Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

 

Kaspi vilayəti 

 

Kaspi  vilayəti  Rusiya  imperatoru  I  Nikolay  tərəfindən  10  aprel  1840-cı  ildə  təsdiq 

olunmuş  inzibati  islahat  haqqında  “Zaqafqaziya  ölkəsinin  idarəçiliyi  üçün  təsisat”  adlı 

qanun əsasında yaradılmışdı.  

Kaspi vilayətinin mərkəzi Şamaxı şəhəri olmuşdur. 

Kaspi  vilayətinin  tərkibinə  7  qəza  daxil  olmuşdur:  Şamaxı,  Şuşa,  Nuxa,  Bakı, 

Lənkəran, Dərbənd və Quba qəzaları. 

14  dekabr  1846-cı  ildə  Kaspi  vilayəti  ləğv  edilmiş,  əvəzində  yeni  quberniya 

idarəçilik forması tətbiq edilərək Şamaxı və Dərbənd quberniyaları yaradılmışdır.  

Kaspi vilayətinin gerbi 26 may 1843-cü ildə təsdiq olunmuşdur.  



Gerbin təsviri: 

Qızılı  sahəsi  olan  qalxanvari  lövhə  4  hissəyə  bölünmüşdür.  Yuxarıdakı  sahənin  1-ci  hissəsində  pələng, 

ikinci  hissəsində  yerdən  çıxıb  alovlanan  qaz  təsvir  olunmuşdur.  Üçüncü  hissədə  mavi  dalğalı  zolaq  Xəzər 

dənizini  simvolizə  edir.  4-cü  hissədə  zirvələri  qarlı  dağ  silsiləsi  təsvir  olunmuşdur.  Qalxanvari  lövhənin 

yuxarısında  Rusiya  imperiyasının  simvolu  olan,  başında  tac,  ikibaşlı  qartal  qanadlarını  gərmiş  şəkildə  təsvir 

olunmuşdur. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

 

Bakı quberniyası 



 

Bakı xanlığı 1806-cı il oktyabrın 3-də rus qoşunları tərəfindən işğal edildikdən sonra Rusiyanın əyalətinə 

çevrildi. 10 aprel 1840-cı ildə təsdiq olunmuş inzibati islahat haqqında “Zaqafqaziya ölkəsinin idarəçiliyi üçün 

təsisat” adlı qanun əsasında yaradılan Kaspi vilayətinin tərkibinə qəza şəklində daxil 

edildi.  Bakı  qəzası  1846-cı  ildə  Kaspi  vilayəti  ləğv  edildikdən  sonra  yaradılan 

Şamaxı quberniyasının tərkibinə daxil edildi. 

Şamaxı  zəlzələsi  ilə  əlaqədar  olaraq  çar  II  Aleksandrın  6  dekabr  1859-cu  il 

tarixli  fərmanı  ilə  quberniya  mərkəzi  Bakıya  köçdü  və  adı  dəyişilərək  Bakı 

quberniyası  adlandı.  Həmin  fərmanla  Bakı  şəhəri  quberniya  mərkəzi  statusu 

almışdır.  1860-cı  ildə  Bakı  quberniyasına  Quba  qəzası  birləşmişdir.  Yelizavetpol 

quberniyası  yarandıqda  isə  Nuxa  və  Şuşa  qəzaları  Bakı  quberniyasından  ayrılaraq 

onun  tərkibinə  daxil  edilmişdir.  Nəticədə  Bakı  quberniyasına  Bakı,  Quba,  Şamaxı, 

Göyçay,  Cavad  və  Lənkəran  qəzaları  daxil  olmuşdur.  1920-ci  ildə  Azərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Bakı quberniyası ləğv edilmişdir. 

Bakı quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. 

Gerbin təsviri: 

Qara qalxanvari lövhənin içində qızılı rəngli, eyni ölçülü üç alov dili təsvir edilmişdir. Qalxan imperator 

tacı ilə tamamlanmış, quberniya və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının 

ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) 

sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur  

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

İrəvan quberniyası 

 

İrəvan  xanlığının  1827-ci  il  oktyabrın  1-də  çar  Rusiyası  tərəfindən  işğalından  və  Türkmənçay 



müqaviləsinin (1828) imzalanmasından sonra çar I Nikolayın fərmanına (21 mart 1828-ci il) əsasən, İrəvan və 

Naxçıvan  xanlıqları  ərazisində  "Erməni  vilayəti"  yaradılmışdı.  İrəvan  və  Naxçıvan  xanlıqları  isə  əyalətlər 

adlandırıldı. Həmin dövrdə İrəvan əyalətinin əhalisinin 71,3%-i azərbaycanlı (49875 nəfər), 28,7%-i isə erməni 

(20073  nəfər)  idi.  Türkmənçay  müqaviləsinin  şərtlərinə  əsasən  digər  Azərbaycan  torpaqları  kimi,  İrəvan 

əyalətinə  də ermənilərin  kütləvi  şəkildə  köçürülməsi  həyata  keçirildi.  Bu  proses  nəticəsində  İrəvan  əyalətinin 

etnik tərkibini əsaslı şəkildə dəyişdirildi. 

1840-cı il 10 aprel tarixli qanuna əsasən, "Erməni vilayəti" ləğv edilmiş, onun tərkibinə daxil olan İrəvan 

və  Naxçıvan  əyalətləri  qəzaya  çevrilərək,  Gürcü-İmereti  quberniyasına  qatılmışdı.  Çar  I  Nikolayın fərmanı ilə 

1849  il  iyunun  9-da  keçmiş  "Erməni  vilayəti"  və  Aleksandropol  (Gümrü)  qəzası 

əsasında  İrəvan  quberniyası  yaradılmışdı.  Bəzi  inzibati-ərazi  dəyişikliklərindən  sonra 

quberniya  İrəvan,  Aleksandropol,  Eçmiədzin,  Naxçıvan,  Novo-Bayazid  və  Sürməli 

qəzalarına bölündü. 1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz 

qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradıldı. 

1918-ci  ildə  tarixi  Azərbaycan  torpağında  ilk  erməni  dövləti  –  Ermənistan 

Respublikası yarandı və azərbaycanlılara qarşı soyqırım törədilməklə etnik təmizləmə 

siyasəti  həyata  keçirildi.  1920-ci  ildə  Ermənistanda  sovet  hakimiyyəti  qurulduqdan 

sonra  isə  azərbaycanlılara  qarşı  deportasiya  siyasəti  həyata  keçirildi  və  1988-ci  ildən 

monoetnik erməni dövlətinə çevrilmişdir. 

İrəvan quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur.

  

Gerbin təsviri: 

Mavi  qalxanvari lövhənin üzərində  başında  qızılı  rus  xaçının  təsviri  olan  gümüş  qaya  təsvir edilmişdir. 

Qalxanvari  lövhə  imperator  tacı  ilə  tamamlanır  və  şəhər  gerblərində  işlədilən  mavi  rəngli  Andreyev  lenti 

(Rusiya  imperiyasının  ilk  ordeni  olan  və  Müqəddəs  Apostol  Andrey  Pervozvannı  adına  təsis  edilən  ordenin 

taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur. 




Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə