Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi........................................................ 46

 



 



Daxili işlər orqanlarının emblemi.......................................................................................... 48

 



 

Vergilər Nazirliyinin tanınma nişanı .................................................................................... 50

 



 

Fövqəladə Hallar Nazirliyinin emblemi ................................................................................ 51

 



 

Ədliyyə Nazirliyinin emblemi ................................................................................................ 53

 



 

Dövlət Miqrasiya Xidmətinin emblemi ................................................................................. 55

 



 

İstifadə olunmuş ədəbiyyat ......................................................................................................... 57

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Ümumi məlumat 

 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  onun  dövlət  müstəqilliyinin  müqəddəs  atributlarından, 

rəmzlərindən biridir. Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin 

müəyyən dəyişikliklərlə təkrarıdır. 

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti 1920-ci il yanvarın 30-da  müsabiqə elan etmiş və  müsabiqədən 

keçəcək  gerb  nümunəsinin  həmin  ilin  mayın  28-də  qəbul  ediləcəyi 

haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan 

Xalq  Cümhuriyyətinin  süqut  etməsi  nəticəsində  dövlət  gerbi  haqqında 

qərar qəbul edilməmişdir.  

1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisi dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR 

Ali Soveti qarşısında Azərbaycanın dövlət gerbinin hazırlanması üçün yeni 

müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.  

Müsabiqə  1991-ci  il  fevralın  5-də  Azərbaycan  Respublikası  Ali 

Sovetinin  qərarı  ilə  elan  olunmuşdur.  1991-1992-ci  illər  ərzində 

müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr 

zamanı  1919-1920-ci  illərdə  hazırlanmış  layihələrdən  birinin  qəbul 

edilməsi ilə bağlı təkliflər də səslənmişdir.  

Azərbaycan  Respublikasının  Ali  Soveti  1993-cü  il  yanvarın  19-da  qəbul  etdiyi  Konstitusiya  Qanunu  ilə 

1919-1920-ci  illərdə  hazırlanmış  dövlət  gerbi  layihələrindən  birini  müəyyən  dəyişikliklərlə  Azərbaycan 

Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.  

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  Azərbaycan  dövlətinin  müstəqilliyinin  rəmzidir.  Dövlət  gerbi 

palıd  budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində  yerləşən  qalxan  təsvirindən  ibarətdir.  Qalxanın 

üstündə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  rəngləri  fonunda  səkkizguşəli  ulduz,  ulduzun 

mərkəzində  alov  təsviri  vardır.  Dövlət  gerbinin  rəngli  təsvirində  ulduz  ağ,  alov  qırmızı,  palıd  budaqları  yaşıl, 

sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  bütün  dövlət  orqanlarının  möhürlərində,  Azərbaycan 

Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında, dövlət 

orqanlarının  sənədlərinin  blanklarında,  kağız  və  metal  pul  nişanlarında,  qiymətli  kağızlarda,  dövlət  istiqraz 

vərəqələrində,  Azərbaycan  Respublikası  vətəndaşının  pasportunda,  Azərbaycan  Respublikası  parlamentinin 

rəsmi nəşrlərində, Dövlət sərhəd nişanlarında təsvir olunan fərqləndirici nişanıdır. 

Dövlət  gerbinin  qabarıq  təsviri  Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahına  və  xidməti 

kabinetinə,  Azərbaycan  Respublikası  parlamentinin  binasına,  iclas  salonuna  və  parlament  sədrinin  xidməti 

kabinetinə,  bütün  məhkəmələrin,  hərbi  tribunalların  binalarına,  məhkəmə  iclaslarının  salonlarına,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  və  Ali  Məhkəməsi  sədrlərinin  xidməti  kabinetlərinə,  Azərbaycan 

Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  dövlət  orqanlarının  binalarına,  Azərbaycan 

Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur. 

Milli  dövlət  müstəqilliyimizin mühüm atributlardan olan  gerbə hörmət  və ehtiramla  yanaşmaq, 

onun  rəngli  və  ağ-qara  təsvirinin  verilməsində  mövcud  qanunvericilik  aktlarının  tələblərinə  əməl 

etmək 

hər 


bir 

Azərbaycan 

vətəndaşının, 

eləcə 


də, 

dövlət 


təşkilatının 

borcudur.




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Gerblərin tarixi 

 

Çar Rusiyası dövründə Azərbaycanın quberniya və şəhərlərinin gerbləri 

 

Quberniyaların gerbləri 

 

Ümumi məlumat 

 

XIX  əsrin  əvvəlində  çar  Rusiyasının  Cənubi  Qafqazı  işğalı  nəticəsində  imzalanan  Gülüstan  (1813)  və 

Türkmənçay  (1828)  müqavilələrinin  imzalanmasından  sonra  yeni  inzibati-ərazi  bölgüsü  tətbiq  edildi.  Həmin 

bölgüyə  əsasən  Şimali  Azərbaycan  xanlıqları  9  əyalətə  (Bakı,  Quba,  Dərbənd,  Şəki,  Şirvan,  Qarabağ,  Talış, 

Naxçıvan,  İrəvan),  3  dairəyə  (Yelizavetpol  (Gəncə),  Ordubad,  Car-Balakən)  və  5  müsəlman  (tatar) 

distansiyasına (Borçalı, Qazax, Şəmşədil, Pəmbək və Şörəyel) bölündü.  

1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yaradılan “Erməni vilayəti” İrəvan və Naxçıvan 

əyalətlərindən və Ordubad dairəsindən təşkil edilmişdi. 

1840-cı il 10 aprel tarixli inzibati-idarəçilik islahatlarına görə Cənubi Qafqaz diyarı mərkəzi Tiflis şəhəri 

omaqla  Gürcü-İmereti  quberniyasına  və  mərkəzi  Şamaxı  olmaqla  Kaspi  vilayətinə  bölündü.  “Erməni 

vilayəti”  əvəzinə  təşkil  edilən  İrəvan  qəzası  Gürcü-İmereti  quberniyasının  tərkibinə  daxil  edildi.  1844-cü  ildə 

Qafqaz canişinliyi təsis edildi. 1846-cı ildə Cənubi Qafqaz 4 quberniyaya - Tiflis, Kutaisi, Şamaxı və Dərbənd 



quberniyalarına bölündü. 1849-cu ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, Ordubad və Novo-Bayazid 

qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi.  

1859-cu  ildə  baş  verən  zəlzələdən  sonra  Şamaxı  quberniyasının  mərkəzi  Bakıya  köçürüldü  və  Bakı 

quberniyası  adlandırıldı.  1860-cı  ildə  Dərbənd  quberniyası  ləğv  olundu,  onun  tərkibindəki  Quba  qəzası  Bakı 



quberniyasına  verildi,  qalan  ərazidə  Dağıstan  dairəsi  yaradıldı.  Bununla  da  əzəli  Azərbaycan  torpağı  olan 

Dərbənd  və  onun  ətrafındakı  ərazilərin  Azərbaycandan  ayrılmasının  asası  qoyuldu.  1867-ci  ilin  dekabrında 

Tiflis, İrəvan və Bakı quberniyalarına daxil olan bir qisim ərazilərin hesabına Yelizavetpol quberniyası təşkil 

olundu. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına isə 6 

qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi. 

1870-ci  ildə  İrəvan  quberniyasının  tərkibində  yeni  Şərur-Dərələyəz  qəzası  yaradıldı.  1874-cü  ildə  Nuxa 

qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldı. 1 iyul 1883-cü ildə Qaryagin (Cəbrayıl) və Cavanşir qəzaları 

yarandı. 

1917-ci ildə Rusiya imperiyasının dağılması ərəfəsində Cənubi Qafqazda 5 quberniya mövcud idi.  

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkə ərazisində iki quberniya  - Bakı və Yelizavetpol 

quberniyaları  və  Zaqatala  dairəsi  (1919-cu  ildən  quberniya  adlandırılmışdı)  mövcud  idi.  Xüsusi  hal  kimi, 

Qarabağ  general-qubernatorluğu  (1919,  yanvar)  yaradılmışdı.  Onun tərkibinə  Şuşa,  Cavanşir,  Zəngəzur  və 

Qaryagin (Cəbrayıl) qəzaları daxil idi. Yelizavetpol quberniyasının tarixi adı bərpa edilərək Gəncə quberniyası 

adlandırıldı.  Azərbaycanın  digər  torpaqları  isə  Cənubi  Qafqazda  yaranan  Gürcüstan  və  Ermənistan 

respublikalarının tərkibinə qatıldı və Ana vətəndən ayrı düşdü. 

 

 



Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə