Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

35 



Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının 

ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın təşkil edilməsi haqqında Azərbaycan 

Respublikası Ali Soveti Rəyasət Heyətinin Qərarı 

(28  mart 1991) 

 

Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyəti «Azərbaycan Respublikasının Dövlət himninin ən 



yaxşı mətni üçün müsabiqə  elan olunması haqqında»,  «Azərbaycan Respublikasının Dövlət gerbinin  ən yaxşı 

təsviri  üçün  müsabiqə  elan  olunması  haqqında»  və  «Azərbaycan  Respublikası  orden  və  medalının  ən  yaxşı 

təsvirləri  üçün  müsabiqə  elan  olunması  haqqında»  Azərbaycan  Respublikası  Ali  Sovetinin  1991-ci  il  5  fevral 

tarixli qərarlarını əsas tutaraq qərara alır: 

 

1. Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən 

yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiya aşağıdakı tərkibdə təşkil edilsin: 



Muradəliyev  Fazil  Qulam  oğlu  —  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Mədəniyyət  və  dini  əqidə 

məsələləri daimi komissiyasının sədri (sədr) 



Bünyadov  Ziya  Musa  oğlu  —  Azərbaycan  Elmlər  Akademiyasının  vitse-prezidenti,    Azərbaycanın  

əməkdar  elm  xadimi 



Vahabzadə Bəxtiyar Mahmud oğlu — Azərbaycanın xalq şairi 

Qasımzadə  Fuad  Feyzulla  oğlu  —  M.Rəsulzadə  adına  Bakı  Dövlət  Universitetinin  kafedra  müdiri, 

Azərbaycan  Respublikası  Prezidentinin  müşaviri,  Azərbaycanın  əməkdar  elm  xadimi,  Azərbaycan  Elmlər 

Akademiyasının müxbir üzvü 

Quliyev Tofiq Ələkbər oğlu—Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci   katibi 

Əbdürəhmanov  Nadir  Qəmbər  oğlu  —  Azərbaycan  Rəssamlar  İttifaqı  Rəyasət  heyətinin  üzvü, 

Azərbaycanın xalq rəssamı 



Əzizov Arif Möhübəli oğlu — rəssam, Azərbaycan TKGİ mükafatı  laureatı 

Kazımzadə  Kazım  Məmmədəli  oğlu  —  R.Mustafayev  adına  Azərbaycan  Dövlət  Muzeyinin  direktoru, 

Azərbaycanın xalq rəssamı 



Məmmədov Aydın Mirsaleh oğlu  — Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və 

ədəbi əlaqələr mərkəzinin sədri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin  müavini 



Məmmədova Fəridə Cəfər qızı — Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, 

Azərbaycanın əməkdar elm xadimi 



Nəbiyev  Bəkir  Əhməd  oğlu  —  ədəbiyyatşünas,  Azərbaycan  Elmlər  Akademiyasının  ədəbiyyat,  dil  və 

incəsənət şöbəsinin akademik katibi 



Polad Bülbül oğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri 

Rzayev Anar Rəsul oğlu — Azərbaycan Yazıçılar İttifaqının birinci katibi 

Rüstəmxanlı Sabir Xudu oğlu — «Azərbaycan» qəzetinin baş redaktoru 

Talıbzadə Kamal Abdulla Şaiq oğlu — ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının akademiki 

Xəlilov  Fərhad  Qurban  oğlu  —  Azərbaycan  Rəssamlar  İttifaqı  İdarə  heyətinin  sədri,  Azərbaycanın 

əməkdar  incəsənət xadimi 



Cabir Novruz — şair, «Ədəbiyyat qəzeti»nin baş redaktoru 

2.   Müəyyən edilsin ki, işlər komissiyaya 1991-ci il mayın 25-dək təqdim olunmalıdır. 

3.   Komissiya verilmiş təkliflərin geniş müzakirəsini təşkil etsin və Azərbaycan Respublikasının Dövlət 

himni  mətnlərinin,  Dövlət  gerbi,  orden  və  medalı  təsvirlərinin  ən  yaxşı  layihələrini  seçsin  və  öz  rəyini 

Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinə   təqdim   etsin. 

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri. 



Bakı şəhəri,  28  mart 1991-ci il,  

№ 90-XII. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

36 



Azərbaycan Respublikasının Dövlət gerbi haqqında 

Azərbaycan Respublikasının Konstitusiya Qanunu  

(19 yanvar 1993) 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1.

 

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin. 



2.

 

Bu Qanun imzalandığı andan qüvvəyə minir. 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 19 yanvar 1993-cü il. 

№ 460

 

 

 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

37 



Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan 

Respublikasının Qanunu  

(23 fevral 1993) 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



1.

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 



2.

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali 



Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi 

haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin. 

3.

 

Bu Qanun imzalandığı andan qüvvəyə minir. 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 23 fevral 1993-cü il il.  

№ 516

 

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında 



Əsasnamə 

 

 

Azərbaycan Respublikasının  



23 fevral 1993-cü il  

tarixli 516 saylı Qanunu ilə 

 təsdiq edilmişdir. 

 

1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. 



2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində 

yerləşən  şərq  qalxanının  təsvirindən  ibarətdir.  Qalxanın  üstündə  Azərbaycan  Respublikası  Dövlət  bayrağının 

rəngləri  fonunda  səkkizguşəli  ulduz,  ulduzun  mərkəzində  alov  təsviri  vardır.  Azərbaycan  Respublikası  Dövlət 

gerbinin  rəngli  təsvirində  ulduz  ağ,  alov  qırmızı,  palıd  budaqları  yaşıl,  sünbüllər  sarı  rəngdədir.  Qalxanın  və 

ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 

3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur: 

•  Azərbaycan  Respublikası  parlamentinin  binasına,  iclas  salonuna  və  parlament  sədrinin  xidməti 

kabinetinə; 

• Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; 

•  Azərbaycan  Respublikasının  bütün  məhkəmələrinin,  hərbi  tribunallarının  binalarına,  məhkəmə 

iclaslarının  salonlarına,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi,  Ali  Məhkəməsi  və  Ali  Arbitraj 

Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə; 

• yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına; 

• Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına; 

•  Azərbaycan  Respublikasının  diplomatik  və  ticarət  nümayəndəliklərinin,  konsulluq  idarələrinin 

binalarına. 

4.Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur: 

• Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində; 

• Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının 

blanklarında; 

• bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının 

lövhələrində); 

•  Azərbaycan  Respublikası  Milli  Bankının  buraxıldığı  kağız  və  metal  pul  nişanlarında,  Azərbaycan 

Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində

•  Azərbaycan  Respublikası  vətəndaşının  pasportunda;  Azərbaycan  Respublikası  vətəndaşına  verilən 

diplomatik və başqa xarici pasportlarda; 

• Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində; 

• Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında; 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə