Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

51 



 

Fövqəladə Hallar Nazirliyinin emblemi 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi haqqında 

Əsasnamə 

 

Azərbaycan Respublikası Prezidentinin 

2007-ci il 21 iyun tarixli 

 591 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  ümid  və  xilasetmənin 



simvolu,  eyni  zamanda  Nazirliyin  rəmzidir.  O,  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 

Nazirliyinin  hər  bir  işçisinə  Nazirliyin  fəaliyyət  istiqamətlərinə  uyğun  məsələlər  üzrə  öz  vəzifələrini 

vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür. 

2.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  Nazirliyin  sərəncamında 

olan  hərbi  texnikanın,  nəqliyyat  vasitələrinin  və  digər  əmlakın  Azərbaycan  Respublikası  Fövqəladə 

Hallar Nazirliyinə mənsubiyyətini bildirən nişandır. Emblem hərbi texnikanın, nəqliyyat vasitələrinin 

və digər əmlakın üzərində tanınma nişanı kimi dövlət mənsubiyyətini də özündə əks etdirir. 

3.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  Nazirliyin  blanklarında,  

künc  ştamplarında,  inzibati  binalarının girəcəklərində, fərqləndirmə nişanlarında, hərbi qulluqçuların 

və  xüsusi  xidmət  keçən  əməkdaşların  geyim  formasının  predmetlərində  qanunvericiliklə  müəyyən 

edilmiş tələblərə uyğun olaraq yerləşdirilir. 

4.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  Azərbaycan  Respublikası 

fövqəladə  hallar  nazirinin  iş  otağında  və  Nazirliyin  kollegiya  zalında,  Nazirliyin  bayrağında,  Mülki 

Müdafiə  qoşunlarının  döyüş  bayrağında,  Aviasiya  dəstəsinin  bayrağında,  Nazirliyin  gəmilərinin 

bayraqlarında yerləşdirilir. 

5.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  embleminin  təsvirinin  istifadəsinə 

aşağıdakı hallarda yol verilir: 

5.1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  çap  məhsullarında,  kino,  video  və 

foto materiallarında; 

5.2.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  sifarişi  ilə  hazırlanan    təmsiletmə,  

reklam-informasiya  və  suvenir məhsullarında  (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, 

kiçik bayraqlar, saatlar, qablar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar). 

 

*** 


 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin 

təsviri 

Azərbaycan Respublikası Prezidentinin 

2007-ci il 21 iyun tarixli 

 591 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  4  uzun  və  4  qısa  bucaqlı 

səkkizguşəli, qeyri-bərabər ulduzdan ibarətdir. Ulduzun 4 uzun bucağı dəfnə yarpaqlarının çələngi ilə 

haşiyələnmiş dairənin xarici qabaritinə birləşir.

 

 

Çələng sağ və sol tərəfdən dairə üzrə simmetrik yerləşən 24 ədəd dəfnə yarpağından ibarətdir. 



Yarpaqların  sayı  sutkanın  24  saatını  təcəssüm  etdirməklə,  Azərbaycan  Respublikası  Fövqəladə 

Hallar Nazirliyinin xilasetmə işlərinə daim hazır olduğunu əks etdirir. Yarpaqlar sarı rəngdə olmaqla, 

onun elementləri emblemin bütün perimetri boyunca qabartma üsulu ilə həkk olunmuşdur. 

Ulduzun  4  uzun  küncü  dairənin  4  bərabər  seqmenti  üzərində  yerləşir  və  dünyanın  4  əsas 

istiqamətini (qütbünü): 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

52 



ulduzun  yuxarı  küncü  -  şimal,  aşağı  küncü  -  cənub,  sol  küncü  -  qərb,  sağ  küncü  isə  -  şərq 

istiqamətini göstərir. 

Səkkizguşəli ulduz bir tərəfdən sarı, əks tərəfdən narıncı rənglə işıqlandırılmışdır. 

Səkkizguşəli  ulduzun  üzərində  fövqəladə  hallar  üzrə  beynəlxalq 

təşkilatların emblemini əks etdirən narıncı fonda mavi üçbucağın küncləri 

ilə  narıncı  dairənin  daxili  tərəflərinə  birləşir.  Narıncı  dairənin, 

səkkizguşəli  ulduzun  daxili  künclərinə  birləşən  sarı  rəngdə  nazik 

çərçivəsi vardır. 

Səkkizguşəli  qeyri-bərabər  ulduz  dəfnə  yarpaqları  ilə  haşiyələnmiş 

dairənin  daxilində  günəşin  50  sarı  rəngli  şəfəqi  fonunda  yerləşir  və  bu 

şəfəqlər  ulduzun  mərkəzindən  simmetrik  olaraq  dəfnə  yarpaqlarının 

daxili sərhədlərinə qədər yayılır. 

Emblemin  uzunluğu  eninə  bərabərdir.  Böyük  ulduzun  kiçik 

uclarının ölçüsü böyük  uclara 3/5-ə nisbətindədir. Kiçik  ulduzun ölçüsü 

böyük ulduza 1/4-ə nisbətindədir. 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  emblemi  həmçinin  ağ-qara  təsvirdə 

hazırlana bilər. 

 

 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

53 



 

Ədliyyə Nazirliyinin emblemi 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında 



Azərbaycan Respublikasının Prezidentinin Fərmanı 

 

"Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  rəsmi  emblemi  haqqında  Əsasnamə"  və  "Azərbaycan 



Respublikası Ədliyyə Nazirliyinin rəsmi embleminin təsviri" təsdiq edilsin (əlavə olunur). 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 21 noyabr 2008-ci il 

№ 22 

 

*** 



 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi haqqında 

Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 21 noyabr tarixli  

22 nömrəli Fərmanı ilə 

 təsdiq edilmişdir 

 

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanlarının rəmzidir. O, ədliyyə 



orqanlarının  hər  bir  işçisinə  nazirliyin  fəaliyyət  istiqamətlərinə  uyğun  məsələlər  üzrə  öz  xidməti  vəzifələrini 

vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. 

2.  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  rəsmi  emblemi  ədliyyə  orqanları  işçilərinin,  həmçinin 

silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə  mənsubiyyətini 

bildirən nişandır. 

3.  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  rəsmi  emblemi  nazirliyin  blanklarında,  ədliyyə 

orqanlarının  inzibati  binalarının  adı  göstərilən  lövhələrində,  fərqlənmə  və  əməkdaşların  fərqləndirmə 

nişanlarında, xüsusi geyim formasında yerləşdirilir. 

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemlərindən istifadəyə aşağıdakı hallarda yol 

verilir. 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin çap məhsullarında, kino, video, foto materiallarında; 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  sifarişi  ilə  hazırlanan  reklam-informasiya  məhsullarında 

(prospektlər,  buketlər,  təqvimlər,  nişanlar,  vımpellər,  saatlar,  medalyonlar,  dəftərxana  ləvazimatları  və  digər 

məhsullar). 

 

*** 


 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi embleminin 

təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 21 noyabr tarixli  

22 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  rəsmi  emblemi  qızılı  çalarlı  olmaqla,  dairəvi  şərq 

qalxanının  təsvirindən  ibarətdir.  Qalxan  aşağı  hissəsindən  hər  iki  kənarı  boyunca  mərkəzədək  mətinlik  və 

dözümlülük  rəmzi  olan  çarpazlaşdırılmış  palıd  budaqları  ilə  haşiyələnmişdir.  Qalxanın  yuxarı  hissəsində  iti 

ucları yuxarı yönəldənmiş aypara və daxilində səkkizguşəli ulduz yerləşdirilmişdir. 

Qalxanın  üzərində,  mərkəzdə  qanunları  təcəssüm  etdirən  kitab  açıq  şəkildə  təsvir  edilmişdir.  Kitabın 

üzərində,  vərəqlərinin  birləşdiyi  hissədən  keçən,  düz  xətt  boyunca  şaquli  yerləşdirilmiş  tiyəsi  aşağı  baxan 

qılıncın dəstəyinə ədalət və tarazlıq rəmzi olan tərəzi bərkidilmişdir. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

54 



Qılıncın  uzunluq  və  kitabın  en  ölçüləri  qalxanın  diametrinin  3/5  hissəsini,  tərəzinin  eni  üzrə  ən  uzaq 

nöqtələr arasında məsafə isə qalxanın diametrinin 3/4 hissəsini təşkil edir. 

Qalxanın  dövrəsinin  palıd  budaqları  ilə  örtülməyən,  qabartma  üsulu  ilə 

haşiyələnmiş yuxarı, görünən ətrafı üzərinə altı düymə bərkidilmişdir. 

Emblemin  palıd  budaqlarının  çarpazlandığı  aşağı  hissəsində  qabartma  üsulu 

ilə təsvir olunmuş dalğavari lentin üzərində “ƏDLİYYƏ” sözü həkk edilmişdir. 

Palıd  budaqlarının  qalxanın  arxasına  keçən  uc  hissəsi  isə  budaqların 

uzunluğunun 1/3 hissəsini təşkil edir. 

Emblemin  bütün elementləri  qabartma  üsulu ilə  həkk  edilmişdir (şəkil əlavə 

olunur). 

 

 

 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

55 



 

Dövlət Miqrasiya Xidmətinin emblemi 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında 



Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(29 dekabr 2010) 

 

«Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə» və 



«Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəsmi  embleminin  təsviri»  təsdiq  edilsin 

(əlavə olunur).  

 

 

İlham ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 29 dekabr 2010-cu il. 

 

*** 


 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında 

Əsasnamə 

 

Azərbaycan Respublikası Prezidentinin  



2010-cu il 29 dekabr tarixli  

Fərmanı ilə təsdiq edilmişdir. 

 

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının 



rəmzidir.  Rəsmi  emblem  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  hər  bir  işçisinə 

miqrasiya  orqanlarının  fəaliyyət  istiqamətlərinə  uyğun  məsələlər  üzrə  öz  vəzifələrini  vicdanla  və 

layiqincə yerinə yetirmək borcunu xatırladır.  

2.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəsmi  emblemi  miqrasiya  orqanları 

işçilərinin,  habelə  xüsusi  vasitə,  texnika  və  digər  əmlakın  Azərbaycan  Respublikasının  Dövlət 

Miqrasiya Xidmətinə mənsubiyyətini bildirən nişandır.  

3.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəsmi  emblemi  Xidmətin 

blanklarında,  miqrasiya  orqanlarının  inzibati  binalarının  adı  göstərilən  lövhələrində,  xüsusi  geyim 

formasında yerləşdirilir.  

4.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəsmi  emblemindən  istifadəyə 

aşağıdakı hallarda yol verilir:  

Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  çap  məhsullarında,  kino,  video,  foto 

materiallarında;  

Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  sifarişi  ilə  hazırlanan  reklam-

informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, 

dəftərxana ləvazimatları və digər məhsullar).  

 

*** 


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin  

2010-cu il 29 dekabr tarixli  

Fərmanı ilə təsdiq edilmişdir. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

56 



Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəsmi  emblemi  dairə  formasındadır. 

Dairənin  yuxarı  hissəsində  “AZƏRBAYCAN  RESPUBLİKASI 

DÖVLƏT  MİQRASİYA  XİDMƏTİ”  sözləri,  aşağı  hissəsində 

“STATE  MIGRATION  SERVICE  OF  THE  REPUBLIC  OF 

AZERBAIJAN” sözləri qara rəngli fonda həkk edilmişdir.  

Dairənin  daxilində  yuxarıdan  aşağıya  doğru  genişlənən  tünd 

qızılı  və  açıq  boz  rəngli  qövs  formasında  iki  zolaq  vardır.  Həmin 

zolaqların  daxilində  qızılı  rəngli  səkkizguşəli  ulduz,  onun  ətrafı 

boyunca göy, qırmızı və yaşıl rəngli çevrə formasında zolaqlar təsvir 

olunmuşdur.  Çevrə  formasında  olan  qırmızı  rəngli  zolağın  üzərində 

səkkiz düymə bərkidilmişdir.  

Səkkizguşəli ulduzun daxilində qabarıq şəkildə mavi rəngli kürə 

təsvir  olunmuşdur.  Kürənin  mərkəzində  paralel  və  meridianların 

kəsişməsi fonunda yaşıl rəngli Azərbaycan Respublikasının xəritəsi həkk edilmişdir.  

 

 

 



 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

57 



İstifadə olunmuş ədəbiyyat 

  

Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi. Bakı, 2007.  

 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I-II cildlər. Bakı, 2005. 



 

Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978-ci il. 

 

Azərbaycan Respublikasının Konstitusiyası. (1995-ci il). 



 

Azərbaycan Respublikasının qanunvericilik topluları. (1997-2010). 

 

Azərbaycan SSR qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları məcmuəsi. 



1938-1963-cü illər. Bakı, 1963. 

 

Azərbaycan SSR qanunları məcmuəsi. 1938-1966. Bakı, 1966. 



 

Azərbaycan SSR qanunlar toplusu. I cild , Bakı, 1984. 

 

Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник 



документов). Бaкy, 1998. 

 

Резолюции и постановления съездов Советов Азербайджанской ССР. (1921-1937). Баку, 1961. 



 

Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, “Çaşıoğlu”, 2001. 

 

Əliyev  İqrar,  Məhərrəmov  Elmar.  Azərbaycan  Respublikasının  dövlət  rəmzləri.  Yenidən  işlənilmiş 



nəşri. Bakı, “Nurlan”, 2008. 

 

О.Рево. Гербы Грузинско-Имеретинской губернии Российской империи. Наука и жизнь, N8, 2000 



г. 

 

İnternet resursları 



 

www.president.az

 

www.preslib.az



 

www.e-qanun.az

 

www.azertag.com



 

www.vesconsultancy.com



 

http://geraldika.ru/region/138



 

Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə