Geofizika və geologiya İdarəsinin (GGİ) əsas fəaliyyəti milli



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
tarix11.10.2017
ölçüsü8,02 Kb.
#4249

background image
Geofizika  və  geologiya  İdarəsinin  (GGİ)  əsas  fəaliyyəti  milli 

qanunvericiliyə  uyğun  olaraq  Beynəlxalq  Standartların  tələbləri  səviyyəsində 

Azərbaycan  Respublikasının  quru  və  dəniz,  ərazilərində  və  xarici  ölkələrdə 

(müqavilə  olduqda)  neft  və  qaz  yataqlarının  axtarışı  məqsədilə  yer  qabığının 

dərinlik geoloji quruluşunun öyrənilməsi və dərin kəşfiyyat qazıması üçün lokal 

strukturların hazırlanması məqsədilə geofiziki tədqiqat (seysmik, qravimetrik və 

elektrik  kəşfiyyatı)  işlərinin  aparılması,  quyu  kəsilişlərinin  geofiziki  üsullarla 

tədqiqi, quyuların perforasiyası. yataqların işlənməsinə geofiziki nəzarət, neftli- 

qazlı  sahələrdə  mühəndis-geoloji  qazma,  topogeodeziya,  seysmoakustik 

profilləmə,  sonar  planalma  işlərinin  aparılması  prosesini  həyata  keçirməkdən 

ibarətdir. 

Biz  yüksək  bilik  və  bacarığa  malik  olan  etibarlı  işçi  heyətinin  öz 

potensialını sərf etmələri üçün bütün şəraiti təmin edəcəyik. 

Öz işçilərimizin peşəkarlıq səviyyəsinin artırılması üçün lazımi tədbirləri 

həyata keçirəcəyik. 

Fəaliyyətimizdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində 

bütün tədbirləri görəcəyik. 

Elektrik enerjisindən və sudan səmərəli istifadə edəcəyik. 

İdarənin istifadəsində olan əmlakın, cihaz və avadanlıqların, laboratoriya 

və hesablama mərkəzlərinin etibarlı və müəyyən edilmiş qaydada saxlanılmasını 

və səmərəli istifadə olunmasım təşkil edəcəyik. 

Tullantıların düzgün qaHaşdırılmasını təmin edəcəyik. 

Obyektivlik, ədalətlilik, təmizlik və şəffaflıq prinsiplərinə əməl edəcəyik. 

Davamlı  inkişafı  təmin  etmək  məqsədi  ilə,  PLANLAŞDIR  -  İCRA  ET  - 



YOXLA - İNKİŞAF ETDİR! prinsipini əsas götürəcəyik. 

Yuxarıda qeyd olunanlara nail olmaq üçün mövcud qanunvericiliyi, TS EN 

ISO 9001 “keyfiyyət idarəetmə sistemi”, TS EN ISO 14001 “ekologiya idarəetmə 

sistemi” və TS 18001 OHSAS “əməyin mühafizəsi və təhlükəsizliyi” standartlarını 

rəhbər tutacağıq. 

Bu  siyasət  GGİ-  nin  və  yuxarı  təşkilatların  rəhbərliyi  tərəfindən 

dəstəklənir. 

Bu  siyasətin  bir  nüsxəsi  GGİ-  nin  bütün  işçilərinə  veriləcək,  GGİ-  nin 

idarəetmə aparatında və struktur bölmələrində görünən yerdən asılacaqdır. 



Bütün sənədlərimiz vaxtaşırı gözdən keçiriləcəkdir. 

 

Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə