqtisadi  çətinlikləri  bu  istiqamətdə  işlərin

aparılmasına imkan yaratmır. Buna baxmayaraq, artıq 2011-ci ildə İran şimal istiqamətdə dəmiryol xəttinin inşası

üçün  118  mln.  dollar  vəsait  ayırmışdır.  İnşa  işlərində  texniki  yardımı Rusiya  tərəfi  edəcəkdir.  Azərbaycan  tərəfi

Astara  rayonunda  8.4  km-lik  dəmir  yolu  və  101  m-lik  körpünün  inşasını  nəzərdə  tutur.  İran  dəmir  yolunun

Azərbaycan sərhəddinə qədər uzadılması üçün 350 km olan Qəzvin-Rəşt-Astara xətti çəkməlidir. İran tərəfi Astara

şəhristanında azad iqtisadi zona yaradaraq bölgənin iqtisadi dirçəlməsi üçün səylər göstərir. Xüsusi olaraq Astara

limanının  inkişafına  diqqət  verilir.  İran,  keçmiş  balıq  limanı  sayılan  Astaranı,  iri  yük  limanına  çevirmək

arzusundadır.  Qeyd olunur ki, Astara limanında  yük  dövriyyəsi  yaxın gələcəkdə,  Rusiyanın Xəzərdə  ən  iri  hesab

olunan, Həştərxan limanından 3 dəfə çox olacaq (3).

İran  tərəfi  eyni  zamanda  Mərkəzi  Asiya  ölkələrindən,  xüsusən  Türkmənistan  və  Qazaxıstandan,  enerji

daşıyıcılarını Cənub dəhlizi ilə Avropaya yönəltməyə israrlıdır. Lakin buna qarşı ABŞ kəskin çıxış edir.

Xəzər dənizinə dair aparılan dövlətlərarası müzakirələrə nəzər saldıqda  bir çox məsələlərdə Rusiya və İran

tərəflərinin geosiyasi maraqlarının oxşar olduğu gözə çarpır. Təbii ki, digər dövlətlər bunu nəzərə alaraq müvafiq

addımlar atırlar.




Xəzər İqtisadi Əməkdaşlıq Təş kilatının yaradılması cəhdləri

Xəzər regionunun iqtisadi və siyasi əhəmiyyətinin artması bölgədə bəzi ölkələrin maraqlarının kəsişməsinə

səbəb olaraq müxtəlif formatda əməkdaşlıq birliklərin formalaşmasına zəmin yaratdı. Bir misal kimi, regionun qərb

hissəsində  GUAM  təşkilatının,  şərqində  -  Mərkəzi  Asiya  respublikalarının  birliyinin  və  Şimal-Cənub  nəqliyyat

dəhlizi istiqamətində Rusiya-Azərbaycan-İran ölkələri  arasında iş  birliyini  göstərmək olar.  Lakin  bununla  yanaşı,

Xəzəryanı ölkələri  arasında, bölgədə  birgə  əməkdaşlıqla  bağlı, fikir  ayrılıqlarının  mövcudluğu  bu  sahədə  ümumi

bir strategiyanın hazırlanmasında əsas maneçilik yaradan amil hesab oluna bilər.

Xəzər regionunda ümumi əməkdaşlıq konsepsiyasının hazırlanması üçün tərəflər qarşılıqlı maraqları nəzərə

alaraq,  komrpomis  yanaşma  əsasında,  ümumi  anlaşmaya  gəlməlidirlər.  Əks  halda  belə  təşkilatın  yaradılması

istiqamətində hər hansı bir cəhdlər cavabsız qalacaq. Bir misal kimi, Xəzəryanı ölkələr arasında Xəzər dənizinin

statusuna  dair  danışıqların  15  il  ərzində  uğursuz  nəticəsini  göstərmək  olar.  Bu  müddət  ərzində  yalnız  bir  sənəd

üzrə  ümumi  razılaşma  əldə  etmək  mümkün  olmuşdur.  Bu  sənəd,  Xəzər  dənizinin  təbii  mühitinin  mühafizəsinə

dair,  hər  bir  Xəzəryanı dövləti  tərəfindən  qəbul  olunmuş,  Tehran  Konvensiyasıdır  (2003-cü  il).  Ancaq  bununla

yanaşı,  regionda  əməkdaşlığa  və  qarşılıqlı  kompromisə  getməyə  hazır  olan  ölkələr  də  diqqəti  cəlb  edir.

Azərbaycan,  Rusiya  və  Qazaxıstan  arasında,  bir  müddət  fikir  ayrılıqları  olmasına  baxmayaraq,  Xəzərin

delimitasiyasına  dair  müvafiq  razılaşmaların  əldə  edilməsi  bunun  bariz  nümunəsi  hesab  oluna  bilər.  Xəzər

"üçlüyü"nün əməkdaşlıq sahəsində etdiyi uğurlu addımı digər Xəzəryanı ölkələr üçün nümunə ola bilər. Lakin İran

və  Türkmənistanın  regionda  əməkdaşlıqla  bağlı  bəzi  məsələlərdə  destruktiv  mövqeləri  bu  istiqamətdə  pozitiv

dəyişikliklərə maneçilik edir. İran və Türkmənistanın regionda realizə edilən bəzi layihələrdən kənarda qalmaları

yuxarıda qeyd olun səbəblə izah oluna bilər.

İran  tərəfinə  beynəlxalq  sanksiyaların tətbiq  edilməsi  onun  iqtisadi  əlaqələrinin  inkişafına  bilavasitə  təsir

göstərir.  Xəzər  regionunda  yeni  iqtisadi  əməkdaşlıq  məkanın  formalaşması,  təbii  ki,  İranın  bu  sahədə  apardığı

diplomatiyasının gücləndirilməsini tələb edir.

Xəzər  regionunda  iqtisadi  əməkdaşlıq  təşkilatının  yaradılması  təklifi  ilk  dəfə  olaraq,  2007-ci  ildə,  İran

rəhbərliyi tərəfindən irəli  sürülməsi məhz  bu  istiqamətdə  atılan addımlardan  biridir.  Bununla  belə,  İranın Xəzər

məsələləri  ilə  bağlı  müzakirələrdə  sərt  və  dəyişməz  mövqeyi  (Xəzər  dənizinin  beş  bərabər  hissəyə  bölünməsi,

Azərbaycana və Türkmənistana aid perspektiv dəniz yataqlarına iddiaları və s.) və beynəlxalq aləmdəki vəziyyəti

onu  iqtisadi  əməkdaşlıq  baxımından  diqqətə  layiq  etmir.  İranla  iqtisadi  əməkdaşlığın  inkişafı Xəzəryanı ölkələr

üçün (Rusiya istisna olmaqla) xüsusi maraq doğurmur. Qafqaz regionunda İranla iqtisadi əlaqələrin inkişafı yalnız

Ermənistan üçün xüsusi önəm daşıyır. İki ölkə arasında regionla bağlı siyasi maraqların üst-üstə düşməsi iqtisadi

əlaqələrin  inkişafını  müəyyən  edir.  Bu  isə  öz  növbəsində  İranın  Qafqazda  yeritdiyi  strategiyasında  siyasi

meyarların həlledici rol oynadığını təsdiqləyir (4).

2009-cu  ildə  Rusiya  prezidenti  tərəfindən  Xəzər  regionunda  İqtisadi  Əməkdaşlıq  təşkilatının

yaradılmasına  dair fikrin yenidən səsləndirilməsi ilk öncə onun geosiyasi  maraqlarından irəli  gəlirdi.  Lakin  bu

müraciət  də  cavabsız  olaraq  qalmaqdadır.  Yuxarıda  qeyd  olunduğu  kimi,  bunun  əsas  səbəbi  ölkələr  arasında

mövcud  olan  fərqli  siyasi  baxışlar  və  fikir  ayrılıqların  əsas  maneə  kimi  qalmasıdır.  Bunun  aradan  qaldırlması

üçün  Xəzəryanı  ölkələr  arasında  qarşılıqlı  maraqların  önə  çəkilməsi  vacibdir.  Əfsuslar  ki,  hələ  bu  haqda

danışmağa  kifayət  qədər  əsas  yoxdur.  Bu  səbəbdən  Xəzər  regionunda  yaxın  illərdə  hər  hansı  bir  İqtisadi

Əməkdaşlıq birliklərinin yaranması və yaxud fəaliyyət göstərməsi reallıqdan uzaqdır.

Maraqlı məqamlardan biri odur ki, Rusiya regionda iqtisadi əməkdaşlıq  təşkilatının  yaradılması təklifini

dəstəkləyərək,  heç  özünün  Xəzəryanı subyektləri  arasında  iqtisadi  əlaqələri  normal  qura  bilməmişdir.  Burada

nisbətən  inkişaf  edən  Həştərxan  vilayəti  ilə  yanaşı,  demək  olar  ki,  təcrid  olunub.  Dağıstan  və  Kalmıkiya,

sosial-iqtisadi vəziyyətinə görə, Rusiyanın ən geridə qalmış əraziləri olaraq qalır.

Xəzər  regionunda  yaranmış  geosiyasi  mənzərəni  nəzərə  alaraq,  region  ölkələri  arasında  qarşılıqlı

maraqların nə dərəcədə uyğun olmasını təhlil etmək üçün aşağıdakı cədvələ nəzərə salmaq olar:

Xəzəryanı ölkələrin qarşılıqlı geosiyasi maraqlarının səciyyəsi

Ölkələr


Azərbaycan

Qazaxıstan

Türkmənistan

Rusiya


İran

Azərbaycan

xxxxxxxxxx

BDK


AB

BCƏDK


BƏD

Qazaxısan

BD

xxxxxxxxxx



BD

BƏDK


BD

Türkmənistan

AB

В

xxxxxxxxxxxx



В

BD

Rusiya



ABD

ABDK


AD

xxxxxxxx


CƏD

İran


ABƏD

ABƏD


ABƏD

ƏDK


xxxxxxx


A-neft və qaz ehtiyatları; B-neft və qazın tranziti; C- investisiyalar; Ə-əmək bazası;

D-əmtəə bazarı; K-birgə müəssisələr

Seçilmiş  əsas  indikatorlar  ölkələrin  regionda  əməkdaşlıqla  bağlı  maraqlarını  əks  etdirir.  Burada,  bir

tərəfdən Rusiya və İranın region ölkələrinin neft-qaz ehtiyatlarına və xammalın tranzitinə diqqət, digər tərəfdən

-  qalan  ölkələrin  tranzit  etmə  maraqlarının  üstünlük  etməsi  gözə  çarpır.  Bununla  yanaşı,  Rusiya  və  İranın

regionda  iqtisadi  əməkdaşlığın  inkişaf  etdirilməsinə  dair  çağırışları  onların  region  ölkələrinə  investisiya

qoyuluşların  yönəldilməməsi  ilə  müşahidə  olunur.  Bütün  yuxarıda  qeyd  olunanlar,  Xəzər  regionunda  cərəyan

edən geosiyasi proseslərin gedişini əks etdirir.



QEYDLƏR

1.http://www.gisher.ru/zamministra-k-2020-godu-dobicha-gaza-v-azerbaydzhane-uvelichit-t22412.html

2."KABKA3-2011: РУССКИЙ ВЗГЛЯД" - http://www.vnatio.org/arhiv-nomerov/node88/

3.www.iran.ru/news_iran.id=73652



4.www.iran.ru_iran.id/=72628

Yüklə 88,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə